Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Levitasiya
Levitasiya (lat. levitas - "yüngüllük") — bir obyektin, cismin səthinə toxunmadan havaya qalxmaq (uçmaq).
Qalina Levitska
Qalina Lvivna Levitska (ukr. Галина Львiвна Левицька, 23 yanvar 1901, Pruçnik[d] – 13 iyul 1949, Lvov), eləcə də, digər tanınan adları ilə Qalina Levitska-Kruşelnitska və Olena Pyatiqorska — Ukrayna pianoçusu və musiqi müəllimi. O, Lvov Konservatoriyasının professoru və konservatoriyanın nəzdində fəaliyyət göstərən musiqi məktəbinin ilk direktoru idi. Levitska Avstriya-Macarıstanın (hazırda Polşa) Pruçnik şəhərində ukraynalı ailədə anadan olmuşdur. Atası Lev Levitski vəkil idi. O, əvvəlcə həvəskar pianoçu olan anasından fortepiano dərsləri almış, daha sonra Pirzamisil şəhərində yerləşən qızlar internat məktəbində piano öyrənməyə davam etmişdir. 1920-ci ildə Vyana Musiqi və Performans Sənətləri Akademiyasını bitirmişdir. Bundan sonra o, əsasən Şərqi Avropada konsertlər vermiş, xüsusilə də, Ukrayna bəstəkarlarının əsərlərini ifa etmişdir. 1927-ci ildə şair və rəssam İvan Kruşelnitski ilə evlənmişdir. 1928-ci ildə onların qızı, gələcək tarixçi Larisa Kruşelnitska anadan olmuşdur.
İsaak Levitanın biblioqrafiyası
İsaak İliç Levitan (18 (30) avqust 1860 və ya 3 (15) oktyabr 1860, Kibartay[d], Polşa çarlığı – 22 iyul (4 avqust) 1900, Moskva) — rus əssamı, peyzaj ustası, akademik. İsaak İliç Levitan (Исаак Ильич Левитан) Avqustovski quberniyasının, Мariampoliski qəzasında, Кibratda (1866-cı ildən Suvalski quberniyası), ziyalı yəhudi ailəsində dünyaya gəlmişdir. Rəsmi doğum tarixi 30 аvqust 1860-cı il hesab olunur. Atası İlya (Эльяшив-Лейб) Abramoviç Levitan (1827–1877) Litva, Каydanovada mövcud xüsusi çəkili yəhudi — şotland icmasına daxil olan mənşəcə ravvin ailəsindən gəlirdi. İlya Vilnedə oxumuş,sonra isə müstəqil şəkildə fransız və alman dillərinə yiyələnmişdir. O əvvəlcə Кovnoda bu dilləri tədris etmiş, sonra isə dəmir yolu çəkən fransız şirkətində tərcüməçi işləmişdir. 2010-cu ilin noyabr ayında aşkarlanaraq www.JewishGen.org saytda yayımlanmış arxiv məlumatlarına əsasən rəssamın ulu babasını Abram, babasını isə Leyb (Лейб Абрамович Левитан) (təx. 1791–1841) adlandırırdılar. Uşaqların doğum haqqında şəhadətnamələrindəki qeyidlərə əsasən İlyanının (Эльяша) uşaqlarının anası — qızı Mixle(Михле) (d.18.07.1859) və oğlu Aveyla leyba (Авеля Лейба) (d. 9.