Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Manqurt
Manqurt — türk, altay və qırğız əfsanələrində bəhs edilən şüursuz kölə. Manqurt halına gətirilmək istənən adamın başı qırxılır, yaş dəvə boynunun dərisi sarılar və beləcə əlləri qolları bağlı olaraq Günəş altında buraxılır. Dəvə dərisi quruduqca gərilər. Gərilən dəri başı sıxar və inanılmaz ağrılar verərək ağlını itirməsinə səbəb olar. Belə bir adam şüursuz və hər istənilən şeyi sorğu-sualsız icra edən bir köləyə çevrilir. == Etimologiya == (Bun/Ban/Man) kökündən törəmişdir. Bun sözü ağıl yoksunluğunu ifadə edər. Monqolca Mun/Mung (Türkcə Bun/Bung) felleri ağlını itirməyi, Munah (Türkcə Bunah) sözləri yaşlılıq səbəbiylə ağlını itirmiş olan kəsləri izah edər. Köhnə Altaycada Manu, Tungus və Mancur dillərində Mana sözcüyü ağlın itirilməsini və istifadə edilməz hala gəlməyi bildirir.
Mangus
Manqus
Manqust əməliyyatı
Kuba Layihəsi və ya Manqust əməliyyatı — ABŞ Prezidenti Con Kennedinin səlahiyyətlərinin ilk illərində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən hazırlanmış, Kubada dinc əhaliyə qarşı terror hücumları və məxfi əməliyyatlardan ibarət kampaniya. 30 noyabr 1961-ci ildə prezident Kennedi tərəfindən Fidel Kastronun kommunist hökumətinə qarşı aqressiv gizli əməliyyatlara icazə verilmişdi. Kastro hökumətinin devrilməsi Kennedi administrasiyasının əsas diqqət mərkəzində idi. Əməliyyat 1960-cı ildə Florida ştatının Mayami şəhərində yaradılmış JM/WAVE gizli əməliyyatları və kəşfiyyat toplama stansiyasında planlaşdırılmışdı. Əməliyyata Hərbi Hava Qüvvələrinin generalı Edvard Lansdeyl rəhbərlik edirdi və uğursuz Donuzlar körfəzinin hücumundan sonra qüvvəyə minmişdi. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Manqust əməliyyatı ilə əlaqəli mediafayllar var. Operation Mongoose: The Cuba Project, Cuban History Archive, 20 Feb 1962. The Cuban Missile Crisis, 1962, The National Security Archive. Meeting with the Attorney General of the United States Concerning Cuba, CIA minutes, 19 January 1962. Justification for US Military Intervention in Cuba, Joint Chiefs of Staff, 13 March 1962.
Manqurt (dəqiqləşdirmə)
Manqurt - kökünü danan, qınından çıxıb, qınını bəyənməyən kimsə. Manqurt (film, 1990) - Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanı əsasında çəkilmiş film. Manqurt (balet, Y. Simakin) - balet. Manqurt haqqında rəvayət (balet, K. Moldobasanov) - qırğız bəstəkarı Kalıy Moldobasanovun baleti. Manqurt (balet, N. Zakirov) - özbək bəstəkarı Nurilla Zakirovun baleti.
Misir manqustu
Misir Manqustu və ya Fironsıçanı (lat. Herpestes ichneumon) qədim Misirlilərin müqəddəs heyvanı kimi tanınır. Misirdə, çaylar sahillərində və tarlaları əhatə edən sıx yığınlarda yaşayır.Afrika xaricində olan Sina yarımadasında, həmçinin İsrail, Livanda da yaşayır. Жизнь животных / Под ред. В. Е. Соколова. — М.: Просвещение, 1989. — Т. 7. Млекопитающие. — С. 312. — 558 с.
Manqurt (film, 1990)
Manqurt (türk. Mankurt- Vahşetin davulları, rus. Манкурт) — görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanı əsasında SSRİ və Türkiyə ortaq istesalı olan film. == Məzmun == Valideynləri, keçmişi haqqda yaddaşını, utanma, vicdan, şərəf hisslərini itirmiş, insan görkəmində zombidən bəhs edən fəlsəfi, faciəvi hekayə... Filmin qəhrəmanı düşmənə əsir düşür, başına keçə keçirilir və susuz səhrada bir neçə gün buraxılır, yaddaşını tamamən itirir və... anasını öldürür.
Manqurt (film, 2003)
== Məzmun == Film-tamaşa başına qoyun dərisi keçirilən və tədricən manqurtlaşan oğlanın keçirdiyi iztirablardan söhbət açır. == Film haqqında == Film-tamaşa qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanından bir parça əsasında ekranlaşdırılmışdır.
Danquşu
Danquşu (lat. Botaurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi. Bir növ (Botaurus stellaris Linn., 1758, Böyük danquşu), nominativ yarımnövlə təmsil olunmuşdur. Uzun, ağır dimdiyi, böyük başı və yoğun boynu olan iri quşdur. Rəngi kürən-qonurdur. Ayaqları və dimdiyi yaşılımtıl-sarıdır. Gecə quşu olub, gündüzlər qamışlıqda gizlənərək, demək olar ki, hərəkət etmir. Yalnız ayaq altından uçarkən gözə dəyir. Təhlükə zamanı boynunu və dimdiyini yuxarı uzadıb sıx qamış gövdələri arasında az qala görünməz olaraq gizlənməyə üstünlük verir. Arealı Avropa, Asiya və Şimal-Qərbi Afrikanı əhatə edir.
Mengüsu
Mengüsu — türk mifologiyasında abi-həyat, ölümsüzlük və həyat bəxş edən iksir. "Dirlik Suyu" şəklində də ifadə tapar. Digər adı Bengisudur. Bəzi türk dillərində Mengüsuv və ya Mengüsub da adlandırılar. İçənlərə ölümsüzlük və gənclik təmin edər. Uluqayının dibindəki bir çuxurdan qaynaqlanar. Başında bir gözətçi ruh olar. Bir çay və ya dərə şəklində axar. Bəzən köpük şəklində gəlir. Məsələn, Koroğlu dastanında bir çaydan üç köpük şəklində gəlir.
Avqust
Avqust — Qriqori təqviminin 8-ci ayı. 31 gündən ibarətdir == Tarixi və etimologiyası == Əvvəllər bu ay "seks stili." adlanıb (latın dilindəki lat. Sextilis — "altıncı" sözündən) və 29 gündən ibarət olub. Yuli Sezar Roma təqvimində islahatlar aparan zaman e.ə. 45-ci ildə daha iki günü bu aya əlavə edib və bununla da ona indiki görkəmini verib. Avqust ayı öz adını Roma imperatoru Oktavian Avqustdan alıb. Roma senatı e.ə. 8-ci ildə imperatorun həyatında xüsusilə xoşbəxt dövrü təşkil edən bu aya onun adını verib. Makrobinin sitat gətirdiyi Senatus consultum-a görə Oktavian bir neçə möhtəşəm qələbəsi, o cümlədən Misirin fəth olunması bu aya təsadüf etdiyinə görə onu öz ayı seçib. Bu cür şərəfə bundan əvvəl senat Yuli Sezarı layiq bilib və onun adına uyğun olaraq "kvintili" (latın dilindəki lat.
Manaus
Manaus — Braziliyada yerləşən şəhər. Amazonas ştatına daxildir.
Manqup
Manqup (ukr. Мангуп, krımtat. Mangup, Мангуп) — Bağçasaray rayonu ərazisində mövcud olmuş şəhər-qala. Tarixi adı Baba-Dağ olmuşdur. Feodoro knyazlığınln paytaxtı olmuşdur. Sonradan türk qalasına çevrilmişdir. Dağ hündürlüyü 250 m olan vadidə yerləşir. Dağın hündürlüyü 583 metr təşkil edir. Platosunun sahəsi 90 ha-dır. Qalada iki bulaq vardır.
Anqut
Qırmızı anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növü. Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən (narıncı-xınalı), quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi "aanq-aanq" səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27-29 gün kürt yatır.
Böyük danquşu
Böyük danquşu (lat. Botaurus stellaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin danquşu cinsinə aid heyvan növü.
Canluka Mankuso
Canluka Mankuso (3 fevral 1998-ci ildə Buenos-Ayresdə anadan olub) — Argentina Primyera Diviziyası təmsilçilərindən olan Velez Sarsfild klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Argentinalı futbolçudur. == Klub karyerası == === Velez Sarsfild === Mankuso Velez Sarsfild akademiyası vasitəsilə inkişaf etmişdir. Mankuso öz peşəkar karyerasında debütünü 26 may 2017-ci ildə Leandro Nikeforo klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Velez Sarsfild liqa görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 30 May 2017 tarixində yenilənib 1Libertadores Kuboku görüşləri daxildir. 2Argentina Superkuboku görüşləri daxildir.
Danquşu cinsi
Danquşu (lat. Botaurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi. Bir növ (Botaurus stellaris Linn., 1758, Böyük danquşu), nominativ yarımnövlə təmsil olunmuşdur. Uzun, ağır dimdiyi, böyük başı və yoğun boynu olan iri quşdur. Rəngi kürən-qonurdur. Ayaqları və dimdiyi yaşılımtıl-sarıdır. Gecə quşu olub, gündüzlər qamışlıqda gizlənərək, demək olar ki, hərəkət etmir. Yalnız ayaq altından uçarkən gözə dəyir. Təhlükə zamanı boynunu və dimdiyini yuxarı uzadıb sıx qamış gövdələri arasında az qala görünməz olaraq gizlənməyə üstünlük verir. Arealı Avropa, Asiya və Şimal-Qərbi Afrikanı əhatə edir.
Ligularia angusta
Ligularia angusta (lat. Ligularia angusta) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Nectandra angusta
Nectandra angusta (lat. Nectandra angusta) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.
Hindistan manqosu
Hindistan manqosu (lat. Mangifera indica) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin manqo cinsinə aid bitki növü.
Laurus angusta
Nəcib dəfnə (lat. Laurus nobilis) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin dəfnə cinsinə aid bitki növü. == Ümumi == Əsl dəfnənin vətəni Kiçik Asiyadır. Buradan Aralıq dənizyanı ərazilərə yayılmışdır. Hazırda yabanı halda Cənubi Fransa, İngiltərə, İsveçrə, İrlandiya və Şotlandiyada təsadüf edilir. Hündürlüyü 5–18 m, gövdəsinin diametri 40 sm-dən çox olan, qonur rəngli, hamar qabıqlı koldur. Yarpaqları qısa saplaqlı, 8-20 sm uzunluqda, 1,5-8 sm enində olub, dərivari, parlaq, üstdən tünd yaşıl, altdan isə açıq yaşıl rəngli, qısa saplaqlı, ovalvari-neştər formalıdır. Qaidəsi ensiz, ucu sivri, kənarları dalğavari, damarları tükcüklərlə örtülmüşdür. Mart-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, 4-6 bölümlü çiçək yanlığına malik, qısa saplaqlı olmaqla, 4-6-sı birlikdə xırda çətirlərə toplanmış və yarpaqların qoltuğunda yerləşmişdir.
Tetranthera angusta
Litsea umbellata (lat. Litsea umbellata) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin litsea cinsinə aid bitki növü. Hexanthus umbellatus Lour. Litsea hexantha Juss. ex Pers.
Erigeron mancus
Erigeron mancus (lat. Erigeron mancus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Güclü Avqust
Güclü Avqust (12 may 1670[…], Drezden – 1 fevral 1733[…], Varşava) — 7 may 1694-cü ildən Saksoniya kürfürstü, 1697-ci il sentyabrın 15-dən (17 iyun 1697-ci ildə kral elan edilmişdir) 1704-cü il fevralın 16-dək (1-ci dəfə, əslində, 24 sentyabr 1706-cı ilə qədər) Polşa Kralı və Litvanın böyük knyazı. 1694-cü ildən I Fridrix Avqust adı altında, 1697-ci ildən isə II Avqust adı ilə Saksoniyanın kürfürstü kimi hökm sürmüşdür. Polşa taxtını tutmaq üçün protestant Avqust 1697-ci il iyunun 1-də katolikliyi qəbul etdi. Onun daxili islahatlar və kral hakimiyyətini gücləndirmək cəhdləri uğursuzluqla nəticələndi, eyni zamanda Rusiya imperiyasına bölgədə öz təsirini artırmağa imkan verdi. İsveçə qarşı Şimal Müharibəsində (1700-1721) I Pyotrun müttəfiqi olmuşdur. Onun hakimiyyəti Polşanın milli rifahının və onun sakinlərinin döyüşkən ruhunun süqutu dövrü idi. II Avqustun dövründə Polşa ordusu 80.000-dən 18.000-ə endirilmiş və biri milli, digəri isə xarici qoşunlardan ibarət olmaqla iki hissəyə bölünmüşdür.
III Avqust
Saksoniyalı III Avqust (pol. August III Sas; 17 oktyabr 1696[…], Drezden – 5 oktyabr 1763[…], Drezden) — 1734–1763-cü illərdə hakimiyyətdə olmuş Reç Pospolita kralı və Saksoniya kürfürstü. II Avqustun ölümündən sonra şlyaxtanın əksəriyyəti Leşşinskini taxt-taca seçdi, lakin zadəganların bir hissəsi təkcə Avstriya və Rusiyanın Leşşinski taxtına buraxılmaması ilə bağlı bəyanatlarına deyil, həm də rus silahlı qüvvələrinə arxalanaraq Avqustu kral elan etdilər. Tam titulu belədir: "Allahın lütfü və xalqın iradəsi ilə Polşa kralı, Litva, Rus, Pruss, Mazov, Jemayt, Kiyev, Volın, Podolsk, Podlyaş, İnflyant, Smolensk, Severski, Çerniqov böyük knyazı, həmçinin irsi hersoq və sakson kürfürstü". == Həyatı və hakimiyyəti == Anası Kristian Bayreuth tərəfindən protestantizm ruhunda böyüdülən yeganə qanuni oğlu və Güclü Augustun varisi olmuşdur. 1712-ci ildə Almaniya, Fransa və İtaliyada etdiyi səyahət zamanı o, gizli şəkildə Boloniyada katolikliyi qəbul etdi, baxmayaraq ki, o, yalnız 1717-ci ildə Saksoniyada özünün tərəfdarı olduğunu açıq şəkildə etiraf etdi. Ehtimal ki, bu qərara onun Polşa tacı və Avstriya şahzadəsi ilə evlənməsi ilə bağlı fikirləri təsir edib. 1733-cü ildə atasının ölümündən sonra XV Lüdovikin Stanislav Leşçinskini yenidən Polşa taxtına yüksəltmək üçün göstərdiyi səylərə baxmayaraq, o, Polşa əyanlarının bir hissəsi tərəfindən kral elan edildi, lakin rəsmi olaraq yalnız Varşavada kral kimi tanındı. 1736-cı ildə Polşa irsi uğrunda müharibə bitdikdən sonra, atası kimi siyasi qabiliyyətlərinə malik olmasa da, o, dəbdəbə və sənətə olan həvəsini ondan miras aldı, ondan nümunə götürərək parlaq bir həyət saxladı və Drezden Qalereyasından və digər məşhur muzeylərdən rəsmlərin alınmasına külli miqdarda pul xərclədi. habelə məhkəmə kapellasının saxlanmasına dair.