Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lucaya
Vachellia (lat. Vachellia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Lusaka
Lusaka (ing. Lusaka) — Zambiyanın paytaxtı, onun siyasi, iqtisadi və mədəni mərkəzi. Əhalisi — 1 451 145 nəfər (2010-cu il). Lusaka Zambiyanın ən iri şəhəridir. Etnik tərkibi müxtəlifdir, əsasən bantu dil qrupuna daxil olan xalqlar - bamba, tonqa, lozi, nyanca, malavi, nyandaka və s. xalqlar yaşayır. Az sayda Avropa xalqlarının nümayəndələri də yaşayır. Rəsmi dil ingilis dilidir. Məişət səviyyəsində bantu dillərində danışılır. Əhalinin böyük hissəsi ənənəvi dinlərə sitayiş edir, həmçinin katolik və protestant olan xristianlara da rast gəlinir.
Layka
Layka (rus. Лайка, hərfi mənada "hürən", təq. 1954, Moskva, RSFSR, SSRİ – 3 noyabr 1957, Sputnik-2) — Yerətrafı orbitə çıxan ilk heyvan və Sovet kosmos iti(en). Adi küçə iti olan Layka kosmosa gedən ilk canlılardan biri idi. O, 1957-ci il noyabrın 3-də Sputnik-2 adı altında kosmosa göndərilən R-7 raketinin sakini kimi seçilmişdi. Kosmosa göndərilən vaxt onun təqribən 3 yaşı var idi. Bəzi alimlər fikirləşirdilər ki, insanlar kosmosa getsələr orada məhv olarlar. Buna görə də, kosmosa it göndərmək fikrində idilər. Həmin vaxtlarda kosmik uçuşların canlılara təsirinə dair məlumat az olduğuna görə Laykanın yaşama ehtimalının çox az olacağı düşünülürdü. Layka çox güman ki, R-7 raketi ilə onun yerləşdiyi hissənin ayrılması anında baş vermiş qəza səbəbilə meydana gələn hipertermiya (həddən artıq istilik) nəticəsində qalxışdan sonrakı bir neçə saat içində ölmüşdür.
Lujiçka çayı
Lujiçka-(çex. Lužická Nisa, alm. Lausitzer Neiße‎, pol. Nysa Łużycka, a.sorb Łužyska Nysa, y.sorb Łužiska Nysa) Polşa, Çexiya və Almaniya ərazisindən axan çay. Odra çayının sol qolu olub, uzunluğu-254 km, hövzəsinin sahəsi isə-4.297 kv km. Lujiçka çayı öz başlanğıcını Çexiya ərazisində Yizer dağlarından götürür. 324 km hündürlükdə Almaniya sərhəddindən keçərək, Çexiya ərazisində 55 km uzunluqda axır və həcmi 360,5 km² olur. Üçbucaq üzrə cənubdan Çittau çayı Almaniya və Çexiya sərhəddindən 1 km məsafədədir. Özünün növbəti axını boyu o şimal istiqamətində axaraq Almaniya və Polşa sərhəddindən axır. Şimal istiqamətdə axdığı müddətdə çat Qerliç, Rotenburqdən Muskau parkından Bad-Muskaudan axır.
Lusaka Universiteti
Lusaka Universiteti (ing. University of Lusaka) — Zambiyanın paytaxtı Lusaka şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 2007-ci ildə qoyulmuşdur.