Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sidni Puatye
Sidni Puatye (ing. Sidney Poitier; 20 fevral 1927[…], Mayami, Florida[…] – 6 yanvar 2022[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru, Ən yaxşı kişi roluna görə "Oskar" mükafatına layiq görülmüş ilk qaradərili aktyor, sonrakı illərdə diplomat.
Sidni Şeldon
Sidni Şeldon (ing. Sidney Sheldon) — yəhudi əsilli ABŞ yazıçısıdır. Sidni ilk həyat yoldaşı Horhor Kartrayt Şeldonun 1985-ci ildə vəfat edənə kimi ailə həyatı qurmuş, 1989-cu ildə isə Aleksandre Kastoffla evlənmişdir. Onun Meri Şeldon adlı yeganə qız övladı vardır. Sidni Şeldon 90-a yaxın ölkələrdə olmuşdur. Bir dəfə Sidninin evində yanğın olmuşdur. Yanğın zamanı yanğın söndürənlər ona evdəki ən qiymətli əşyaları götürməyi təklif edir. Bu zaman Sidni evdən qələmi və bloknotu götürür..
Sidni Oltmen
Sidni Oltmen (ing. Sidney Altman; 7 may 1939[…], Monreal, Kvebek – 5 aprel 2022) — Kanada-Amerika molekulyar bioloqu, 1989-cu ildə Kimya üzrə "RNT-nin katalitik xüsusiyyətlərini kəşf etdiklərinə görə" Nobel Mükafatı laureatıdır. 1971-ci ildən çalışdığı Yel Universitetinin doktoru, Sterlinq professoru. ABŞ Milli Elmlər Akademiyasının (1990) və Amerika Fəlsəfə Cəmiyyətinin (1990) üzvü olub. Şərqi Avropadan olan yəhudi mühacir ailəsində ikinci oğul doğuldu. Ukraynanın Çernı Ostrov kəndindən kolxozçu olan atası Viktor Altman 1934-cü ildə Sovet İttifaqından mühacirət etdikdən sonra fermada işləyib və evləndikdən sonra Monrealda tərəvəz dükanı açıb. Onun anası Rey Arlin, on bir uşaqdan ikincisi olan, 1935-ci ildə on səkkiz yaşında ikən Belostokdan Kanadaya köçmüş və tekstil fabrikində çalışmışdır. O, 1960-cı ildə Massaçusets Texnologiya İnstitutunda fizika üzrə bakalavr dərəcəsi alıb və 1967-ci ildə Kolorado Universitetində dissertasiya müdafiə edib. 1971-ci ildən Yel Universitetində dosent, 1980-ci ildən professor, 1983-cü ildən kafedra müdiri; 1985–89-cu illərdə Yel Kollecində dekan; Stirlinq Biologiya və Kimya Professoru. 1984-cü ildə ABŞ vətəndaşlığını aldı.
Adams Uolter Sidni
Adams Uolter Sidni (20. 12. 1876–11. 5. 1956)— Amerika astronomu, Milli EA üzvü (1917). == Həyatı və iş == 1900 ildə Çikaqo Universitetini bitirmişdir. 1904–1946 illərdə Maunt-Vilson rəsədxanasında (1923 ildən direktoru, 1946 ildən fəxri direktoru) işləmiş. Elmi iş ləri ulduzların, planetlərin, Günəşin, ulduzlar arası mühitin spektral öyrənilməsinə həsr olunmuşdur. Maunt-Vilson rəsədxanasında şüa sürətlərinin və spektral parallaksların təyini, həmçinin ulduzların spektral təsnifatı üzrə geniş tədqiqatlarının təşkilatçısı və rəhbəri olmuşdur. Çoxlu sayda spektral qoşa ulduz kəşf etmiş, dəyişən və yeni ulduzların spektrlərini öyrənmişdir.
Bindi
Hindli qadınların alınlarında qara, qızmızı rəngli xalı qədimdən gəlmə bir milli makiyaj forması kimi bir şey olduğunu düşünürlər, amma bu heç də adi bir makiyaj forması deyil. Qədimdən indiyədək gəlib çatan hind inanclarına görə, alının orta qismi ruhun insan bədənindəki yeri və yaxud 3-cü gözün olduğu yer olaraq qəbul edilir. Hindli qadınların alınlarında gördüyümüz bu xala "bindi" deyilir. "Bindi" əsasən, iki rəngdə olur: qara və qırmızı rənglərdə. Subay qadınlar alınlarına qara, evli qadınlar isə alınlarına qırmızı rəngli "bindi"lər (nöqtə) qoyurlar. Meditasiya halında həyat yaşayan hindlilər alınlarının ortasında olan "bindi"nin açılmasına ümid edirlər. Yəni, "bindi" müəyyən mənada, ruhi səfərin də simvoludur. "Bindi" – "Bindu" sözündən törəmiş, sanskritcədən "nöqtə" mənasını verir. Ümumuyyətlə, "bindi" olaraq, hal-hazırda, əsasən, qara və narıncı rənglərdən istifadə edilir. Hindli qadınların alınlarına yapışdırdıqları "bindi" adı verilən xalın eyni zamanda mənfi düşüncələrdən qoruma xüsusiyyəti olduğuna da inanılır.
Firni
Firni — düyü unu və şəkərdən hazırlanan desert. == Tərkibi: == 160 qr düyü unu, 800 qr süd, 40 qr şəkər, 40 qr yağ, darçın, 4 qr duz. == Hazırlanma qaydası: == Düyü unu hazırlamaq üçün düyü təmizlənib 1 saat suda isladılır. İslanmış düyü qurudulur və həvəngdəstədə əzilib un halına salınır. Qayanayan südə duz atılır, arasıkəsilmədən qarışdırılaraq düyü unu tökülür və şəkər tozu əlavə edilərəl bişirilir. Süfrəyə veriləndə üzərinə 1 tikə yağ qoyulub, darçın səpilir.
Hindi
Hindilər (ing. Indians), həmçinin yerli amerikalılar (ing. Native Americans), Amerika hindiləri (ing. American Indians), qırmızı dərililər (ing. Red skins) və ya qırmızı hindilər (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindi dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hindiləri topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Jindi
Jindi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 278 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki jin (aşağı) və di (kənd) sözlərindən düzəlib, "aşağı kənd" mənasındadır.
Kindi
Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi (ərəb. أبو يوسف يعقوب إبن إسحاق الكندي‎; təq. 801[…], güm. Kufə, Abbasilər xilafəti[…] – təq. 873[…], Bağdad, Abbasilər xilafəti) — ərəb filosofu. == Həyatı == Əl-Kindi, Kufədə Məhəmmədin müasirləri olan Əl-Əşas ibn Qeys nəslindən olan Kinda qəbiləsinin aristokrat ailəsində anadan olmuşdur. Bu nəsil Əbdülrəhman ibn Məhəmməd ibn əl-Əşasın üsyanından sonra gücdən düşməsinə qədər erkən İslam dövründə Kufə qəbiləsinin zadəganlığının ən görkəmli ailələrindən aid idi. Atası İshaq Kufənin valisi idi və əl-Kindi ilkin təhsilini orada almışdı. Daha sonra təhsilini başa çatdırmaq üçün Bağdada getdi, burada Abbasi xəlifələri əl-Mamun (813–833-cü illər) və əl-Mütəsim (833–842) tərəfindən himayə olundu. Elmlərə meylini nəzərə alan xəlifə əl-Məmun onu Bağdadda Yunan fəlsəfi və elmi mətnlərinin tərcümə edilməsi üçün onun tərəfindən qurulan Hikmət Evinə təyin etdi.
Mişni
Mişni (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda kənd. Mişni (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (I) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (II) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (İran) — İranda kənd.
Rioni
Rioni (gürc. რიონი) — Cənubi Qafqazın ən böyük çaylarından biri. Qədim dövrdə Fazis adı ilə tanınırdı. Svan dilində rien - böyük çay deməkdir. Uzunluğu 327 km, hövzəsinin sahəsi 13400 km²-dır. 327 km olmaqla, uzunluğuna görə Gürcüstanda üçüncü ən böyük çaydır. Böyük Qafqaz dağlarında mənbəyini götürür, Kolxida vadisi boyunca axaraq Poti şəhərindən Qara dənizə tökülür. Üzərində Rioni SES tikilib.
Sindi
Sindi (est. Sindi) — Estoniyada şəhər, Pyarnunun sputnik hesab edilir. DYS-dən 21 km. məsafədədir. Sindi ətrafında arxeoloji qazıntılar nəticəsində (1965), mezolit dövrünə aid Pulli yaşayış məntəqəsi aşkar olunmuşdu. Bu Estoniya ərazisində aşkar edilmiş ən qədim yaşayış məntəqələrindəndir. Hipoteza əsasında məlum olmuşdur ki, Pulli Kund mədəniyyətinə aiddir. Sindi öz adını 1565-ci ildə, ətrafda malikanəsi olan Klaus Zindt adlı şəxsin adından götürülüb. 1601-ci ildən şəhər Suria, 1638-ci ildən isə Zintenhof adlanırdı.
Çiyni
Çiyni (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Çiyni (Ucar) — Azərbaycanın Ucar rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Çiyni — Azərbaycanın Ucar rayonunun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsində kənd.
Şidli
Şidli — İrəvan quberniyasının İrəvan qəzasında, Vedibasar mahalında, indiki (Ararat) Vedi rayonunda kənd. Şidli rayon mərkəzindən 10 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Kəndin adı Qafqazır 5 verstlik xəritəsində qeyd edilmişdir M. Kalankatuklu "Alban tarixi" əsərində Xosrov şahın hökmdarlığının otuz yeddinci ilinin əvvəlində Şimal çarı Xəzərlərin arasında, knyazlıq rütbəsinə görə Şad adlanan qardaşı oğlu olduğu qeyd edilir və Şadın öz düşərgəsini Araz çayının sahilində saldığı göstərilir. Bu əsərin "Qeydlər və şərhlər" hissəsində Z. Bünyadov qeyd edir ki, xəzərlər arasında IX əsrədək Şad Xaqandan sonra ikinci hökmran sayılırdı. L. Qumilyev qeyd edir ki, İl-xan Bumın vaxtında "İxtiyarında bölgələrin hakimiyyəti olan və xana qan qohumluqları çatan şahzadələr "şad" çağrılırdılar və şad titulunu "şimal hökmdarı" Cabqu xanın qardaşları daşımışlar. "Şad" sözü qədim türk dilində "hərbi rütbə" mənasında işlənmişdir. Bu deyilənlərdən belə qənaətə gəlirik ki, Şidli toponimi türklərdə, daha doğrusu xəzərlərdə hərbi titul mənasında işlənən şad sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılması yolu ilə əmələ gələn şadlı sözü əsasında formalaşıb "Şidli" kimi sabitləşmiş və etnonimə çevrilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.
Ermənistan himni
Mer Hayrenik (erm. Մեր Հայրենիք, Bizim vətənimiz) - Ermənistanın dövlət himni. Ermənistan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət himni idi. 1 iyul 1991-ci ildə yenidən təsdiq olunub. Sözləri Mikael Nalbandyanın, bəstəkarı Barseq Kanaçyandır.
Estoniya himni
Ata yurdum, xoşbəxtliyim və sevincim (est. Mu isamaa, mu õnn ja rõõm) – Estoniyanın 1920-ci ildə qəbul olunan dövlət himni. Himnin İohan Voldemar Yannsen tərəfindən yazılan sözlərini alman immiqrant Fredrik Paçiusun 1848-ci ildə ildə bəstələdiyi musiqi müşayiət edir. Bu musiqi eyni zamanda Finlandiyanın “Bizim diyar” (fin. Maamme) adlı himnində də istifadə olunub. İki himnin musiqisi arasında sadəcə açar fərqi var.
Esvatini himni
Nkulunkulu Mnikati vetibusiso temaSvati (svati Nkulunkulu Mnikati wetibusiso temaSwati Ey Rəbb bizim Tanrımız,Svazi bərəkətlərini bəxş edən) — Esvatiniın dövlət himnidir. Svazi və qərb musiqi üslubları arasında kompromisdir. 1968-ci ildə müstəqillik qazandıqdan sonra təsdiq edilmişdir.
Feyzi Hindi
Əbül-Feyz ibn Şeyx Mübarək əl-Məhdəvi (d.24 sentyabr 1547 - ö. 5 oktyabr 1595)— Hindistan şairi. == Həyatı == Əbülfeyz 24 sentyabr 1547-ci ildə Aqrada (Əkbərabad) doğuldu. Ailəsi Ərəb əsilli olub, Yəməndən Sində, daha sonra da Hindistana köç edərək Racastandakı Nagora yerləşmişdi. 1505-ci ildə burada dünyaya gələn atası Şeyx Mübarək ibn Xızır gəncliyində Qucarata gedib Əbül-Fazl-ı Kazəruni və Mövlanə İmad-i Lari kimi tanınmış alimlər yanında təhsil gördü. 1543-cü ildə getdiyi Aqrada evləndi. Feyzi təhsilini atasının yanında aldı. İmamiyyə şiəsinə mənsub olan ata ilə oğul mülhidliklə ittiham edilərək öldürülmələrinə qərar verildi. Ölümdən ancaq gizlənərək qurtula bilən Feyzi və Şeyx Mübarək, Əkbər şahın süd qardaşı Mirzə Əziz vasitəsiylə Əkbərlə tanış olma imkanını tapdılar (1566). Əkbər tərəfindən çox yaxşı qarşılanan Feyzi yazdığı bir qəsidə ilə hökmdarın könlünü fəth etdi və saraya alındı.
Fiji Hindi
Fici Hindisi — Ficidə hind mənşəli əhalinin danışdığı dil. Dil fici, hind, holland və afrikaans dillərinin sözləri əsasında yaranıb. Dildə həmçinin çoxsaylı ingilis dili sözləri də var və şərqi hind dialektinə aiddir. Dilin spesifikliyi dildə cingiltinin olmasıdır.
Filippin himni
Filippin dövlət himni — kompozisiyanın adı "Lupang Hinirang" ("Seçilmiş ölkə"). == Himnin sözləri == === Taqal dilində === Bayang magiliw Perlas ng Silanganan, Alab ng puso Sa dibdib mo’y buhay. Lupang hinirang, Duyan ka ng magiting, Sa manlulupig, 'Di ka pasisiil. Sa dagat at bundok, Sa simoy at sa langit mong bughaw, May dilag ang tula at awit Sa paglayang minamahal. Ang kislap ng watawat mo’y Tagumpay na nagniningning, Ang bituin at araw niya Kailan pa ma’y 'di magdidilim. Lupa ng araw, ng luwalhati’t pagsinta, Buhay ay langit sa piling mo; Aming ligaya, na 'pag may mang-aapi Ang mamatay nang dahil sa 'yo. === Azərbaycan dilinə tərcümə === Sevimli ölkə, Şərqin incisi, Yanan ürək Sənin sinəndə həmişə yaşayır. Seçilmiş ölkə, Sən — cəsarət beşiyisən, Sən işğalçılara Heç vaxt təslim olmazsan. Dənizlərdə və dağlarda, Havada və göy səmada, Hər yerdə şeirlərdə şöhrət, Və şirin azadlıqdan mahnı. Bayrağında qığılcım – Zəfərlə parlayır, Onun ulduzları və günəşi Əbədi sönməyəcək.
Finlandiya himni
Bizim diyar (fin. Maamme, isv. Vårt land) – Finlandiyanın dövlət himni. Musiqisi alman immiqrant Fredrik Paçiusa aid olan himnin isveç dilindəki original sözləri İohan Lüdviq Runeberqə məxsusdur. Himn bu musiqinin sədaları altında ilk dəfə 1848-ci il 13 mayda ifa olunub. Əslində bu sözlər Porvoonun 500 illiyi üçün yazılmışdı. Yubileydə çalınacaq və bu sözləri müşayiət edəcək musiqini də Runeberq məhz özü bəstələmişdi. "Bizim diyar"ın melodiyası eyni zamanda Estoniyanın “Ata yurdum, xoşbəxtliyim və sevincim” (est. Mu isamaa, mu õnn ja rõõm) adlı himninin musiqisi kimi istifadə olunub.
Fransa himni
Marselyeza (fr. La Marseillaise) — Böyük Fransa inqilabının himni. Hazırda Fransanın dövlət himnidir. Himnin əvvəlki adı "Reyn ordusunun hərbi marşı" olmuşdur. == Tarixi == Sözləri və musiqisi 25 aprel 1792-ci ildə hərbi mühəndis Klod Jozef Ruje de Lil tərəfindən yazılmışdır. Məhz bu marşın sədaları altında Marsel könüllü batalyonu Parisə daxil olmuşdur. Marselyeza 24 noyabr 1793-cü ildə Fransanın himni kimi qəbul edilir. 1848-ci ildə inqilab dalğası bütün Avropanı bürüyərkən azadlıq simvoluna çevrilən Marselyezanın sədaları İtaliyadan, Macarıstandan, Polşadan və başqa ölkələrdən gəlməyə başlayır. Daha sonra 1871-ci ildə Paris Kommunasının döyüş meydanlarında səslənən Marselyeza 1944-cü ildə yenidən Fransanın dövlət himni kimi təsdiqlənir.
FİFA himni
FIFA himni, "FİFA"nın təşkil etdiyi turnirlərdə və beynəlxalq futbol maçlarında müsabiqədən əvvəl çalınan himndir. 1994 Dünya Çempionatından bu yana bütün FIFA turnirlərində çalınmaqdadır. Franz Lambert tərəfindən bəstələnmişdir və instrumentaldir. 2004-cü ildə FİFA-nın 100 iliyinə həsr olunmuş mərasimdə də istifadə edilən himn mərasim üçün Yapon Gota Yaşıkı tərəfindən hazırlanmışdır.
Gürcüstan himni
"Tavisupleba" (gürc. თავისუფლება, "Azadlıq") — Gürcüstanın dövlət himni, 2004-cü ildən bəri bayraq və gerb ilə birlikdə Gürcüstanın dövlət rəmzlərindən biri. Musiqisi Zaxari Paliaşvilinin (1871—1933) "Daisi" ("Alaqaranlıq") və "Abesalom və Eteri" adlı iki operasından götürülüb. Sözlərin müəllifi müasir gürcü şairi Daviq Maqradzedir; o, klassik gürcü şairləri Akaki Sereteli, Qriqori Orbeliani və Qalaktion Tabidzenin şeirlərindən sitatlar istifadə etmişdir.
Hindistan himni
"Cənə Qənə Mənə" (hind. जन गण मन / benq. জন গণ মন) – Hindistanın dövlət himnidir. Bu himn Benqalca (Yüksək Sanskrit təsiri altında) yazılıb, sözlərinin müəllifi və bəstəkarı Nobel Ədəbiyyat Mükafatın qazanan və həm də Banqladeş himninin sözlərinin müəllifi və bəstəkarı Rabindranat Taqordur. == Mətni == == İstinadlar == == Qaynaqlar == Dutta, K; Robinson, A, Rabindranath Tagore, St. Martin's Press, 1995, ISBN 0-312-14030-4.