Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karma
Karma, kamma (sanskr. कर्म — «hərəkət, fəaliyyət», sanskr. कर्मन् karmanIAST — «iş, əmək», karIAST — «etmək») — hinduizmin əsas mərkəzi anlayışlarından biri. Karma (sanskr. कर्म, sanskr. कर्मन् karman - "etmək, eyləmək, bir hərəkətdə olmaq") - Hinduizm, Buddizm, Çaynizm, Siqhizmdə istifadə edilən bir termindir. Karma sözcüyü fərqli sözlərlə birlikdə istifadə edilərək, Karma qanunu, karmik plan, karmik kompensasiya kimi fərqli mənalara gələn terminlərin yaradılmasında istifadə edilmişdir. (Lakin karma fəlsəfəsi deyə bir termin yoxdur; karma, buddist fəlsəfəsindəki və hindu fəlsəfəsindəki bir anlayış və bir qanundur.) Terminin dörd fərqli mənanı verməsi mənasının qərblilər tərəfindən yaxşı qavrana bilməməsinə və bəzən tək mənasıyla istifadə edilməsinə səbəb olmuşdur. Termini Şərqdə bu dörd mənada istifadə edirlər: Bədən hərəkətləri (söz, davranış) və ya zehni hərəkətlər (niyyət, düşüncə, imic meydana gətirmə). Bunlar "səbəb"dir.
Karya
Hikori (digər adı Karya) (lat. Carya) — Şimali Amerikada və Çində bitən fındıqkimilər fəsiləsindən qoz cinsi.
Kara
Kara — qızlardan ibarət Koreya musiqi qrupudur. Girls Generation musiqi qrupu 5 üzvdən ibarətdir. Qrup 2007-ci ildə qurulub.
Kanda çayı
Kanda çayı (神田川, Kandaqava) — Paytaxt Tokio regionunun ərazisindən axan, Yaponiyada yerləşən çay. Rəsmən I dərəcəli çay kimi təsnif edilir. Sumida çayının sağ qolunu əmələ gətirir. Çayın uzunluğu 24,6 kilometrə bərabərdir. Suaşıran hovuzun sahəsi 105 km²-ə bərabərdir. Əvvəllər Hirakava adlandırılan Kanda çayı indiki Marunouçi və Hibiya rüblərinin ərazisindən keçir. Hibiya körfəzinə tökülərək Nihombaşi çayının indiki qolunun ətraflarından cənuba doğru axırdı. O zaman Hirakava çayı Toyoşima və Ebara rayonlarının arasında təbii sərhəd rolunu oynayırdı. 1590-cı ildə Edoda məskən salmış Tokuqava İeyasu Hirakava çayının sahillərini bərkitdi. Şəhəri içməli su ilə təmin etmək lazım idi.
Kardam xan
Kardam xan (bolq. Кардам; 735 – 803) — Bulqar xanı. 777-803cü illərdə hakimiyyətdə olmuşdur. Bizans qaynaqlarında adı ilk dəfə 791-ci ildə VI Konstantinin ordularını məğlub edən şəxs olaraq keçir. 20 iyul 792-ci ildə Markeli döyüşündə imperatoru tələyə salmış, çadırını ələ keçirmiş, imperator yenidən xana vergi verməyə məcbur olmuşdu. Kardam xanın hakimiyyətə gəlməsi Dulo sülaləsinin hakimiyyətinin bərpası ilə əlaqəlidir. Ondan sonra taxta qardaşı oğlu Krum xan keçmişdir.
Kardi B
Belkalid Marlenis Almanzar (ing. Belcalis Marlenis Almanzar; 11 oktyabr 1992[…]) — Əslən dominikanlı olan amerikalı repçi, bəstəkar və aktrisa. Əsasən Kardi B adı ilə tanınır.
Karla Bruni
Karla Bruni (23 dekabr 1967, Turin, İtaliya) — İtaliya mənşəli fotomodel və müğənni. Fransa Respublikasının keçmiş birinci xanımıdır. Fransa Prezidenti Nikolya Sarkozinin üçüncü arvadıdır.
Karla Diaz
Karla Diaz (isp. Carla Díaz; 19 iyul 1998, Madrid) — ispaniyalı aktrisa və rəqqasə. Diaz 19 iyul 1998-ci ildə Madrid şəhərində anadan olmuşdur. Ailəsi uşaqlığından bəri rəqs məktəbi işlədir. Diazın rəqsə olan marağı da bu məktəbdən yaranmışdır. Diaz aktrisalıq fəaliyyətinə 2007-ci ildə - 9 yaşında televiziya reklamına çəkilərək başladı. İlk böyük televiziya rolunu 2011-ci ildə yayımlanan "Punta Escarlata" serialında Patrisia Rozas olaraq aldı. Həmçinin "Tierra de lobos" (2010-2014) serialında dörd bacının ən kiçiyi olaraq, "El Príncipe" (2014-2016) serialında Ben Barek bacılarının ən kiçiyi olaraq, "Seis hermanas" (2015-2017) serialında isə altı bacının ən kiçiyi olaraq rol aldı. 2020-ci ilin iyul ayında gənc dram janrında "Elite" serialının dördüncü mövsümündə Ari rolunu canlandırdı.
Karla Kvint
Karla Kvint (d. 22 sentyabr 1972) — Niderlandı təmsil edən su poloçusu. Karla Kvint, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Karla Peterson
Karla Peterson (isp. Carla Peterson; doğ. 6 aprel 1974, Kordova) — tanınmış Argentina teatr və kino aktrisası, bir çox Argentina seriallarında çəkilib. Karla Peterson 6 aprel 1974-cü ildə Kordova şəhərində anadan olmuşdu və orada 3 il yaşamışdı. Onun atası aviasiya təlimatçısı, anası isə vəkil idi. Karla üç bacı arasında (bacıları İsveçdə yaşayırlar - Karlanın ailəsi isveçlidir) yaşça ən böyüyüdür. O özünü tanıyandan həmişə aktrisa olmaq arzusunda idi.
Karla Qucino
Karla Qucino (ing. Carla Gugino, 29 avqust 1971, Florida, ABŞ) — amerikalı aktrisa. Əsasən "Günahlar şəhəri" filmindəki Lusill roluna görə tanınır. Karla Qucino 29 avqust 1971-ci ildə ABŞ-nin Florida ştatında dünyaya gəlib. İtalyan mənşəli amerikalıların ailəsində dünyaya göz açan aktrisa davamlı olaraq anası ilə birlikdə Kaliforniyanın şəhərlərində yaşamalı olub. 15 yaşı olanda onlar San-Diyeqoda yaşayırdılar. Bu zaman model karyerasına başlamaq istəyən Karla Nyu-Yorka getməyi qərara alır. Ancaq boyu hündür olmadığı üçün bu iş perspektiv vəd etmədi və o, Los-Ancelesə köçdü. Xalasının məsləhəti ilə Karla aktyorluq məharəti kurslarına getməyə başladı. Anası isə onu Los-Ancelesə altı aylıq oxumağa göndərmişdi və artıq San-Diyeqoya qayıtmasında israr edirdi.
Karma (oxatan)
Karma (6 iyun 1990) — Butanlı oxatan. Karma Butanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Karma birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Rusiya nümayəndəsi Tuyana Daşidorjiyeva ilə üz-üzə gəldi. Həmin görüşdə Karma rəqibinə 3:7 hesabı ilə uduzdu.
Karra döyüşü
Karr döyüşü — Mesopotamiyanın şimal-qərbində yerləşən qədim Karr(indiki Harran, Türkiyə) şəhərinin yaxınlığında e.ə 9 may 53-cü ildə Roma-Parfiya müharibələrinin ilk həlledici döyüşü baş verdi. Mark Krassın başçılığı altında 50 minlik Roma ordusu Parfiya hüdudlarına daxil oldu. 10 min döyüşçüsü olan İran-Parfiya sərkərdəsi Surena həlledici döyüşdən boyun qaçıraraq, düşməni ölkənin içərilərinə çəkmək və onu yoraraq məğlub etməyi düşünürdü. Bu geriyə çəkilmə vaxtı parfiyalılar Krassın oğlu Publinin başçılığı altında olan romalı süvarilərini darmadağın etdilər. Sonra isə, romalıların Karrdan cənubda olmağından, susuz səhrada uzun yol gəlməyindən və vəziyyətin dolaşıq olması səbəbi ilə ruhdan düşmələrindən istifadə edərək, əks-hucuma keçdilər. Romalıları hər iki cinahdan bağlayaraq və onların sıx döyüş səflərinə ox yağdıraraq, onları darmadağın etdilər. Romalıların yaxın döyüş cəhdləri nəticə vermədi. Parfiyalılar yaxın döyüşə girişməyərək və düşməni oxa tutaraq, geriyə çəkilirdilər. Əkshucuma 500 oxçu və 1300 suvari ilə gücləndirilmiş 8 koqorta piyada göndərən Krass bununla böyük səhvə yol verdi. O göndərdiyi korpusun əsas qüvvələrdən aralanmasına imkan verdi.
Katsuo Kanda
Katsuo Kanda (d. 21 iyun 1966) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kiyoo Kanda
Kiyoo Kanda — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Kristina Qarda
Kristina Qarda (d. 16 iyul 1994) — Macarıstanı təmsil edən su poloçusu. Kristina Qarda, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Maqna Karta
Böyük Azadlıqlar Xartiyası (lat. Magna Carta Libertatum, ing. The Great Charter) — İngiltərə kralı Con və onun baronları arasında 15 iyun 1215-ci ildə imzalanmış və kralın hüquqlarını məhdudlaşdıran sənəddir. Sonrakı dövrdə İngiltərədə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynamışdır. Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi. Bu sənəd İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla yanaşı, dünya hüquq tarixinin ən mühüm mənbə və nümunələrindən biri hesab edilir. Xartiya 63 maddədən ibarət tərtib olunmuş, bunlardan 60 maddə sonrakı dövrlərdə parlament tərəfindən ləğv edilmişdir. Üç maddəsi isə bu günədək qüvvədədir. Yaranma səbəbi kralla zadəganlar arasında olan ziddiyətlərin kəskinləşməsi və beləliklə də baronların öz hüquqlarını müdafiə istəkləri olmuşdur. Nəticədə baronlar qrupu kralı belə bir xartiyanı imzalamağa məcbur etmişdir.
Qarda (göl)
Qarda — İtaliyanın şimalında göl. Alp dağlarının ətəklərində, 65 m yüksəklikdədir. Sahəsi 370 km², dərinliyi 345 m–ə qədərdir. Buzlaq–tektonik mənşəlidir. Qardaya Sarka çayı tökülür, Ondan Minço çayı (Po çayının sol qolu) axır. Gəmiçiliyə yararlıdır. Ətrafında kurortlar var. İtaliyanın ən böyük gölüdür.
Qazı-Karta
Qazı (qaz. қазы, qırğ. казы, başq. ҡаҙы, tatar. казылык, özb. qazi, krımtat. къазылыкъ) — bir sıra türk xalqları arasında sucuq və beşbarmaq hazırlanmasında istifadə edilən at ətli kolbasa,delikatesdir. Həm də qazı sözü bu kolbasanın hazırlanmasında istifadə olunan qabırğa yağı mənasını ifadə edir. At əti çox kaloridir və köçərilərin həyatının sərt iqlim şəraitinə uyğunlaşmasında və uzun ömürlü olmalarına kömək edir. Qeyd etmək lazımdır ki, bütün atlar ət üçün kəsilmir və at əvvəlcədən kökəldilir.
Tarda dağlaləsi
Gecaçan dağlaləsi (lat. Tulipa tarda) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Kiçik dağlalələrin nümunə və nümayəndəsi hesab olunur. Ləçəyin sarı rəngi ətrafında, ağ rəng haşiyədə görülür. İki və ya üç gül bir budaqdan çiçəklənə bilər. Gülaçma vaxtı aprelin sonlarıdır.
Usuk-Karqa
Usuk-Karqa adası — Laptevlər dənizində, Kotelnı adası yaxınlığında yerləşən ada. İnzibati baxımdan Yakutiyanın Bulunski ulusu ərazisində yerləşir. Ada Kotelnı adasının qərbində yerləşir. Şimaldan cənuba doğru uzanır. Vısax-Karqa dilinın davamını təşkil edir. Ətrafında Temp buxtası yerləşir. Dayazlıqlarında qumlar yığılmışdır.
Varda körpüsü
Varda körpüsü— Adana vilayəti Karaisalı ilçəsinin Hacıkırı (Kıralan) kəndində yerləşib, yerli əhali tərəfindən "Böyük körpü" adlandırılır. Hacıkırı Dəmir Yolu körpüsü 1912-ci ildə Almanlar tərəfindən inşa edildiyi üçün Alman körpüsü kimi tanınır. Adanaya avtomobil yolu məsafəsi Karaisalıdan 64 km məsafədədir. Dəmir yolu ilə Adana stansiyasına məsafəsi 63 km-dir. Bu körpü Almanlar tərəfindən, polad qəfəs daş hörmə üsulu ilə aparılmışdır və 6 bölmədən ibarətdir. 1912-ci ildə istifadəyə verilmişdir. Körpünün tikilmə məqsədi İstanbul-Bağdat-Hicaz Dəmir yolu xəttini tamamlamaq olubdur. Kargir körpü növündə 3 əsas açıqlıqlıq və 4 əsas sütun üzərində qurulmuşdur. Körp 200 metr uzunluğunda və 99 metr hündürlüyündədi. Körpünün sütunları polad mesnet növü olub xarici örtməsi daş hörmə üsulu ilə tikilmişdir.
Ürəkvari karya
Amerikada, Gürcüstanda, İngiltərədə yayılmışdır. Bu növ bütün gikorilərdən ən çox yayılandır. Hündürlüyü 30 m-ə çatan, diametri 1m olan geniş çətirli ağacdır. Yarpaqları təklələkvaridir, uzunluğu 15-30 sm, hər yarpaq oxunda 5-9 ədəd yarpaqcıq vardır, kənarları xırda dişlidir, neştərvaridir. Tumurcuqları parlaq, boz-sarıdır. Çiçəkləri sırğa çiçək qrupuna yığılmışdır. Qozanın uzunluğu 2-3 sm, yaşıl, payızda çıxan qapaqlı və qalın qabıqlıdır. Heyvanlar bitkinin toxumu və qabığı ilə qıdalanırlar. Ürəkvari karya rütubətli dağ yamaclarında və bataqlıqlarda bitir. Qida maddələri az olan kasıb torpaqlarda yaxşı bitir.
Tulipa tarda
Gecaçan dağlaləsi (lat. Tulipa tarda) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Kiçik dağlalələrin nümunə və nümayəndəsi hesab olunur. Ləçəyin sarı rəngi ətrafında, ağ rəng haşiyədə görülür. İki və ya üç gül bir budaqdan çiçəklənə bilər. Gülaçma vaxtı aprelin sonlarıdır.
Rafaella Karra
Raffaella Maria Roberta Pelloni (18 iyun 1943, Boloniya, İtaliya krallığı – 5 iyul 2021, Roma) — daha çox Rafaella Karra (it. Raffaella Carrà) kimi tanınan İtaliya müğənni, aktrisa, rəqqasə, televiziya aparıcısı, radio aparıcısı, modelidir. Avropa və Latın Amerikası ölkələrində pop mədəniyyət ikonası olan Karra, televiziya və musiqi sənayesində 1970–1980-ci illərdə feminizm və qadınların seksual azadlıqları mövzularını qabardan ilk şəxslərdən biri olmuşdur. Karra həm də LGBT və dəb ikonası hesab edilir.