Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zabrat
Zabrat — Bakının Sabunçu rayonunda qəsəbə. Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir. Zabrat toponiminin mənasının araşdırmasında AMEA-nın Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Abasova Mahirə xanımın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə bu kənd qədim -"Zər" kəndinin batdığı yerdə (zəlzələ nəticəsində) salınmışdır. Zər kəndi 5 əsr bundan əvvəl təbii fəlakət nəticəsində dağılmışdır. Həmin kəndin yerində hazırda II Zabrat (ən qədim kənd) və I Zabrat (110-120 il bundan əvvəl salınmışdır) kəndləri yerləşir. Zabrat toponimini İran dillərində "Zab"-qaynaq, çeşmə, bulaq, "at"- çıxarılan yer, bol, çoxlu, yeni neft bulağı" mənasında olmasını qeyd edir. Zabrat toponiminin başqa bir izahı da var: Zər kəndi(Zərkənd)-Zərbat-Zabrat. Zabrat toponiminin digər elmi izahını isə mərhum akademik Məşədi xanım Nemətə görə türk tayfalarından olan sabirlərin adı ilə bağlı olmasıdır. Sabir türklərinin bir qolu Zabrat kəndinin əsasını qoymuşlar.
Zarat
Zarat (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Zarat (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Zarat (Dəvəçi) — Azərbaycanın Dəvəçi rayonunda kənd. 30 dekabr 1997-ci ildə ləğv olunub. Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunda kənd. Zaratxeybəri — Azərbaycanın Şamaxı rayonunda kənd. Zarat — Dəvəçi rayonu ərazisində çay.
İbray
İbray (Avurğazı)
Kubrat xan
Kubrat xan (d. 605 - ö. 665) - Böyük Bolqar xanlığının qurucusu, hakimiyyət illəri (632-638) . Eyni zamanda Organanın qardaşı oğludur. VII əsrin ilk yarısında Kubrat xan Qaradənizin şimalında dağınıq yaşayan türk Kutrigur, Utrigur, Sabirlər vəOnogurlar kimi soyları və bundan başqa 7 slavyan qövmünü, Bizansın razılığı ilə qurduğu ilk böyük bolqar dövlətinin tərkibində birləşdirmişdir. Beləliklə Bolqar adında yeni bir boy əmələ gəlmişdir. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. VII əsrin ikinci yarısında, Kubrat xanın 665-ci ildə ölümündən sonra digər bir Türk xalqı olan (Xəzərlər) bu dövləti məğlub etməyi bacarmışlar. Kubratın böyük oğlu Batbayan (Bayan) Xəzərlərin hökmdarlığı altında yaşamağa razı olmuş və Xəzərlərə qatılmışlar. Xəzərlərin hakimiyyəti altında yaşamağa razı qalan bolqarlara Quru Bolqarlar deyilir.
Rəşad İzbırak
Rəşad İzbırak - Cümhuriyyət vaxtının coğrafiyaçılarından olub, müasir coğrafiyanın qurucularındandır. Rəşad İzbırak 1911-ci ildə Harputda anadan olub. Uşaqlığı və gəncliyi isə Kayseridə keçib. Kayseri liseyini bitirdikdən sonra İstanbul Universitetinin Coğrafiya fakültəsinə daxil olub. 1934-cü ildə məzun olub. 1935-ci ildə ixtisasını artırmaq üçün Almaniya Berlin Universitetinə göndərilib. Burada prof.Norbert Krebsin yanında doktorant olub və ‘’Geomorphologische Studien im Westlichen Bayerischen Walde’’ adlı tezisi üzrə 1939-cu ildə müdafiə edib. 1944-cü ildə dosent 1953-cü ildə isə professor olub. Həmin ildə Dil və Tarix Coğrafiya fakültəsinin fiziki coğrafiya kafedrasına dekan seçilir. 1981-ci ildə təqaüdə çıxır və 1988-ci ildə vəfat edir.
Zabrat bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İzba
İzba - Rusiya, Ukrayna, Belarusiyada meşə ərazilərində tirlərdən tikilən qədim ev. Çöl, gillə zəngin olan ərazilərdə isə mazanka (xata) adlı evlər tikirdilər. XIII əsrə qədər izba özündə tirdən tikilmiş evləri özündə birləşdirirdi. Bu tirlər torpağın 3-4 metr dərinliyinə qədər basdırılırdı. İlk əvvəl qapılar olmasa da, onu balaca giriş deşiyi əvəz edirdi. Onlar ölçüsü təxminən 0,9-1 metr olan tir cütünün bir- birinə bitişdirilərək və üzərinə pərdə salınan formada idi. İzbanın içərisində daşlardan qurulmuş ocaq olurdu. Tüstünün evdən çıxması üçün deşik yox idi. Bunun belə edilməsinə səbəb ocağa qənaət etmək idi ki, bunun nəticəsində tüstünün istiliyi evdə qalaraq evi isti saxlayırdı. Döşəmə torpaqdan idi və üzərinə su tökülməsi ilə torpaq hamar olur və bərkiyirdi.
Brat
Brat — İngiltərə müğənnisi Charli XCX-nin altıncı studiya albomu. 7 iyun 2024-cü ildə Atlantic Records tərəfindən buraxılıb.
Dərə Zarat
Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Dərə Zarat kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. XIX əsrdə Zarat kəndindən çıxmış ailələrin dərədə saldığı yaşayış məntəqəsidir. Bəzən Yenikənd də adlandırılmışdır. Oykonim "dərədə salınmış Zarat kəndi" deməkdir. Kənd Ataçayın sağ sahilindən 3 km. aralı, Yan silsiləsinin (Böyük Qafqaz) yamacında yerləşir. Əhalisinin sayı 36 nəfərdir.
Riyazi isbat
Riyazi isbat — elm aləmində qəbul olunmuş aksiom və qaydalar əsasında, ardıcıl məntiqi nəticələrdən istifadə edərək, müəyyən riyazi fərziyyənin doğru olmasını göstərmək deməkdir. Riyaziyyatda isbat fərziyyə müddəalar teorem adlanırlar. Misal üçün, fərz edək ki, "Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Əgər a və b katetlər, c isə hipotenuz olarsa onda a² + b² = c² ". Bu fərziyyə həndəsi aksiom və qaydalar əsasında isbat edilmişdir (bax şəkilə) və Pifaqor (e.ə. 569–475-ci illər) teoremi adlanır.
Zarat (Dəvəçi)
Zarat — Azərbaycan Respublikasının Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidi tərkibindəki Zarat kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Zarat (Siyəzən)
Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Kənd Azərbaycanın gözəl guşələrindən biridir. Orada yayda həddindən artıq isti, qışda isə həddindən artıq soyuq olur. Azərbaycanın məşhur Beşbarmaq dağı da bu kənddə yerləşir. Əhalisinin sayı 1410 nəfərdir (2009-cu il). Siyəzən rayonunun Çuxur-əzəmi inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Tədqiqatçılar oykonimi ərəb dilindəki ziraət (əkin yeri) sözü ilə əlaqələndirir, yaşayış məntəqələrinin keçmiş əkin yerlərində salınmalarına əsaslanırlar.
Zarat (İsmayıllı)
Zarat — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdimançayın sol sahilində yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc- Quba turist marşrutları kəndin yaxınlığından keçir. Kənddən Şamaxının Zarat-Xeybəri kəndinə piyada yol vardır. 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Zarat kəndində 54 evdə etnik tatlardan ibarət 416 nəfər (244 nəfəri kişilər, 172 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Əhalisi 31 nəfərdir ki onunda 17 nəfəri kişi, 14 nəfəri qadındır. Kənd əhalisi heyvandarlıq, bostançılıq və arıçılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Zarat Xeybəri
Zarat Xeybəri – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı r-nu Dəmirçi i.ə.d.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi ərazidədir. Əhalisi 233 nəfərdir (2009), 40 təsərrüfatı var. Keçən əsrin əvvəllərində Şamaxı qəzasında Zarat sözü ilə bağlı Zarat Bahadərəsi, Birinci Zarat (Zarat Xeybəri), İkinci Zarat adlı üç kənd qeydə alınmışdır. Xeybəri komponenti Zarat adlı bu kəndləri bir-birindən fərqləndirmək üçün artırılmışdır. 1933-cü ildə kəndin adı Zarat Xeybərli kimi qeyd edilmişdir. Xeybəri mənşəcə ərəb tayfalarından birinin adıdır. Tarixi mənbələrin məlumatına görə, Xəlifə Ömər dövründə (634-644) xeybərlər öz doğma yerlərindən qovulmuşdular. Görünür, Azərbaycanda məskunlaşmış ərəblərin tərkibində xeybərlər də olmuşdur.
İbray (Avurğazı)
İbray (başq. Ибрай, rus. Ибраево) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İbray kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 4 km, kənd sovetliyindən (Kəbəs): 15 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 23 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (100%) üstünlük təşkil edir.
İbray (İşembay)
İbray (başq. Ибрай, rus. Ибраево) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Makarov kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (İşembay): 53 km, kənd sovetliyindən (Makarov): 5 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 56 km.
İbray Altınsarin
Ibıray Altınsarin (qaz. Ыбырай Алтынсарин; 20 oktyabr (1 noyabr) 1841 və ya 1 noyabr 1841, Kostanay – 17 (29) iyul 1889 və ya 29 iyul 1889, Kostanay, Turqay vilayəti[d]) — İbrahim Altınsarı oğlu; Qazax yazıçısı, pedaqoqu. 1841-ci ildə Qostanay vilayətində anadan olmuş İbray Altınsarın atasını erkən itirdikdən sonra babası Balqoja Canburşinin himayəsində böyümüş, ondan ərəb və rus əlifbasını öyrənmişdir. 1849-cu ildə Orenburqda ilk məktəb açdıqda, babası Ibırayı buradakı məktəbə yollamışdır. Çar hökuməti bu tipli məktəbləri açarkən ilk növbədə yerli idarəetmə orqanları üçün savadlı insanların hazırlanmasını qarşıya məqsəd qoyurdu. Bununla belə burada təhsil alan uşaqlar çarizmin mürtəce siyasəti ruhunda tərbiyə olunmalı, müsəlman dini ilə yaxından tanış olmalı, rus dilində işgüzar sənədləri tərtib etməyi bacarmalı idilər. Məktəb proqramında nəzərdə tutulmuş, fənlərin öyrənilməsi ilə yanaşı İ. Altınsarın həm də əlavə olaraq öz üzərində içləyir, əlavə ədəbiyyatlar və başqa müəlliflərin əsərləri ilə tanış olurdu. Orenburqda yaşayan tanınmış alim V. Qriqoryevin şəxsi kitabxanasından istifadə edən şərqşünas- Altınsarın dövrün tarix fəlsəfə və pedaqogika kitabları ilə əsaslı məşğul olur, onları daha çox mütaliə edirdi. Orenburqda açılan bu məktəblər Rus-qırğız məktəbi adlanırdı. İbrayın babası Balqoja öz növbəsində qazax xalq şifahi xalq yaradıcılığını dərindən bilir, özü bəzən şeirlər yazır, eyni zamanda məşhur natiq idi.
İbray Jaxayev
İbray Jaxayev (Jakayev) (qaz. Ыбырай Жақаев; 16 may 1891, Şiyeli vilayəti[d], Qızılordu vilayəti – 19 sentyabr 1981, Qızılordu vilayəti) — əməkdar qazax düyü yetişdiricisi, novator, İki dəfə Sosialist Əməyi Qəhrəmanı. 1891-ci ilin may ayında Sır-Dərya quberniyasının Perovski rayonu çayının volostunun 8 saylı kəndində anadan olmuşdur (indiki Qazaxıstanın Qızılorda vilayətinin Çiili vilayəti). 1940-cı ildən KSSR Qızıl-Orda bölgəsinin Chiili rayonunun "Kzıl-Tu" kolxozunun üzvüdür. Bütün həyatını düyü yetişdirməyə həsr etdi. 50 il ərzində düyü əkməklə məşğul idi, hər hektardan 172 sentner aldığı bir vaxt var idi. Beləliklə, yetişdirilən məhsulların sayına görə dünya rekordu qoydu. Böyük Vətən müharibəsi illərində onun bölməsi hər hektardan 80-90 sentner məhsul götürmüşdür. 1942-1967-ci illərdə Jakayev bölməsində orta düyü məhsuldarlığı ümumi sahəsi 20 hektar olan hektardan 80-92 sentner olmuşdur. 1949-cu ildə Jakayev hektardan 171 sentner düyü aldı.
İfrat axıcılıq
İfrat axıcılıq kapillyar borudan maye heliumun sürtünməsiz axmasıdır. Heliumun hər iki izotopu müəyyən təzyiqlərdə mütləq sıfır temperaturuna qədər maye halında qalır. Klassik fizikaya görə, isə bütün mayelər həmin temperaturda bərk hala keçməli idi. Bu, maye hallarına müvafiq temperaturda istilik hərəkətinə uyğun olan De-Broyl dalğalarının uzunluğunun atomlar arasındakı məsafə tərtibində olması və kvant effektlərinin yaranması ilə əlaqədardır. Belə mayelərə kvant mayesi deyilir. Helium mayesinin özlülüyünün 2,18°K-də sıfra yaxın olmasını və ifrat axıcılıq halına keçməsini ilk dəfə Pyotr Kapitsa kəşf etmişdir.
İfrat millətçilik
Ultranasionalizm — İfrat millətçilik "insanların maraqlarını bir dövlət və ya digərləri üzərində təşviq edən ifrat millətçilik" və ya "öz millətinə həddindən artıq sədaqət"dir.
İfrat sağ
İfrat sağçılıq — radikal sağ və ya ekstremist sağ, sağçı siyasətdə sağçılığın ən yüksək formasını göstərir. İfrat sağ siyasət cəmiyyətdəki sosial iyerarxiyanı dəstəkləyir və hələ doğuşdan bəzi insanların aşağı, digərlərinin üstün olduğu düşüncələrini ehtiva edir. Müəyyən şəxslərin və ya qrupların üstünlüyünü dəstəkləyir. Bu tip siyasət geniş avtoritarizmi dəstəkləyir və anti-kommunizm istiqamətli olur. Ümumiyyətlə ifrat sağçılıq termini arzuolunmaz qruplara qarşı immiqrasiya və uyğunlaşma əleyhinə mövqeyi, sosial-mədəni formada təzyiqlər, milli ayrı-seçkilik; irqi və dini qrupların digərlərindən üstün olmasına və qloballaşmaya qarşı münasibətlər kimi fikirlər irəli sürürlər. Başqa sözlə, konsepsiya həddindən artıq millətçi, ksenofob, irqçi, fundamentalist və ya reaksionist fikirləri olan insanları və ya qrupları təsvir etmək üçün istifadə olunur. Əsasən iki fərqli qrupda öyrənilir: "ifrat millətçilik ilə irqçilik" və "fundamentalizm". İfrat sağ görüşlü ultra-millətçilər sosial həmrəyliyə əsaslanan və milli birlik əsaslı totalitar hakimiyyət altında cəmiyyətin birliyini tələb edirlər. Öz millətlərinin birliyini və güclərini digər millətlərin birliyinə və gücünə qarşı müdafiə edərkən, millətçiliyə və millət anlayışına qarşı çıxan ifrat solçuluq cərəyanına da qarşı çıxırlar. İfrat millətçilər öz millətlərində zərərli olaraq təyin etdikləri və ya həqiqətən zərərli olan düşüncələrə qarşı mübarizə aparmağı hədəfləyirlər və eyni zamanda epik elementlərlə bəzədilmiş tarixi ünsürlərdən faydalanırlar.
İfrat sağçılıq
İfrat sağçılıq — radikal sağ və ya ekstremist sağ, sağçı siyasətdə sağçılığın ən yüksək formasını göstərir. İfrat sağ siyasət cəmiyyətdəki sosial iyerarxiyanı dəstəkləyir və hələ doğuşdan bəzi insanların aşağı, digərlərinin üstün olduğu düşüncələrini ehtiva edir. Müəyyən şəxslərin və ya qrupların üstünlüyünü dəstəkləyir. Bu tip siyasət geniş avtoritarizmi dəstəkləyir və anti-kommunizm istiqamətli olur. Ümumiyyətlə ifrat sağçılıq termini arzuolunmaz qruplara qarşı immiqrasiya və uyğunlaşma əleyhinə mövqeyi, sosial-mədəni formada təzyiqlər, milli ayrı-seçkilik; irqi və dini qrupların digərlərindən üstün olmasına və qloballaşmaya qarşı münasibətlər kimi fikirlər irəli sürürlər. Başqa sözlə, konsepsiya həddindən artıq millətçi, ksenofob, irqçi, fundamentalist və ya reaksionist fikirləri olan insanları və ya qrupları təsvir etmək üçün istifadə olunur. Əsasən iki fərqli qrupda öyrənilir: "ifrat millətçilik ilə irqçilik" və "fundamentalizm". İfrat sağ görüşlü ultra-millətçilər sosial həmrəyliyə əsaslanan və milli birlik əsaslı totalitar hakimiyyət altında cəmiyyətin birliyini tələb edirlər. Öz millətlərinin birliyini və güclərini digər millətlərin birliyinə və gücünə qarşı müdafiə edərkən, millətçiliyə və millət anlayışına qarşı çıxan ifrat solçuluq cərəyanına da qarşı çıxırlar. İfrat millətçilər öz millətlərində zərərli olaraq təyin etdikləri və ya həqiqətən zərərli olan düşüncələrə qarşı mübarizə aparmağı hədəfləyirlər və eyni zamanda epik elementlərlə bəzədilmiş tarixi ünsürlərdən faydalanırlar.
İfrat solçuluq
İfrat solçuluq (Radikal sol ya da ingilis dilindəki adı ilə far-left) — kommunist və sosialist siyasi partiyaların solunda yerləşən və parlament demokratiyasını rədd edən bütün inqilabçı hərəkatlar. Bunlar köklü struktur islahatların tərəfdarıdırlar. İctimai azadlıqlara görə sosializm; İstehsal və dəyişdirmə vasitələrinin kollektivləşməsinin tərəfdarı olan marksist-leninist-maoist kommunizm, ifrat solçuluğa bir nümunədir. Ümumiyyətlə Parlament sistemini rədd edir və birbaşa fəaliyyəti müdafiə edirlər. Bununla belə, Karl Marks kommunist sisteminə keçidin yalnız proletar inqilabı ilə mümkün olacağını, sonrakı dövrlərdə istehsal vasitələrinə və kütləvi informasiya vasitələrinə dövlət sahibliyi ilə bir egalitar (bərabərlik) cəmiyyətin qurulacağını və dövlətin bir müddət sonra yox olacağını bildirirdi. Digər tərəfdən, anarxistlər dövlətin ən qısa müddətdə məhv edilməsinin və insanların öz həmrəylik sistemlərində yaşamasının tərəfdarıdırlar. İfrat sol qanad siyasətində din və milliyyət arxa plandadır. Hər cür millətçiliyi rədd edir. Çünki bütün insanların bir dam altında həmrəylik içində yaşadığını müdafiə edir. Tam egalitardır.
İfrat Əliyeva
İfrat Əliyeva (İfrat Səlim qızı Əliyeva; 9 noyabr 1938, Bakı) — Azərbaycan tənqidçisi, ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor. İfrat Əliyeva 1938-ci ilin noyabr ayının 9-da Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1946-1956-ci illərdə Hüseyn Cavid adına orta məktəbi bitirmişdir. 1956-1961-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində təhsil almışdır. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında əmək fəaliyyətinə başlamışdır. 1971-ci ildə «Bəxtiyar Vahabzadənin lirikası» mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi adına layiq görülmüşdür. 1987-ci ildə «Məmməd Rəhimin yaradıcılıq yolu» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. ADU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasında dosent (1980), daha sonra professor (1988) vəzifəsini tutmuşdur. ADU-nun filologiya fakültəsində dekan müavini (1979-1980; 1992-1994), universitetin qiyabi və orta ixtisas təhsili üzrə prorektoru (1994-1999) işləmişdir. Hazırda Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professorudur.
Zabrat Hava Limanı
Zabrat hava limanı (IATA: ZXT, ICAO: UBTT) – Bakı şəhərinin 18 kilometr şimal-şərqində, Maştağa qəsəbəsinin cənub-qərbindən 5 km kənarda yerləşən ictimai hava limanı. III sinif hava limanıdır. Limanın aerodromu E sinifdəndir. Hava limanı 2008-ci ilə qədər Azərbaycan Hava Yolları Dövlət Konserninə məxsus olub. Həmin il AZAL Qapalı Səhmdar Cəmiyyətə çevrilib, Zabrat hava limanı isə özəlləşdirilərək Silk Way Holding-ə daxil olan Silk Way Helicopter Services-in tabeliyinə keçib. Təhlükəsizliyin təminatı məqsədilə ərazinin sərhədi boyu İsrailin RB Tech şirkətinin istehsalı olan xüsusi elektron hasarlarla əhatə edilmiş və xüsusi işıqlandırma sistemi ilə təchiz edilmişdir. Sərnişinlərin uçuşa yola salınması buraxılış qabiliyyəti saatda 240 nəfər olan sərnişin və yük terminalı vasitəsilə həyata keçirilir. Terminal gəlmə və getmə zallarından, VİP, brifinq otaqlarından, yük anbarı hissəsindən, qeydiyyat duracaqları bölməsindən, 120 oturacaqlı monitorlarla təchiz edilmiş kafe hissəsi olan gözləmə zalından ibarətdir. Uçuş-eniş zolağı 40 ton yükə hesablanmışdır. Həmçinin gecə uçuşlarının həyata keçirilməsi üçün səviyyədə işiqlandırma sistemi təchiz olunmuşdur.