Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dekabank
== Tarixçə == Azərbaycanda ilk özəl bank olaraq Deka-Bank öz fəaliyyətinə 1989-ci ildə kooperativ bank kimi başlayıb. O zaman Azərbaycanda, bütün keçmiş SSRİ ərazisində olduğu kimi, kooperativ fəaliyyəti geniş vüsət almışdı və məhz Deka-Bank yeni yaradılmış kooperativlərin hesablarına xidmət göstərmək qabiliyyətinə malik idi. Kooperator hərəkatı gücləndikcə Deka-Bank da fəaliyyətini genişləndirirdi. Sovet ittifaqı dağıldıqdan sonra bank Azərbaycan Respublikasının Milli Bankında yenidən qeydiyyatdan keçib 9 dekabr 1992-ci ildən etibarən kommersiya bankı kimi, 68 No-li lisenziya əsasında, fiziki və hüquqi şəxslərə çox saylı xidmətlər göstərir. Hazırda bank kassa-hesabat, kredit, depozit, plastik kart əməliyyatları aparır və dünyanın istənilən nöqtəsinə valyuta ödənişləri üzrə xidmətləri göstərir. Bankın fəaliyyətinin əsas istiqaməti məhz kredit verilməsidir. Xidmət metodlarının təkmilləşdirilməsi və yeni texnoloqiyalara qoşulması məqsədi ilə, bank 2001-ci ildə lazımi avadanlıq əldə edərək ümümdünya maliyyə ödəmələri sisteminə (S.W.İ.F.T.-DEKBAZ22) keçib. Bank fiziki şəxslərə xidmət sahəsində WESTERN UNİON sistemi ilə dünyanın istənilən nöqtəsinə və MİGOM sistemi ilə MDB dövlətlərinə qısa bir müddətdə pul ödənişləri qəbul edir və ödəyir. Bank bazarında 16 illik fəaliyyəti nəticəsində "DekaBank KB" ASC tədricən Azərbaycanın qabaqcıl banklarından birinə çevrilərək texniki və maliyyə bünövrəsini möhkəmləndirdi. Bankın nizamnamə kapitalı artırılaraq 01.01.2008-ci il tarixdə 10.3 mln (AZN) manat olmuş və 01.01.2009-cu il tarixədək 12.0 mln manata çatdırılacaqdır.
Dekadent
Dekadentçilik və ya Dekadans (fr. decadent — düşük, depressiya) — fransız sözü olub, tənəzzül, düşkünlük mənasında işlənir. XIX əsrin sonu, XX əsrin əvvəllərində ədəbiyyat və incəsənətin vəziyyətini ümumi xarakterizə etmək üçün istifadə olunan termin. XX əsrin birinci yarısında ona sinonim olan "fin de siecle" (fr. Əsrin sonu"), "Jahrhundertwende" (alman dilində "əsrin dəyişməsi"), "Avropanın qürubu", "Avropa gecəsi", "mədəniyyət böhranı" və s. anlayışlar işlənirdi. Termin 1830-cu illərdə Fransada meydana gəlmiş, əvvəlcə romantik incəsənət tənqidçiləri tərəfindən istifadə olunmuşdur. 1780-ci illərdə yayılmağa başlamışdır (Qonkur qardaşları, Pol Verlen və başqaları). Yazıçılardan Aleksandr Aleksandroviç Blok, Pol Verlen, Knut Hamsun, S.George, Zinaida Qippius, Karl Huismans, Q.D.Annunsio, Uilyam Batler Yeyts, Stefan Mallarme, Moris Meterlink, Dmitri Merejkovski, Avqust Strindberq və Oskar Uayldın; bəstəkarlardan Klod Debüssi, Aleksandr Skryabin, Arnold Şönberq və Riçard Ştrausun; rəssamlardan Leon Bakst, Arnold Böklin, Q.Moro, Qustav Klimt, Odilon Redon, Pyer Püvi de Şavann və başqalarının yaradıcılığında dekadent üslubunun xüsusiyyətləri meydana gəldi . Dekadans üslubunun yaradıcıları köhnə, akademik sənət növlərinə qarşı çıxır, müasir insanın dünyagörüşünü ifadə etmək üçün yeni formalar axtarırdılar.
Dekada
Dekada (q.yun. δεκάς, δεκάδος — "onluq") — on tərkib hissəsi olan məcmu. Azərbaycan dilində daha çox "on günlük dövr" mənasında işlənir. Dekada həm də 10 illik dövrü əhatə edən zaman ölçüsü kimi işlənə bilər. Dekadalar adətən tarix, mədəniyyət və planlaşdırma da daxil olmaqla müxtəlif kontekstlərdə istifadə olunur ki, bu da müəyyən bir vaxt çərçivəsini qruplaşdırmaq üçün əlverişlidir.