Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qranita
Nanəli qranita (it. Granita) Siciliyalı desert. Buzlu, şəkərli, meyvə qarışıqlı desertidir. Şərbətdən daha qatı struktura malikdir. Kulinar Djefri Steynqarten qeyd edir ki, desertin qatılığı yerindən asılı olaraq dəyişir. Müxtəlif cür qranitalar müxtəlif cür hazırlanır. Belə ki, daha yumşaq formada olanı əsasən dondurma maşınlarında, daha bərk olanları isə soyuducuların dondurucu hissəsində hazırlanır. Çünki onlar daha kristallik olmalıdırlar. Limonlu, portağallı sok, çərəzlər, badam, kofe, nanə, jasmin, mövsümi giləmeyvələrdən istifadə edilir. Bəzən şərab və ya digər bərk alkoqollu içkilər də əlavə edirlər.
Graniera
Abatiya (lat. Abatia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Meksikadan Argentinanın şimal hissələrinə qədər yayılmışdır. == Sinonimləri == Aphaerema Miers Graniera Mandon & Wedd. ex Benth. & Hook.f. Myriotriche Turcz.
Planitsa
Planitsa (Slovencə tələffüz: [plaˈnìːtsa]) — Sloveniyanın şimal-qərbində, Rateke sərhəd kəndindən cənuba uzanan Alp vadisidir. Daha cənubda, dərə Triqlav Milli Parkında populyar bir gəzinti yeri olan Tamar Vadisinə qədər uzanır. Planica xizəklə atlayış ilə məşhurdur. İlk belə təpə 1930-cu ildən əvvəl Ponca dağının yamacında qurulub. 1933-cü ildə İvan Rozman xizəklə atlayış idman növünü yaradan Stanko Bloudekin şərəfinə "Bloudek nəhəngi" adlanan daha böyük bir təpə tikdi. 100 metrdən yuxarı ilk xizək atlamasına burada, 1936-cı ildə Avstriyalı Sepp Bradl nail oldu. O dövrdə bu vadi dünyanın ən böyük atlayış təpəsi idi.
Qranit
Qranit — tam kristalaşmış, bərabərdənəli və ya porfir quruluşlu intruziv süxurdur.Qranit əsasən kvars kristallarından və çöl şpatından ibarət olan dağ süxürudur. Təsnifatı çöl şpatlarının və rəngli mineralların tərkib və miqdarına əsaslanır. Qranit iki qrupa bölünür: kalsiumlu-qələvi, yaxud normal qranit və qələvi qranit. Normal qranit mineraloji tərkibi: qələvi çöl şpatı ortoklaz və ya mikroklindən, plagioklaz-oliqoklaz-andezindən, kvarsdan, rəngli minerallar isə biotit, hornblend, müskovitdən ibarətdir. Bəzi hallarda piroksen müşahidə olunur. Çöl şpatı ancaq və ya əksərən plagioklazdan ibarət olduqda plagioqranit, rəngli mineralları olmadıqda, yaxud çox az miqdarda olduqda – alyaskit adlanır. Qələvi qranit isə qələvi çöl şpatı mikropertit, mikroklin-mikropertitdən, anortoklazdan, plagioklaz-albitdən, rəngli minerallar isə qələvi amfibol və qələvi piroksenlərdən (ribekit, arfvedsonit, egirin və b.) ibarətdir. Kalsiumlu-qələvi intruzivlərin tutduğu sahələr bir neçə yüz, hətta min km² çatır, qələvi qranit isə kiçik ştoklar əmələ gətirir. Mənşəyinə görə qranit üç qrupa bölünürlər: a) qranit maqmasının kristallaşması nəticəsində yaranan qranit; b) hibridləşmiş bazalt maqmasının son diferensiatları olan qranit; c) regional metasomatoz nəticəsində yaranan qranit. Sonuncu tip qranitlər arxey və proterozoy süxurları içərisində geniş yer tutmuşdur.
Qraçanitsa monastırı
Qraçanitsa monastırı (serb. Манастир Грачаница; alb. Manastiri i Graçanicës) ― Kosovada yerləşən Serb pravoslav monastırı. Serbiya kralı Stefan Milutin tərəfindən 1321-ci ildə 6-cı əsrə aid köhnə bazilikanın dağıntıları üzərində inşa edilmişdir. Monastır 1990-cı ildə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidəsi" elan edilmiş, 13 iyul 2006-cı ildə isə "Kosovadakı Orta əsr abidələri" adı altında UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bütün ərazi tamailə Təhlükədə olan Ümumdünya irsi siyahısına daxil edilmişdir. Qraçanitsa monastırı kral Milutinin son ianələrindən biridir. Monastır Priştinadan 5 kilometr (3.1 mil) məsafədə, Kosovo sahəsindəki Sitnitsa çayının sağ qolu olan Qraçanka çayının sol sahilində yerləşir. Monastırın adı slavyan dilində istehkam şəhərlərin toponimi olan Gradats-dan götürülmüşdür. Qraçanitsa 6-cı əsrə aid erkən xristian bazilikasının dağıntıları üzərində inşa edilmiş 13-cü əsr kilsəsinin dağıntıları üzərində tikilmişdir.
Viktoriya Qranetska
Viktoriya Leonidovna Qranetska (ukr. Вікторія Леонідівна Гранецька, 24 mart 1981) — Ukrayna yazıçısı, şairi, “Sözün Taclandırılması” Ədəbi Mükafatının qalibi. Viktoriya Qranetska 24 mart 1981-ci ildə Vinnitsa bölgəsinin Kozyatin rayonunun Yurivka kəndində polşalı və ukraynalı bir ailədə anadan olmuşdur. Uşaq ikən şeirlər, nağıllar, hekayələr yazır və “Visnik Kozyatinşini” rayon qəzetində nəşr olunurdu. 2003-cü ildə M.Kotsyubinski adına Vinnitsa Dövlət Pedaqoji Universitetində psixologiya fakültəsini bitirmişdir. 2010-cu ilədək ofisiant, reklam agenti, kosmetika satıcısı, azyaşlı uşaqlar üçün nəzarətçi, musiqi mağazasında məsləhətçi, Kaliforniya və Filadelfiyada yaşayan rusdilli mühacirlər üçün yayınlanan bir qəzetdə korrektor, yerli KİV-in Mədəniyyət bölməsində jurnalist-redaktor və dəb jurnallarından birində ədəbi redaktor vəzifələrində çalışmışdır. 2010-cu ildən bəri Vinnitsada yaşayır və intensiv şəkildə bədii yaradıcılıqla məşğul olur. 31 oktyabr 2018-ci ildə Rusiya-Ukrayna müharibəsi veteranı, yazıçı əri Vlad Sordi ilə birlikdə yalnız Ukrayna çağdaş ədəbiyyatında ixtisaslaşmış müəlliflər üçün “Dom Himer” nəşriyyatını qurmuşdur. 2011-ci ildə “Mantra-xəyal” romanının əlyazmasına görə “Sözün Taclandırılması” ədəbi müsabiqəsinin “roman” nominasiyasında birinci mükafatı qazanmışdır. Bu, 30 yaşlı yazıçının, debüt əsəri, daha doğrusu, bu həcmdə ilk tamamlanmış əsəridir.
Hakea granitica
Grevillea neurophylla (lat. Grevillea neurophylla) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Hakea granitica Christenh. & M.W.Chase == Yarımnövləri == Grevillea neurophylla subsp. fluviatilis Makinson Grevillea neurophylla subsp.
Jurinea granitica
Jurinea ewersmannii (lat. Jurinea ewersmannii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Az-Granata
"AZGRANATA" (rəsmi adı: “AZGRANATA” MMC) — Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biri. Azərbaycan Respublikasının Ağsu rayonunda yerləşir. "AzGranata" meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir. == Tarixi == “Az-Granata” MMC-nin 2008-ci ildə Ağsu rayonunda 12.5 hektarlıq ərazidə inşasına başlanılmış şirə və şərab emalı zavodunun açılışı 29 oktyabr 2011-ci ildə olmuşdur. Açılış mərasimində Prezident İlham Əliyev də iştirak etmişdir. Zavoda 50 milyon manat investisiya qoyulmuş; quraşdırılmış avadanlıq Avropanın aparıcı şirkətlərindən gətirilmişdir. == Məhsulları == "Az-Granata"da istehsal olunan məhsullar bunlardır: Təbii şərablar (ordinar şərablar, saxlanılmış şərablar, markalı şərablar) Xüsusi şərablar (likyor şərabları, ordinar, markalı və kolleksiya şərabları) "Icewine" şərabı, qazlaşdırılmış şərablar Meyvə şərabları (təbii kəmşirin nar şərabları, likyor şərabları, oynaq nar şərabı) Konyaklar (ordinar konyaklar, markalı konyaklar (5, 6, 10, 20 illik)) Meyvə araqları (zoğal, tut, gavalı, alma, üzüm, ərik, nar, muskat) Ətirli tünd içkilər (heyva, tomat, kəklikotu, tərxun); viskilər (5, 6, 7 illik) Vodkalar (xüsusi və premium) Meyvə şirə və kompotları Təbii sular. == İnfrastrukturu və fəaliyyəti == === Zavodu === "Az-Granata"nın zavodu 5,5 hektar sahədə salınmışdır. Zavodun örtülü əsas sahəsi 20500 m² təşkil edir. Zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunmuşdur.
Qranit maqması
Maqma (yun. μάγμα — qatı yağ, xəmir) — Yer qabığında və ya yuxarı mantiyada, böyük olmayan dərinlikdə təbii halda yaranan, soyuduqda maqmatik dağ qayalarna çevrilən, silikat tərkibli, isti və maye ərintidir. Axan maqma lava adlanır. Maqma — (rus. магма, ing. maqma) Yerin dərinliyində əmələ gələn mürəkkəb, əksərən silikat tərkibli ərgin, qızğın kütlə. M. tərkibində oksigen, silisium, alüminium, dəmir, maqnezium, natrium və kaliumun üstünlük təşkil etdiyi çoxlu miqdarda kimyəvi elementlərin birləşmələrindən, bəzən bir neçə faizi uçan komponentlərdən (su, kükürd, hidrogen, ftor, xlor və s.) təşkil olmuş məhluldan ibarətdir. Maqmada demək olar ki, bütün kimyəvi elementlərə rast gəlinir, onların arasında: Si, Al, Fe, Са, Mg, К, Ti, Na, həmçinin müxtəlif uçan komponentlərə (karbon oksidi, kükürd, hidrogen, flüor, xlor və s.) və buxarşəkilli suya da rast gəlinir. Uçan komponentlər maqmanın kristallaşması zamanı müxtəlif minerallara daxil olur. Nadir hallarda qeyri-silikat tərkibli maqmatik ərintilər mövcud olur.
Qranit palıdı
Qranit palıdı (bolq. Гранитски дъб) — Bolqarıstanın Qranit kəndində bitən yay palıdı. Güman olunur ki, hazırda yaşayan ən qoca palıd ağacıdır. Ağacın gövdəsinin diametri 2,38 metr, gövdəsinin genişliyi 7,46 metr, hündürlüyü 23,4 metr təşkil edir. Lakin ağacın ancaq şərq budaqları sağdır. 1982-ci ilin martında ağacdan götürülmüş nümunələrə əsasən ağacın yaşı 1637-dir. 345-ci ildə cücərdiyi güman olunan Qranit palıdı Bolqarıstanın ən qədim, Avropanın isə ən qədim ağaclarından biridir. 1967-ci ildə Qranit palıdı qorunan ağac elan edilmiş və Bolqarıstanın təbii abidələri siyahısında daxil edilmişdir. 2010-cu ildə çəkilmiş "Sonsuza qədər yaşamaq" (bolq. Жива Вечност) adlı sənədli filmdə Qranit palıdı da göstərilmişdir.
Qranit qatı
Qranit qatı (rus. гранитный слой, ing. granite layer) — materik tipli yer qabığı qatlarından birinin şərti adı; bazalt qatı ilə çökmə süxur qat arasında yerləşib, seysmik məlumatlara əsasən ayrılmışdır. Bazalt qatdan Konrad səthi ilə ayrılır. Platformaların kristallıq qalxanlarında (məs: Baltik qalxanı) və qırışıqlıq vilayətlərin mərkəzi hissələrində səthə çıxır. Q.q. metamorfik süxurlardan, əsasən, qranit və qneyslərdən ibarətdir; materik tip yer qabığı üçün səciyyəvidir. Qalınlığı 5–15 km-ə çatır. Bax: Yer qabığı.
Qranitin üstündə inqilab
Qranitin üstündə tələbə inqilab — Sovet Ukraynanın paytaxt Kiyev şəhərində 1990-cı ilin oktyabrında baş verən etiraz aksiyaları. Mərkəzi Kiyevin Azadlıq meydanında (ukr. Майдан Незалежності) olan ilk böyük siyasi etirazlardan birincisi sayılır. Sonra, 2004-cü ildə Narıncı inqilab, 2013-2014 illərin arasında isə Avromeydan burda mərkəzləşib. Qranitin üstündə inqilaın bir sıra yönəlticiləri 2004-cü ilin Narıncı inqlabın baş təşkilçilərin arasında olublar. 1989-cu ilin avqust ayında Ukrayna Tələbə Birliyi yaradılıb. Bu qurum gələn 1990-cu ildə keçirilən Ukrayna parlament seçkilərinin nəticələri ilə dərin şəkildə narazı idi. Həmin seçkilərdə Ukrayna Kommunist Partiyası 331, Demokratik Bloku isə 111 yer almışdı. Tələbə lider, Oles Danii bəyan etmişdi ki, Demokratik Bloku yerlərin çoxluğunu almalı idi. Bundan sonra, Tələbə Birliyi böyük etirazlara hazırlaşmağa başlayıblar.
Mentha gentilis f. gratiosa
Mentha × gracilis (lat. Mentha × gracilis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Mentha arvensis var. gracilis (Sole) Nyman Mentha gentilis var. gracilis (Sole) Wahlenb.
Taxus baccata f. pendula-graciosa
Giləmeyvəli qaraçöhrə (lat. Taxus baccata) — iynəyarpaqlılar fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyaslna aiddir – VU A2c+3c. Azərbaycanın nadir, relikt növüdür. Rusiya, Gürcüstan Ermənistan, Şimali Afrika, Türkiyə, Kiçik Asiya, Baltikyanı ölkələri, Ukrayna, Skandinaviya, Avropanın Qərb hissəsi və Azor adalarında yayılmışdır. Şamaxı, Quba, Zaqatala, Qəbələ, Xanlar, Lənkəran və Lerik rayonları ərazilərində təbii halda rast gəlinir. Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində 1900–2500 m yüksəkliklərdə rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Təbiətdə 20 m-ə qədər boy hündürlüyü olan, sıx budaqlı, yuvarlaq təpəli bir ağacdır. Tumurcuqları qəhvəyi və yaşılımtıl rəngdə, küt, dəyirmi və ya ovalşəkillidir.