Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kültür
Mədəniyyət — insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərlər. "Mədəniyyət" anlayışının latın dilindən tərcüməsi "julture" — "becərmək", "bəsləmək", "yaxşılaşdırmaq" deməkdir. Bu sözün ilkin mənası — torpağın becərilməsi, əkinçilik, torpağın işlənilməsi idi. Tədricən insanların fəaliyyət dairəsi genişləndi və "mədəniyyət" sözü daha geniş bir məna daşımağa başladı: maarifçilik, savad, tərbiyə. Mədəniyyət sözü, həmçinin, ərəbcə "Mədinə" sözündədir və mənası "şəhərsalma" anlamına gəlir. Məşhur rus dilşünası Vladimir Dal özünün "İzahatlı lüğət"ində yazır: "Mədəniyyət — işlədilmə, becərmə, üzərində çalışmadır, bu əqli və əxlaqi savaddır". Mədəniyyət fenomenini təhlil edən F.Hegel ona "insan tərəfindən yaradılmış ikinci təbiə" adını vermişdir. Mədəniyyət — təbiət tərəfindən bizə bəxş edilmiş sərvətdir, insanlar tərəfindən yaradılmış və toplanılmış maddi və mədəni dəyərləri, bizi əhatə edən təbiəti qiymətləndirmək üçün bizə verilmiş şansdır. Mədəniyyət — hər bir insanın az və ya çox dərəcədə əldə etdiyi bilik və vərdişlər, ictimai və istehsalat həyatı, savad və tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi fəallıqdır. Eyni zamanda, buraya insan tərəfindən yaradılmış sərvətlər (o cümlədən maddi sərvətlər) də daxildir.
Kultural mühit
Kultural mühit (culture medium) (lat.cultus – yenidən hazırlanma, emal) bitki, heyvan və mikroorqanizm-hüceylərinin yetişdirilməsi üçün in vitro (sınaq şüşəsində, orqanizmdən kənar və ya süni şəraitlərdə) istifadə olunan maye və ya bərk halda qidalı material. Kultural mühit tərkibində qidalı maddələrdən başqa kultura stimullaşdırıcı, məhvedici, toksik, mutagen və ya kanserogen təsir göstərən agentlər saxlaya bilər. Hər bir kultivasiya olunan (yetişdirilən) obyekt üçün xüsusi kultural muhit seçilir. == Mühitin pH-ı == Kultivasiya olunan hüceyrələr mühitin pH-ına çox həssasdırlar. Əksəriyyət hüceyrələr üçün pH-ın optimal qiyməti 7,2–7,4 civarında olur. Natrium hidrokarbonat kultural mühitin "təbii" bufer sistemini tənzimləyir (CO32-/HCO3-); atmosferdə CO2-in 5–10% tərkibdə olmasını tələb edir ki, bu da hüceyrələrin CO2 — inkubatorda kultivasiya zamanı asan yerinə yetirilir. HEPES bufer tutumu 7,2–7,4 pH olan fosfat duzudur. Nəzarət edilməli qaz mühiti tələb etmir, lakin böyük qatılıqlarda bəzi növ hüceyrələr üçün toksik ola bilər. Fenol- qırmızı pH indikatoru kimi istifadə olunur: 7,4 pH-da qırmızı və pH-ın azalması ilə narıncı və ya sarı rəngə qədər dəyişir. Estrogenə həssas hüceyrələrin kultivasiyası üçün fenol-qırmızı olmayan mühitdən istifadə etmək tövsiyə olunur.
Kültürəl iqtisadiyyat
Kültürəl İqtisadiyyat — İqtisadiyyatın Mədəniyyətin iqtisadi nəticələrlə əlaqəsini öyrənən bir qoludur. Programmatik məsələlər mədəniyyətin iqtisadi nəticələrə nə qədər təsir etdiyini və qurumlarla onun əlaqəsinin nə olduğunu daxil edir. Tətbbiqetmələr dini iqtisadiyyatın, sosial normaların, sosial kimliyin, məhsuldarlığın, idealogiyanın, terrorizmin öyrənilməsini daxil edir. Ümumi analitik mövzu idealar və davranışların sosial şəbəkələr vasitəsilə fərdlər arasında necə yayılmasıdır. Metodlar sosial qruplar boyunca kültürəl ötürülmənin nəzəri və emprik modelləşməsini daxil edir. 2013-cü ildə Said E. Dawlabani dəyər sistemlərini əlavə etdi.
Kultura (Auırqazı)
Kultura (başq. Культура, rus. Культура) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Talbazı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 6 km, kənd sovetliyindən (Semenkin): 9 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 36 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (98%) üstünlük təşkil edir.
Kultura (Avurğazı)
Kultura (başq. Культура, rus. Культура) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Talbazı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 6 km, kənd sovetliyindən (Semenkin): 9 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 36 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (98%) üstünlük təşkil edir.
Kültür Park
Kültür Park — Türkiyənin İzmir şəhərində yerləşən park. Konak ilçəsindəki Memar Sinan məhəlləsində yer alır və şimalda Dr. Mustafa Ənvər Bəy prospekti, şərqdə 1395 və 1396 nömrəli küçələr, cənubda Mürsəl Paşa bulvarı, qərbdə Dr. Rafiq Saydam və Şair Əşrəf bulvarları ilə əhatə olunmuşdur. 1936-cı ildə 1922-ci il İzmir yanğınında xarabalığa çevrilmiş 360.000 m² ərazi yenidən qurulmuşdur. Üç il sonra, 1939-cu ildə genişləndirilərək 420.000 m²-ə çatmışdır. Yarandığı gündən bəri İzmir Beynəlxalq Sərgisinə ev sahibliyi edir. == Tarixçə == İlki 1933-cü ildə təşkil edilən 9 Sentyabr Sərgisi Cümhuriyyət Meydanının arxasındakı ərazidə Swissoteldə qurulmuşdur. Bələdiyyə sədrinin müavini Suat Yurtkoru, bələdiyyə başçısı Behçet Uza sərginin ərazisinin gələcəkdə kifayət etməyəcəyi və Qorki parkı kimi bir ərazinin şəhərə gətirilməsi fikrini irəli sürdü. Behçet Uzun tələbi ilə Yurtkoru tərəfindən hazırlanan hesabat 14 may 1934-cü ildə şəhər məclisi tərəfindən qəbul edildi və Kültürparkın inşası təsdiq edildi.
Azərbaycan Kültür Dərnəyi
Azərbaycan Kültür Dərnəyi — 1949-cu ildə Türkiyədə yaradılmış, dünyada ilk Azərbaycan diaspor təşkilatı. Bu təşkilat Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadə tərəfindən təsis edilib. Dərnəyin ilk sədri Həmid Ataman olub. == Haqqında == === Tarixi === Təsis olunması və məqsədi Məhəmməd Əmin Rəsulzadə 1931-ci ildə tərk etdiyi Türkiyəyə 1947-ci ildə qayıtması ilə Azərbaycan siyasi mühacirətinin Türkiyədəki fəaliyyətinin yeni mərhələsi başlamışdır. Rəsulzadə Türkiyə olmadığı 1931-1947-ci illər arasında Avropanın müxtəlif ölkələrində Azərbaycan Milli Mərkəzinin rəhbəri vəzifəsində çalışmış və II Dünya Müharibəsi başa çatdıqdan sonra Türkiyəyə qayıtmışdır. Bu yeni dövrdə ən fəal köç mərkəzi Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan Milli Mərkəzinin təşəbbüsü ilə 1924-cü ildə yaradılmış Azərbaycan Kültür Dərnəyi olmuşdur. Azərbaycan Kültür Dərnəyi Rəsulzadə başda olmaqla Azərbaycan Milli Müsavat Xalq Partiyasının ətrafı- ölkədə və mühacirətdə olan digər siyasətçi və ziyalıların Türkiyədə Azərbaycanın istiqlaliyyəti və hürriyyəti uğrunda mübarizəsinə rəhbərlik etmiş, Azərbaycanda əsas qərargah və daşıyıcı olmaq missiyasını öz üzərinə götürmüşdür. Ankarada Azərbaycan Kültür Dərnəyinin yaradılması ilə Türkiyədəki Azərbaycan siyasi mühacirətinin fəaliyyətinin ağırlıq mərkəzi İstanbuldan Ankaraya keçmişdi. Bundan sonra mühacirətin bütün fəaliyyəti, xüsusən də “Azərbaycan” jurnalının nəşri Ankaradan həyata keçirildi. 1 fevral 1949-cu ildə Məmməd Altunbay, Həmid Ataman və Əziz Alpaut tərəfindən qurulan dərnəyin nizamnaməsində təsis məqsədləri aşağıdakı kimi qeyd olunmuşdur: Birliyin nizamnaməsi tarixi prosesdə ortaya çıxan ehtiyaclara cavab vermək üçün daim yenilənir.