Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hakan
Hakan — türk kişi adı. Hakan Çalhanoğlu — İtaliya A Seriyası təmsilçilərindən olan İnter Milan klubunda çıxış edən Türkiyəli peşəkar futbolçu Hakan Şükür — Türkiyə futbolçusu, milliyyətcə albandır. Hakan Boyav — Türkiyəli aktyor. Hakan Fidan — Türk hərbçisi, bürokrat və Milli İstihbarat Təşkilatı (MIT) rəhbəri. Hakan Erol — Azərbaycan əsilli Türkiyəli bəstəkar və aranjimançı. Hakan Utangaç — Pentagram qrupunu qurmuşdur. Hakan Ünsal — Türkiyə milli futbol komandasının və Qalatasaray klubunun sabiq oyunçusu. Hakan Günday — Türk yazıçıdır. Hakan Peker — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Hakan Yavuz — türkiyəli siyasi elmlər üzrə mütəxəsis və tarixçi.
Kakao
Kakao ağacı (lat. Theobroma cacao) — əməköməcikimilər fəsiləsinin teobrom cinsinə aid bitki növü.
Kakau
Klavdemır Ceroynımo Alfredo Bereto (Kakau) (d. 27 may 1981, San Paulo, Braziliya) — Hücumçu Alman Futbolçu.
Kalan
Kalan (Vərziqan) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Kəleybər) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kalan məscidi — Buxaradakı (Özbəkistan) əsas cümə məscididir. Poi-Kalan — Kalan minarəsinin aşağısında yerləşən memarlıq ansamblıdır.
Kalkan
Kalkan — Türk soyadı.
Karan
Karan (Sayınqala)
Kauan
Kauan — 2005-ci ildə Çelyabinskdə (Rusiya) Atmospheric Doom Metal, post-rok qrupudur. Əvvəllər qrup heyəti Anton Belov (gitara, vokal, keyboard, programlaşdırma) və Lyubov Muşnikovadan (skripka) ibarət idi, lakin sonuncu çıxışda Belov tam heyət ilə 2013-cü ildə toplandı. == Yaranması == Kauan 2005-ci il fevral ayında Anton Belov tərəfindən qurulmuşdur. Onlar ilk başlarda folk metal, black metal, doom metal janrları ilə fəaliyyətə başlamış, sonralar daha çox doom metal və folk metal elementləri ilə ambient və post rock janrında olan ikinci albomlarını çıxarmışdır. Hazırda isə qrup folk metal qrupu olaraq hesab edilə bilər. 2006-cı il sentyabrda Lyubov Muşnikova qrupa skripka ifaçısı kimi qoşuldu. Qrup həmçinin digər musiqiçilərlə də birlikdə işləmişdir, lakin onların heç biri sonda qrupun konsepsiyasına uyğun olmamışdır. İlk albomun səsyazmaları zamanı bəzi sessiya üzvləri violonçel və saksafon ifa etmək üçün dəvət edilmişdi. İlk albom işıq üzü gördükdən sonra (Lumikuuro (BadMoodMan Music, 2007)), Aleksandr Boroviç qrupu tərk edir. Bundan sonra Kauan 2008-ci ilin sonlarında BBM musiqi şirkətində yazılmış Tietäjän Laulu adlı ikinci albomlarını çıxardır.
Kayan
Kayan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd.
Kazan
Kazan (tatar. Казан, Qazan) — Rusiya Federasiyasında şəhər, Tatarıstan Respublikasının paytaxtı, Volqa çayının sağ sahilində yerləşir. Rusiyanın iri iqtisadi, siyasi, elmi, mədəni və idman şəhərlərindən biridir.. Şəhər Rusiyanın "üçüncü paytaxtı" hesab edilir. Qeyri - rəsmi şəkildə dünya tatarlarının paytaxtı da hesab edilir.
Kağan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. == İstifadəsi == Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları - xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Kaşan
Kaşan — İranın İsfahan ostanının şəhərlərindən və Kaşan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 248,789 nəfər və 67,464 ailədən ibarət idi.
Kaka
Kaka (port. Kaká; Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[hiˈkaɾdu iˈzɛksõ duˈsɐ̃tus ˈlejt͡ʃi]]]; tam adı Rikardo İzekson dos Santos Leyte port. Ricardo Izecson dos Santos Leite; 22 aprel 1982[…], Qama[d], Federal dairə — braziliyalı futbolçu, Orlando Siti klubunun yarımmüdafiəçisi. Kakanın futbol karyerası 8 yaşında yerli klubların birində başlayıb. Uşaqkən tennis ilə məşğul olub, amma San-Paulu futbol komandası ilə 15 yaşlılar üçün nəzərdə tutulmuş müqaviləni bağlayandan sonra, o, futbolu gələcək sənəti seçdi. 2003-cü ildə İtaliyanın Milan klubu 8,5 milyon avro müqabilində onu transfer etdi. Milandaki karyerası ərzində İtaliya A Seriyasını və Çempionlar Liqasını qazanmışdır, 2007-ci ildə o, FİFA-nın İlin Oyunçusu və Ballon d'Or mükafatlarını almışdır. Milandaki uğurlu çıxışından sonra Kaka 65 miliyon avro müqabilində Real Madridə keçdi. O vaxt üçün bu futbol tarixinin ən bahalı (avro) ikinci transferi idi, yalnız 75 milyonluq Zinəddin Zidandan geridə qalırdı. İspaniyada dörd mövsümdən sonra Kaka 2013-cü ildə bir sezonluq Milana qayıtdı və Milanın formasında özünün 100-cü qolunu vurmağa bacardı.
Adi kakao
Kakao — Azərbaycanda qida qəbulundan (əsasən səhər və nahar yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və başqa şadyanalıqda qəbul edilən içki. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: kakao tozu – 40-50 q, şəkər tozu – 120-150 q, su – 600-900 ml. == Hazırlanma qaydası == Kakao tozu və şəkər qazana tökülüb ciddi qarışdırılır, sonra üzərinə 100-150 ml qaynayan su əlavə edibilib bircininsli kütlə alınana qədər qarışdırılır. Qarışdırmanı dayandırmadan az- az qaynar süd əlavə edilir və qaynayana qədər qızdırlır.
Akkan Suvər
Akkan Suvər — Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun vitse-prezidenti, Mərmərə Qrupu Fondunun prezidenti, "Tərəqqi" medalı laureatı. == Həyatı == Akkan Suvər 1942-ci il avqustun 8-də İstanbul şəhərində anadan olub. O, 1987-1995-ci illərdə Milliyyətci Hərəkat Partiyasının (MHP) mətbuat katibi, sonralar isə partiya katibinin müavini olub. 1997-ci ildə özünün qərarı ilə tutduğu vəzifədən azad edilib. Aktiv fəaliyyətinə və səylərinə gorə YUNESKO tərəfindən Mərmərə Qrupu Fondu Mədəniyyətlərarası Dialoq Komissiyasına uzv kimi qəbul olunub. 2009-cu il martın 4-də təsis olunmuş Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun vitse-prezidenti və təsisçi üzvüdür. Hazırda Mərmərə Qrupu Fondunun prezidentidir. == Mükafatları == 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Aşağı Karan
Aşağı Karan (Urmiya)
Aşağı Kokan
Donna Karan
Donna Karan (ing. Donna Karan; d. 2 oktyabr 1948, Kuins, Nyu-York, ABŞ) — Amerikalı modelyer-dizayner və sahibkar. "Donna Karan" Amerika lüks brendinin və DKNY (Donna Karan New York) moda evinin yaradıcısı. == Həyatı == Atası dərzi, anası isə model olan Donna Faske (Karan) 2 oktyabr 1948-ci ildə Manhetten yaxınlığında anadan olub. Atası vəfat edəndə onun cəmi üç yaşı var idi. Dərzi qızının dəb nümayişlərinin sevilən modeli olan anası Helenlə dəfilələrə qatılması onu modaya həvəsləndirib. O, hələ kiçik yaşlarından kolleksiyaları üçün eskizlər çəkməyə başlayıb. Bu, onun sevimli oyunu idi. Belə ki, artıq yeniyetməlik yaşlarında böyük bir kolleksiya hazırlamışdı.
Hakan Boyav
Hakan Boyav (10 yanvar 1964, Ödəmiş, İzmir ili) — Türkiyəli aktyor. == Həyatı və karyerası == Hakan Boyav 10 yanvar 1964-cü ildə İzmir ilinin Ödəmiş ilçəsində anadan olub. 1984-cü ildə Suphi Koyuncuoğlu Liseyini, 1987-ci ildə Doqquz Sentyabr Universiteti Gözəl Sənətlər Fakültəsini bitirdi. Universitet illərində yerli bir qəzetdə illüstrator və yumor yazarı kimi çalışıb. 1988-ci ildə Diyarbəkır Dövlət Teatrının quruluş heyətində yer aldı və 1988-ci ildən 1993-cü ilə qədər Diyarbəkır Dövlət Teatrında çalışdı. 1993–2003-cü illərdə Antalya Dövlət Teatrında çalışdı. 2003-cü ildən Ankara Dövlət Teatrında çalışır. Karikatura sahəsində Abdi İpekçi Sülh və Dostluq Mükafatı karikatura sahəsi mükafatı (1988) və Yunus Nadi Karikatura Mükafatı (1989) sahibidir.
Hakan Erol
Hakan Erol (10 avqust 1984, Ərzurum) — Azərbaycan əsilli Türkiyəli bəstəkar və aranjimançı. == Həyatı == 1984-cü il,10 avgustda Türkiyənin Ərzurum şəhərində doğulmuşdur. Əslən Qərbi Azərbaycan, Türkiyənin İğdır vilayətindəndir. Ana tərəfdən Əmirasan xan Qırxlı-Avşar (Təbriz xanı) soyundandır. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitenin İnstrumental İfaçılıq bölümünü bitirmişdir. 2014-cü ildən şairə, söz yazarı Leyli İsrafilova ilə evlidir. 2019-cu ildə Kaan adlı oğlu dünyaya gəlmişdir. 2018-ci ildə Türkiyə istehsalı "Dümdüzz Adam" filminin soundtrackini aranjiman etmişdir. == Karyerası == 2005-ci ildən musiqi sahəsində fəaliyyət göstərir. Peşəkar karyerasına isə 2010-cu ildən bəstəkar kimi fəaliyyətini davam etdirməkdədir.
Hakan Fidan
Hakan Fidan (17 iyul 1968, Ankara) — kürdəsilli Türkiyə hərbçisi, bürokrat, Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri (2010–2023), Xarici İşlər Naziri (2023-cü ildən). == Həyatı və karyerası == Ata tərəfdən kürddür.1986-dan 2001-ə qədər Türkiyə Silahlı Qüvvələrində ehtiyat zabit olaraq çalışmışdır. Hərbçi peşəsini öz istəyiylə buraxan Fidan, ABŞ-nın Merilend Universitetindən İdarəetmə və Politologiya sahəsində bakalavr dərəcəsi almışdır. Bilkənt Universitetində "Xarici Siyasətdə Kəşfiyyatın Yeri" adlı tezisiylə magistr dərəcəsi almışdır. Eyni universitetdə 2006-da da "Məlumat Əsrində Diplomatiya: Müqavilələrin Təsdiqlənməsində İnformasiya Texnologiyalarının İstifadəsi" başlıqlı tezis ilə doktorluq müdafiə etdi. Viyanada Beynəlxalq Atom Enerjisi Təşkilatında, Cenevredə Birləşmiş Millətlər Silahsızlanma İnstitutunda və Londonda Verification Technologies Research Centerdə akademik işlərini davam etdirdi. Hacəttəpə və Bilkənt universitetlərində elmi fəaliyyətlə məşğul olmuşdur. Almaniyadakı NATO Çevik Reaksiya Korpusunun Qərargahında da çalışan Fidan, 2001-dən etibarən iki il Avstraliyanın Türkiyə Səfirliyində Baş Siyasi və İqtisadi Məsləhətçi vəzifəsində çalışmışdır. 2003-də Baş nazirlik nəzdindəki Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) başçısı təyin edildi. 14 noyabr 2007-də Baş nazirin məsləhətçisi vəzifəsinə gələn Hakan Fidan, 2008-ci il noyabr ayında Beynəlxalq Atom Enerjisi Təşkilatı İdarə heyəti üzvlüyünə təyin edildi.
Hakan Günday
Hakan Günday (d.29 may, 1976, Rodos) — Türk yazıçıdır. == Həyatı == 29 may 1976-cı ildə Rodosda doğulmuşdur. İlk təhsilini Brüsseldə tamamlamış, Ankaradakı Tofiq Fikrət Liseyini bitirdikdən sonra Hacettepe Üniversitetinin Fransız tərcüməçiliyi fakültəsində təhsil almışdır. Növbəti il Université Libre Brukselles-in siyasi elmlər fakültəsinə keçmişdir. Təhsilinə Ankara Universitetinin Siyasi Elmlər fakültəsində davam etmişdir. Hakan Günday Türkiyənin keçmiş millət vəkillərindən olan Faiq Gündayın nəvəsidir. == Yaradıcılığı == İlk romanı Kinyas və Kayranı 2000-ci ildə çap etdirir. Son romanı Daha isə 2013-cü il oktyabrın 23-də çıxmışdır.
Hakan Peker
Hakan Peker (5 fevral 1961, İstanbul) — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Ən yaxşı mahnıları sırasında "Bir Efsane" mahnısını göstərmək olar. == Həyatı == Sənət həyatına Seyyal Taner və Deniz Erkanatın yanında rəqqas olaraq başlayan Hakan Peker 1981-ci ildə Türkiyə Rəqs Çempionatında birinci yeri tutdu. TRT 1 kanalının əyləncə proqramlarında və müxtəlif yerli və xarici konsert təşkilatlarında iştirak etdi. 1989-cu ilin aprel tarixində ilk albomu işıq üzü gördü. "Bir Efsane" adını daşıyan albomla eyni adı daşıyan çıxış mahnısı hit oldu. 1990-cı ildə çıxardığı "Şüşədən Şüşəyə" (Camdan Cama) adlı albomu sənətçiyə istədiyi müvəffəqiyyəti qazandıraraq onu məşhurlaşdırdı. "Şüşədən Şüşəyə" mahnısı eyni il Sinan Özen tərəfindən də səsləndirilmişdi. Bu albomların ardından müxtəlif albomlar çıxarmış və Türkiyədə məşhur olmuşdur.
Hakan Utangaç
Hakan Utangaç 1965-ci ildə İstanbulda doğulmuşdur. Pentagram qrupunu qurmuşdur.
Hakan Yavuz
Hakan Yavuz (1964, Bayburt) — türkiyəli siyasi elmlər üzrə mütəxəsis və tarixçi. O, müasir islam və Türk araşdırmaları üzrə ixtisaslaşmışdır. == Həyatının erkən dönəmi və təhsili == Hakan Yavuz 1964-cü ildə Türkiyədə dünyaya gəlmişdir. Atası Kazım Yavuz siyasi aktivist olmaqla birlikdə, Van Kənd İnistitutunu bitirmiş müəllim idi. Həmçinin o, kənd təsərrüfatı iqtisadiyyatını və infrastrukturunu inkişaf etdirmək üçün bir çox layihəyə rəhbərlik etmişdi. Yavuz bakalavr təhsilini 1987-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsində bitirmişdir. Magistr dərəcəsini Viskonsin-Miluoki Universitetində almışdır. 1989-cu ildə bir semester boyunca öz magistr dissertasiyasına görə Yerusəlim Yəhudi Universitetində keçirmiş və Maykl Oakeşott və Maykl Velzerin əsərlərinin müqayisəli təhlilini etmişdir. Öz doktorantura təhsilini 1998-ci ildə Viskonsin-Medison Universitetində bitirmişdir. O, MakArtur Fondundan iki il təqaüd almaqla islamın Özbəkistanın Fərqanə vadisində və şərqi Türkiyədə yerliləşmə prosesini araşdırmışdır.
Hakan Çalhanoğlu
Hakan Çalhanoğlu (8 fevral 1994[…], Manhaym, Baden-Vürtemberq) — İtaliya A Seriyası təmsilçilərindən olan İnter Milan klubunda çıxış edən Türkiyəli peşəkar futbolçudur. == Karyerası == Hakan Çalhanoğlu yarımmüdafiəçi mövqeyində çıxış edir. 23 yaşlı futbolçu peşəkar karyerasına Almaniyanın "Karlsrue" klubunda başlayıb, daha sonra "Hamburq", "Bayer" kimi klublarında çıxış edib. 2017-ci ilin yayında isə futbolçu "Milan" klubuna transfer olunub. Türkiyə milli komandasıyla 28 oyuna çıxan Hakan Çalhanoğlu 8 qolla yadda qalıb.