Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kolonnada
Kolonnada (fr. colonnade) — memarlıqda sütun cərgəsi və ya cərgələrinin horizontal örtük altında birləşməsinə verilən ad. Kolonnada daha çox portik və qalereya formasında tətbiq olunur. Əsas binaya bitişik olan bu forma vizual görüntünün genişliyinə imkan verir == Tarixi == İlk kolonna nümunələrinə Misir və Antik dövr memarlığında rast gəlinir. Yunan və Roma abidələrinin vaz keçilməz elementlərindən biri olan kolonna indidə memarlıqda geniş tətbiq olunur. == Xüsusiyyətləri == Kolonnada tətbiqində əsas cəhətlər sütunların hündürlüyü, diametri, aralarında ki, məsafə və cərgələrin sayıdır. Buraya binanın ümumi həcmi və hündürlüyüdə aiddir. === Tipləri === Bircərgəli (Peripter) — kolonnada bir cərgə olur. və məbədi dörd tərəfdən əhatə edir. İkicərgəli (Dipteros) — kolonnada iki cərgəli olur.
Perro kolonnadası
Perro kolonnadası (fr. Colonnade du Louvre) — Luvr sarayının ən şərqdə yerləşən fasadıdır. İnşası tamamlandığı dövrdən etibarən tikili fransız memarlıq klassisizminin mühüm şah əsəri kimi qiymətləndirilmişdir. Klassik barokko manerasında inşa edilmiş tikilidə Klod Perro tərəfindən əsərləri fransız dilinə tərcümə edilmiş Qədim Roma memarı Vitruvinin qaydalarına tam əməl edilmişdir. Memar Lui Levo və rəssam Şarl Lebren də Perronun ideyalarının reallaşdırılmasında iştirak etmişlər. XIV Lüdovikin hakimiyyəti dövründə Luvr sarayının şərq fasadının işlənməsi üçün müsabiqə elan edilir. Müsabiqədə bir çox tanınmış memarlar, o cümlədən, sırf bu layihə üçün İtaliyadan Parisə gəlmiş Covanni Lorenso Bernini iştirak edir. Buna baxmayaraq fransız memar Klod Perro qalib gəlir və inşaata başlayır. 1665-1680-ci illərdə həyata keçirilən inşaat işləri Perronun peşəkar memar kimi nüfuzunun artmasına səbəb olur. Luvr meydanına baxan dəqiq layihələndirilmiş kollonadanın inşası üçün ətrafda yerləşən çoxlu tarixi binalar, o cümlədən, Burbonlar ailəsinə məxsus məşhur Hotel-dü-Petit-Burbon sökülür.
Beşinci kolonna
Beşinci kolonna (isp. Quinta columna) — İspaniyada vətəndaş müharibəsi dövründə general Frankonun İspaniya krallığında fəaliyyət göstərən agentura dəstəsinə verilən qeyri-rəsmi ad. Məcazi mənada düşmənin hər hansı gizli agentləri — diversantlar, casuslar, provokatorlar, terrorçular və s. nəzərdə tutulur. == Mənşəyi == "Beşinci kolonna" termini vətəndaş müharibəsi dövründə frankistlərin ordusuna rəhbərlik edən ispan generalı Emilio Molaya məxsusdur. 1936-cı ilin oktyabrında Madrid üzərinə hücum zamanı radio ilə paytaxt sakinlərinə etdiyi müraciətdə o, tabeliyində olan 4 ordu kolonnasından əlavə Madridin özündə yerləşən və lazım olan anda arxadan zərbə vura biləcək beşinci kolonnaya sahib olduğunu bildirmişdi. "Beşinci kolonna" insanlar arasında panika yayır, sabotajlar törədir, diversiya və şpionajla məşğul olurdu, lakin tarix göstərdi ki, Mola bu qüvvələrin gücünü şişirdirdi, belə ki, Madrid 1939-cu ilin ortalarınadək hücumlar qarşısında tab gətirə bildi. İkinci dünya müharibəsi ərəfəsində və müharibə zamanı "beşinci kolonna" termini müxtəlif ölkələrdə fəaliyyət göstərən və həmin ölkələrin işğalına zəmin hazırlayan nasist agenturasına aid edilirdi. == Ədəbiyyatda == Ernest Heminquey 1938-ci ildə bu termini özünün yeganə pyesi olan "Beşinci kolonna"nın adında istifadə etmişdir. O, əsəri Madriddə, şəhərin bombalandığı zaman yazmış və elə həmin il nəşr etdirdiyi "Beşinci kolonna və ilk qırx doqquz hekayə" (The Fifth Column and the First Forty-Nine Stories) kitabına daxil etmişdir.
Kolonna Madonna
Kolonna Madonna — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1508-ci ildə, yaradıcılığının Florensiya dövrünün sonuna yaxın işləmişdir. Kolonna Madonna əsəri hal-hazırda Almaniyada Berlin şəhərində saxlanılır.
Vittoriya Kolonna
Vittoriya Kolonna (it. Vittoria Colonna) — Peskara markizası, italyan əsilzadə, İntibah dövrü italyan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri. Həyat yoldaşı əsir düşmüş evli zadəgan qadın olan Vittoriya, İskiya və Neapolun zadəgan dairələri ilə yaxşı münasibətlər qurmağa nail olmuşdu. Vittoriya Kolonnanın erkən yaradıcılığı yalnız 1510-cu illərin sonlarında diqqət çəkməyə başlamış, sonradan o, XVI əsr İtalyan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi qəbul edilmişdir. Həyat yoldaşının vəfatından sonra Vittoriya özünü Roma monastırlarından birində qapatmışdır. Ömrünün sonuna kimi dünyəvi insan olaraq qalsa da, monastırda yaşadığı dövrdə dinə baxışı ciddi şəkildə dəyişmiş və qatı dindar olmuşdur. 1537-ci ildə Vittoriya Kolonna Mikelancelo ilə tanış olmuş və ölümünə kimi, Mikelancelonun muzası olmuşdur.
Kolonna ailəsi
Sciarrillo və ya Sciarra kimi də tanınan qədim Roma soyadı Kolónnoların (ital. Colonna, lat. Columnensis) nəsli olan Kolónnolar ailəsi və ya Kolónnolar Evi — Orta əsr Roma tarixində böyük rol oynamış, papa zadəganlığının bir hissəsini təşkil edən İtalyan zadəgan ailəsidir. == Tarixi == Nəslin əsasını qoyan 1037-ci ildə Almaniyadan gəlmiş hersoq Stefan hesab olunur. O, Palestrinanın sahibəsi qrafinya Emili ilə evlənmişdir. Onun nəslindən, Tuskulum (ital. Conti di Tuscolo, lat. Comites de Tusculana o de Tusculo) qrafları qanadına aid olan Pietro della Kolonna (1099 — 1151) öz "ləqəbini" (soyadını) rəvayətə görə yaxınlığında yaşadığı Trayan sütunundan almışdır. Burada o, Palestrina daxil böyük ərazilərə və möhtəşəm qəsrlərə malik idi. Başqa bir versiyaya görə isə ailənin soyadı öz mənşəyini Xll əsrdən yaşadığı Roma ətrafindakı Kolonna şəhərciyindən götürür.