Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kuranə
Kuranə (Urmiya)
Kuranə (Urmiya)
Kuranə (fars. ‎‎‎‎‎كورانه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 550 nəfər yaşayır (99 ailə).
Teruaki Kurobe
Teruaki Kurobe (d. 6 mart 1978) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Qustav Kurbe
Qüstav Kurbe (fr. Gustave Courbet; 10 iyun 1819[…] – 31 dekabr 1877[…], La-Tur-de-Peylts[d]) — fransız rəssam. O, XIX əsrdə Fransanı realizm cərəyanı ilə tanış etdi. Kurbe həyata baxışını belə açıqlayırdı: Kurbe realizm cərəyanının yaradıcısı və termini ədəbiyyata gətirən ilk rəssam olaraq şöhrət qazanmışdır. Bir sənətkar olaraq təbiət və dəniz mənzərələri, eləcə də məcazi kompozisiyalarla maraqlanırdı. O, həm də sosial mövzulara toxunurdu. Diqqəti kasıbların ağır iş şəraitinə çəkirdi. Onun əsərləri nə romantizm, nə də neoklassisizm cərəyanının içində özünə yer tapa bilmədi. Kurbe realist bir rəssamın vəzifəsinin sosial fərqləri və tarazlığın pozulmasını yox edib, həqiqəti ortaya çıxartmaq olduğuna inanırdı. Kurbe üçün realizm təkcə cizgi və formalarda mükəmməlliyi əldə etməkdən ibarət deyildi.
Yuxu (Kurbe)
Yuxu (fr. Le Sommeil, 1866) — realis rəssam Qüstav Kurbenin Xəlil Şərif Paşanın sifarişi ilə yağlı boya texnikası ilə erotizm üslubunda çəkmiş olduğu rəsm əsəri. Əsəri kəsb etdiyi məna baxımından fr. les Deux Amines — "İki Rəfiqə" və fr. Paresse et Luxure — "Miskinlik və Şəhvət" kimi də adlandırılır. Əsərdə lezbiyanlıq tərənnüm olunur. Tabloda iki çılpaq qadın, erotik bir şəkildə birbirinə yataqda sarılmış olaraq, cinsəl münasibətdən sonra dincəlmək için yuxulamaları təsvir edilmişdir. Əsərdə məkan baxımından ipək yataqlı barok stilli mebellə bəzədilmiş yataq otağı təsvir edilmişdir. Arxa planda məxmər pərdə, sağ küncdə isə üzərində dekorativ bir güldan olan bir masa yer alır. Ön plandaki kiçik masanın üzərində ise üç əşya vardır – kiçik bir şərab şüşəsi, büllur bir vaza və bir qədəh.
Ələkçilər (Kurbe)
“Ələkçilər” (fr. Les Cribleuses de blé) — 1853 cü ildə fransız rəssamı Qüstav Kurbenin yağlı boya texnikası ilə realizm üslubunda çəkmiş olduğu rəsm əsəri. Nant İncəsənət muzeyində sərgilənən bu tablonun ölçüləri 131 × 167 sm-dir. Tablo Qüstav Kurbenin Ornan kənd həyatından bəhs edən silsilə əsərlərindəndir. Kurbe əsərdə çətin kənd həyatını təsvir etməyə çalışmışdir. Digər tərəfdən isə o, çalışmışdır ki, təsvir olunan qadın əməyini bir o qədər də yorucu göstərməsin. Kurbe kənd qızının öz işinə həvəslə yanaşmasını lirik bir əhval ruhiyyədə təsvir etmişdir. O, məhdud qammalı rənglərdən istifadə edərək, mərkəzi fiquru isə qırmızı rəngli paltarda təsvir etmişdir. Kurbe bu əsərindəki personajları təsvir etmək üçün öz bacıları: Zoya (xəlbirli qız) və Jülyettadan ( yerdə oturaraq bğda arıtdayan) model kimi istifadə etmişdir.
Kuranə (Bəradost dehistanı)
Kuranə (fars. كورانه‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 504 nəfər yaşayır (89 ailə).
Dalğalarda qadın (Kurbe)
Dalğalarda qadın (fr. La femme à la vague) — Qüstav Kurbenin 1868 ci ildə yağlı boya texnikası ilə nü janrında çəkmiş olduğu rəsm əsəri. Tablonun ölçüləri 65,4 × 54 sm-dir. Hal-hazırda əsər Nyu Yorkun Metropoliten muzeyində sərgilənir. == Süjeti == Tabloda Kurbe gənc bir qadını dalğalar qoynunda çimərək təsvir etmişdir. Əsər nü janrındadır. Onun yarıya qədər suya batmış bədənini yarım şəffaf dərisi çox işıqlı təsvir edilmişdir. Dalğalı şabalıdı rəngli və bir qədər də nəmli görünən saçları seyrək şəkildə üzünə tökülmüşdür. Qolları başı üzərinə çar-çarpaz qaldırılmışdır. Köpüklü xırda ləpələr sanki onun üzərinə canatır.
Ornanda dəfn (Kurbe)
“Ornanda dəfn” (fr. Un enterrement à Ornans) — 1849—1850 ci illərdə fransız rəssamı Qüstav Kurbe tərəfindən işlənilmiş geniş formatlı: ölçüləri 315 × 668 sm olan tablo. Ornan — Kurbenin doğulduğu, Fransanın şərqində, İsveçrə ilə sərhəddə yerləşmiş Franş-Konte regionunda bir şəhərdir. Tabloda 1848 ci ildə salınmış o dövr üçün yeni Ornan qəbirstanlığı təsvir edilmişdir. Güman olunur ki, Kurbe bu tabloda ana tərəfindən olan babası Udonun ya da babasının qardaşı Klod Etyen Testin dəfn mərasimini təsvir etmişdir Rəsm əsəri ilk dəfə 1851 ci ildə Paris Salonunda sərgilənərkən tamaşaçıların sərt reaksiya və tənqidlərinə məruz qalır. Tənqid edənlərin əksəriyyəti adi bir kənd dəfn mərasimini belə bir geniş formatda təsvir etməyə layiq görmürdülər. Bir çoxu da əsəri ələ salırdılar — onlardan biri K. Vinyon yazırdı:: Kurbe əsərdə məhz şəxsiyyəti məchul qalan mərhumun ruhuna toxunmadan sırf onun cisminin dəfnini göstərməyə çalışmışdır. Kompzisiyanın qıraqlarında qərar tutmuş başı açıq fiqurlar Kurbenin iki babasına aiddirlər. Onlar dəfn arxası planda mehriban sahiblər kimi görünürlər. Sol tərəfdə indicə cənazəni gətirmiş olan geniş kənarlı şlyapalı dörd nəfərdən biri “Ornanda nahardan sonra dincəlmək” əsərindən tanıdığımız skripkaçıdır.
Rəssam emalatxanası (Kurbe)
Rəssam(ın) emalatxanası , tam adı Mənim bədii (və mənəvi) həyatımın yeddi il mərhələsinin həqiqi rəmzi (fr. L’Atelier du peintre. Allégorie Réelle déterminant une phase de sept années de ma vie artistique (et morale)) — Qüstav Kurbenin 1855 ci ildə yağlı boya texnikası ilə çəkmiş olduğu rəsm əsəri. Tablonun ölçüləri 361 × 598 sm-dir. Hal-hazırda əsər Parisin Orsay muzeyində sərgilənməkdədir. Kurbe tablonu 1854 cü ildə işləməyə başlayır və cəmi 6 həftəyə bitirir. Bu rəsm haqqında o, belə deyirdi: Tablo Kurbenin yeddi illik yaradıcılığının bir rəmzidir. Tablonun sol tərəfində cəmiyyətin hər təbəqəsinə aid insan fiqurları vardır. Ortada Kurbet bir mənzərə rəsmi üzərinə çalışmaqdadır. Yanında duran çılpaq model isə akademik sənət ənənəsinin bir simvoludur.
Yaxınlaşan fırtına (Kurbe)
"Yaxınlaşan fırtına" və ya "Tufanın qopması" (fr. Le coup de vent, ing. The Gust of Wind), (ing. The Approaching Storm) — 1865-ci ildə fransız rəssamı Qüstav Kurbe tərəfindən yağlı boya texnikası ilə pezaj üslubunda çəkilmiş bir mənzərə tablosu. Tablonun ölşüləri 146,7 × 230,8 sm-dir..Hyuston İncəsənət muzüyində sərgilənən bu əsəri muzeyə Kerolayn Viss Lou (ing. Caroline Wiess Law) hədiyə etmişdir. Tablo Qüstav Kurbenin ölçücə ən böyük peyzajı sayılır. Əsərin yuxarı sol küncündə qara bulud axını seyr edilməkdədir. Qopmaqda olan tufan palıd ağacının budaqlarını əyərək sanki qayalıq torpaqdan onu kıkündən qoparmağa hazırlaşır. Ola bilsin ki, tablonun mənzərəsi Fransanın Fontenblo meşəsindən seçilmişdir.
Ağ corablı qadın (Kurbe)
"Ağ corablı qadın" (fr. Les Bas Blancs) — 1861-ci ildə fransız rəssam Qüstav Kurbenin yağlı boya texnikası ilə nü janrında çəkdiyi rəsm əsəri. Filadelfiya Barns fondunda sərgilənən bu tablonun ölçüləri 65×84 sm-dir. Tablo Q. Kurbe tərəfindən rəssam dostu Fajona verilmişdir. Sonralar əsər Albert Kums Barns tərəfindən 1922-ci ildə alınmışdır. Tablonu görməkçün əvvəlcədən növbə siyahısına yazılmaq və orta hesabla 6 həftə gözləmək lazımdır. == Süjeti == Tabloda akrobatik duruşlu qadın Qüstav tərəfindən ehtiras doğurucu təsvir olunmuşdur. Ağ rəngli corabı sağ ayağına geyinməyə çalışan bu qadının təhrikedici baxışları geyim prosesinə deyil, məhz qarşısındakına doğru yönəlmişdir. Əvvəlki rəssamlar çılpaq bədən əks etdirərkən müvafiq əndazədən kənara çıxmırdılar. Bu da əsərin əsas ideyası fonunda bir o qədər də diqqət obyektinə çevrilmirdi.
Tutuquşu ilə qadın (Kurbe)
“Tutuquşu ilə qadın” (fr. La Femme au perroquet, ing. Woman with a Parrot) — 1866 cı ildə fransız rəssamı Qüstav Kurbenin yağlı boya texnikası ilə nü üslubunda çəkmiş olduğu rəsm əsəri. Metropoliten muzeyində sərgilənən bu tablonun ölçüləri 129,5 × 195,6 sm-dir.. 1863 cü ildə Paris Salonunda sərgilənən Aleksandr Kabanelin “Veneranın doğulması” əsərindən ilhamlanan Qüstav Kurbe onu təkrarlamaq qərarına gəlir.. 1864 cü ildə bu məqsədlə təqdim etdiyi “Venera və Psixeya” tablosu jüri tərəfindən qəbul edilmir. Yalnız iki il sonra “Tutuquşu ilə qadın” əsərini təqdir və münsiflər heyətinin ciddi seçimindən sonra 1866 cı ildə Paris Salonunda sərgilənənmək üçün vəsiqə alır. Tabloda çarpayıda arxası üstə uzanmış, kürən saçları yatağa səpələnmiş çılpaq qadın təsvir edilmişdir. Onun yuxarı qaldırmış olduğu sol əli üzərində hər iki qanadları açıq şəkildə bəzəkli tutuquşu oturmuşdur. Sağ tərəfdə küncdə tutuquşuya məxsus dirək təsvir edilmişdir.
Co, gözəl irland qadını (Kurbe)
Co, özəl irland qadını (fr. Jo, femme d'Irlande) — Qüstav Kurbenin 1868-ci ildə yağlı boya texnikası ilə portret janrında çəkmiş olduğu rəsm əsəri. Tablonun ölçüləri 65,4 × 54 sm-dir. Hal-hazırda əsərin əsli Stokholmda, İsveç Milli Muzeyində, nüsxəsi isə Nyu Yorkun Metropoliten muzeyində sərgilənməkdədir. 1865 ci ildə Normandiya sahillərindəki Truvilldə rəssam Ceyms Uilster sonralar Qüstav Kurbenin rəsm əsərlərinin əcac modelinə çevrilən Coanna Hiffernanı Qüstav Kurbe ilə tanış edir. Elə həmin il Kurbe “Co gözəl irland qadını” tablosunu və Conun portret eskizini çəkir.
Karate
= Dərəcələr = Karatedə dərəcəni kəmərlər təmsil edir.Bunlar ağ, sarı, narıncı, yaşıl, göy, qəhvəyi və qaradır.Dərəcələr ''Kyu" adlanır.Qara kəmərdə isə alınan dərəcələr dan adlanır. 1-ci dan,2-ci dan və s. 10 kyu və 10 dan dərəcəsi vardır. === Karate, tam adı karate-do (Yaponca: kara - "boş", te - "əl", do - "yol", yəni "boş əlli yol") - yapon əlbəyaxa döyüş sənəti. 1929-cu ildə Funakosi Gitin tərəfindən dzen buddizmin təsiri altında yaradılmışdır. === Karatenin vətəni Yaponiyanın Okinava adasıdır. XX əsrin əvvəllərində adanın ağır iqtisadi vəziyyəti okinavalıların digər yapon adalarına köçməsinə gətirib çıxarmış, onlar isə öz növbəsində bu idmanın bütün Yaponiyaya yayılmasına yol açmışlar. Karate hazırda olimpiya oyunları siyahısında olan idman növlərindən biridir. Karatenin bir çox növü mövcuddur.Bunlardan biri Goju-ryu;Shotokahan və s.
Kitabə
Kitabə (ərəb. كتابة‎‎) — adətən, mənzum şəkildə olan qəbirüstü yazı. Azərbaycan ədəbiyyatında epitafiyanın real qəbirdaşına yazılan növü – kitabə daha çox yayılmışdır. Son əsrlərədək bəzi klassik şairlər hələ sağlıqlarında özləri üçün kitabə–şeir yazmışlar.
Körebe
Körebe – Göksel-in 2001-ci ildə çıxardığı 2-ci albom. Albomdakı "Depresyondayım" mahnısına klip çəkilmişdir.
Kürban
Kürban (fr. Curbans, oks. Curbans) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dü-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04066. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 390 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 239 yaşda olan (15-64 yaş arasında) 190 nəfər iqtisadi cəhətdən fəal, 49 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.5%, 1999-cu ildə 66.8%). Aktiv olan 190 nəfərdən 176 nəfəri (97 kişi və 79 qadın), 14 nəfəri işsizdir (6 kişi və 8 qadın).
Kürdcə
Kürd dilləri, həmçinin kürd dili və ya kürdcə (Kurdî və ya کوردی) — Kürdüstan geomədəni vilayətində yaşayan kürdlərin və kürd diasporunun danışdığı dil və ya dillər qrupu. Kürd dili Hind-Avropa dil ailəsinin Qərbi İran dillərinə mənsub dialekt kontinuumunu təşkil edir. Kürd dilinin əsas üç dialekt və ya dili kurmanci, sorani və cənubi kürdcədir. Şimal-Qərbi İran dillərinin ayrı qrupu olan zaza-gorani dillərində bir neçə milyon etnik kürd də danışır. Kürdlərin əksəriyyəti kurmanci dilində danışır, kürdcə mətnlərin çoxu kurmanci və sorani dillərində yazılır. Kurmanci latın qrafikasının törəməsi olan havar əlifbası ilə, sorani isə ərəb qrafikasının törəməsi olan sorani əlifbası ilə yazılır. Lək dilinin cənubi kürd ləhcəsi və ya dördüncü kürd dili kimi təsnifatı müzakirə mövzusudur. Lək dili ilə digər cənubi kürd ləhcələri arasında fərqlər minimaldır. Kürd dilində ədəbi məhsul XX əsrin əvvəllərinə qədər əsasən poeziya ilə məhdudlaşmış, sonradan ümumi ədəbi inkişaf baş vermişdir. İndiki dövrdə iki əsas yazılı kürd ləhcəsi kurmanci və soranidir.
Kəcabə
Kəcavə, kəcabə — Yaxın Şərqin bir sıra ölkəsində mövcud olmuş minik vasitəsi. Üç tərəfi və üstü bağlı, bir tərəfi isə pərdə ilə örtülü olan kəcavə, əsasən, dəvə (bəzən fil, at və ya qatır) belinə qoyulurdu. Keçmişdə, 4 adamın (əsasən qulların) çiynində apardığı kəcavə növü (hakim sinif nümayəndələrinə məxsus) də olmuşdur. Kəcavədən uzaq yola çıxarkən qadın və uşaqların, həmçinin gəlinin aparılmasında da istifadə edilirdi.
Zürafə
Zürafə (lat. Giraffa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zürafələr fəsiləsinə aid heyvan cinsi. Dünyanın ən hündür canlısıdır. Qara və qəhvəyi xallardan ibarət olan bir bədəni vardır. Hündürlüyü 4–6 m arasında dəyişir. Zürafə təbii şəkildə yalnız Afrikada yaşayır. Cənubi və Şimali Afrika ən çox olduqları bölgələrdir. Ümumiyyətlə savannalarda, otlaqlarda və açıq meşələrdə həyatlarını davam etdirirlər. Akasiya ağacının yetişdiyi bölgələr seçimləridir. Uzun boynu ona yerdə bitən otla yemlənməyə çox mane olsa da, əvəzində üst dodağı və uzun dili ən hündür budaqlardakı yaşıl yarpaqları da qoparmağa kömək edir.
Kulab
Kulab (tac. Кӯлоб) — Tacikistanın Xatlon bölgəsində yerləçən şəhər. Yaxsu çayının vadisində (Pənc hövzəsi), Düşənbə şəhərindən 175 km cənub-şərqdə, Xəzratişox silsiləsinin ətəyində yerləşir. == Əhalisi == Əhalisinə görə respublikada dördüncü şəhərdir: əhalisi 1 yanvar 2015-ci il tarixinə 101.200 nəfər idi; 1 yanvar 2019-cu il tarixinə 105.500 nəfərdir. == Tarixi == Kulab, Xuttalyanın yeni paytaxtı olaraq XVI əsrdə ortaya çıxdı və Abdullah adına görə kiçik bir şəhər idi, lakin üç qapısı olan möhkəm qala vardı: Çarsu (şimal tərəfdə), İmam (qərbdə) və Darb əl-Xaivan (cənub tərəfdə). Şərq tərəfində şəhər dağlarla qorunurdu. 1504-1505-ci illərdə şəhər Özbək xanədanının qurucusu - Şeybani xan tərəfindən tutuldu və Şeybanilər dövlətinin bir hissəsi idi. Şeybani xanın ölümündən sonra, 1510-cu ildə tarixdə Xan Mirzə kimi tanınan Teymurlu Sultan Veys Mirzənin nəsilləri burada hakimiyyəti ələ keçirdi. 1584-cü ilə qədər Süleyman Şahın nəvəsi Şahrux Mirzə burada hökm sürdü və həmin ildə şəhər Şeybanidlərin Özbəklər sülaləsinin nümayəndəsi — II Abdullah Xan tərəfindən yenidən ələ keçirildi və birbaşa dövlətin mərkəzinə tabe edildi — Buxara. Nadir Məhəmməd Xanın (1642-1645) dövründə Kulab, Özbək Əştərxanilər sülaləsinin hakimiyyəti altındakı ikinci siyasi mərkəz olan Bəlxə təyin edildi.
Kuran
Kuran (Soyuqbulaq)
Kuray
Kuray (başq. ҡурай, [quˈrɑɪ], tatar. курай) - iki-yeddi barmaqyeri olan uzun bir açıq büllur flüt və başqırdlarının milli alətidir. Ən çox yayılmış kuray tipi, ürəklərdepistil və ya Kamçatka pleurospermum (Pleurospermum uralense) adlanan çırpınan bitkinin kökündən hazırlanmış bir qurudur. Bir qurayenin kökləri 2-3 metr uzunluğundadır. İyul ayında çiçəklər, sonra isə avqust-sentyabr aylarında qurur. Sentyabr ayında kəsilir və quru və qaranlıq yerdə saxlanılır. Uzunluğu bir bitkinin kökünü əhatə edən bir palmanın eni 8-10 dəfə ölçülür. İlk çuxur bitki üstündən dörd barmaqlıq məsafədə, bir-birindən iki barmaq məsafədə növbəti üç dəlik, dördüncü dəlikdən üç barmaqlıq aralıqda beşinci aralıkda aparılmalıdır. Bir quray uzunluğu təxminən 510-810 millimetrdir.
Kurse
Kurse (fr. Courçais) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03088. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 294 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 186 yaşda olan (15–64 yaş arasında) 147 nəfər iqtisadi cəhətdən, 39 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79,0%, 1999-cu ildə 71,0%). Fəal olan 147 nəfərdən 133 nəfər (82 kişi və 51 qadın), 14 nəfər işsiz (2 kişi və 12 qadın) idi. 39 hərəkətsiz 11 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 14 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kuraş
Kuraş — Mərkəzi Asiyada icra edilən müxtəlif güləş növləri. 1998-ci ildə Beynəlxalq Kuraş Federasiyası yaradılmışdır.
Kürabad (Qoşaçay)
Kürabad (fars. كورآباد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 475 nəfər yaşayır (107 ailə).
Kürrab (Mərənd)
Kürrab (fars. كراب‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 528 nəfər yaşayır (145 ailə).