Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tapas
Tapas (isp. Tapa) — İspaniya mətbəxində yer alan qəlyanaltı çeşidi. Soyuq və isti növləri mövcüddur. İspaniyanın seçilmiş restoranlarında tapas mürəkkəb bir yeməyə çevrilmişdir. Mərkəzi Amerika ölkələrində bokas kimi tanınır. Meksikada isə buna bənzər yeməklər botana adlanır.
Kaps
Kaps — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Kapuas çayı
Kapuas (ind. Kapuas) — çay İndoneziyanın Kalimantan adasında Qərbi Kalimantan vilayətindən axır. Adanın mərkəz və qərb ərazilərindən axaraq Cənubi Çin dənizi tökülür. Mənsəbdə delta əmələ gətirir. Çayın uzunluğu 1143 km təşkil edir. Çay sisteminin sahəsi 98 000 km²-dir. İndoneziyanın ən uzun çayıdır. Bundan əlavə çay dünyada adada yerləşən ən uzun çaydır. == Hidroqrafiyası == Çayın eni 700 m, hövzəsinin sahəsi 98 749 km² təşkil edir. İllik su sərfi ortalama 5 000 m³.
Stefan Kakaş
Stefan Kakaş (alm. Stefan Kakasch‎; 1565, Kluj-Napoka – 25 oktyabr 1603 və ya 25 oktyabr (4 noyabr) 1603) — alman diplomatı, səfir. Səfəvi diplomatı Hüseynəli bəy Bayatın Almaniyaya səfərindən sonra imperator II Rudolf (1552-1612) Osmanlı dövlətinə qarşı I Şah Abbasla danışıqlar aparmaq məqsədilə onu Səfəvilər dövlətinə göndərmişdi. Kakaşın başçılıq etdiyi səfirlik Moskva-Volqa-Xəzər yolu ilə 1603-cü il avqustun 8-ində Lənkərana çatdı. Kakaş Lənkəranda öldü və səfirliyə Tektander başçılıq etdi.
Stefan Kalaş
Stefan Kakaş (alm. Stefan Kakasch‎; 1565, Kluj-Napoka – 25 oktyabr 1603 və ya 25 oktyabr (4 noyabr) 1603) — alman diplomatı, səfir. Səfəvi diplomatı Hüseynəli bəy Bayatın Almaniyaya səfərindən sonra imperator II Rudolf (1552-1612) Osmanlı dövlətinə qarşı I Şah Abbasla danışıqlar aparmaq məqsədilə onu Səfəvilər dövlətinə göndərmişdi. Kakaşın başçılıq etdiyi səfirlik Moskva-Volqa-Xəzər yolu ilə 1603-cü il avqustun 8-ində Lənkərana çatdı. Kakaş Lənkəranda öldü və səfirliyə Tektander başçılıq etdi.
Tijen Karaş
Tijen Karaş — Türk TV aparıcısı. 2016-cı il iyulun 15-də Türkiyədə baş verən hərbi çevrilişə cəhd gecəsinin qəhrəmanlarından biri – qiyamçıların əsiri olan "TRT"-nin aparıcısı. O, qiyamçıların bildirişini canlı yayımda bir neçə saat ardıcıl şəkildə, peşəkar səviyyədə oxuyaraq insanların diqqətini çəkib. Tijen Karaş 1975-ci ildə Ankaranın Yenimahelle ilçəsində anadan olub. Hacettepe Universitetinin məzunudur. Üç uşaqlı ailənin ortancıl qızı olan spiker bir müddət "Kanal D"də də aparıcı kimi görünüb. Uzun illərdir TRT-də işləyən Tijen 2000-ci ildə "TRT"-də "Yaşam ve Gençlik" adlı proqrama aparıcılıq edib. "TRT Avrasya", "TRT Int" və "TRT Türk"də müxtəlif verilişləri aparıb. Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alındıqdan sonra həmin anlar haqda Tijen Karaş belə deyib: "Qorxunc dəqiqələr yaşadıq. Karyeramın ən çətin dəqiqələrini yaşadım.
Apas rayonu
Apas rayonu (tatar. Apas rayonı, Апа́с районы́) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın cənub-şərqində yerləşir. İnzibati mərkəzi şəhər tipli qəsəbə olan Apasdır. == Coğrafiyası == Respublikanın cənub-qərbində yerləşir. Bua, Təteş, Kama Tamaqı, Yuxarı Oslan, Kaybiç rayonları və Çuvaşıstan (Yalçikski rayonu) ilə həmsərhəddir. Relyefi təpəli düzənliklərdən ibarətdir. Ən böyük çay Sviyadır. Rayonun ərazisi tamamilə onun hövzəsinə aiddir. Digər böyük çayları (ümumi uzunluğu 30 km-dən çox): Bula, Ulema, Suxaya Ulema, Biya, Çeremşan, İmelli.
Patrisiya Kaas
Patrisiya Kaas (5 dekabr 1966[…]) — Fransız musiqiçisi. 1966-cı ildə Fransada anadan olmuşdur. 13 yaşında musiqi yaradıcılığına başlamışdır. 2009 Avroviziya Mahnı Müsabiqəsində Fransanı Et s'il fallait le faire mahnısı ilə təmsil etmiş və səkkizinci olmuşdur. 1987-ci ildə ilk hit mahnısı Mademoiselle Chante le Blues ilə dünya səviyəsində məşhur oldu. İlk albomu Fransa, Belçika, İsveçrədə məşhurlaşdı. 18 oktyabr 2017-ci ildə Heydər Əliyev Sarayında müğənninin konserti baş tutub. 1988 : Mademoiselle chante... 1990 : Scène de vie 1991 : Carnets de scène 1 1993 : Je te dis vous 1995 : Tour de charme 1 1997 : Dans ma chair 1997 : Black Coffee 1998 : Rendez-vous 1 1999 : Le Mot de passe 1999 : Christmas in Vienna VI 2000 : Long Box (Scène de vie, Je te dis vous, Dans ma chair & Le mot de passe) 2000 : Ce sera nous 1 2001 : Les indispensables de Patricia Kaas 1 2001 : Rien ne s'arrête/Best Of 1987–2001 2 2002 : Piano Bar 2003 : Sexe fort 2005 : Toute la musique...
Robert Kapa
Robert Kapa (ing. Robert Capa, əsl adı Endre Erne Fridman, 22 oktyabr 1913, Budapeşt – 25 may, 1954, Vyetnam) — Macarıstanlı fotoreportyor, fotojurnalist, müharibə fotoqrafı, Kornell Kapanın böyük qardaşıdır. Beş müxtəlif müharibələrdə: İspaniya vətəndaş müharibəsi, İkinci Çin-Yapon müharibəsi, İkinci Dünya Müharibəsi, 1948-ci il Ərəb-İsrail müharibəsində və birinci Vyetnam müharibəsində fotoçəkilişlər aparıb. Robert Kapa 1913-cü ildə Dezso və Yuliya Fridman ailəsində, Macarıstanın Budapeşt şəhərində anadan olub. Macarıstandakı rejimlə əlaqədar öz gələcəyini görmədiyindən 18 yaşında, 1931-ci ildə Berlinə köçür. Orada siyasi elmlərdən mühazirələrdə iştirak edir, jurnalistika ilə məşğul olmağa başlayır. İlk olaraq Kapa yazıçı olmaq istəyirdi. Berlində tapdığı iş fotoqrafiya ilə əlaqədar olduğundan incəsənətə marağı artır. 1932-ci ildə Kopenhagendə Lev Troskiyin seriya portretlərini çəkir. Nasizmin daha da artmasina görə Kapa 1933-cü ildə Almaniyadan Fransaya köçür.
Karaş-Severin (judets)
Karaş-Severin judets (rum. Județul Caraș-Severin) — Banat tarixi bölgəsinin, Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahə — 8520 km². Rumıniyanı qərbində yerləşən judetslər arasında sahəsinə görə ən böyük olan judets 3-cü yerdədir. Cənub-qərbdə — Serbiya ilə, şərqdə — Xunedoara və Qorj, şimalda — Timiş və cənub-şərqdə — Mexedintsi judetsləri ilə sərhəddir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 327 579 nəfər təşkil edirdi, sıxlığı — 38,47 nəf./km². == İnzibati bölgüsü == Judetsə 2 bələdiyyə, 6 şəhər və 69 kommuna daxildir.
«Кара-коюнлу» (ковёр)
Akapa
Akapa (gürc. აკაფა) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 200 m hündürlüktə, Qara dənizdən 10 km və Suxumidən 12 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib.
Dadaş
Dadaş və ya Qardaş, bir ata-anadan, yaxud yalnız bir atadan və ya bir anadan olan oğulların bir-birinə, yaxud bacısına nisbətən hər biri. Bir və ya daha çox valideynləri digərləri ilə bölüşən kişi və ya oğlan.
Kabab
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. == Tarixi == Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Kabar
Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa. Kabar tayfasının adı əsasında yaranmış etnotoponimlər Azərbaycan və indiki Ermənistan ərazisində kifayət qədər yayılmışdır. Bu tayfa haqqında ilk məlumatı Konstantin Baqranarodnı vermişdir. O, bu tayfanın xəzərlərdən çıxdığını bildirmişdir. Q.Qeybullayev bu etnonimin tərkibində ar sözünü ayırır. ar(ər) türk sözü kişi, ər, qəhrəman mənasındadır. Kabarlar Azərbaycanda kabarli və ya kəbirli adları altında yaşamışlar. Onların yaşadığı əsas areallardan biri də Qarabağ olmuşdur. Azərbaycanda Balakən və Tərtər rayonlarında Kəbirli adlı iki kənd vardır. Ermənistanın yeni Bəyazid uyezdində Kalar, Şərur-Dərələyəzdə Kəbirli (Kəbirlidağ), Dağlıq Qarabağda X1X əsrdə Kabirli –qışlaq adı, Kabarrı yeri toponimləri qeydəalınmışdır.
Kabus
Kabus — ənənəvi təmsillərdə özünü real həyatda görünən və ya başqa bir şəklində (həm görünməz və qeyri-maddi həmçinin də real müşahidələr nəticəsində özünü bildirən) təqdim edən ruh və ya vəfat etmiş şəxsin ruhu. Vəfat etmış insanın ruhu ilə əlqə yaratmaq cəhdlərinə spiritik seans, və ya daha dəqiq nekromantiya deyilir. Kabuslara inanc insanlar arasında geniş yayılmışdır, və bir çox xalqların mədəniyyətlərində öz yerini tutur. Həmçinin, bir çox dinlərdə ölü insanlaırn ruhlarının sakit olması üçün xüsusi mərasimlər və dəfn ənənələri keçirilir. Kabusları əsasən insanlara aid etsələr də, heyvanlar, gamilət, təyyarələr, və hətta ordu və şəhərlərin kabusları haqqında inanc və əfsanələr var. Müasir elm qeyri-təbii hadisələri tanımır, və ənənəvi kabusların mövcudluğunu inkar edir. Xüsusi hallarda spesifik hadisələri, bir və ya digər təbii səbəblərdən yaranmaq ilə izah edillər: hallüsinasiyalar, illüziyalar, mirajlar, fotoplyonka deffekti və buna bənzər qüsurlar, mistifikasiyalar və əfsanələrə inancla. Kabuslar mədəniyyətdə özünə məxsus yer tutu. Məsələn, Oskar Uayldın “Kentervil kabusu” hekayəsi var, “Kabus ovçuları” filmi və s.
Kadeş
Kadeş — indiki Suriya ərazisində, qərbdə Orent çayı üzərində salınmış qədim şəhər. Kadeş adına əsasən Kadeş döyüşü ilə əlaqəli səlnamələrdə rast gəlinir. E.ə. 1472-ci ildə qadın firon Hatşepsutun hökmranlığı dövründə Kadeş hakimi Misirin əsas rəqibi olan Mitanni dövlətinin dəstəyi ilə üsyan qaldıraraq şərqi Aralıq dənizi şəhərlərindən təşkil olunmuş Misir əleyhinə koalisiyaya rəhbərlik edir. E.ə. 1468-ci ildə Megiddo yaxınlığında Kadeş hökmdarı III Tutmosis tərəfindən məğlub edilir və e. ə. 1460 cu ildə şəhər yerlə-yeksan edilir. Kadeş hakimi döyüş zamanı həlak olur.
Kadis
Kadis (fi. Gadir, yun. Gádeira, la. Gades, ər. کادیس ) — İspaniyanın cənub-qərbində, Əndəlüs bölgəsindəki Kadis əyalətinin paytaxtı, ada üzərində yerləşən şəhər. Madriddən 651 km, Sevilyadan 124 km, Uelvadan 219 km uzaqlıqdadır. Şəhər İspaniya donanmasına ev sahibliyi edir. Eyni zamanda Kadis rayonunun paytaxtıdır. Kadis şəhəri bir çox qədim abidəyə ev sahibliyi etdiyi üçün İspaniyanın əhəmiyyətli turistik şəhərlərindən biridir. == Adı == Kadis sözü finikiya dilində olan Gadir sözündən əmələ gəlmişdir və "divarlar" və ya "divarlarla əhatə olunan müdafiə" deməkdir.
Qalas
Qalas (osman. قلاص, türk. Kalas, alm. Galatz‎, mac. Galac, rum. Galaţi), Rumıniyanın şərqində Boğdan bölgəsində yer alan İbrail şəhəri və Moldova sərhədində yer alan bir şəhərdir. Son resmi rəqəmlərə görə 304.340 nəfərlik əhaliyə sahib şəhərdir, Rumıniyanın 7-ci büyük şəhəridir.
Qanaş
Qanaş (fr. ganache) — şokoladdan və təzə qaymaqdan krem. Tort və pirojnaların bəzədilməsində desert kimi istifadə olunur. Ədviyyat, meyvə, kofe, alkaqol aromatizasiyası ola bilər. Ehtimal ki, qanaş ilk dəfə 1850-ci ildə Sidorenko şirniyyat fabrikində düşünülüb. Hazırkı versiya İsveçrə mənşəlidir. Qanaşdan tortların dekoru zamanı trüfel kimi istifadə olunur. Qanaş müxtəlif meyvələr: çiyələk və ya üzümlə təqdim edilə və həm də dondurula bilər.
Çapal
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.
Çapaq
Çapaq (lat. Abramis brama) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növ. Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrinin çay və göllərində,eləcə də Ağ dənizdə və Peçorada yayılmışdır. Xəzərdə Şərq çapağı-Abramis brama orientalis Berg yarımnövü yaşayır.Arealı bütün iri çayların-Volqa, Ural, Terek, Kür çaylarının aşağı axarını,eləcə də Lənkəran sahillərinin kiçik çaylarını əhatə edir.Kür silsilə su anbarlarında və Kürətrafı göllərdə nisbətən çoxsaylıdır. Xəzərin Abşeron yarımadasından şimalda və cənubda da, Dəvəçi limanı və Kiçik Qızılağac körfəzində də rast gəlinir. Şərq çapağının bədəni hündürdür. Başı balacadır. Ağzı yarımaltdır. Cavanları gümüşü, yaşlıları daha tünd olub , qızılı rəngə çalır. Üzgəcləri boz, anal üzgəci uzundur.
Çapar
Çapar haqqında aşağıdakı məqalələr var: Çapar (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunun inzibati ərazi vahidində kənd. Çapar (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Çapar (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. Çapar (peşə) — qədim dövrələrə aid Atlı poçtçular. Çapar (jurnal) — Azərbaycanda jurnal.
Hapaç
Hapaç (adıq ХьэпэкI) — 900-cü illərdə Zixiya padşahı. Hapaçın həyatı və ya hakimiyyətinin çox hissəsi haqqında çox şey məlum deyil. Məlumdur ki, o, atlı ordusu və müttəfiq knyazlıqları ilə 900-cü illərdə Xəzərlərin şəhəri olan Sarkelə hücum etmişdir. Xəzər ordusu məğlub olmuş, Sarkel knyazı və sağ qalan ordusu əsir götürülmüşdür.
Hadaş
Hadaş (ivr. ‏חד"ש‏‎) və ya tam adı ilə Sülh və Bərabərlik Uğrunda Demokratik Cəbhə (ivr. ‏הַחֲזִית הַדֶּמוֹקְרָטִית לְשָׁלוֹם וּלְשִׁוְיוֹן‏‎, Ha-Hazit Ha-Demokrat Le-Şalom ul-Çivyon; ərəb. الجبهة الديمقراطية للسلام والمساواة‎, əl-Cəbhə əd-Dimukratiyyə lis-Səlam vəl-Musavat) — İsraildə solçu və qeyri-sionist siyasi partiya. "Hadaş" özünü yəhudi-ərəb partiyası kimi müəyyənləşdirir. Seçicilərinin və liderlərinin əksəriyyəti İsrailin ərəb vətəndaşlarıdır. Bununla belə, bir çox yəhudi də partiyaya səs verir: məsələn, 2009-cu il seçkilərində partiya Təl-Əvivdə 2,32% səs toplamış, Təl-Əviv meri seçkilərində isə partiyanın namizədi Dov Hanin 34% səs almışdır. Partiyanın İsrail parlamentində, "Knesset"də dörd nümayəndəsi var (onlardan üçü ərəb, biri yəhudidir).
Kaban gölü
Kaban gölü (tatar. Кабан күле) — Kazan şəhərində göllər sistemi. Bu göllər sistemi 3 hissədən ibarətdir. Yaxın (Aşağı) Kaban (ən şimal), Uzaq (Orta) Kaban, Yuxarı (Boriskovski) Kaban olub Tatarıstanda ən iri göllər sistemi hesab olunur. == Əsas xüsusiyyətləri == Göllər Volqa çayının köhnə əyilmələri sahəsində karst prosesləri nəticəsində yaranmışdır. Göllər Volqanın terrası boyu şimala və cənuba doğru uzanır. Otarı kəndi yaxınlığında kanal bir dam ilə bloklanır, bunun vasitəsilə Kuybişev su anbarından suy nasosla buraya vurulur. Yuxarı Kaban qapalı anbar şəklində olub, digər göllər sistemi ilə əlaqəyə malik deyil. Burada suyun səviyyəsi Yaxın (Aşağı) və Uzaq (Orta) Kaban göllərindən 2 m yüksəkdədir. Göllər sisteminin ümumi sahəsi-186 ha-dır.