Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Marat Allahverdiyev
Marat Allahverdi oğlu Allahverdiyev (18 may 1941, Bakı – 24 oktyabr 2015) — azərbaycanlı dövlət və siyasi xadim, 1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı Marat Allahverdiyev 1941-ci il mayın 18-də Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik Universitetini bitirib. 3 övladı, 6 nəvəsi var. Azərbaycan Milli Məclisinin VI çağırış üzvü Elnur Allahverdiyevin atasıdır. Tikinti sahə rəisliyindən başlayaraq Bakı şəhər komitəsində tikinti instruktoru, dəmir-beton zavodunun direktoru, Azərbaycan Rabitə Nazirliyi rabitə montaj-tikinti trestinin rəhbəri, sonralar Mətbuat və İnformasiya Nazirliyinə çevrilən Azərbaycan Respublikası Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, sədri, məşhur "Bərpaçı" mərkəzinin rəisi, Azərbaycan Mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri vəzifələrində çalışıb. 1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Beynəlxalq İctimai Telekommunikasiya Akademiyasının üzvü, akademik, texniki elmlər doktoru olub. 20 may 1990-ci ildə Zaqafqaziya müsəlmanları Ruhani idarəsi və onun qazilər şurasının qərarı, Allahşükür Paşazadənin imzası ilə 1984-1990-ci illərdə 30 qədər məscid o cümlədən “Təzə-Pir”, “Əjdərbəy”, “Maştağa”, “Mərdəkan”, “Bibi-heybət”, “Türbə”, bir sıra pirlər, ovdanlar, bulaqlar, Mir Mövsüm Ağanın məzarının abadlaşdırılması, H.Z.Tağıyevin, Hacı Qurbani məqbərəsi və sair bərpa işlərinə yardım etdiyinə görə təşəkkür edilib.
Marat Haqverdiyev
Marat Haqverdiyev (tam adı: Marat Xanlar oğlu Haqverdiyev; 21 iyul 1938, Bakı) — Azərbaycan yazıçısı, ssenarist, dramaturq, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2018). Marat Haqverdiyev 1938-ci il iyulun 21-də Bakıda sənətkar ailəsində anadan olub. Atası Azərbaycan və Türkmənistanın Əməkdar artisti Xanlar Haqverdiyev və Anası Cahan Əfruz (Dilanova) şairə-dramaturq olub. İki sənətkarın əhatəsində böyüyən Marat uşaqlıqdan rəssamlığa böyük maraq göstərsə də, orta məktəbi bitirərkən memar olmağı qərara alıb və bu istəklə də 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub. Tələbəlik illərində incəsənətə olan marağı ötüb keçməyib, institutun xalq çalğı alətləri ansamblı və estrada orkestrinin solisti kimi sovet respublikalarında qastrol səfərlərində olub. Marat Haqverdiyev təhsilini başa vurandan sonra qısa müddətdə tikinti sahəsində çalışıb. Ömrünün təxminən 40 ilini isə Mədəniyyət Nazirliyinin nəzdində Tarix və Mədəniyyət Abidələrinin Bərpası İdarəsində müxtəlif vəzifələrdə işləyib. Respublikanın tarix və mədəniyyət abidələrinin, o cümlədən Akademik Opera və Balet Teatrı, Rəşid Behbudov adına Mahnı Teatrı, muzeylər, məscidlər, mədrəsələr, qala və türbələrin bərpası ilə məşğul olub. 1970-ci illərdə ədəbiyyata tərcüməçi kimi gələn Marat Haqverdiyev anasının əsərlərini — şeirlərini, poemalarını rus dilinə çevirir. Anası dünyasını dəyişəndən sonra qərara gəlir ki, onun yolunu davam etdirsin.
Marat Kolşəripov
Marat Kolşəripov (başq. Марат Мәхмүт улы Ҡолшәрипов; 7 yanvar 1941) — Sovet və rus tarixçisi. Tarix elmləri doktoru, professor. Başqırdıstan Respublikasının əməkdar elm xadimi (2001), Salavat Yulayev ordeninin kavaleri (2009), Başqırdıstan Respublikası Elmlər Akademiyasının fəxri üzvü (2016). 7 yanvar 1941-ci ildə Başqırdıstan Sovet Sovet Sosialist Respublikasının Kuqərsen rayonunun Zireklya kəndində anadan olmuşdur. 1967-ci ildə Başqırdıstan Dövlət Universitetinin tarix fakültəsini, 1971-ci ildə isə Moskva Dövlət Universitetinin aspiranturasını bitirir. 1972-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetində "Başqırdıstandakı çarizmin siyasəti (1775–1800)" mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi üçün tezisini müdafiə edir. 1971-ci ildən Başqırdıstan Dövlət Universitetində müəllim işləyir. 1991–1996-cı illərdə"Ural" Başqırd Xalq Mərkəzinin sədri olur. 1998-ci ildə Başqırdıstan Dövlət Universitetində "Başqırd xalqının milli hərəkatı (1917–1921)" mövzusunda tarix elmləri doktoru dərəcəsi üçün dissertasiyasını müdafiə edir.
Marat Manafov
Marat Manafov (1950, Stepanakert) — Çexiyada yaşayan Azərbaycanlı biznesmen, xalq artisti Fəxrəddin Manafovun qardaşıdır. Marat Manafov Xankəndi şəhərində doğulub. 1993-cü ildə Heydər Əliyevlə yaxın münasibətdə olub. Slovakiyada "Marat" futbol klubunu yaradıb. Neft kontraktları ilı bağlı ilkin danışıqları Marat aparıb. Daha sonra müəmmalı şəkildə Çexiyada yoxa çıxıb. Onun boş BMV maşını işlək vəziyyətdə tapıblar. İndiyə qədər nə baş verdiyini heç kim bilmir.
Marat İzmaylov
Karat
Karat Bakı — Bakı şəhərində yaradılmış futbol klubu. Karat (ölçü vahidi) — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi.
Manat
Manat — Azərbaycanda (işarəsi: ₼) və Türkmənistanda (işarəsi: m) işlənən əsas pul vahidi, valyuta. Azərbaycan manatı — Azərbaycanın pul vahidi. Türkmənistan manatı — Türkmənistanın pul vahidi.
Maral
Marallar (lat. Cervidae) — cütdırnaqlılar dəstəsiə aid fəsilə. 40 növə malikdir. Avrasiya, Şimali Amerika, Cənubi Amerikada yayılıb, eləcə də insanlar tərəfindən Avstraliya və Yeni Zelandiyaya gətirilib. Azərbaycan folklorunda adı ən çox hallanan heyvanlar arasında maral sözsüz ki, birincilər sırasındadır. Lap qədim dövrlərdən indiyə kimi həmişə insanın bu "dağlar və meşələr gözəli"nə xüsusi marağı olub. Ona görə də məişət və təsərrüfat fəaliyyətində maraldan zaman-zaman istifadə ediblər. Maralın qidalığına görə əti və südü, sənaye əhəmiyyətinə görə isə dərisi və buynuzu əvəzsiz sayılıb. Maral estetik baxımdan və mənəvi tələbatı ödəmək cəhətdən müqayisəolunmazdır. Gözəl təbiət müşahidəçisi, yazıçı-ekoloq Zaman Novruz onu bu cəhətdən belə ifadə edirdi: "Təbiətcə çox da sakit olmayan maralın görkəmindəki zəriflik, baxışlarındakı mehribanlıq, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu gözəllik rəmzi kimi dilə-dişə salmış, adı nağıllara, dastanlara, şeirlərə düşmüş, neçə-neçə maral ünvanlı əfsanə yaranmışdır".
Maraq
Maraq – fərdin xüsusi cəhd göstərmədən öz istəyi ilə, zövq alaraq bir işə yönəlməsidir. Maraqlar insanın idrak təlabatlarının emosional təzahürləridir.Onların təmin olunması biliklərdəki çatışmamazlıqları aradan qaldırmağa, onları anlamağa, onlarla tanış olmağa kömək edir. Marağı bir insanın özü və çevrəsi tərəfindən təsdiq olunan davranışları kimi də qəbul etmək olar. Yəni maraq daxili və xarici təsirlə formalaşır. Bir işə sevgi ilə müəyyən müddət bağlanma da maraqdır. Kitab, futbol, musiqi və s. də bu maraqlara daxildir. Maraqlar bir çox səbəbdən asılı olaraq fərddən fərdə dəyişir. Şəxsin içində olduğu dairə, cinsiyyət, yaş, zəka, fiziki imkanlar, başqa bir çox qabiliyyətlər, sosial mühit, ailə mühiti və mədəni faktorlar və s. bu səbəblərə daxildir.
Maraş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı haqqında "Kelimatları lisanı Türkiyə" əsərində Maraşın əhalisinin əksəriyyətinin Türkmən olduğunu qeyd edib. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydilinin əksəriyyətində 24 Oğuz boynu mövcuddur. Qəhrəmanmaraş Dondurma dəzgahı ilə məşhurdur. Bu dondurma dəzgahı dünyanın hər yerində məşhur olmaqla, dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərlərində açıldı. Yaponiyadan ABŞ-a, Avstraliyadan Dubaya qədər bir çox ölkələrdə dondurma yerli firmalar tərəfindən istehsal olunurdu. Eyni zamanda Qəhrəmanmaraş Türkiyənin elektrik ehtiyacının 14 faizini qarşılamaqdadır.
Zarat
Zarat (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Zarat (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Zarat (Dəvəçi) — Azərbaycanın Dəvəçi rayonunda kənd. 30 dekabr 1997-ci ildə ləğv olunub. Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunda kənd. Zaratxeybəri — Azərbaycanın Şamaxı rayonunda kənd. Zarat — Dəvəçi rayonu ərazisində çay.
Arat
Maat
Mart
Mart — Qriqorian təqvimi ilə ilin üçüncü ayıdır. 31 gündən ibarətdir.Yaz fəslində mövcud aydır. Yuli Sezarın təqvim islahatından əvvəl Qədim Romada ilin birinci ayı sayılırdı. Mart sözü Qədim Roma mifologiyasında müharibə tanrısı olan Marsın adı ilə bağlıdır. Görünür əkin işləri başladığından romalılar bu ay Marsa xüsusi ehtiram göstərirdilər ki onların üzərinə müharibə göndərməsin. Onun şərərfinə qurbanlar kəsirdilər.
Ruku
Ruku - qurşaq təzimi də adlanır. Namazda rukuya getmək o deməkdir ki, normal halda ayaq üstə əllər dizlərə çatana qədər olan vəziyyətdə qalmaq. Namaz qılan, hər rük'ətdə qiraətdən sonra barmaqlarının ucu dizlərinin üzərinə qoya biləcək qədər əyilməlidir. Bu əmələ rüku deyilir. Əgər insan rüku ölçüsündə əyilsə, amma əllərini dizlərinə qoymasa, eybi yoxdur. Əgər rükunu normal şəkildə yerinə yetirməsə, məsələn, sola və sağa əyilsə, əlləri dizlərə qoysa da, səhih deyildir. Əyilmək, rüku məqsədilə olmalıdır. Belə ki, əgər başqa bir iş məqsədilə, məsələn, bir həşəratı öldürmək üçün əyilərsə, onu rüku hesab edə bilməz. Belə olan təqdirdə, düzəlib yenidən rüku etmək üçün əyilməlidir. Bu əməl vasitəsilə rükn artıqlığı meydana gəlmir və namazı da batil deyildir.
Ruzi
Ruzi Nəzər
Vuki
Vuki (Wookiee) — "Ulduz müharibələri" kosmik opera franşizasında, əslən ağaclarla əhatələnmiş Kaşiik planetindən olan uydurma irq. Giqantik, hirsutik görünüşləri və fiziki gücləri onları insanlardan fərqləndirir. Ən məşhur vuki ən yaxın dostu Han Solo ilə birlikdə "Millenium Falcon" kosmik gəmisinin pilotlarından Çubakkadır. Franşizanın yaradıcısı Corc Lukas bir müsahibəsində vukinin yaradılmasında öz iti İndianadan ilham aldığını qeyd etmişdir. "THX 1138" (1971) filminin klimaktik səhnəsində aktyor Terri MakQovern tərəfindən səsləndirilən robot polislərdən biri bir "vukini vurduğu"nu deyir və beləliklə, həmin söz yaranır. Bu ad Terrinin dostu Ralf Vukidən gəlirdi və o, filmdə onun adından istifadə etməyin gülməli olacağını düşünmüşdü. "Yeni ümid" filmində Çubakka R2-D2-ya qarşı dejarikdə məğlub olacağını anladıqdan sonra qəzəblənir. Han Solo deyir ki, "bir vukini incitmək ağılsızlıqdır", çünki vukilər "uduzduqları zaman insanların əllərini oynaqlarından qoparmaqları ilə tanınır". Cavab olaraq C-3PO R2-yə "Qoy vuki udsun" (ing. Let the Wookiee win) deyir.
Yuki
Yuki — Yaponiyada ad. Yuki Otsu (d. 24 mart 1990) — Yaponiya futbolçusu. Yuki Kobayaşi (d. 24 aprel 1992) — Yaponiya futbolçusu. Yuki Muto (d. 7 noyabr 1988) — Yaponiya futbolçusu. Yuki Abe (d. 6 sentyabr 1981) — Yaponiya futbolçusu.
Rumi
Şəxslər
Rüi
Rüi və ya Rüi-Monso (fr. Ruy-Montceau) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalyö kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. 4 avqust 2015-ci ildə kommunanın adı Ryuydan Ryuy-Monsoya dəyişilmişdir. INSEE kodu — 38348. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 244 ilə 505 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Rük
Rük — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Kəndin dəniz səviyyəsindən hündürlüyü təqribən 1620–1630 metrdir Rük oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Oykonim qədim türk dillərindəki uruq (ailə, tayfa; dayanacaq) sözünün təhrif olunmuş forması hesab edilir və "düşərgə, yaşayış məskəni" kimi izah olunur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 301 nəfər əhali yaşayır. Əhalisi tatlardır. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Quba rayonu Rük kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 315 000 manat vəsait ayrılmışdır.
Cəlaləddin Rumi
Mövlana Cəlaləddin Bəlxi (fars. مولانا جلال الدین محمد رومی‎ Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 30 sentyabr 1207 – 17 dekabr 1273[…], Konya, Rum Səlcuqlu dövləti) — İslam və təsəvvüf dünyasından olan fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin nümayəndəsi. Molavi, Mövlana və Rumi kimi tanınan Cəlaləddin Məhəmməd Bəlxi (6 Rəbiul-əvl 604 – 5 Cümadi əl-Sani 672 h.) İran farsdilli şairdir. Onun tam adı "Məhəmməd bin Məhəmməd bin Hüseyn Hüseyni Xətibi Bəkri Bəlxi"dir və sağlığında "Cəlaləddin", "Xodavəndgər" və "Mövlana Xədvəndgər" titulları ilə çağırılıb. Sonrakı əsrlərdə (görünür, IX əsrdən) onun üçün “Mülvi”, “Mulana”, “Mülvi Rumi” və “Mula Rumi” titullarından istifadə edilmişdir. Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir. Mövlana Cəlaləddin Rumi ("Rumi" ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Ağa" mənasına gələn "Mövlana" ləqəbi isə ona qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) İranın Xorasan vilayətinin (indiki Əfqanıstanın ) Bəlx şəhərində anadan olmuşdur.
HTTP Kuki
HTTP kuki (ing. HTTP cookie) (həmçinin veb kuki, internet kuki, brauzer kuki olaraqda adlanır) — vebsaytı ziyarət etdiyiniz zaman kompüterinizdə və ya mobil cihazınızda saxlanılan kiçik ölçülü mətn faylıdır. Kukilər internetdə faydalı və bəzən vacib funksiyaları yerinə yetirir. Onlar veb-serverlərə statuslu məlumatı (məsələn, onlayn mağazada alış-veriş səbətinə əlavə edilmiş əşyalar) istifadəçinin cihazında saxlamağa və ya istifadəçinin baxış fəaliyyətini izləməyə (o cümlədən, xüsusi düymələrə basmaq, daxil olmaq və ya keçmişdə hansı səhifələrin ziyarət edildiyini qeyd etmək). Onlar həmçinin istifadəçinin adlar, ünvanlar, parollar və ödəniş kartı nömrələri kimi forma sahələrinə əvvəllər daxil etdiyi məlumatları sonrakı istifadə avtomatik doldurmaq üçün istifadə edilə bilər. İdentifikasiya kukiləri adətən istifadəçinin daxil olduğunu və hansı hesabla daxil olduğunu təsdiqləmək üçün veb serverlər tərəfindən istifadə olunur. Kuki olmadan istifadəçilər daxil olmaq istədikləri həssas məlumatları ehtiva edən hər bir səhifəyə daxil olaraq özlərini autentifikasiya etməlidirlər. İdentifikasiya kukisinin təhlükəsizliyi ümumiyyətlə emitent saytının və istifadəçinin veb brauzerinin təhlükəsizliyindən və kuki məlumatlarının şifrələnib-şifrələnməməsindən asılıdır. Təhlükəsizlik zəiflikləri kuki məlumatlarının təcavüzkar tərəfindən oxunmasına, istifadəçi məlumatlarına daxil olmaq üçün istifadə edilməsinə və ya kukinin aid olduğu vebsayta (istifadəçinin etimadnaməsi ilə) daxil olmaq üçün istifadə edilməsinə imkan verə bilər. İzləmə kukiləri və xüsusən də üçüncü tərəfin izləmə kukiləri, adətən, şəxslərin axtarış tarixçələrinin uzunmüddətli qeydlərini tərtib etmək üçün istifadə olunur – bu, Avropa və ABŞ qanunvericilərini 2011-ci ildə tədbir görməyə vadar edən potensial məxfilik problemidir.
Reki Kavahara
Reki Kavahara (川原 礫, Kawahara Reki, d. 17 avqust 1974) — Yaponiya yazıçısı. "Sword Art Online" və "Accel World" ranobe və manqa seriyalarının müəllifi kimi tanınır. Hər iki ranobe əsasında anime serialları çəkilmişdir. Kavaharanın digər əsərləri arasında "The Isolator" və "Sword Art Online: Progressive" spin-off seriyası da var. Ən tanınmış əsəri "Sword Art Online" ranobesidir. "Sword Art Online" seriyasını ilk dəfə 2002-ci ildə Fumio Kunori (九里 史生, Kunori Fumio) təxəllüsü ilə veb-roman şəklində yayımlamışdır. Kavahara 2008-ci ildə "Accel World" ranobesi ilə 15-ci Dengeki Roman Mükafatı müsabiqəsinə qatılmış və romanı baş mükafatı qazanmışdır. "Accel World" ilk dəfə 10 fevral 2009-cu ildə ASCII Media Works nəşriyyatı tərəfindən Dengeki Bunko imprinti altında çap olunmuşdur. 10 oktyabr 2015-ci ilə kimi 19 cildi işıq üzü görmüşdür.
Riki Martin
Enrike Martin Morales (isp. Enrique Martín Morales; 24 dekabr 1971, San-Xuan, Puerto Riko, ABŞ), daha çox Riki Martin adı ilə tanınır. Latınamerikan qrupu olan Menudo ilə fəaliyyətə başlamışdır. 1991-ci ildə solo-kariyeraya başlamışdır. Riki 8 studiya albomu buraxmışdır ki, bütün dünya üzrə bu albomların satış sayı 65 milyonu keçmişdir. Həmçinin Riki Martin xeyri məqsədləri üçün "Riki Martin fondu"nu (ispan: Fundacion Ricky Martin) yaratmışdır. Riki Martin 24 dekabr 1971-ci ildə Puerto – Rikonun paytaxtı San Xuan şəhərində psixoloq Enrike Martin Neqoni və buxqalter Nereydi Moralesin ailəsində doğulmuşdur. Valideynləri onun iki yaşı olanda ayrılmışdılar. Rikinin doğma Erik və Daniel Martin adlı iki qardaşı, Vanessa Martin adlı bir bacısı, ögey Fernando və Anhel Fernandez adlı iki qardaşı var. Riki katolik ailəsində böyümüşdü və çox sakit və sözə qulaq asan uşaq idi, amma Menuda qrupuna qoşulana qədər… Riki (o zaman Enrike) musiqi fəaliyyətinə 13 yaşında, 1984-cü ildə məşhur latınamerikan qrupu Menuda ilə başladı.
Karat Bakı FK
Karat Futbol Klubu - Bakı şəhərində yaranmışdır. 1 dəfə 2004-2005 mövsümündə futbol üzrə Azərbaycan çempionatının Yüksək dəstəsində iştirak etmişdir.[mənbə göstərin]. Həmin mövsüm aşağıdakı cədvələ uyğun göstəricilərə nail olmuşdur. Çempionatı 10-cu bitirməsinə baxmayaraq mövsüm sonunda Karat FK fəaliyyətini dayandırdığı üçün onun əvəzinə aşağı dəstəyə düşən MOİK klubu çempionatda saxlanıldı. Həmin mövsümdə Azərbaycan kubokunda əvvəlcə 1/8 final mərhələsində iki oyunun cəmində Kəpəz PFK komandasını turnirdən uzaqlaşdırmağı bacarsa da, 1/4 finalda İnter komandasına məğlub olaraq mübarizəni dayandırmışdır. 1/4 final Komadanın heyətində ən çox qolu hücumçu Kaxaber Cebisaşvili ən çox (2) aftoqol vurmuş futbolçu ilqar Hüseynov olmuşdur.
Jan Pol Marat
Jan Pol Marat (fr. Jean-Paul Marat; 24 may 1743[…] – 13 iyul 1793[…], Paris) — siyasətçi, tibb doktoru, alim. 24 may 1743-cü ildə İsveçrənin Boundri qəsəbəsində anadan olmuşdur. Onu tarixdə daha çox demokratik Yakobinçilər qrupunun 3 fəalından (Robespyer, Danton və Marat) biri kimi və Fransız İnqilabında Montaqnard fraksiyasının lideri olaraq tanıyırıq, halbuki o terapevt və jurnalist idi. 1780-də "Cinayət Qanunvericilik Planı" (Plan de législation criminelle) əsərində o, köhnə rejimlərə (Fransız İnqilabından əvvəlki rejim) qarşı çıxaraq Jan-Jak Russo və Monteskyö kimi qərarlı olduğunu göstərirdi. Marat Fransız İnqilabının başlarında "Vətənimə Olan Təkliflərim" (Offrande à la patrie) broşürsında monarxiyanın Fransada olan problemləri həll edə biləcəyinə inandığını deyirdi. Bir neçə ay sonra broşürə əlavə nəşr edərək, kralın başlıca olaraq özünün maliyyə ilə bağlı problemlərini düşündüyünü və xalqının ehtiyaclarını yaddan çıxardığını qeyd edirdi. Həmçinin, Britaniyada olan dövlət sisteminin Fransaya model göstərənləri də tənqid edirdi. Marat "Xalqın dostu" (L’Ami du Peuple) qəzeti vasitəsilə demokratik və radikal ölçülərin alınmasını dəstəkləyən nüfuzlu şəxsiyyətə çevrildi. Xüsusilə, 1789-un oktyabr da xalq kütlələrinin kralın ailəsini Versaliya sarayından Parisə zorla gətirtməsində əsas rol oynamışdı.
Dərə Zarat
Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Dərə Zarat kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. XIX əsrdə Zarat kəndindən çıxmış ailələrin dərədə saldığı yaşayış məntəqəsidir. Bəzən Yenikənd də adlandırılmışdır. Oykonim "dərədə salınmış Zarat kəndi" deməkdir. Kənd Ataçayın sağ sahilindən 3 km. aralı, Yan silsiləsinin (Böyük Qafqaz) yamacında yerləşir. Əhalisinin sayı 36 nəfərdir.
Karat (dəqiqləşdirmə)
Karat Bakı — Bakı şəhərində yaradılmış futbol klubu. Karat (ölçü vahidi) — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi.
Karat Holding
Karat Holdinq
Manat (Büt)
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
Manat (tanrı)
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
Maral Akşənər
Meral Akşenər (8 iyul 1956, İzmit) — türk elm xadimi və siyasətçi, sabiq Daxili işlər naziri (1996–1997), İYİ Partiyanın qurucu və ilk sədri (2017–2024). O, 2018-ci il keçirilən Türkiyə Respublikası Prezident seçkilərində namizədliyini irəli sürmüşdür. 1995 və 1999 Türkiyə seçkilərində Doğru Yol Partiyasından millətvəkili kimi TBMM-ə girən Akşenər, 1996 və 1997-ci illər arasında Nəcməddin Erbakan tərəfindən qurulan koalisyon hökumətdə daxili işlər naziri olmuşdur. 2007, 2011 və 2015 Türkiyə seçkilərində Milliyətçi Hərəkat Partiyası millətvəkili olaraq TBMM-ə girməyi bacarmışdır. 2015-ci il noyabr seçkilərində partiyasından millətvəkili namizədi göstərilməmişdir. 25 oktyabr 2017-ci ildən etibarən özünün liderliyində qurulan İYİ partiyanın rəhbəridir. 2018-ci il Türkiyə prezidentliyi seçkilərində partiyasının prezidentliyə namizədi olmuşdur. Selanikdən Kocaeliyə köçən Balkan türkü ailənin qızı olan Meral Akşenər, 18 iyul 1956-cı il tarixində Tahir Ömər bəy və Sıdıka xanımın uşağı olaraq Kocaelinin İzmit bölgəsinə bağlı Gündoğdu kəndində anadan olmuşdur. 1974-cü ildə Bursa Qız Liseyini bitirdikdən sonra 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinin Tarix bölümündən məzun olmuşdur. 1979–1982-ci illərdə müəllim olaraq çalışan Meral Akşenər, 1982-ci ildə Ulduz Texnik Universitetində araşdırmaçı kimi çalışmağa başlamışdır.
Maral Ağşənər
Meral Akşenər (8 iyul 1956, İzmit) — türk elm xadimi və siyasətçi, sabiq Daxili işlər naziri (1996–1997), İYİ Partiyanın qurucu və ilk sədri (2017–2024). O, 2018-ci il keçirilən Türkiyə Respublikası Prezident seçkilərində namizədliyini irəli sürmüşdür. 1995 və 1999 Türkiyə seçkilərində Doğru Yol Partiyasından millətvəkili kimi TBMM-ə girən Akşenər, 1996 və 1997-ci illər arasında Nəcməddin Erbakan tərəfindən qurulan koalisyon hökumətdə daxili işlər naziri olmuşdur. 2007, 2011 və 2015 Türkiyə seçkilərində Milliyətçi Hərəkat Partiyası millətvəkili olaraq TBMM-ə girməyi bacarmışdır. 2015-ci il noyabr seçkilərində partiyasından millətvəkili namizədi göstərilməmişdir. 25 oktyabr 2017-ci ildən etibarən özünün liderliyində qurulan İYİ partiyanın rəhbəridir. 2018-ci il Türkiyə prezidentliyi seçkilərində partiyasının prezidentliyə namizədi olmuşdur. Selanikdən Kocaeliyə köçən Balkan türkü ailənin qızı olan Meral Akşenər, 18 iyul 1956-cı il tarixində Tahir Ömər bəy və Sıdıka xanımın uşağı olaraq Kocaelinin İzmit bölgəsinə bağlı Gündoğdu kəndində anadan olmuşdur. 1974-cü ildə Bursa Qız Liseyini bitirdikdən sonra 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinin Tarix bölümündən məzun olmuşdur. 1979–1982-ci illərdə müəllim olaraq çalışan Meral Akşenər, 1982-ci ildə Ulduz Texnik Universitetində araşdırmaçı kimi çalışmağa başlamışdır.
Maral Poladova
Maral Bahadur qızı Poladova (18 sentyabr 1949, Qasım İsmayılov) — "Elm və həyat" jurnalının məsul katibi. Maral Poladova 1949-cu ildə Goranboy rayonunda doğulub. 1966-cı ildə 1 saylı orta məktəbi bitirərək 1966–68-ci illərdə rayonda çıxan "Mübariz" qəzeti redaksiyasında korrektor vəzifəsində çalışıb. 1968–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 1980–1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları Fondunda baş laborant vəzifəsində çalışıb və həmin vaxtdan "Elm və həyat" jurnalı redaksiyası ilə əməkdaşlığa başlayıb. 1983-cü ilin iyul ayından jurnala müxbir vəzifəsinə işə qəbul olunub. 1995-ci ilədək ədəbi işçi, baş ədəbi işçi vəzifələrində çalışıb. 1995-ci ildən jurnalın məsul katibidir. M.Poladovanın 2004-cü ildə nəşr olunmuş "Ömrün izləri" adlı kitabında "Elm və həyat" jurnalında çap edilmiş yazılarının bir hissəsi toplanmışdır. O, "Elm və həyat" nəşriyyatında çapa hazırlanan onlarla kitabın redaktoru olub.