Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zanonia
Zanonia (lat. Zanonia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Penar-valli Adans. Juppia Merr. Zanonia angulata Wall.
Fagonia
Həlməl (lat. Zygophyllum) — bitkilər aləminin həlməlçiçəklilər dəstəsinin həlməlkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 40-60 (bəzən 80) sm olan çoxillik ot bitkisidir. Gövdələri yuxarı qalxdıqca dibi adətən odunlaşır. Tərs yumurtavari iki yarpaqcıqdan ibarət 1.5-3 sm uzunluqda, ətli, qeyri-bərabəryanlı yarpaqları qarşılıqlıdır. Çiçəklərinin acımtıl, aşağısı isə narıncı rəngdə olan ləçəkləri tərs yumurtaşəkillidir. Ətli, uzunluğu 15–40 mm, eni 3–5 mm olan uzunsov yuvarlaq beştərəfli prizma formalı qutucuqları qanadsız, çoxtoxumludur. Boz-mixəyi rəngli, uzunluğu 4–5 mm, eni 2.5-3.5 mm romba bənzər və ya oval formalı toxumları bozumtul, nahamar qabıqla örtülmüşdür. Aprel-iyun aylarında çiçəkləyir, iyul-oktyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi həlməl kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi-iran-turan qrupuna aiddir.
Zaqora
Zaqora, Zaqura (ərəb. زاكورة‎, bər. ⵣⴰⴳⵓⵔⴰ, fr. Zagora) və ya Tazaqurt (bər. ⵜⴰⵣⴰⴳⵓⵔⵜ, fr. Tazagourt) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətiin inzibati mərkəzi. Şəhər mərkəzi dəniz səviyyəsindən 709 metr (2,326 ft) yüksəklikdə yerləşir. Zaqora Varzazat şəhərindən 162 kilometr (101 mil) uzaqlıqda, Atlas dağlarının üzərində yerləşir. Şəhərin yaxınlıqlarında Zaqora dağı yerləşir. Şəhərin yerli bərbər dilindəki adı – Tazaqurt (bər.
Zatoka
Zatoka (ukr. Затока) — Ukraynanın Odessa vilayətinin Bilqorod-Dnestrovski rayonunda yerləşən şəhər tipli qəsəbə. Məntəqə yerli bir çimərlik kurortudur. Əlavə olaraq, qəsəbədə Buqaz adlı kiçik bir dəniz limanı var. 2017-ci ildə Zatokada 1,869 nəfər yaşayırdı. Qəsəbə Dnestr estuarisinin çayın Qara dənizə axdığı dilində yerləşir. Qəsəbə Odessa şəhərindən 60 kilometr, Bilqorod-Dnestrovski şəhərindən isə 18 kilometr uzaqlıqla yerləşir. İnzibati və ərazi baxımından Zatoka qəsəbəsi Bilqorod-Dnestrovski şəhər şurasının tərkibindədir. Zatoka qəsəbəsi üç əraziyə – "Limanski", "Solneçi", "Tsentralnıy" rayonlarına bölünmüşdür Qəsəbənin yaxınlığında Tripol mədəniyyəti dövründən qalma bir abidə yerləşir. Zatoka qəsəbəsinin əsası 1827-ci ildə qoyulmuşdur.
Antonio Saqona
Antonio (Toni) Cüzeppe Saqona (1956, Tərabülüs əl-Qərb – 29 iyun 2017) — Avstraliyanın Viktoriya əyalətindəki Melburn Universitetində dərs demiş arxeoloq və klassik professor. Toni Saqona, 30 aprel 1956-cı ildə Tripolidə, Liviyada anadan olmuşdur. Valideynləri, Salvatore və Mariya ilə birlikdə 1960-cı ildə Avstraliyaya köçmüş, əvvəlcə Vilhelmstaun, Viktoriyaya yerləşmişdir. Saqona ilk təhsilini Emmanuel Kolleci, Altonada aldı, orta təhsilini 1973 cü ildə bitirdi və Melburn Universiteti Humanitar elmlər bölməsindən məzun oldu. Namizədlik mövzusu 1984-cü ildə tamamladığı Qafqaz bölgəsinin erkən Tunc dövrü Kür-Araz mədəniyyətinin arxeologiyası idi. 1984-cü ildə Erkən Tunc dövründə Qafqaz bölgəsi olaraq nəşr edilmişdir. Doktorantura namizədliyi müddətində Saqona Humanitar Elmlər Bölməsində müəllimlik edirdi. Müəllimi və onun üçün model olan Bill Culicanın qəfil vəfat etməsi ilə Culican kursunu təhvil aldı və Arxeologiya müəllimliyi etməyə başladı. 1989-cu ildə baş müəllim vəzifəsinə irəli çəkildi, 1995-ci ildə dosent və 2006-cı ildə professor vəzifəsinə təyin edildi. 2017-ci ildə ölümündən bir müddət əvvəl ona Emeritus professor adı verildi.
Stara Zaqora
Stara Zaqora (bolq. Стара Загора) Bolqarıstan ərazisində yerləşən altıncı ən böyük şəhər və Stara Zaqora vilayətinin inzibati mərkəzidir. Şəhər mərkəzində yerləşən və dövlət tərəfindən mühafizə olunan qədim Roma abidələri bu şəhərin şanlı tarixini əks etdirir. Şəhərin əsası bizim eramızdan əvvəl 342-ci ildə makedoniyalı II Filipp tərəfindən qoyulmuşdur. Roma İmperiyasının mövcudluğu ərzində imperator Trayanın şərəfinə şəhər Ulpiya Avqusta Trayana adlandırılmışdır. Mark Avrelinin hakimiyyəti illərində (161-180) şəhər inkişaf dövrünü keçirmiş və öz yerləşdiyi bölgədə Trakiya və Filippopolis şəhərlərindən sonra üçüncü ən böyük yaşayış məntəqəsi olmuşdur. Bu şəhər öz statusunu və vacibliyini Septimi Sever, Karakalla və Diokletianın hakimiyyəti dövründə də qoruyub saxlamışdır. Eramızın 250-ci ilində şəhər yaxınlığında baş vermiş Beroye döyüşü qotların qələbəsi ilə nəticələnmişdi. Çox güman ki, məhz bu hadisədən sonra regionda yerləşən digər şəhərlər kimi bu şəhərin də qala divarları iki qat artırıldı. 377-ci ildə qotlar şəhərə hücuma keçmiş və buranı talan etmişdir.
Zaqora (Mərakeş)
Zaqora, Zaqura (ərəb. زاكورة‎, bər. ⵣⴰⴳⵓⵔⴰ, fr. Zagora) və ya Tazaqurt (bər. ⵜⴰⵣⴰⴳⵓⵔⵜ, fr. Tazagourt) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətiin inzibati mərkəzi. Şəhər mərkəzi dəniz səviyyəsindən 709 metr (2,326 ft) yüksəklikdə yerləşir. Zaqora Varzazat şəhərindən 162 kilometr (101 mil) uzaqlıqda, Atlas dağlarının üzərində yerləşir. Şəhərin yaxınlıqlarında Zaqora dağı yerləşir. Şəhərin yerli bərbər dilindəki adı – Tazaqurt (bər.