Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dehqani
Dehqani — XIII əsr Anadolu şairi. == Həyatı == == Yaradıcılığı == *** Əcəb bu dərdimin dərmanı yoxmu? Ya bu səbir etməyin oranı yoxmu? Yanaram mumlayın başdan ayağa Nədir bu yanmağın payanı yoxmu? Gülər düşmən mənim ağlamağıma Əcəb, şol kafirin imanı yoxmu? Dəlibdir ciyərimi qəmzən oxu Ara, ürəkdə gər peykanı yoxmu? Su kimi qanımı torpağa qardın Nə sanırsan qəribin qanı yoxmu? Cəmali-hüsnünə məğrur olursan Kəmali-hüsnünün nöqsanı yoxmu? Bəyim, Dehqaniyə ölməzdən öncə Tapuna irməyin imkanı yoxmu?
Ergani
Ergani — Dəclənin sağ sahilində 10 km uzaqlıqda və 1537 metr hündürlükdəki Zülküf dağının cənub ətəyində qurulmuş (Xalq arasında Zülküf Dağı, Zülküf Peyğənbər Dağı, Mövqə Dağı olaraq adlandırılmaqdadır. Diyarbakırın əhəmiyyətli bölgəsindən biridir. Ergani, Diyarbakır ilinin ən böyük ilçəsidir. İlçə mərkəzinə bağlı 86 kənd var.
Behruz Dehqani
Behruz Dehqani — Behruz Təbrizi kimi də tanınan Cənubi Azərbaycanlı yazıçı, tərcüməçi və partizan Əşrəf Dehqani və Ruhəngiz Dehqaninin qardaşı və İran Xalq Fədai Partizanlar Təşkilatının məşhur üzvlərindən idi. O, SAVAK tərəfindən həbs ediləndən sonra, həbsxanada işgəncə və böyrəklərinin zədələnməsi səbəbindən öldürülüb.
Bəhruz Dehqani
Behruz Dehqani — Behruz Təbrizi kimi də tanınan Cənubi Azərbaycanlı yazıçı, tərcüməçi və partizan Əşrəf Dehqani və Ruhəngiz Dehqaninin qardaşı və İran Xalq Fədai Partizanlar Təşkilatının məşhur üzvlərindən idi. O, SAVAK tərəfindən həbs ediləndən sonra, həbsxanada işgəncə və böyrəklərinin zədələnməsi səbəbindən öldürülüb.
Mahmud Dərgahi
Məhəmməd Dərgahi (1890–1953)— İran ordusunun generalı. == Həyatı == Məhəmməd Dərgahi 1890-cı ildə anadan olmuşdu. Hərbi məktəbi bitirəndən sonra leytenant rütbəsi ilə orduya qatılmışdı. Mayor rütbəsi daşıyarkən qala komendantının müavini olmuşdu. Məhəmməd Dərgahi 1953-cü ildə vəfat edib.
Məhəmməd Dərgahi
Məhəmməd Dərgahi (1890–1953)— İran ordusunun generalı. Məhəmməd Dərgahi 1890-cı ildə anadan olmuşdu. Hərbi məktəbi bitirəndən sonra leytenant rütbəsi ilə orduya qatılmışdı. Mayor rütbəsi daşıyarkən qala komendantının müavini olmuşdu. Məhəmməd Dərgahi 1953-cü ildə vəfat edib.
Əşrəf Dehqani
Əşrəf Dehqani — İran inqilabçısı, partizan, həm şah, həm də ayətullah rejimlərinə qarşı müqavimət hərəkatının ən tanınmış qadın üzvlərindən biri. İran Xalq Partizanları-Fədailəri təşkilatının qurucusu və rəhbəri. Əşrəf Dehqani 1949-cu ildə fəhlə ailəsində anadan olub. O doğulanda atası savadsız bir mirab (suçu, əkin ərazilərini suvaran) idi. Buna qədər isə atası fərqli sahələrdə özünü sınamışdı, su quyuları qazıb, mağazada işləyib, tikintidə fəhləlik edib. Lakin bütün bu işlərdə əldə etdiyi qazanc ona 8 nəfərlik ailəsini saxlamaq üçün bəs etmirdi. Savadsız olmağına baxamayaraq siyasi şüura malik biri olub. 1945–1946-cı illərdə Azərbaycan Demokratik Firqəsinin üzvlərindən olmuşdur. Qəddar şah rejimi Azərbaycana soxulub firqəni dağıtdıqdan sonra kütləvi qətllərə başlayanda isə firqə tərəfdarlarını öz evində gizləmiş onlara sığınacaq etmişdir. Lakin atası xəstə düşür və yataq xəstəsi olur məhz buna görə də evin yükü ailənin digər üzvlərinin üzərinə düşür.
Dərani (Xudafərin)
Dərani (fars. داراني‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 295 nəfər yaşayır (66 ailə).
Seyid Əsədulla Xərqani
Seyid Əsədulla Xərqani (d. 1838 - ö. ?) — müctəhid. Seyid Əsədulla Mir Səlami 1838-ci ildə Qəzvinin Şiznəd kəndində anadan olmuşdu. Əslən Xərqanın Mir Səlami seyidlərindəndir. Musəvi kökənlidir. Atası Seyid Zeynalabdin ibn Seyid İsmayıl bin Seyid Həsənxandır.Babaları Qəzvinə Marağa şəhərindən köçmüşdülər. Marağalı Mir Səlam bu silsilənin kökündə dayanır.Mir Səlam Səfəvi sultanlarının yaxını idi. Seyid Əsədulla Xərqani 15 yaşında Qəzvinə gələrək dini təhsilə yiyələnmişdi. 1858-ci ildən 1860-cı ilədək Tehran şəhərində mədrəsədə ali təhsil almışdı.Mirzə Əbülhəsən Cilvənin şagirdlərindən idi.
Yəhya Əfəndi Dərgahı
Yəhya Əfəndi Dərgahı İstanbulda Yəhya Əfəndi tərəfindən qurulmuş bir xanəgahdır. Beşiktaş, Yıldız məhəlləsi, Yəhya Əfəndi çıxmazında yerləşir. Dərgahın fəvvarəsinin kitabəsinə əsasən, qurulduğu tarixin 1538-ci il olduğu təxmin edilir. 1925-ci ildə xanəgahlar bağlandıqdan sonra məscid kimi fəaliyyət göstərməyə başladı. Xanəgah, məscid, tövhidxana, mədrəsə, hamam, qəbiristanlıq və müxtəlif evlərdən ibarət kompleks xarakterindədir. Zamanla bura müxtəlif yerlər əlavə edilib. Yəhya Əfəndinin vəfatından sonra dərgahın ətrafında bir çox insanların cənazəsi dəfn edilmiş və zamanla böyük bir qəbiristanlığa çevrilmişdir. Qəbiristanlıq buranın böyük bir hissəsini tutur. 19-cu əsrin ikinci yarısında bir çox təriqət mənsublarının, dövlət xadimlərinin, üləma və sülalə mənsublarının dəfn olunduğu bu ərazi Osmanlı yüksək təbəqəsinin qəbiristanlığına, daha sonra isə sultanın ailə qəbiristanlığına çevrilmişdir. Bura da Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Naziri Behbud Xan Cavanşirin məzarıda yer alır.
Şeyx Əbülhəsən Xərqani
Şeyx Əbülhəsən Xərqani (963–1033)— sufi şair, arif. Bu görkəmli arif 351 ya 352-ci hicri ilində Qəleno kəndində anadan olub və 425-ci hicri ilində 73 yaşında anadan olduğu kənddə əbədiyyətə qovuşub. Şeyx Əbülhəsən Xərqaninin tanınmış şagirdlərindən olan Xacə Abdullah Ənsari 5-ci hicri əsrinin tanınmış ariflərindən olub. Maraqlı bir dastanda deyilir ki, Xərəqan vilayətində Şeyx Əbülhəsən Xərəqani adlı arif yaşayarmış. Onun şöhrəti yaxın və uzaq ətrafa yayılıbmış. Bir gün həqiqət axtarışında olan bir şəxs nəsihət almaq üçün şeyxin görüşünə gəlir. Şeyxin arvadı qapıya çıxıb yolçunun istəyini soruşur. Öz ziyarət qəsdini açıqlayan şəxs qadının təhqirlərinə mə᾽ruz qalır. Qadın hətta öz əri haqqında nalayiq sözlər işlədir. Yolçunun əl çəkmədiyini görüb şeyxin səhraya çır-çırpı yığmağa getdiyini deyir.
Haqqın dərgahı (film, 1991)
== Məzmun == Kinolent Qobustandakı daş yaddaşımızla başlanır. Sonrakı kadrlarda atəşgahlar göstərilir, ulularımızın əvvəllər atəşpərətlik əqidəsinə tapındıqları vurğulanır. Daha sonralar xalqımızın islama inamından söhbət açılır. Və gözəl memarlıq abidələri olan islam məscidlərindən danışılır. Filmdə İçəri şəhərin Sınıqqala məscidi, Bakıdakı Təzəpir məsscidi, Əmircandakı Muxtarov məscidi, Balakən və Ağdamdakı məscidlər, onların fəaliyyəti haqqında bəhs olunur. Kinolentdə deyilir ki, inqilabdan əvvəl məscidlərimiz maarifçiliyin inkişafında təsirli rol oynamışdır. == Film haqqında == Film Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Hatəm Əsgərov Ssenari müəllifi: Məmməd İsmayıl Operator: Rəfael Salamzadə Səs operatoru: Əsəd Əsədov Mətni oxuyan: Rasim Balayev == Sponsor == Azərbaycan Mədəniyyət Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.