Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kaşmər
Kaşmər — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Kaşmər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 81,527 nəfər və 21,947 ailədən ibarət idi.
Kəşmir
Kəşmir — Asiyada tarixi vilayət. Qədimdə və orta əsrlərdə Hindistan ərazisində yaranmış müxtəlif dövlət birləşmələrinin tərkibinə daxil olmuşdur. Kəşmir 1586-cı ildə Böyük Moğollar imperiyasına qatıldı. 1756-cı ildə əfqanlar, 1819-cu ildə siqhlər işğal etdilər. 1846-cı ildə ingilis müstəmləkəçiləri Kəşmiri işğal edib 7,5 mln. rupi ödənclə Cammu knyazlığına verdilər. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan və Pakistan dövlətləri Kəşmiri öz ərazilərinə birləşdirməyə cəhd göstərdilər. Pakistanın Kəşmirə 22 oktyabr 1947-ci il silahlı müdaxiləsi BMT Təhlükəsizlik Şurasının vasitəçilik komissiyası tərəfindən 1 yanvar 1949-cu il tarixdə dayandırıldı. Kəşmirin şimal-qərbi Pakistanın, qalan (əksər) hissəsi isə Hindistanın nəzarəti altına keçdi. 1952-ci ilin iyulunda Kəşmirlə Hindistanın imzaladığı Dehli sazişinə əsasən Kəşmir ştat (Cammu və Kəşmir) hüququnda Hindistanın tərkibinə daxil oldu.
Kaşmir dili
Kəşmir dili — Hind Avropa və Hind İran dil ailələrinin Dard dilləri qrupunda iştirak edən və Hindistan və Pakistan sərhədində Kəşmir bölgəsində danışılan bir 7,1 milyon nəfər tərəfindən danışılmaqdadır. Hindistanın 22 rəsmi dillərindən biridir.
Azad Kəşmir
Azad Cammu və Kəşmir (urdu آزاد جموں و کشمیر, ing. Azad Jammu and Kashmir; qısaca — Azad Kəşmir) — keçmiş Cammu və Kəşmir knyazlığının pakistanlıların idarəsində olan ən cənub inzibati vahidi. Faktiki Pakistanın bir hissəsi olsa da, Pakistan tərəfindən müstəqil dövlət kimi tanınır. Hindistanın Cammu və Kəşmir ştatı ilə şərqdən, eləcə də Pakistanın Hayber-Paxtunxva vilayəti ilə qərbdən, Gilgit-Baltistan vilayəti ilə şimaldan və Pəncab vilayəti ilə cənubdan sərhəddir. İnzibati mərkəzi Müzəffərabad şəhəridir. Sahəsi 13 297 km², əhalisi təxminən 4,5 milyon nəfərdir. == Tarix == Azad Kəşmir 1947-ci ilin oktyabrında Kəşmirdə populyar olmayan Maharaca Hari Sinqha etiraz olaraq elan edildi. Birinci Hind-Pakistan Müharibəsindən sonra bugünkü faktiki sərhədlər, o cümlədən Kəşmir və Cammu coğrafi bölgələrinin yalnız qərb hissələri (yəni hər iki əsas şəhər — Şrinaqar və Cammu — Hindistanda qaldı) formalaşdı.
Kaşmər şəhristanı
Kaşmər şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Kaşmər şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 146,536 nəfər və 39,554 ailədən ibarət idi.
Kəşmir dili
Kəşmir dili — Hind Avropa və Hind İran dil ailələrinin Dard dilləri qrupunda iştirak edən və Hindistan və Pakistan sərhədində Kəşmir bölgəsində danışılan bir 7,1 milyon nəfər tərəfindən danışılmaqdadır. Hindistanın 22 rəsmi dillərindən biridir.
Kəşmir münaqişəsi
Kəşmir münaqişəsi — Pakistan və Hindistan arasında tarixi Kəşmir vilayəti üstündə həll olunmamış problem. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hal-hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949) nəzarəti altındadır. 1956-cı ildə Kəşmir "Hindistan İttifaqının tərkib hissəsi" elan edildi. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ də öz həllini tapmamışdır. Azərbaycan bu münaqişədə Pakistanı dəstəkləməkdədir.
Kəşmir məsələsi
Kəşmir münaqişəsi — Pakistan və Hindistan arasında tarixi Kəşmir vilayəti üstündə həll olunmamış problem. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hal-hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949) nəzarəti altındadır. 1956-cı ildə Kəşmir "Hindistan İttifaqının tərkib hissəsi" elan edildi. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ də öz həllini tapmamışdır. Azərbaycan bu münaqişədə Pakistanı dəstəkləməkdədir.
Kəşmir problemi
Kəşmir münaqişəsi — Pakistan və Hindistan arasında tarixi Kəşmir vilayəti üstündə həll olunmamış problem. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hal-hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949) nəzarəti altındadır. 1956-cı ildə Kəşmir "Hindistan İttifaqının tərkib hissəsi" elan edildi. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ də öz həllini tapmamışdır. Azərbaycan bu münaqişədə Pakistanı dəstəkləməkdədir.
Kəşmir sultanlığı
Kəşmir sultanlığı — 1339–1540 və 1551–1589-ci illərdə Kəşmir vilayətində iqtidarda olan müsəlman sultanlığı. 1587–1589-cu illərdə Böyük Moğol İmperiyasına birləşdirilmişdir. == Tarixi == Sultan Şəmsəddin adlı bir şəxs dərviş libasında Kəşmirə gəlir. O dövrdə buranı bir qadın idarə edirdi. Amma Kəşmirin hər mahalında bir hakim vardı. Sultan Şəmsəddin bu xanıma xidmət etməyi gərəkli bildi. Bir neçə vaxtdan sonra xanım ona ərə getməyi təklif etdi.
Kəşmir tarixi
Kəşmir tarixi — Kəşmirin keçmişi. Kəşmir — Asiyada tarixi vilayət. Qədimdə və orta əsrlərdə Hindistan ərazisində yaranmış müxtəlif dövlət birləşmələrinin tərkibinə daxil olmuşdur. Kəşmir 1586-cı ildə Böyük Moğollar imperiyasına qatıldı. 1756-cı ildə əfqanlar, 1819-cu ildə siqhlər işğal etdilər. 1846-cı ildə ingilis müstəmləkəçiləri Kəşmiri işğal edib 7,5 mln. rupi ödənclə Cammu knyazlığına verdilər.1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan və Pakistan dövlətləri Kəşmiri öz ərazilərinə birləşdirməyə cəhd göstərdilər. Pakistanın Kəşmirə 22 oktyabr 1947-ci il silahlı mudaxiləsi BMT Təhlükəsizlik Şurasının vasitəçilik komissiyası tərəfindən 1 yanvar 1949-cu il tarixdə dayandırıldı. Kəşmirin şimal-qərbi Pakistanın, qalan (əksər) hissəsi isə Hindistanın nəzarəti altına keçdi. 1952-ci ilin iyulunda Kəşmirlə Hindistanın imzaladığı Dehli sazişinə əsasən Kəşmir ştat (Cammu və Kəşmir) hüququnda Hindistanın tərkibinə daxil oldu.
Kəşmir vadisi
Kəşmir vadisi — Böyük Himalay dağları və Pir-Pəncəl silsiləsi arasında tektonik çökəklik. 1600 m yüksəklikdədir. Uzunluğu təqribən 200 km, eni isə 65 km-dir. İqlimi mülayim istidir. Çoxlu göl var. Vadidən gəmiçiliyə yararlı Celam çayı axır. Palıd, göyrüş, ağcaqayın meşələri, yamaclarında iynəyarpaqlı meşələr var. İqlim kurortudur. Turizm inkişaf etmişdir. Hindistanın Srinaqar şəhəri Kəşmir vadisindədir.
Kəşmir konflikti
Kəşmir münaqişəsi — Pakistan və Hindistan arasında tarixi Kəşmir vilayəti üstündə həll olunmamış problem. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hal-hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949) nəzarəti altındadır. 1956-cı ildə Kəşmir "Hindistan İttifaqının tərkib hissəsi" elan edildi. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ də öz həllini tapmamışdır. Azərbaycan bu münaqişədə Pakistanı dəstəkləməkdədir.
Azad Kəşmir günü
Azad Kəşmir günü və ya Kəşmir günü (urdu یوم یکجہتی کشمیر)—Pakistanda milli bayramdır və hər il 5 fevralda Kəşmir separatçıları tərəfindən də qeyd olunur. Pakistanın Hindistan tərəfindən idarə olunan Kəşmir xalqı ilə dəstəyini və birliyini, separatçıların Hindistandan ayrılmasını və qarşıdurmada ölən Kəşmirlilərə ehtiram göstərmələrini təqdir edir. Həmrəylik mitinqləri Pakistanın idarə etdiyi Azad Kəşmirdə və Mirpuri diasporunun bəzi üzvləri tərəfindən keçirilir. Kəşmir günü ilk dəfə 1990-cı ildə Pakistandakı Cəmiyyət-i İslami partiyasından Qazi Hüseyni Əhməd tərəfindən irəli sürülmüşdür. 1991-ci ildə Pakistanın o zamankı baş naziri Nəvaz Şərif "Kəşmir Həmrəylik Günü tətili" çağırışı etdi. Şərif əvvəlki il Camaatın köməyi ilə hakimiyyətə gəlmişdi. 1991-ci il hadisəsi yenə də Camaat işi idi. Hazırkı Kəşmir Həmrəylik Günü Pakistanın Kəşmir və Şimal Sahələri Naziri tərəfindən 2004-cü ildə başlamışdır.
Cammu və Kəşmir
Cammu və Kəşmir — Hindistanın şimalında ştat. == Tarixi == Kəşmirin tarixi də qədimdir. Hələ eramızdan min illər əvvəl bu ərazilər insanlar tərəfindən məskunlaşdırılmışdı. Qədim İpək yolunun üzərində yerləşməsi səbəbindən Kəşmir və ətraf ərazilər böyük ticarət mərkəzinə çevrilmişdi. Kəşmirin paytaxtı Sriniqar o dövrdə bölgənin ən böyük ticarət, elm və mədəniyyət mərkəzlərindən hesab edilirdi. Eramızın əvvəllərindən başlayaraq, Kəşmirdə buddizm geniş yayılmışdı. X-XI əsrlərdən başayaraq, isə Kəşmirdə İslam sürətlə yayılaraq ölkənin əsas dinlərindən birinə çevrildi. Hazırda Kəşmirin şimalında müsəlmanlar, cənubunda induislər, şərqində isə buddistlər çoxluq təşkil edirlər. == Sahəsi == Sahəsi 222,2 min km2 -dir. == Əhalisi == Əhalisi 12,5 milyon nəfərdir(2011), tərkibi əsasən, kəşmirlilərdən ibarətdir.
Friedrich Kasimir Medikus
Fridrix Kazimur Medikus (alm. Friedrich Kasimir Medikus‎ və ya alm. Friedrich Casimir Medicus‎, 6 yanvar 1736 — 15 iyul 1808) — alman botaniki, həkim. == Elmi əsərləri == Botanische Beobachtungen (Мангейм, 1780—1784). Beiträge zur schönen Gartenkunst (Мангейм, 1782). Über einige künstliche Geschlechter aus der Malven-Familie, denn der Klasse der Monadelphien (Мангейм, 1787). Historia et Commentationes Academiae Electoralis Scientiarum et Elegantiorum Literarum Theodoro-Palatinae (1790). Pflanzen-Gattungen nach dem Inbegriffe sämtlicher Fruktifications-Theile gebildet mit kritischen Bemerkungen (Мангейм, 1792). Über nordamerikanische Bäume und Sträucher, als Gegenstände der deutschen Forstwirthschaft und der schönen Gartenkunst (Mangeym, 1792). Critische Bemerkungen über Gegenständen aus dem Pflanzenreiche (Mangeym, 1793).
Müzəffərabad (Azad Kəşmir)
Jasmin
Jasmin (lat. Jasminum) — dalamazçiçəklilər sırasının zeytunkimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Hər iki yarımkürənin subtropik zonalar da daxil olmaqla isti qurşaqlarında 200-dən çox növü var. == Botaniki təsviri == Həmişəyaşıl koldur. == Ekologiyası == == Azərbaycanda yayılması == == İstifadəsi == == Ədəbiyyat == Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
Kalmar
Kalmarlar (tarixi Azərbaycandilli mənbələrdə mürəkkəb balıqları; lat. Teuthida) — heyvanlar aləminin molyusklar tipinin başıayaqlılar sinfinə aid heyvan dəstəsi. == Həyat tərzi == Başıayaqlı molyuskaların digər nümayəndələri kimi kalmarlara da Şimal və Uzaq Şərq dənizlərində xüsusən sahilə yaxın yerlərdə təsadüf edilir. Bu molyuska suda çox gözəl uzən, acgöz, yırtıcı heyvan olmaqla, əsasən siyənək balıqlarını tutub yeyir. Balıq sürülərini təqib edən kalmar bu yolla min kilometrlərlə məsafə qət edə bilir. == Quruluşu == Kalmarın bədənində xarici çanaq yoxdur. Sürətlə üzmə nəticəsində çanaq kiçilmiş və dəri altında yerləşmiş lövhəcik şəklində qalmışdır. Kalmarın bənəni iki hissədən — baş və gövdədən təşkil olunmuşdur. Baş hissədə on ədəd əzələli qolcuq vardır. Bu qolcuklar digər molyuskalarda olan ayağa müvafik gəlir.
Karmin
Karmin (qida qatqısı)
Kaslar
Kassitlər — Cənubi Azərbaycanda və Luristanda məskunlaşmış qədim maldar tayfaları. Kassitlər özlərini "kaşşu" adlandırırmışlar. Mənbələrdə kassitlərin adı ilk dəfə e.ə. XXIII əsrdə çəkilir. Mənbələrdə kassitlərin məskunlaşdığı ərazi "Kaşşen" adlanır. Bir sıra Azərbaycan tarixçiləri hesab edirlər ki, antik müəlliflərin kaspiləri kassitlərlə qohumdurlar. Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış türkmənşəli tayfalardan biri də kassilərdir (kaslar). Lakin Azərbaycanda yaşamış digər prototürk etnoslar kimi kassilər (kaslar) də uzun müddət tarixşünaslıqda elamdilli və ya hürridilli kimi tanınmışlar. Onların e.ə. V əsrdən adı çəkilən kaspilərlə qohumluğu güman edilir və yalnız elam dilində cəm bildirən "-p" şəkilçisinə görə kaspiləri elamdilli hesab edirdilər.
Kassia
Kassia— 805/810-865 Bizanslı başrahibə, şair, bəstəkar və ilahi müəllifi. Kassia əsərləri itmədən və zədələnmədən günümüzə qədər gəlib çatmış nadir orta əsr bəstəkarlarından biridir. Əsərləri hələ də müasir bəstəkarlar tərəfindən şərh olunur. Dəqiq sayı bilinməsə də təxminən əlli(50) bəstəsi günümüzə qədər gəlib çatmışdır. Bəzi mənbələrdə əllidən çox kompozisiyası olduğu bildirilir, lakin zaman keçdikcə bunlar itirilir və ya fərqli kompozisiyalara çevrilir. Kassia əsərləri günümüzə qədər qalan dünyanın tanınmış ilk qadın bəstəkarıdır. Doğum:810- cu il Konstantinopol Ölüm:865- ci il Çoban Adası Bütün bu Allah tərzi kompozisiyalarına əlavə olaraq, rituallarla heç bir əlaqəsi olmayan 800-ə yaxın beytə bənzər aforizm və aforizmlər bu günümüzə qədər gəlib çatmışdır. Kassiya orta əsr bizans dövründə özünə ad qoyan iki qadından biridir. Digəri isə Annadır. == Adı == Kassia adı Yunan adıdır, latın adının bir az daha qadın forması == Təhsili == Atası bizans sarayında yüksək rütbəli zabit olduğuna görə, yüksək səviyyəli ailələrin ənənələrinə uyğun olaraq xüsusi təhsil aldı.Fəlsəfə və ilahiyyat təhsili == Dini məlumat == Hər il 7 sentyabrda Pravoslav Kilsəsi tərəfindən dini bayram keçirilir.
Kastor
Kastor - Əkizlər bürcünün α ulduzu. Adını mifologiyadakı əkiz döyüşçülərdən biri olan Kastoradan almışdır. Digəri olan Polluks Əkizlər bürcünün β ulduzudur. Çılpaq gözlə Kastor tək görünsə də müasir teleskoplarla onun əslində üç ulduzdan ibarət olduğunu müşahidə etmək olar. Bu ulduzlar sıra ilə Kastor A, B və C adlandırılmışdır. Daha da maraqlısı bu üç ulduzun hər birinin spektroskopik qoşa ulduz olduğu kəşf edilmişdir. Yəni əslində Kastor altı ulduzdan ibarət bir sistemdir. Alpha Geminorum (α Geminorum, qısaldılmış Alpha Gem, α Gem) olaraq ifadə edilən Castor, Əkizlər bürcünün ən parlaq ulduzu və gecə səmasındakı ən parlaq ulduzlardan biridir. Baxmayaraq ki, 'Alfa' identifikatoruna malikdir, Beta Geminorum'dan (Pollux) daha zəifdir. Kator , James Pound tərəfindən 1718-ci ildə qoşa ulduz kimi qeydə alınmışdır.
Kaşira
Kaşira — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Kaşlık
Qaşlıq şəhəri-Sibir xanlığının paytaxtı olmuşdu. Digər adı İsker idi. Sibir şəhəri də adlanır. == Tarixi == Şihabuddin Mərcani hesab edir ki, bu şəhər Şeybani sülaləsinin mərkəzlərindən biri sayıla bilər. XIV-XVI əsrlərdə abad tatar məskənlərindən biri olmuşdur. İrtış çayının sağ sahilində, müasir Tobol şəhəri yaxınlığında yerləşirdi. Şəhərin adının "iski (əski) yer, köhnə, qədimi yer" mənası ilə bağlı olduğunu söyləyənlər də vardır. Bu şəhərdə Sibirin istila edilməsində mühüm rolu olan kazak atamanı Yermak və Sibirin hakimi Küçüm xan (Koçum, Qoçum) arasında qanlı vuruşma olmuşdur. Küçüm xan Sibir ölkəsini islamlaşdıran hakim olmuşdu. Kuçum xan dövründən türkcə yazılmış bir risalə qalmışdır ki, Rizaəddin Fəxrəddin tərəfindən nəşr edilmişdir.
Kişmiş
Kişmiş — xüsusi üzüm növündən hazırlanan çərəz. Eləcə də bu üzüm növünün adı. == Hazırlanması == Kişmişin bir neçə hazırlanma üsulu var. Kişmişi həm kölgədə (yəni isti və quru, amma gün düşməyən yerdə, məsələn damın altında, ilkin emaldan keçmiş üzüm salxımları ipdən asılırlar), həm də gün altında qurudurlar. Kişmişin ilkin emalı üsulları da bir neçədir: 1. Üzümün salxımlarını, rənginin açıq olmasını saxlamaq və qurudulmasının tezləşdirilməsi üçün 10 saniyə ərzində qaynar 0,5%-lik qələvi məhlulunda (10-30 qram potaş və 5-10 qram əhəng bir litr suya) emal olunurlar (sadəcə məhlula salınırlar) və sonra, soyuq suda yaxşıca yuyulurlar. Bunun nəticəsində üzümün üzərində tor əmələ gəlir. Bu üzümün qurudulması vaxtı suyun buxarlanmasını tezləşdirir. Bundan sonra, kişmişin daha yaxşı alınması üçün üzümü bir saat ərzində kükürd tüstüsünə verirlər (4 kq üzümə 1 qram kükürd). 2.
Kəsmik
Kəsmik – insan orqanizmi üçün faydalı qidalardan biri olan, qatılaşmış sud məhsulu. Azərbaycanda xalq arasında kəsmik hazırlamaq üçün təzə sağılmış südə bir qədər qatıq əlavə edilir və ocağa qoyulur, süd qaynama dərəcəsinə çatanda kəsilir (çürüyür). Hazır məhlulu torbaya töküb süzürlər. Azərbaycanın bir sıra rayonunda dələmədən də kəsmik hazırlanır. Kəsmiyin sənaye istehsalı üçün süd turşusu bakteriyaları ilə süd mayalandırılır və zərdab kənar edilir. Kəsmiyin tərkibində zülal, yağ və süd şəkəri ilə yanaşı əvəz olunmayan çoxlu metionin və lizin amin turşuları, kalsium, fosfor, dəmir, maqnezium və s. vardır. Yağlılığına görə kəsmik yağlı (ən azı 18%), yarım yağlı (9%), yağsızlaşdırılmış (0,6%) növlərə bölünür. 100 q yağlı kəsmiyin kaloriliyi 230 kkal-dir (960 kc). 1 kq belə kəsmik yağlılığı 3,0—3,5% olan 5,9—6,9 kq süddən hazırlanır.
Ramşir
Ramşir — İranın Xuzistan ostanının şəhərlərindən və Ramşir şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 24,782 nəfər və 4,604 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar. Bu şəhərin qədimki adı Xələfabad idi və müşəşəilər qəbiləsindən olan Seyid Xələf Müşəşəi tərəfindən yaradılmışdır.
Kajmer
Sagopa Kajmer (türk: [sagopɑ kaʒmɛɾ]), əsl adı Yunus Özyavuz, ya da tanınan köhnə adlarıyla DJ Mic Check və Silahsız Kuvvet (hərf. Silahsız qüvvə; 17 avqust 1978, Samsun) — Türkiyəli reper, musiqi prodüseri, bəstəkarı, söz yazıçısı, mahnı yazıçısı və diceyi. Yunis Özyavuz 17 avqust 1978-ci ildə Samsunda doğuldu. İbtidai, orta və lisey təhsilini Samsunda tamamladı. 1966-cı ildə Samsunda yerli bir radioda diceylik fəaliyyətinə başladı. Daha sonra ali təhsil üçün İstanbula gəldi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Fars Dili və Ədəbiyyatı bölümündən məzun oldu. 1998-ci ildə Kuvvetmira adlı rep qrupunu qurdu və qrupda "Silahsız Kuvvet" adıyla yer aldı. Türkiyə rep sənətçilərinin 1999-cu ildə buraxdığı rep albomu olan "Yeraltı Operasyonu" albomunda yer aldı. Əvvəl "Silahsız Kuvvet" təxəllüsünü istifadə edən sənətçi daha sonra "Sagopa Kajmer" adından istifadə etməyə başladı və "Sagopa Kajmer" adlı bir albom buraxdı. Bu albomdan başqa, 2001-ci ildə "On Kurşun", 2004-cü ildə "Bir Pesimistin Gözyaşları" albomunu yayımladı."G.O.R.A."filminin musiqilərini bəstələdi. 2005-ci ildə "Romantizma" albomunu buraxdı.