Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşarit
Aşarit — mineral, Mg[HBO3] == Haqqında == Aşarit - Rombik. Habitus. Lifli, iynəvari, təbaşirəbənzər. Rəngi ağ. Sərtliyi 3,5. Xüsusi çəkisi 2,68. Boratların çökmə yataqlarında, duzlu süxurlarda; metasomatik yataqlarda lüd­vi­qit və serpentinlə birgə. Bor elementinin filizi. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Ruskiy Zavarot
Ruskiy Zavarot — Barens dənizi sahilində, Nenets Muxtar Dairəsi ərazisində yerləşən yarımada. Yarımada 2–3 km enə və 45 km uzunluğa malikdir. Yarımada bütünlüklə tundra bitkiləri ilə örtülü olur. Yarımadadan cənubda yerləşən dəniz ərazisi Peçora dənizi adlanır. Yarımada qum materialından təşkil edilmişdir. Yarımada eyni adlı burunla bitir. Yarımadadan şərqdə Gəzən Pişiklər adaları yerləşir. Vaxtı ilə isə burunun cənubunda Xodovarixa qəsəbəsi yerləşirdi.
Tajarie Arturton
Zaxariy Çxubianişvili
Zaxari Nikolayeviç Çxubianişvili (gürc. ზაქარე ნიკოლოზის ძე ჩხუბიანიშვილი; 1903 – 1980) — Sovet partiya xadimi. 1937-ci ildən 1940-cı ilin mart ayınadək Gürcüstan SSR meşə sənayesi xalq komissarının vəzifəsində çalışırdı. 1940-41-ci illərdə Gürcüstan Kommunist Partiyasının Siqnaxi rayon komitəsinin katibi idi. 1941-ci ilin 1 aprelindən 1943-cü ilədək Gürcüstan KP (b) MK-nın sənaye üzrə katibi olmuşdur. 1945-ci ilin 8 aprelindən 1953-cü ilin 14 aprelinə qədər Gürcüstan KP MK Bürosunun üzvü idi. 1946-1952-ci illərdə Gürcüstan SSR Nazirlər Sovetinə rəhbərlik etmişdir. Daha sonra 1953-cü ildən Gürcüstan Ali Soveti Rəyasət Heyətinin sədri təyin olunmuşdur. 1953-cü ildən 1970-ci ilə qədər müxtəlif vəzifələrdə işləyirdi: meşə və kağız sənayesi naziri, meşə sənayesi naziri, Gürcüstan SSR Xalq Təsərrüfatı Şurasının İdarəsinin rəisi, Tbilisi Meşə sənayesi elmi-tədqiqat institutunun direktoru.
Typhlodromus zafari
Typhlodromus zafari (lat. Typhlodromus zafari) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus zafari Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Zahari burnu
Zahari burnu (Nos Zahari \'nos za-'ha-ri\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən cənub-qərbdə yerləşən buzlaqlardan azad olan burundur. Mikalvi buxtasından şimal-qərbdə yerləşmişdir. Buzlaqlardan azad olan burnun səthinin sahəsi 21 hektardır. Burun Bolqarıstan yazıçısı və tarixşünası Zahari Stoyanovun (1850–1889) adını daşıyır. Neqra burnundan 6.8 km cənub-şərqdə, Beron burnundan 1.8 km cənub-şərqdə, Edvards burnundan 2 km şimal-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Zakari Teylor
Zakari Teylor (ing. Zachary Taylor; 24 noyabr 1784[…] – 9 iyul 1850[…], Ağ Ev) — Amerika Birləşmiş Ştatlarının 12-ci prezidenti (1849–1850), peşəkar hərbçi. Onu bəzən apolitik (siyasətdən kənar) prezident də adlandırırlar. Doğrudan da C. Vaşinqton və E. Cekson kimi Zakari Teylor da hərbdə qazandığı uğurlardan siyasi karyera qurmaq üçün istifadə etmişdir. Onun şəxsində ilk dəfə olaraq peşəkar əsgər Ağ Evin sahibi olmuşdur. 1846–1848-ci illər ABŞ-Meksika müharibəsində ABŞ ordusuna komandanlıq etmiş və Meksika ordusu üzərində bir neçə əhəmiyyətli qələbə qazanmışdır. 1912-ci ildə Vudro Vilsonun prezident seçilməsinədək cənub ştatlarından seçilən son prezident olmuşdur. Zakari Teylor 1850-ci ildə qastroenteritdən vəfat etmişdir. 1991-ci ildə onun qalıqlarının kimyəvi təhlili zamanı arsenlə zəhərləndiyi barədə iddialar öz təsdiqini tapmamışdır. Zakari Teylor 24 noyabr 1784-cü ildə Virciniya Ştatının Orinc dairəsində anadan olmuşdur.
Zaxari Dörnli
Zaxari Dörnli (28 sentyabr 1998, Şeffild, İngiltərə) — İngiltərə təmsilçələrindən olan Mançester Yunayted klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. Villok öz peşəkar karyerasında debütünü 21 may 2017-ci ildə mövsümün son oyununda Kristal Palas klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Mançester Yunayted rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir.
Zaxari Ketsxoveli
Zaxari Nikolayeviç Ketsxoveli (gürc. ზაქარე ნიკოლოზის ძე კეცხოველი; 1902 – 1970) — sovet və gürcü partiya xadimi. 1902-ci ildə anadan olmuşdur. 1941-ci ildən Üik(b)P üzvüdür. 1940-cı il noyabrın 6-da SSRİ Xalq komissarlığının Gürcüstan SSR-in tədarük məsələləri üzrə müvəkkili vəzifəsinə təyin olundu. 1942-ci ildən 1947-ci ilin 26 martına qədər Gürcüstan SSR Xalq Komissarları Sovetinin (Nazirlər Şurası) sədrinin müavini işləyirdi. 1944–1946-cı illərdə Gürcüstan yeyinti sənayesinin xalq komissarı (nazir) vəzifəsində çalışırdı. 30 sentyabr 1946-cı ildən 26 mart 1947-ci ilə qədər dad sənayesi naziri idi. Bundan sonra 1952-ci ilə qədər Gürcüstan SSR Nazirlər Soveti sədrinin birinci müavini idi. 1953-cü il aprelin 14-dək Gürcüstan KP MK Bürosunun üzvü idi.
Zaxari Paliaşvili
Zaxari Paliaşvili (gürc. ზაქარია ფალიაშვილი; 16 avqust 1871, Kutaisi – 6 oktyabr 1933[…], Tiflis) — gürcü əsilli bəstəkar. Gürcüstan Filarmoniya Birliyinin qurucusu, Tiflis Dövlət Konservatoriyasının rəhbəri. Zaxari Paliaşvili 16 avqust 1871-ci ildə Kutaisi şəhərində anadan olmuşdur. Atasının adı Pitr İvanes dze Paliaşvili, anasının adı isə Mariya Pavles asuli Mesarkişilidir. O, on səkkiz uşaqlı ailənin üçüncü uşağı olmuşdur. Tiflisdəki Gürcü Katolik Kilsəsində işləməyə başlaması ilə Covanni Palestrina, Orlanda de Lassus, İohann Sebastyan Bax,Georq Fridrix Hendel, Volfqanq Amadey Motsart kimi sənətkarların fəaliyyəti ilə tanış olmuş və musiqi biliklərini genişləndirmək üçün fürsət qazanmışdır. 1886-cı ildə onun təşəbbüsü və tanınmış ictimai xadim Lado Aqniaşvilinin də dəstəyi ilə Gürcüstan Etnoqrafiya xorunun ilk tamaşası baş tutdu. Zaxari Paliaşvili 1891-ci ildə F.F. Parizekin "valtorn" məktəbinə daxil olmuşdur. Perizekin 1897-ci ildə məktəbdən çıxmasından sonra A.İ. Moskonun rəhbərliyi altında təhsilini davam etdirdi.
Zaxari Yansen
Deyilənə görə, Hollandiyanın Middelburq şəhərində təxminən 400 il bundan əvvəl eynək ustasının oğulları qısa mis borunun içərisinə eynək şüşələri qoyaraq baxdıqda ətrafdakı əsyaların xeyli böyüdüyünü müşahidə etdilər. Uşaqların atası belə şüşələri olan uzun və hərəkətli boru düzəltdi. Beləliklə, ilk mikroskop meydana gəldi. Onu ilk dəfə 1590-cı ildə eynək ustası Zaxari Yansen, daha doğrusu, onun oğulları təsadüfən ixtira etdilər. Qeyd edək ki, Zaxari Yansen Haaqada anadan olmuşdur.
Zaxari Çiçinadze
Zaxari İqnatoviç Çiçinadze (həmçinin Zakariya Çiçinadze, gürc. ზაქარია ჭიჭინაძე; 8 fevral 1854, Tiflis – 27 dekabr 1931[…]) — Gürcü tarixçi, yazıçı və nəşriyyatçısı. Əsərləri Mtatsmindeli təxəllüsü ilə nəşr edilmişdir. Atası İqnat Çiçinadze - Xotevi kəndindən idi (indi Raça-Leçxumi və Aşağı Svanetinin Ambrolaur bələdiyyəsi). O, gənc ikən evləndiyi Tiflisə gəlmişdi. Zaxari ailənin sonuncu, on beşinci övladı idi. Tiflis məktəblərində oxumuş və iki dəfə sinif yoldaşı ilə dalaşdıqdan və riyaziyyatdan zəif nəticə göstərdiyi üçün ordan xaric edilmişdi. Valideynlər oğlunun məktəbdən məzun olmasını istəyirdilər və onu başqa təhsil müəssisələrinə göndərmək arzusunda idilər, amma Zaxari oxumağa marağını itirərək məktəbi birdəfəlik tərk etdi. Sonradan özünü təhsillə məşğul oldu. 13 yaşında əmək fəaliyyətinə tütün fabrikində başladı, sonra oteldə, sonra kitab anbarında işə düzəlmişdi.
Zaxari Çxubianişvili
Zaxari Nikolayeviç Çxubianişvili (gürc. ზაქარე ნიკოლოზის ძე ჩხუბიანიშვილი; 1903 – 1980) — Sovet partiya xadimi. 1937-ci ildən 1940-cı ilin mart ayınadək Gürcüstan SSR meşə sənayesi xalq komissarının vəzifəsində çalışırdı. 1940-41-ci illərdə Gürcüstan Kommunist Partiyasının Siqnaxi rayon komitəsinin katibi idi. 1941-ci ilin 1 aprelindən 1943-cü ilədək Gürcüstan KP (b) MK-nın sənaye üzrə katibi olmuşdur. 1945-ci ilin 8 aprelindən 1953-cü ilin 14 aprelinə qədər Gürcüstan KP MK Bürosunun üzvü idi. 1946-1952-ci illərdə Gürcüstan SSR Nazirlər Sovetinə rəhbərlik etmişdir. Daha sonra 1953-cü ildən Gürcüstan Ali Soveti Rəyasət Heyətinin sədri təyin olunmuşdur. 1953-cü ildən 1970-ci ilə qədər müxtəlif vəzifələrdə işləyirdi: meşə və kağız sənayesi naziri, meşə sənayesi naziri, Gürcüstan SSR Xalq Təsərrüfatı Şurasının İdarəsinin rəisi, Tbilisi Meşə sənayesi elmi-tədqiqat institutunun direktoru.
Zaxari Amaşukeli
Zaxari Vasiliyeviç Amaşukeli (30 iyun (12 iyul) 1862, Rusiya imperiyası – 3 aprel 1942) — Rusiya imperiyasının və Azərbaycan Xalq Cümhuriyyətinin hərbi xadimi, onun süvari diviziyasının komandanı, AXC Hərb nazirliyi yanındakı Hərbi Şuranın üzvü, general-mayor (1917). Birinci Dünya müharibəsinin qəhrəmanlarından biri. Təhsilini Voronej kadet korpusunda almışdır. 1881-ci ildə Nikolayevskaya Kavaler Məktəbində siravı yunker rütbəsi ilə həm ali təhsil almış, həm də xidmət etmişdir. 12 sentyabr 1883-cü ildə həmin məktəbi fərqlənmə ilə bitirmiş və kornet rütbəsi ilə 16-cı Tver draqun polkunun Qafqaz kavaler diviziyasında xidmət etməyə başlamışdır. 1885-ci ildə poruçik, 1891-ci ildə ştabs-rotmistr, 1899-cu ildə rotmistr, 1907-ci ildə podpolkovnik rütbəsinə yüksəlmişdir. Birinci Dünya müharibəsinin başlanma ərəfəsində (1914) polkovnik rütbəsinə yüksəlmişdir. Birinci Dünya müharibəsində 16-cı Tver polkunun qərərgah zabiti kimi iştirak etməyə başlamışdır. 15 oktyabr 1916-cı ildə IV dərəcəli "Müqəddəs Georgi" ordeni ilə tltif edilmişdir: [Medal verilir] ona görə ki, 11 iyul 1915-ci ildə Xanoğlu kəndi yaxınlığında düşmənin ağır tüfəng və pulemyot atışi altında alayın squadron bölməsinə komandanlıq edərək o, süvari hücumu təşkil etmiş, 3 xətti keçməyi bacarmış, düşmənin piyada hücumunun qarşısını almış və geri çəkilənləri təqib etmişdir. 1917-ci ildə II Revelskovo süvari sərhəd polkunun komandanı təyin edilmişdir.
Zakari Kuinto
Zakari Kuinto (ing. Zachary John Quinto, 2 iyun 1977, Harrisburq, Pensilvaniya) —ABŞ aktyoru. 2003: 24 2006: Qəhrəmanlar (Heroes).