Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qəm
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Qəm-qüssə
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Qəm yemə!
"Qəm yemə!" (gürc. არ იდარდო!) — rejissor Georgi Daneliyanın 1968 çəkdiyi sovet komediya-dram bədii filmi. Film fransız yazıçısı Klod Tilierin "Dayım Benjamin" tragikomediya romanının adaptasiyasıdır. Gürcüstan, 19-cu əsrin sonu. Benjamin Qlonti (Vaxtanq Kikabidze) Sankt-Peterburqda həkim ixtisası üzrə təhsil alır və doğma şəhərinə qayıdır. O, təhsil borclarını ödəməyə və xəstələri müalicə etməyə hec tələsmir, dostları, Benjaminin yeznəsi olan katib Luka və vəkil Dodo ilə əylənmək üçün vaxt keçirir. Benjaminin bacısı Sofiko (Sofiko Çiaureli) onu və böyük ailəsini saxlamalıdır. Qardaşını evləndirməyə çalışaraq, onu yerli loğman həkim Tsintsadzenin varlı ailəsindən olan və poruçik İşxnelini sevən qızı Meri (Məryəm) ilə bir araya gətirir və tanış edir. Benjaminin qayğısız həyatı birdən-birə çox mürəkkəbləşir. O, evlənməkdə maraqlı deyil, daha çox meyxanəçi arvadı Marqo ilə görüşməyə üstünlük verir, lakin Sankt-Peterburqda təhsil almaq üçün Benjaminə borc verən və indi borcunu tələb edən Abesalom Şalvoviç gəldiyindən və Qlontini həbslə hədələdiyindən Benjamin Sofikonun qərarına tabe olur.
Gəl-Gör-Get qalası
İbn Ərəbşahın yazdığına görə 28 iyul 1402 tarixdə vaqe olmuş məşhur Ankara döyüşündən Qarabağa geri dönən Əmir Teymur Gürcüstandan keçərkən yolüstü 2 gürcü istehkamını bir müddət mühasirədə saxlamış və son nəhayətdə onları ələ keçirmişdir; bunlardan biri "Mağaralıq" deyilən yer, digəri isə "Gəl-Gör-Get" qalası idi və onlar "Gürcüstan qalaları arasında iki göz kimi idilər". Ehtimal etmək mümkündür ki həmin "Gəl-Gör-Get" qalası indi xarabalığı Şəki rayonunun Kiş kəndindən 1 km şimalda olan "Gələrsən-Görərsən qalası"dır. Qalanın İbn Ərəbşah tərəfindən edilmiş təsviri də məhz, "Gələrsən-Görərsən qalası"na uyğun gəlməkdədir. O ki qaldı "Gəl-Gör-Get" qalasının gürcü istehkamı hesab edilməsinə, nəzərə alınmalıdır ki, sonda müəllif həm də Şirvanşah Şeyx İbrahimin dili ilə qeyd etmişdir ki, həmin qalaların xaçpərəst müdafiəçiləri heç də gürcü yox, əslində "tatar" imişlər! Deməli, bu istehkamların müdafiəçiləri xristian-provoslav məzhəbli "tatar"lar olduğuna görə, müdafiəçilər gürcü, istahkamlar isə "Gürcüstan qüllələri" hesab edilmişdir. Bu qalalardan digər biri Gəl-Gör-Get’in göydələn qalasıdır ki öz adı kimi dikbaşlıq və təkəbbürdən söz açar və onun (adının) mənası türkcə belədir: "gələrsən, görərsən və geri dönərsən", yəni bir kimsə ona baxmaqdan başqa, qeyri bir şeyə nail olmaz, onun binası üç tərəfdən hündür təpəliyin üstündə(dir) və (yüksəkliyi həmin) tərəflərin yüksəkliklərinin hamısından daha yüksəkdir. Digər (dördüncü) tərəfindən dar və nahamar yol (gəlir) və (bu yol) sərt və çətin bir keçiddə başa çatır və o yolu gedən qarşılaşdığı sərtliklərə sinə gərərək hündür bir uçuruma və dərin bir yarğana yetişər ki, onunla qalanın darvazası arasında bir körpü bağlamışlar və körpü götürülərkən qalaya giriş qapadılmış olar. Teymur elə ki o halın həqiqətindən agahlıq tapdı və o pünhan bir xəbər aşkar oldu, bu qərara gəldi ki, öz məqsədinə çatmayanadək o məhlədən köç etməsin; amma o qalanın yaxınlığına, bir məkan ki, ora düşər və ora elə yer ki dalğalanan dəniz onun içində yerləşsə tapmaq olmaz, bəlkə bütün ətrafı qarma-qarışıq idi və uçurum və yüksəklik elə bil, necə ki öz ərinin qarşısında həyasız bir qadının qəzəbli çöhrəsi – bütünlüklə sərt və kobuddur. Amma Teymur tamahkarlığından öz sığınacaq və qərargahını orda, o qalanın göz qabağında qurdurmuşdu və ləşgərləri növbə ilə mühasirə və get-gəl işində olurlar və qala adamları gündüzlər körpünü götürüb müharibə və mübarizə bəlasından amanda idilər, çünki, o ətrafda bir məkan ki, mübarizə üçün yarasın və bir meydan ki, cəng üçün işə keçsin, tapmaq olmaz! Və teymurilər elə ki səhər açılır, uzaqdan ox atmaqla (, döyüşün başqa dəhşətlərindən) qurtulurlar və qane aşiq kimi, bir baxışa məmnun olurlar və gecə düşən kimi öz çadırlarının yolunu tuturlar və o yaxınlıqda bir yer yox idi ki bir gecəni başa vura bilələr, o zaman xaçpərəstlər körpünü yerinə qoyub dar bir yol ki, orda öz ehtiyaclarını təchiz edə bilərlər, [həmin yolu] açırlar və gediş-gəlişə başlayırlar, Teymur üçün o qaladan ümidsizlik nişanı zahir olan kimi və onun (qalanın) fəthini özü üçün xam arzu hesab edən kimi (o,) köç göstərişi verdirdi; amma bu rüsvayçılıqdan qorxuya düşdü və bu geri çəkilməsi üçün bəhanə və (uydurma bir) "səbəb" axtarır.(..) Teymurun ləşgəri içində boyları bir və qolları iki şir qüvvəsində iki cavan var idi ki xasiyyət və görkəm və qorxmazlıq və mərdanəlikdə biri o birindən o qədər də fərqlənmirdi, mübarizə meydanında biri digərinə müvafiq irəli çıxır, tərəzinin iki gözü kimi bərabər olurdular, təsadüf düşdü ki, o ikisindən biri Gürcüstan adamlarından bir kafir ki, şücaətdə şir kimi və boy-buxunda dağ kimi idi, (onunla) qabaq-qabağa çıxdı və Bu onu yerə yıxıb başını kəsib götürdü və Teymurun dərgahına apardı və bu işdən yüksək bir rütbə qazandı; bu "özünü göstərmə" bunun bərabərinin ürəyinə təsir etdi və onu bərk şəkkə gətirib məcbur etdi ki bir çarə fikirləşə ki, bəlkə özünün tayı yanında daha yaxşı bir (iş görüb ad-san) qazansın?; onun adı Pirməhəmməd və ləqəbi Qənbər idi və körpü işində heç kəs ondan çox tanışlıq və səriştəyə malik deyildi.
Qam-qam
Qam-qam — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qamqam oyk., sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Çağacıq çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adı olmuşdur. Kənd keçmişdə Rustov kəndinə məxsus mal-qara saxlanılan yer əsasında yaranmışdır. Məntəqə yerin adını qəbul etmişdir. Oykonimi fars dilindəki qamə (dayanacaq yeri, məskən) və kam (dərə, çökəklik, keçid, kiçik çay dərəsi) sözlərindən ibarət “kiçik çay dərəsində məskən” kimi izah edirlər. Kənd iki yamacın ətəyində, Qamqam çayının sahilindədir. Əslində kəndin adı çayın adından alınmışdır.
Zəm-zəm
Zəm-zəm suyu (ərəb. زمزم‎) — Məkkə şəhərində, Məscidül-həramın ərazisində, İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən bulaqdır. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür. İslam tarixində qeyd olunur ki, İbrahim peyğəmbər Allahın əmri ilə öz körpə oğlu İsmayılı və onun anası Həcəri Hicazda qoyub gedir. Həcər susuzluqdan əziyyət çəkən oğlu üçün su axtarsa da, tapa bilmir. Çünki Məkkə isti və quru havası və çox az su mənbəyi olan yerdə yerləşir. Həcər su axtarışında 7 dəfə Səfa və Mərva dağları arasındakı məsafəni gedib gəlir. Susuzlayan İsmayıl ayaqları ilə yeri sürtdükdə həmin yerdən su çıxmağa başlayır. Bu hadisənin başqa bir versiyasında Allah Cəbrayılı göndərir və o öz əsası (digər versiyada qanadı) ilə yerə toxunur və həmin yerdən su çıxır.
Qəm Karvanı (1990)
Film-reportaj İran İslam Respublikasında baş vermiş təbii fəlakət-zəlzələ haqqındadır. Kinolentdə Rəşt, Gilan, Həmədan və başqa yerlərdə zəlzələnin acı nəticələri əks olunmuşdur. Filmin əsas qayəsi xalqlarımızın dar gündə birliyini təcəssüm etdirməkdir. Rejissor: Nizami Abbas Ssenari müəllifi: İmran İsmayıl, Nemət Rzayev Operator: Nizami Abbas Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Qəm Pəncərəsi (1986)
Qəm pəncərəsi — 1986-cı ildə Anarın yazıçı Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsərləri əsasında yazdığı ssenariyə uyğun olaraq çəkilmiş Azərbaycan sovet filmi. Filmin rejissoru da Anardır. Filmdə Həsən Turabov Cəlil Məmmədquluzadənin qocalıq dövrünü, Elmira Şabanova isə onun həyat yoldaşı Həmidə Məmmədquluzadəni canlandırır. Filmdə yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin uşaqlıq dövrü ilə bağlı hadisələr öz əksini tapmışdır. "Qəm pəncərəsi" filmi Cəlil Məmmədquluzadənin xatirəsinə ithaf edilib. Filmin ssenarisi Anar tərəfindən Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsasında yazılıb. Filmdə Cəlil Məmmədquluzadənin uşaqlıq dövründə baş verən hadisələr təsvir edilir. Filmin digər adı "Danabaş kəndinin əhvalatları"dır. Bu film rejissor Mərahim Fərzəlibəyovun ilk aktyor işidir. Filmdə "Molla Nəsrəddin" jurnalının karikaturalarından istifadə edilib.
Bəm
Bəm — İranın Kirman ostanının şəhərlərindən və Bəm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 73,823 nəfər və 19,572 ailədən ibarət idi. Parfiya dövründə (b.e.ə.247- b.e. 224) salındığı təxmin edilən və Sasanilər imperatorluğu dövründə önəmli bir mərkəz olan şəhərə X əsrdə gələn ərəb səyyah İbn-i Həval, Surət-ul Ərz adlı kitabında , şəhərin qalasından və əl işləməli geyimlərin gözəlliyindən danışır. Bu şəhərin əl toxumalı geyimləri o qədər məşhur olub ki hədda onu Mərkəzi Asiya və Misirdən də alarmışlar.Farsların qurduğu bu şəhər Səfəvi xanədanlığı zamanında yüksək inkişaf dövrü yaşadı. Bəm səhralıqda olmağına baxmayaraq bu gün olduğu kimi qədim zamanlarda da ənkinçilik mərkəzi olmuşdu. Tarixən güclü bir qalaya sahib olması isə onun hərbi bir mərkəz rolunda da iştirak etməsini şərtləndirmişdi . Bəm qalasının tikililərindən bu günə qədər qalan hissələri əsas etibarı ilə 12-ci əsrdə tikilmiş və 6 km2 sahəyə malikdir. Kərpicdən tikilmiş qala 13000 insanın yaşaya biləcəyi bir qaladır. Burada 1850-ci ilə qədər yaşayış olmuşdur.
Cem
Cem - tərkibində ən azı 1% pektin maddələri, 1%-dən az olmayaraq üzvi turşu olan bütöv və ya doğranılmış meyvə-giləmeyvənin şəkər şərbətində paldaşəkilli konsistensiyaya qədər bişirilməsindən alınan qida məhsulu. Cem bişirmək üçün turş alma, armud, heyva, gavalı, alça, ərik, şaftalı, albalı (gilənar), gilas, qara qarağat, firəng üzümü, çiyələk, moruq, üzüm, əncir, xurma və digər meyvələrdən istifadə edilir. Cemin mürəbbədən əsas fərqi ondan ibarətdir ki, bişirilən meyvənin formasının saxlanılması vacib deyildir. Eyni zamanda cemin şirəsi mürəbbə şirəsindən fərqli jeleyəbənzər (paldalı) konsistensiyalı olub süzülmür və qeyri-şəffafdır. Cem bir dəfəyə bişirilir. Tərkibində az pektin olan meyvə-giləmeyvələrdən cem bişirdikdə ona davamlı jele əmələgətirən meyvə-giləmeyvə (heyva, bəzi sort almalar, firəng üzümü) qatmaq lazım gəlir. Cem bişirilməsi və əlavə olunan şəkərin miqdarına görə mürəbbəyə, konsistensiyasına və xarici görünüşünə görə povidloya oxşayır. Mürəbbə Jele Marmelad Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010. The principles of jelly-making, by N.E. Goldthwaite ...
Cəm
Cəm (lat. summa) — iki ədədi toplayanda alınan ədəd bu ədədlərin cəmi adlanır.
GSM
Global System for Mobile Communications (abr. GSM; azərb. Mobil Rabitə üzrə Qlobal Sistem‎) — Avropa Telekommunikasiya Standartları İnstitutu (ATSİ) tərəfindən mobil telefon və planşetlər kimi mobil cihazlar tərəfindən istifadə edilən ikinci nəsil (2G) rəqəmsal mobil şəbəkələr üçün hazırlanmış protokollar standartı. "GSM" həm də "GSMA"ya məxsus əmtəə nişanıdır. "GSM" həmçinin, "Full Rate" səs kodekinə də aid edilir. Bu, ilk dəfə 1991-ci ilin dekabrında Finlandiyada tətbiq edilmişdir. 2010-cu illərin ortalarında 90%-dən çox bazar payına çatmış, 193-dən çox ölkə və ərazidə fəaliyyət göstərən mobil rabitə üçün qlobal standarta çevrilmişdir. "GSM" sistemləri və xidmətləri "ETSI" tərəfindən idarə olunan bir sıra standartlarda təsvir edilmişdir. 2G şəbəkələri birinci nəsil (1G) analoq mobil şəbəkələri əvəz etmək üçün hazırlanmışdır. "GSM" standartı əvvəlcə tam dupleks səsli telefoniya üçün optimallaşdırılmış rəqəmsal, dövrə keçidli şəbəkəyə aid edilirdi.
GeV
Elektron volt (eV) hissəciklər fizikasında istifadə olunan enerji vahididir. Hissəciklər fizikasında kütlə də elektron volt vasitəsilə ifadə olunur. Vahid 1912-ci ildə təklif edilmişdir, 1930-cu ildən istifadə olunur. Fizikada, kimyada və səhiyyədə istifadə olunur. Elektron x volt potensiala malik yerdən (x+1) volt potensiala malik yerə hərəkət etdikdə (və ya sürətləndikdə) elektronun qazandığı potensial enerji 1 elektron volt olur. 1 elektron volt= 1.602 176 565(35) × 10−19 coul Vahid çox kiçik olduğundan onun daha yüksək dərəcələrindən istifadə edilir: keV — (kilo yunan khilioi — min) — 103 elektron volt MeV — (meqa yunan megas — böyük) — 106 elektron volt GeV — (giqa yunan gigas — giqant) — 109 elektron volt TeV — (tera yunan teras — monstr) — 1012 elektron volt Elektron volt vahidi enerji ilə yanaşı kütlə üçün də işlənir. Bu A. Eynşteynin (A. Einstein) E =mc2 formulundan alınır. Bu formulaya görə enerji kütlə ilə işıq sürəti kvadratının hasilinə bərabərdir. E = m ∗ c 2 {\displaystyle E=m*c^{2}} Buradan m = E / c 2 {\displaystyle m=E/c^{2}} Beləliklə 1 eV/c2 = 1.782 661 845(39) × 10−36 kg Məsələn, protonun kütləsi 938.272 046(21) MeV/c2 və ya 1.672 621 777(74)×10−27 kg Bəzən fizikaya aid ədəbiyyatda kütləni elektron volt ilə ifadə edəndə vahidin c2 hissəsi nəzərə alınmır. Belə ki, protonun kütləsi 938.272 046(21) MeV kimi də yazıla bilir.
Gen
Gen — canlılarda nəsildən nəslə bioloji xassələrin ötürülməsi prosesinin yəni irsi genetikanın əsas vahidi. Nuklein turşularının (DNT, RNT) müəyyən bir hissəsi olub nukleotid ardıcıllğındaki informasiya vasitəsilə müəyyən zülal yaxud funksional RNT əmələ gətirir. Genlər fenotipik xassələrin ata-anadan oğul-qıza ötürülməsinin, fərdlər arasındakı bənzərliklərin əsasını təşkil edir. İrsi vahidlər ideyasını ilk dəfə Qreqor Mendel ortaya atmışdır. 1857 ilə 1864 illəri arasında noxud bitkisinin ayrı-ayrı xassələri üzərində işləyərək onların nəsildən nəslə ötürülməsini izləmişdir. DNT-nin ən əsas rolu hüceyrədə uzun müddətli informasiyanın saxlanılmasıdır. DNT ən önəmlisi gen olan bir sıra vahidlərə bölünür. Kimyəvi cəhətdən DNT nukleotid deyilən vahidlərdən əmələ gələn uzun polimerdir. Hər bir nukletoid azotlu əsas, şəkər (dezoksiriboza) və fosfat qrupundan meydana gəlir. DNT zəncirinin özəyini fosfat və şəkər qrupları əmələ gətirir, əsaslar isə ikili zəncirin iç qismində digər tərəfdəki əsasla qarşı-qarşıya duran şəkildədir.
Geum
Çınqılotu (lat. Geum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Acomastylis Greene Coluria R.Br. Erythrocoma Greene Neosieversia Bolle Novosieversia F.Bolle Oncostylus (Schltdl.) F.Bolle Oreogeum (Ser.) E.I.Golubk. Orthurus Juz. Parageum Nakai & H.Hara Sieversia Willd. Stylypus Raf. Taihangia T.T.Yu & C.L.Li Waldsteinia Willd. Hələb çınqılotu (Geum aleppicum Jacq.) Bolqar çınqılotu (Geum bulgaricum) Kanada çınqılotu (Geum canadense Jacq.) Yapon çınqılotu (Geum japonicum) Geum laciniatum Murr. Geum macrophyllum Willd.
Gey
Homoseksuallıq eyni cinsdən (və ya genderdən) olan şəxslər arasında romantik, cazibə və cinsi davranışdır. Homoseksuallıq, bir cinsi oriyentasiya olaraq, "Özü ilə eyni cinsdə olan insanlara davamlı şəkildə göstərilən cinsi və romantik maraq" olaraq təyin edilir. Bu, həmçinin, "Birinin belə maraqlara, davranışa və LGBT icmasının bir hissəsi olaraq özünü şəxsiyyətcə dərk etməsi" kimi başa düşülür. Biseksuallıq və heteroseksuallıqla bərabər, homoseksuallıq cinsi oriyentasiyalar oxunda əsas üç cinsi oriyentasiyadan biridir. Hal-hazırda homoseksuallığın mövcudluğunun səbəbi elmi şəkildə əsaslandıra bilinməsə də, düşünülür ki, bu, insanın öz seçimi deyildir və əsasən genetik, hormonal və ətraf-mühit amillərinin mürəkkəb şəkildə birləşməsindən qaynaqlanan bir amildir. Bu gün homoseksuallığın səbəbləri haqda bir çox teoriya olsa da, alimlər bioloji nəzəriyyəyə əsaslanır. Kişilərdə homoseksuallığın qeyri-sosial, bioloji səbəblərinin olduğunu, və cəmiyyətin təsirindən asılı olmadığını təsdiqləyən bir çox dəlil vardır. Hal-hazırda nə valideyn tərbiyəsinin və uşaqlıqda yaşanan hər hansı bir təcrübənin insanın cinsi oriyentasiyasına təsir etdiyini sübut edən əsaslı dəlil, nə də ki psixoloji müdaxilənin insanın cinsi oriyentasiyasını dəyişə biləcəyini təsdiq edən sübut mövcud deyil. Bir çox insan homoseksuallığın qeyri-təbii olduğunu düşünsələr də, elmi araşdırmaların nəticəsi onu göstərir ki, bu normal və təbiidir, insanın cinsi oriyentasiyalarından bir variasiyadır, və heç bir neqativ psixoloji təsiri özündə daşımır. Homoseksualları tanımlamaq üçün bir çox terminlərdən istifadə edilir.
Gim
Գ, գ (Səslənməsi: gim, erm. գիմ) — erməni əlifbasının üçüncü hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Gəmi
Gəmi — Arximed prinsipinə əsasən suda üzə bilən su nəqliyyat maşını. Qayıq ilə gəmi arasındakı fərq onun ölçüsündədir. Gəmilər xüsusi gəmiqayırma zavodlarında hazırlanırlar. Gəminin gövdəsi hazır olduqdan sonra o suya buraxılır və sonra suda tam quraşdırılır. Gəmilər vacib nəqliyyat vasitələrindəndir. Onlardan həm sərnişin, həm də yüklərin daşınmasında istifadə olunur. Yüklər konteynerlərə yığılaraq uzaq məsafələrə daşınır. Böyük yük gəmiləri neft tankerləridir. Sərnişin gəmilərindən daha çox səyahət üçün istifadə olunur. Teploxod — daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən gəmi; Yaxta — motorlu və yaxud yelkənli yüngül gəmi; Aviadaşıyıcı — göyərtə aviasiyası daşıyan hərbi gəmi.
Gəz
Gəz — İranın İsfahan ostanının Şahinşəhr və Meymə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,432 nəfər və 5,704 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti gəz dilində danışırlar.
Jem
Jem — Qazaxıstanın Aqtöbe vilayətinin Mugaljar rayonunda şəhər. Emba şəhərinin 10 kilometr cənubunda yerləşir. Adını Qazax dilində belə adlandırılan Emba çayından almışdır. İndiki Jem qəsəbəsi keçmiş hərbi şəhər Emba-5, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 11-ci Dövlət Araşdırma Sahəsinin inzibati və yaşayış mərkəzi. Şəhərin və zibilliyin qoyulduğu tarix, Qazaxıstan SSR-in Aktobe vilayətinin Emba stansiyasından 10 kilometr məsafədə ilk istinad dirəyinin döyüldüyü və çadır şəhərciyinin qurulduğu 7 may 1960-cı il sayılır. Şəhər sonsuz qazax çölləri arasında həqiqətən bir vaha olmuşdur. Qurulan bənd sayəsində bir vaxtlar kiçik Emba çayı bahar daşqınları zamanı geniş və olduqca təhlükəli bir çaya çevrildi. Əslində, hərbçilər boş bir yerin ortasında yaşıllıqlara qərq olmuş bir şəhər şəklində əsl bir möcüzə qurmağı bacardılar. Emba-5 məktəblərin, dükanların, yaxşılaşdırılmış tərtibatlı evlərin, xəstəxana, hesablama mərkəzi və məşhur Qarnizon Zabitlər Evinin (GARDO) sivilizasiyadan çox uzaqlarda tikildiyi nümunə bir hərbi şəhərə çevrildi. raket və pilot [mənbə 2101 gün göstərilməyib].
Mem
Mem (ing. meme, ru. мем) -bir nəsildən başqa nəsilə genetik olaraq deyil, imitasiya, öyrətmə yoluyla ötürülən mədəni informasiya. "Mem" termini yunan dilindəki μίμημα ("oxşarlıq") sözündəndir. Mem anlayışı və onun konsepsiyası 1976-cı ildə Riçard Dokinz (Richard Dawkins) tərəfindən "Eqoist gen" kitabında işlənib. İnternetdə bu termindən, adətən, çox sürətlə populyarlıq qazanan sözü, ifadəni, görüntünü bildirmək üçün istifadə olunur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qam
Qam - türk, altay və monqol xalq mədəniyyətində cadugər din xadimi, şaman. Gam, Kam və ya Xam olaraq da deyilər. Primitiv birliklərdə fövqəltəbii güclərlə əlaqə keçə bilən din adamıdır. Ruhlarla əlaqə qura bilər. Duaları ilə xəstələri "sağalta bilər" (müalicə edə bilər) və mərasimlərlə pis ruhları qova bilər. Eyni zamanda cadugər və həkimdir. Müxtəlif ritüelleri yerinə yetirər. Tanrı ilk şamanı yaratdığında onun evinin önünə səkkiz budaqlı bir ağac tikmişdir. Bu səbəblə hər şaman özünü təmsil edən bir ağac tikər. Bu ağaca "Turuğ" adı verilər.
Qeşm
Qeşm adası — İranın Hörmüz boğazında ada. Qeşm şəhristanı — İranın Hörmüzgan ostanının şəhristanlarından biri. Qeşm (şəhər) — İranın Hörmüzgan ostanındakı Qeşm şəhristanının inzibati mərkəzi.
Qum
Qum (farsca: قم) — İranda bir şəhərdir. Qum ostanının mərkəzidir. İranda ən qədim şəhərlərdən biridir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 957,496 nəfər və 241,827 ailədən ibarət idi.
Yem
Yem — kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi üçün becərilən birillik, ikiillik və çoxillik bitkilər. Buraya siloslu və dənli yem bitkiləri aiddir. Azərbaycanda birillik və çoxillik yem otları, şalğam, yemlik, yerkökü, yem çuğunduru, turneps, kartof (yemlik sortları), yerarmudu, yemlik qarpız və qabaq, qarğıdalı, günəbaxan, yem kələmi və s. becərilir. Yaşıl yem üçün dənli-paxlalı (noxud, soya, mərci) və dənli yemlər (çovdar, vələmir, arpa, darı) bitkilər, dənli yemlər almaq üçün çöl noxudu, at paxlası, noxud, vələmir, arpa, qarğıdalı, darı, kalış və s. bitkilərdən istifadə olunur. İstifadə olunan yem kütləsinin, yemi istifadə edənin çəkisinin artımına nisbəti (onların kimyəvi tərkibindən asılı olmayaraq). Yem əmsalı sənaye heyvanlarının inkişafı üçün yem resurslarının effektivliyini göstərir. Heyvanların sağlam saxlanmasını v ə yüksək məhsuldarlığını təmin etmək üçün zəruri qidalı maddələrin miqdarı. Yemləmə məhsuldarlıqdan (südlük, ətlik, yunluq, yumurtalıq), məhsulun tərkibindən (südün yağlılığı) fizioloji vəziyyətdən (böyümə, dölün inkişafı və s.) asılı olaraq normaya salınır.