Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gazir
Gazir (fars. گازير‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (38 ailə).
Qaur
Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda Hindistanda və Zond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir.
Gavur arxı
Gavur arxı — Qarabağda qədim suvarma kanalı. Müasir ədəbiyyatda Govur arxı kimi də yazılır. Mənbəyini Araz çayından götürür və Beyləqan ərazisindən keçib Ağcabədidəki Qarqar çayına qovuşur. Mənbələrdə adı "Barlas" kimi çəkilmişdir. Sovet hakimiyyəti illərində təmir etdirilən bu suvarma kanalı Orcankidze kanalı adlandırılmışdır. Gavur arxının adının yaranması ilə bağlı bir neçə rəvayət mövcuddur: deyilənlərə görə bu arxı gavurlar çəkmişlər. Gavurlar — islam dinini qəbul etməyənlərə, kafirlərə verilən addır. Tarixçi Seyid Əli bin Kazım göstərmişdir: "Araz çayından iki böyük arx çəkilmişdir. Bunlardan biri Oltan (Varsan) şəhərinin xarabalarına paralel olan Beyləqan arxıdır ki, bu arx Aran səhrasının ortasına kimi davam edir. İkinci arxa gəldikdə o, Arazın cənubunda Oltan şəhəri yaxınlığından başlanaraq Muğan səhrasında qədim dövrlərdə mövcud olub sonralar qurumuş Xərəncu arxı ilə birləşmiş və onu təzələmişdir.
Lazur pəncərəsi
Lacivərd pəncərə, Mavi pəncərə və ya Dveyra pəncərəsi ― Maltanın Qozo adasında yerləşən, 28 metr uzunluğunda əhəng daşından ibarət təbii körpü. Dveyra buxtasında daxili dənizə yaxın bir ərazidə yerləşir və Maltanın əsas turistik destinasiyalarından biridir. Ərazidəki digər təbii coğrafi xüsusiyyətlər ilə birlikdə bu kəmər bir sıra beynəlxalq səviyyəli filmlərdə və KİV-in proqramlarında yer almışdır. İki dəniz mağarasının dağılması nəticəsində yaranan kəmərin quruluşu dənizdən yüksələn qaya sütunundan ibarətdir və üfiqi lövhə ilə uçuruma birləşib. Keçidin bəzi hissələrinin dənizə düşməsinə səbəb olan onilliklər ərzində davam edən təbii eroziyadan sonra, 2017-ci il martın 8-də fırtınalı havada lövhə və sütun tamamilə çöküb. Lacivərd pəncərə təxminən 500 il ərzində uçurumun üzünün dəniz və yağış eroziyasına məruz qalması nəticəsində formalaşmışdır. Kəmər Maltanın ən çox turist qəbul edən məkanlarından və məşhur fotoşəkillərin arxa fonlarından biridir. Bu ərazi xüsusi mühafizə sahəsinə və 1998-ci ildə Dveyra buxtasının digər hissələri ilə birlikdə YUNESKO Ümumdünya irsinin Malta abidələri siyahısına daxil edilib. 1980 və 2000-ci illər ərzində kəmərin üst təbəqələrinin bəzi qisimləri çökərək böyük ölçüdə genişlənir. Boşluğun xarici kənarında olan geniş bir qaya parçası 2012-ci ilin aprel ayında çökür və pəncərənin ölçüsünün daha da artmasına səbəb olur.
Pavel Mazur
Pavel Sergeyeviç Mazur (rus. Павел Сергеевич Мазур; 15 aprel 2002-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Çertanovo-2 Moskva klubunda yarımmüdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. Mazur öz peşəkar karyerasında debütünü 3 avqust 2018-ci ildə Çertanovo-2 Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Tekstilşik İvanovo klubuna qarşı oyunda etmişdir.
Qafur Məmmədov
Qafur Nəsir oğlu Məmmədov (5 mart 1922, Bakı – 18 oktyabr 1942, Tuapse, Krasnodar diyarı) — matros, Sovet İttifaqı Qəhrəmanı. Məmmədov Qafur Nəsir oğlu dünyaya Bakıda göz açmış, 1941-ci ilin avqustunda hərbi xidmətə getmişdir. Zaqafqaziya cəbhəsində 56-cı ordu tərkibində 323-cü dəniz piyada batalyonunda rabitəçi vəzifəsində xidmət edən matros Qafur Məmmədov Tuapse şəhəri yaxınlığında aparılan ağır döyüşlərdə qəhrəmanlıqlar göstərmişdir. 1942-ci ilin 19 oktyabrında faşist ordusu hissələrinin hücumlarını dəf edərkən Qafur Məmmədov şəxsən düşmənin 13 avtomatçısını və bir minomyot heyətini məhv etmişdi. Həmin döyüşdə o, öz komandirini düşmən atəşindən müdafiə edərkən, özü həlak oldu. Sovet İttifaqı Qəhrəmanı adı ona 1943-cü ilin 31 martında verilmişdir. Bakıda bir bir gəmiyə, bir küçəyə, bir parka və bir dənizçilik məktəbinə onun adı verilmişdir. Мамедов Кафур Насырович 9may.az. Qəhrəmanlar.
Qafur Qulam
Qafur Qulam (27 aprel (10 may) 1903, Daşkənd, Sırdərya vilayəti, Rusiya imperiyası – 10 iyul 1966, Daşkənd) — Özbəkistan şairi, akademik. Qafur Qulam 1903-cü il mayın 10-da Daşkənddə kasıb, amma ziyalı bir ailədə doğulmuşdur. Dayısı Mirzə Abdulla "Mirzə" təxəllüsü ilə tacik dilində şeirlər yazardı. Atası Qulam ağa da savadlı şəxs idi. O, ana dilindən başqa tacik dilini də gözəl bilirdi. Ağır kənd həyatı, böyük bir ailəni dolandırmaq üçün ağır zəhmətlərə qatlaşan Qulam ağa 44 yaşında dünyasını dəyişmiş, beş uşağı yetim qalmışdı. Onda Qafurun 9 yaşı, ailənin körpəsi isə 6 aylıq idi. Qafur Qulamın anası da özbəkcə, tacikcə yazıb-oxumağı bacarır, el ədəbiyyatını gözəl bilirdi. Poeziyasevərlər (ata-anası və dayısı) arasında böyüyən Qafur Qulam özbək və fars-tacik klassiklərinə kiçik yaşlarından maraq göstərməyə başlamışdı. O, sonralar yazırdı: "mən öz mütaliəmə, biliklər əldə etdiyimə görə əvvəlcə atama, sonra isə anama borcluyam." O, ilk təhsilini mədrəsədə almış, mütaliə ilə biliyini zənginləşdirmişdir.
Qafur Quləhmədiyev
Qafur Yunis oğlu Quləhmədov (tatar. Гафур Коләхмәтов, rus. Гафу́р Юну́сович Кулахме́тов, həmçinin Quləhmədiyev, rus. Кулахме́тьев) və ya Əbdülqafur Quləhmədov (tatar. Габделгафур Коләхмәтов, rus. Габдулгафу́р Кулахме́тов; 22 aprel (4 may) 1881, Penza – 1 aprel 1918, Yenə[d], Penza quberniyası[d]) — Tatarıstan yazıçısı, dramaturqu, tərcüməçisi, proletar inqilabçısı, ictimai xadimi. Əbdülqafur Yunis oğlu Quləhmədov 4 may 1881-ci ildə Rusiya imperiyasının Penza şəhərində istehsalatçı bir ailədə anadan olmuşdur. 1902-ci ildə o, Kazan Pedaqoji Məktəbindən məzun olmuş, 1902–1912-ci illərdə Kazan şəhərində bir slobodada dərs keçmişdir. 1902-ci ildə Rusiya imperiyasındakı inqilabçı hərəkatın üzvü olmuşdur. Sosial-demokratların qeyri-qanuni əməllərində iştirak etmiş, Vladimir Leninin «İskra» qəzetini və Karl Marksın əsərlərini oxumuşdur.
Qafur Quləhmədov

Qafur Əfəndizadə
Qantəmir Qafur (tam adı: Qafur Sədrəddin oğlu Əfəndiyev; 22 may 1888, Potu, Göyçay qəzası – 28 yanvar 1944, Cizak vilayəti) — Azərbaycan görkəmli maarif xadimi, pedaqoq, yazıçı. 1888-ci ildə Göyçay mahalının Potu kəndində anadan olub. Deyilənə görə, Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi olsa da, dövrünün tanınmış ziyalılarından sayılıb. Hətta Sədi Salis təxəllüsü ilə şeirlər də yazardı. Qafur da elə ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə alıb. Uşaqlıq illərindən klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edər, sənətə, elmə xüsusi maraq göstərərdi. Şair təbiətli Sədrəddin kişi oğlunun qabiliyyətindən xəbərdar olduğundan onu mükəmməl oxutmaq arzusunda idi. Bu səbəbdən də Qafur 1905-ci ildə Göyçaya gələrək o dövrün açıqfikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbdə oxuyub. İstanbul Darülfununun tarix-ədəbiyyat fakültəsini (1914), Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini (1929) bitirmişdir. Qantəmir 1908-ci ildə Göyçayda pedaqoji fəaliyyətə başlamışdır.
Qantəmir Qafur

Vasak Qabur
Vasak Qabur, Vasak Haykazun (Qabur – hərfi tərcümədə “yumşaq, həlim”) (təxm. 859-cu ildə vəfat edib.) – IX əsrin II yarısında Qeqarqunik hakimi. Sünik sülaləsinin Qeqarqunik haykazunları nəslindən olan Vasak I Qriqor Supanın böyük oğludur. Xarici siyasətdə Baqratuni sülaləsinin Şirak qoluna meyl etmişdir. Vasak İşxanikin səfərdə olduğu dövrdə bütün Sünik ərazisini idarə etmişdir.. I Aşot Baqratuninin Sivəng monastırını inşa etdimiş qızı Məryəmlə evli olmuşdur. Onları üç oğlu vardı: II Qriqor Supan, Saak və Vasak..
Əl-Qafur
Əl-Qafur (ər. الغفور) — Allahın adlarından biri.
Alla Mazur
Alla Qriqoryevna Mazur (ukr. Алла Григорівна Мазур; 16 sentyabr 1965) — ukraynalı jurnalist. Ukraynanın “1+1” kanalında TSN xəbər proqramının aparıcısı. Alla Mazur 16 sentyabr 1965-ci ildə Xmelnitski vilayəti həkim ailəsində anadan olub. Atası Qriqori diş həkimi olub. O, məktəbi qızıl medalla bitirib. Onun məqalələri yerli rayon qəzetində tez-tez dərc olunurdu. O, Taras Şevçenko adına Kiyev Milli Universitetinin jurnalistika fakültəsini bitirib. O, Ukrayna radiosunda müxbir, redaksiya rəhbəri, Ukrayna radiosu Birinci Kanalının baş redaksiyasında, proqram aparıcısı kimi çalışıb. Çernobıl qəzasının ildönümü üçün və 1991-ci ildə Ukraynada prezident seçkiləri zamanı radio marafonları hazırlayıb və aparıcılıq edib.
Azur pəncərəsi
Lacivərd pəncərə, Mavi pəncərə və ya Dveyra pəncərəsi ― Maltanın Qozo adasında yerləşən, 28 metr uzunluğunda əhəng daşından ibarət təbii körpü. Dveyra buxtasında daxili dənizə yaxın bir ərazidə yerləşir və Maltanın əsas turistik destinasiyalarından biridir. Ərazidəki digər təbii coğrafi xüsusiyyətlər ilə birlikdə bu kəmər bir sıra beynəlxalq səviyyəli filmlərdə və KİV-in proqramlarında yer almışdır. İki dəniz mağarasının dağılması nəticəsində yaranan kəmərin quruluşu dənizdən yüksələn qaya sütunundan ibarətdir və üfiqi lövhə ilə uçuruma birləşib. Keçidin bəzi hissələrinin dənizə düşməsinə səbəb olan onilliklər ərzində davam edən təbii eroziyadan sonra, 2017-ci il martın 8-də fırtınalı havada lövhə və sütun tamamilə çöküb. Lacivərd pəncərə təxminən 500 il ərzində uçurumun üzünün dəniz və yağış eroziyasına məruz qalması nəticəsində formalaşmışdır. Kəmər Maltanın ən çox turist qəbul edən məkanlarından və məşhur fotoşəkillərin arxa fonlarından biridir. Bu ərazi xüsusi mühafizə sahəsinə və 1998-ci ildə Dveyra buxtasının digər hissələri ilə birlikdə YUNESKO Ümumdünya irsinin Malta abidələri siyahısına daxil edilib. 1980 və 2000-ci illər ərzində kəmərin üst təbəqələrinin bəzi qisimləri çökərək böyük ölçüdə genişlənir. Boşluğun xarici kənarında olan geniş bir qaya parçası 2012-ci ilin aprel ayında çökür və pəncərənin ölçüsünün daha da artmasına səbəb olur.
Gavur arxı (Qarabağ)
Gavur arxı — Qarabağda qədim suvarma kanalı. Müasir ədəbiyyatda Govur arxı kimi də yazılır. Mənbəyini Araz çayından götürür və Beyləqan ərazisindən keçib Ağcabədidəki Qarqar çayına qovuşur. Mənbələrdə adı "Barlas" kimi çəkilmişdir. Sovet hakimiyyəti illərində təmir etdirilən bu suvarma kanalı Orcankidze kanalı adlandırılmışdır. Gavur arxının adının yaranması ilə bağlı bir neçə rəvayət mövcuddur: deyilənlərə görə bu arxı gavurlar çəkmişlər. Gavurlar — islam dinini qəbul etməyənlərə, kafirlərə verilən addır. Tarixçi Seyid Əli bin Kazım göstərmişdir: "Araz çayından iki böyük arx çəkilmişdir. Bunlardan biri Oltan (Varsan) şəhərinin xarabalarına paralel olan Beyləqan arxıdır ki, bu arx Aran səhrasının ortasına kimi davam edir. İkinci arxa gəldikdə o, Arazın cənubunda Oltan şəhəri yaxınlığından başlanaraq Muğan səhrasında qədim dövrlərdə mövcud olub sonralar qurumuş Xərəncu arxı ilə birləşmiş və onu təzələmişdir.
Qafur Məmmədov (gəmi)
Qafur Məmmədov gəmisi — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin quru yük gəmisi. Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyır. Gəminin dedveyti 5,500 ton, uzunluğu 108,3, eni 16,5, saya oturumu isə 4,79 metrdir. Gəmi Xəzərdəki quru yük donanmasının yenilənməsi, hazırda balansda olan, maksimum yükgötürmə qabiliyyəti 3 min ton təşkil edən və istismar müddətini başa vurmuş gəmiləri yeniləməyə və növbəti illər ərzində Gəmiçiliyin quru yük daşımaları bazarında mövqeyinin sabitləşməsinə imkan yaradır. Belə gəmilərin istismara verilməsi strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə salınması nəticəsində Azərbaycan ərazisindən keçməklə daşınacaq tranzit yüklərin və konteyner həcmlərinin mənzil başına vaxtında çatdırılmasında da mühüm əhəmiyyət daşıyır. "Qafur Məmmədov" gəmisinin istismara verilməsi mərasimində 18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir.
Qafur Məmmədov gəmisi

Qafur Rəşad Mirzəzadə
Qafur Rəşad Ələkbər oğlu Mirzəzadə (6 may 1884, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 27 noyabr 1943, Bakı, Azərbaycan SSR, SSRİ) — pedaqoq, naşir-mühərrir, tərcüməçi, coğrafiyaçı, publisist. Qafur Rəşad Ələkbər oğlu Mirzəzadə 1884-cü ildə may ayının 6-da Şamaxıda, kasıb savadı olmayan Ələkbər kişinin ailəsində dünyaya gələn Qafur Rəşad artıq 7 yaşinda ibtidai təhsilini mollaxanada, daha sonra 1894- cü ildə altı illik şəhər məktəbində almşıdır. Qafurun şəhər məktəbində oxuduğu üçüncü ildə boyaqçı Ələkbərin maddi vəziyyəti xeyli çətinləşmişdi. O, artıq Qafurun məktəb xərcini vermək iqtidarında olmadığından onu məktəbdən çıxarmaq istəyirdi. Lakin Qafur yaxşı oxuduğu üçün məktəbin müdüriyyəti onun xərcini hökumət hesabına ödəyir. 1901-ci ildə 17 yaşlı Qafur Şamaxı şəhər altı illik məktəbi bitirir. Onun daha oxumağa maddi imkanı olmadığından müəllimlik etmək qərarına gəlir. Daha sonra 1920-22 ci illərdə o ikiillik Ali Pedaqoji İnstitutda oxuyur, 1923-cü ildə isə Azərbaycan Politexnik İnstitutunun iqtisadiyyat fakültəsinə daxil olub, 1927-ci ildə 43 yaşında ikən oranı bitirir. Müxtəlif mənbələrdən Qafur Rəşadın müəllimlik və maarifçilik fəaliyyətinə nəzər saldıqda görürük ki, o 18 yaşı tamam olmadan 1902-ci ildə Lahıc kəndinə müəllim təyin olunur. Birinci üç ildə kənddə xüsusi məktəb binası olmadığından dərslər darısqal bir evdə keçirilirdi.
Gavur qalası (Şəki)
Gavur qalası — Gavur qala Şəkinin Baş Kəldək kəndində yerləşən VI əsrə aid qala. == Haqqında == Şəki rayonunun Baş Kəldək kəndində yerləşən 326 inventar nömrəli Gavur qalası ölkə əhəmiyyətli memarlıq abidəsidir. Hal-hazırda abidənin yerləşdiyi yüksəkliyin ətəyinə Şəki yaylası istirahət mərkəzinin ərazisindən asma körpü ilə yol var. Abidə Azərbaycanın xristianlıq tarixi ilə bağlı olub Sasanilər dövrünə aid olsa da, yerli əhali arasında daha çox Həzrəti Əli qalası kimi də tanınır. Buna səbəb abidənin yüksəklikdə yerləşməsidir. Abidə Azərbaycan Respublikasının alban irsi abidələri siyahısına daxildir. Abidənin aşağısında qalanı su ilə təmin etmək üçün iri su hovuzu var.
Gedək Gavur qalası
Gedək Gavur qalası — VIII-XIV əsrlərə aid tarixi abidə. Şəki rayonunun Baş Küngüt kəndində yerləşir.
Gaur dərəsində ibadətgah
Gaur dərəsində ibadətgah — Azərbaycanın Qubadlı rayonunda tarixi-dini abidə. İbadətgah rayonun Gaur dərəsi adlanan ərazisindəki mağarada yerləşir. I və ya IV əsrə aiddir. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına 1456 qeydiyyat nömrəsi ilə əlavə edilmişdir.
Qantəmir Qafur Səbi oğlu
Qantəmir Qafur (tam adı: Qafur Sədrəddin oğlu Əfəndiyev; 22 may 1888, Potu, Göyçay qəzası – 28 yanvar 1944, Cizak vilayəti) — Azərbaycan görkəmli maarif xadimi, pedaqoq, yazıçı. 1888-ci ildə Göyçay mahalının Potu kəndində anadan olub. Deyilənə görə, Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi olsa da, dövrünün tanınmış ziyalılarından sayılıb. Hətta Sədi Salis təxəllüsü ilə şeirlər də yazardı. Qafur da elə ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə alıb. Uşaqlıq illərindən klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edər, sənətə, elmə xüsusi maraq göstərərdi. Şair təbiətli Sədrəddin kişi oğlunun qabiliyyətindən xəbərdar olduğundan onu mükəmməl oxutmaq arzusunda idi. Bu səbəbdən də Qafur 1905-ci ildə Göyçaya gələrək o dövrün açıqfikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbdə oxuyub. İstanbul Darülfununun tarix-ədəbiyyat fakültəsini (1914), Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini (1929) bitirmişdir. Qantəmir 1908-ci ildə Göyçayda pedaqoji fəaliyyətə başlamışdır.
Provans-Alp-Kot-d'Azur
Provans-Alp-Kot-d'Azür (fr. Provence-Alpes-Côte d'Azur, IPA: ​[pʁɔ.vɑ̃s alp kot da.zyʁ]) — Fransa regionlarından biri.
Provans-Alp-Kot d'Azur
Provans-Alp-Kot-d'Azür (fr. Provence-Alpes-Côte d'Azur, IPA: ​[pʁɔ.vɑ̃s alp kot da.zyʁ]) — Fransa regionlarından biri.
Gabud
Gabud — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Rayon mərkəzindən 16 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Kəndin adı ilk dəfə XIII əsrdən xatırlansa da, ərazidəki tarixi abidələr onun daha da qədim olduğunu göstərir. Belə ki, kəndin əsası X əsrdən əvvəl qoyulmuşdur. Erməni mənbələrində kəndin adı Gyabut, Gyabud formalarında verilir. Kəndin adı Azərbaycan dilində «qayalıqda keçən yol», «uçurum», «daşlıq» mənasında işlənən gab sözünə -ud şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Kaput qoyulmuşdur.
Gadus
Treska (lat. Gadus) — Treskalar fəsiləsinə aid balıq cinsi. Ümumilikdə cinsə üç növ daxil edilsə də, hazırda Mintay növü də bura daxil edilir.
Gahru
Gahru— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,093 nəfər və 1,464 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Qacar
Qacar dövləti — XVIII–XX əsrlərdə Azərbaycan və İranda mövcud olmuş, türk əsilli Qacarlar sülaləsi tərəfindən idarə edilmiş dövlət. Türk tayfası olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. Qacar ​​boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Qoyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının qurcusu Nadir Şahın ölümündən sonra Gilan, Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır. Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir.
Qahir
Qahir (899, Bağdad – 18 oktyabr 950 və ya 951, Bağdad) - Abbasi xəlifəsi Əbu Mənsur Məhəmməd əl-Qahir Billah ibn Əhməd əl-Mutəzid ibn Təlhə əl-Müvəffəqin anası Fitnə bərbər tayfasından olan cariyə idi. 929-cu ildə qardaşı Muktədir Billah hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra o, xəlifə təyin edilmişdir. Lakin saray əyanlarının narazılığı, eləcə də üsyançıların yeni xəlifədən bəxşiş və bir illik maaşlarının ödənməsi tələbi vəziyyəti ağırlaşdırmışdır. Nəticədə cəmi iki gün hakimiyyətdə qalan Qahir Billah, Əbul Heyca Abdullah ibn Hamdanın sayəsində üsyançıların əlindən qaçaraq sarayı tərk etmişdi. Yenidən hakimiyyətə gətirilən Muktədir Billah və böyük nüfuz sahibi vəzir Munis əl-Müzəffər arasında tezliklə yaranan münaqişə çox keçmədən müharibəyə çevrilmişdi. Munis 932-ci ildə xəlifə sarayını ələ keçirmiş, Muktədir öldürülmüşdü. Vəzir, Muktədirin oğlu Əbul Abbası yeni xəlifə təyin etmək istəyirdi. Çünki o, uşaqlıqdan Munisin nəzarəti altında böyümüşdü, ağıllı və savadlı idi. Lakin Munisin müttəfiqi Əbu Yaqub İshaq ibn İsmail Növbəxti onu bu fikrindən daşındırmışdı. Muktədirin hakimiyyəti zamanı onun ailəsi xilafətdaxili siyasətə müdaxilə etdiyindən, tez-tez üsyanlar baş verirdi.
Qanun
Qanun — hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur. Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya qanunlarına, məcəllələrə və adi qanunlara bölünür. Konstitusiya qanunları ali hüquqi qüvvəyə malikdir. Onların içərisində ilk növbədə əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edən, ictimai quruluşun əsaslarını, dövlətin formasını tənzimləyən, dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyən edən konstitusiya adlananları qeyd etmək lazımdır. Bəzən onu əsas qanun adlandırırlar. Konstitusiya qanunları konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi qüvvəsinə görə adi qanunlardan üstündür. Məcəllə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır. Məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi formasıdır. Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür.
Qaqar
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Qaqum
Qaraquyruq gəlincik və ya Qaqum (lat. Mustela erminea) — dələkimilər fəsiləsinə, Gəlincik cinsinə aid və Azərbaycanda nəsli kəsilmək üzrə olan heyvan növü. Ölçüləri xırdadır: erkəklərin çəkisi 104 - 150 qr, dişilərinki 50 - 280 qr, bədənin uzuznluğu uyğun olaraq 20 - 40 və 17 - 27, quyruq 6.5 - 12 və 5.5 - 10.5 qulaq 1.5 - 2.4 və 1.4 - 2.3 sm-dir. Ölçülərində cinsi dimorfizm aşkar görünür. Bədəni uzunsov formalı və qısa ayaqlar üzərindədir. Xarici görünüşcə oxşar olan gəlincikdən daha iri ölçüləri, uzun quyruğu və ucunun qara olması ilə fərqlənir. Baş qısadır, girdə qulaq seyvanları vardır. Qışda xəzi sıxdır və qatı ağ rəngdədir (bəzən qarın hissəsi sarımtıl olur), yayda bəzən bədənin üst hissəsi qəhvəyi alt hissəsi ağ olur. Caynaqlar açıq rəngli və itidir. Qafqazda xırda ölçüləri və yay xəzinin kərpici-qəhvəyi rəngi ilə fərqlənən M. (M.) e.
Qarua
Qarua – soyuq okean cərəyanının (Peru) keçdiyi Ekvador, Peru, Çili sahilboylarında qışda əmələ gələn sıx və çiskin dumandır..
Qarum
Qarum — Qədim Romada yeməklərin dadlandırılması üçün istifadə edilmiş yemək sousu. Balıq sousu olaraq bilinən qarumun cinsi aktivliyi yüksəldən afrodizyak tərkibli olduğu ehtimal edilməkdədir. Qədim Romada daha geniş yayılmasına baxmayaraq, qarumdan Qədim Yunanıstanda da istifadə edilmişdir. Əsasən tuna və ilan balqılarının daxili orqanlarının duzlanması ilə hazırlanan qaruma şərab, sirkə, qara istiot, yağ və duz kimi əlavələr edilirdi. Qarum təkcə yeməklərin hazırlanmasında yox eyni zamanda dərman və dərinin cavan saxlanılması üçündə istifadə edilmişdir.