Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Puka-Puka
Puka Puka (fr. Puka Puka) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Atoll quru və ensizdir. Tuamotu arxipelaqının ən ucqar adalarından biridir. Tuamotu arxipelaqının şimal-şərqində, Napukadan 260 km cənub-şərqdə, Fakahinadan 183 km şimal-şərqdə yerləşir. Bəzən Puka Puka adasını Napuka və Şimali Tepoto Dezappuentman adaları qrupuna daxil edilir. Atollun sahəsi 4 km²-dir. Uzunluğu 5,7 km, eni 3 km-dir. Daxilində laqun vardır. Puka-Puka 1521-ci ildə Fernan Magellan Okeaniyada ilk kəşf etdiyi adadır.
Puka Puka
Puka Puka (fr. Puka Puka) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Atoll quru və ensizdir. Tuamotu arxipelaqının ən ucqar adalarından biridir. Tuamotu arxipelaqının şimal-şərqində, Napukadan 260 km cənub-şərqdə, Fakahinadan 183 km şimal-şərqdə yerləşir. Bəzən Puka Puka adasını Napuka və Şimali Tepoto Dezappuentman adaları qrupuna daxil edilir. Atollun sahəsi 4 km²-dir. Uzunluğu 5,7 km, eni 3 km-dir. Daxilində laqun vardır. Puka-Puka 1521-ci ildə Fernan Magellan Okeaniyada ilk kəşf etdiyi adadır.
Arnoşt Muka
Arnoşt Muka (a.sorb Arnošt Muka; 10 mart 1854 – 10 oktyabr 1932, Bautzen) — Sorb pedaqoqu və ictimai xadim. Sorb muzeyinin və Bautzendəki Sorb Evinin yaradıcısı. == Bioqrafiya == Arnoşt Muka 19-20-ci əsrlərin ən görkəmli sorb humanistlərindən biri hesab olunur və Sorb milli şüurunun inkişafına əhəmiyyətli töhfələr verir. 1874-1879-cu illərdə Leypsiq Universitetində oxuyub, burada klassik filologiya və slavyanşünaslıq üzrə təhsil alıb. 1875-ci ildə Sorb gimnaziyasının şagirdləri üçün "Schadźowanka" adlı ilk gənclərin yay düşərgəsi-festivalını təşkil edib. 1879-cu ildən Zittauda, daha sonra Bautzendə gimnaziyada müəllim olub. Gənc yaşlarından Lusatian mədəni və elmi hərəkatında iştirak etməyə başladı. 1882-86-cı illərdə " Łužica " jurnalının redaktoru, 1884-1932-ci illərdə isə " Časopis Maćicy Serbskeje " jurnalının redaktoru olub. 1884-1886-cı illərdə bu jurnalın səhifələrində o, sorblərinin sayı, məskunlaşması, sosial quruluşu və təhsil səviyyəsi haqqında statistik məlumatları təqdim edən "Statistika Łužiskich Serbow" demoqrafik tədqiqatını dərc edib. Onun qətiyyəti və təşkilatçılıq istedadı sayəsində 1904-cü ildə Bautzendə Sorb evi açıldı.
Luka
Nuqa - Şəkər və bal, yumurta ağı, badam, qoz, fıstıq və fındıqdan edilən və müxtəlif dadlar, darçın, vanil kimi ədviyyatlar əlavə olunan bir konfet növüdür.Cənubi Avropada, nuqa böyük ölçüdə Milad mövsümü ilə əlaqəlidir.Təbrizin əhəmiyyətli şiniyatlarındandır.
Mika
Mika — əsl adı Maykl Holbruk Penniman olub (ing. Michael Holbrook Penniman) Livan əsilli britaniyalı müğənni və müğənni-söz yazarıdır. 1983-cü il Beyrutda anadan olmuşdur. Livanlı ana və amerikalı atanın üçüncü uşağıdır. Suriya kökləri var. Hələ gənc olanda, valideynləri Beyrutdan müharibə səbəbindən ayrılaraq Parisə köçdülər. İlk öyrəndiyi piano əsəri Joe Dassin'in "Les Champs-Élysées"-dir. O, doqquz yaşında olanda ailəsi Londona köçdü və burada Westminster Məktəbinə daxil oldu. Məktəb illərində sinif yoldaşları və müəllimlər tərəfindən yaşanan təzyiqlər və təhqirlərdən onda disleksiya yarandı , danışma və yazmağı dayandırdı. Bu səbəbdən 12 yaşından 6-8 ay müddətində ev təhsili almışdır.
Musa
Musa (ivr. ‏מֹשֶׁה‏‎; ən tezi e.ə. 1689 və ən geci e.ə. 1391 – ən tezi e.ə. 1473 və ən geci e.ə. 1271) — Allahın elçisi, Misirdə doğulmuş yəhudi əsilli peyğəmbər. Musa Xristianlıq, İslam və Bəhailik kimi İbrahimi dinlərdə mühüm peyğəmbər və yəhudilikdə ən böyük peyğəmbərdir. Rabbinik Yəhudilik Musanın e.ə. 1391–1271-ci illər arasında yaşadığını iddia edir. Elm dünyası Musaya bənzər bir fiqurun mövcud ola biləcəyi ehtimalını nəzəra alır, lakin üstünlük təşkil edən konsensus onun daha çox mifik bir şəxsiyyət olmasıdır.
Yuka
Yuka — yapon qadın adı. Yuka Yamazaki — keçmiş Yaponiya qadın futbolçusu. Yuka Momiki — Yaponiya qadın futbolçusu. Yuka Kado — Yaponiya qadın futbolçusu. Yuka Miyazaki — keçmiş Yaponiya qadın futbolçusu.
Muna
Muna (albom) — ABŞ indi-pop musiqi qrupu "Muna"nın üçüncü studiya albomu. Muna çayı — Lena çayının sol qolu.
Fuka Naqano
Fuka Naqano (d. 9 mart 1999) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hz. Musa
Musa (ivr. ‏מֹשֶׁה‏‎; ən tezi e.ə. 1689 və ən geci e.ə. 1391 – ən tezi e.ə. 1473 və ən geci e.ə. 1271) — Allahın elçisi, Misirdə doğulmuş yəhudi əsilli peyğəmbər. Musa Xristianlıq, İslam və Bəhailik kimi İbrahimi dinlərdə mühüm peyğəmbər və yəhudilikdə ən böyük peyğəmbərdir. Rabbinik Yəhudilik Musanın e.ə. 1391–1271-ci illər arasında yaşadığını iddia edir. Elm dünyası Musaya bənzər bir fiqurun mövcud ola biləcəyi ehtimalını nəzəra alır, lakin üstünlük təşkil edən konsensus onun daha çox mifik bir şəxsiyyət olmasıdır.
Kalba Musa
Kalba Musa (1856, Naxçıvan – 1924, Göyçay) – Azərbaycan xeyriyyəçisi. 1901–1909-cu illər arasında hələ də şəhər sakinləri tərəfindən istifadə olunan su quyularını xeyriyyə məqsədilə qazdırıb şəhərin su təminatını yaxşılaşdırmışdır. == Həyat və fəaliyyəti == Kalba Musa XIX əsrin sonlarında ailəsi və qohumlarının köməyi ilə icarəyə götürdüyü torpaqlarda təsərrüfat yaradaraq tezliklə varlanmış, xeyriyyəçiliklə məşğul olmuşdur. Sudan qıtlıq çəkən Naxçıvana "Kabla Musa çeşməsi" adlı məşhur bulağı çəkdirmişdir. Kabla Musa bu məqsədlə 1901-ci ildə Naxçıvan şəhərindən 3 kilometr yuxarıda Şıxmahmud kəndinin yanında, Naxçıvan çayının sağ yatağında quyular qazdırıb şəhərin əsaslı su təminatını yaratmaq üçün ən təcrübəli, bacarıqlı kankanları ətrafına toplayır. Sər-hesab edərək belə qənaətə gəlir ki, burada azı 130–140 quyu qazılmalıdır. Dərinliyi 30–35 metrə çatacaq bu quyuları yeraltı lağım atıb bir-birinə bənd eləməklə şirin suyu öz axarı ilə şəhərə gətirmək lazımdır. Bu işdə ən çətin məsələ o dövrdə lazımi alət və texniki vasitələr olmadan bir-birindən 60–80 metr aralı olan quyuların yeraltı xətlərlə birləşdirilməsi idi. Balaca əl torbalarında uzun kəndir-sicimlərlə bu qədər torpağı yerin dərinliyindən qazıb-çıxaran kankanların işi, sözün əsl mənasında, böyük fədakarlıq idi. Səkkiz il sərasər 135-dək quyu qazılır və lağım vasitəsilə birləşdirilir.
Luka Bıç
Luka Lavrentyeviç Bıç (rus. Лука Лаврентьевич Быч, 30 noyabr 1870 – 12 yanvar 1944) — sağ menşevik. "Yedinstvo" təşkilatının üzvü. 1917–1918-ci illərdə Kuban Xalq Respublikasının ilk sədri. == Həyat və fəaliyyəti == Luka Bıç 1870-ci ildə Pavlovski stanitsasında anadan olmuşdur. Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Fevral inqilabı ərəfəsində — 1912–1917-ci illərdə Bakı şəhər rəisi olmuşdur. Fevral inqilabından (1917) sonra o, Bakı Şəhər Duması adından vurduğu teleqramda yeni hökuməti salamlayaraq bildirirdi ki, Bakıda bu münasibətlə bir günlük təbrik tətili keçirilmişdir. Bıç 1917-ci il martın 5-də Müvəqqəti hökumətin Bakıda yaratdığı İctimai Təşkilatların İcraiyyə Komitəsinin sədri olmuşdur. 1917-ci ilin payızında Kuban vilayətində bolşeviklərə qarşı mübarizədə fəal iştirak etmiş, noyabrda müstəqil Kuban Respublikasının yaradıcılarından biri olmuş, ilk Kuban hökumətinin başçısı seçilmişdir.
Luka Henni
Luka Henni (alm. Luca Hänni‎; 8 oktyabr 1994, Bern) — İsveçrə müğənnisi, bəstəkar və model. O, əsasən 2012-ci ildə Almaniyanın Deutschland sucht den Superstar yarışmasındakı qalibiyyətinə görə tanınır. Luka Henni "She Got Me" mahnısı ilə İsveçrəni İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 364 xalla dördüncü yeri qazanmışdır. == Həyatı == Luka Henni 8 oktyabr 1994-cü ildə İsveçrənin Bern şəhərində anadan olmuşdur. O, bağçada ikən baraban dərsləri almışdır. Doqquz yaşında gitara və pianoda ifa etməyi öyrənmşdir. Məzun olduqdan sonra bir müddət bənna kimi çalışmışdır. == Musiqi karyerası == === Deutschland sucht den Superstar 2012 === 2012-ci ildə Luka Henni Almaniyanın Deutschland sucht den Superstar 2012 məharət yarışmasının 9-cu mövsumunda iştirak etmişdir. Həmin ilin aprel ayında Henni yarışmanın finalına yüksəlmişdir.
Luka Jinko
Luka Jinko (23 mart 1983, Lyüblyana) — Qəbələ FK oyunçusu. == Həyatı == 23 mart 1983-cü ildə Sloveniyada anadan olub. Jinko peşəkar futbolçu karyerasına doğma ölkəsində 2003-cü ildə "Smartno" klubunda start verib. Karyerası boyunca "İstres" (Fransa), "Bela Krayina", "Domjale", "Rudar Valenye" (hamısı Sloveniya), "Kocaelispor" (Türkiyə), "Alki", "APOP Kinyras" kimi klublarda top qovub. Luka Jinko Sloveniya milli komandasının formasını da geyinib. "Qəbələ" FK futbolçu ilə 6 ay + 1 illik müqavilə imzalamışdır..
Luka Karboni
Luka Karboni (orig. Luca Carboni; 12 oktyabr 1962[…], Boloniya) — tanınmış İtalyan müğənnisi. O, həm də rəssam və dülgərdir. == Həyatı == Luka Karboni İtaliyanın Bolonya şəhərində doğulub. Musiqi karyerasını 1981-ci ildə bəstəkar və qitaraçı kimi başlayan musiqiçi, solo ifaçı kimi 1983-cü ildən fəaliyyətdədir. Karboni İtaliyanın ən məşhur musiqiçilərindən biridir.
Luka Modriç
Luka Modriç (9 sentyabr 1985[…], Zadar) — Xorvatiya milli futbol komandasının və Real Madridin yarımmüdafiəçi. == Həyatı == Luka Modriç 9 sentyabr 1985-ci ildə Xorvatiyada doğulub . Real Madridə 2012 -ci ildə Tottenhem Hotspurdan 35 miliyona 5 illik müqavilə bağlanıb . Bu il Real Madrid FK ilə müqaviləni uzatmasa gələn ildən yenidən Tottenhem Hotspur Fitbol kulubunda oynayacaq . Modriç 1 metr 74 santimetr boya malikdir . Real Madriddə 19 nömrə altında çıxış edir . == Kariyerası == === Dinamo Zaqreb === Kulub Karyerasına Xorvatiyanın Dinamo Zaqreb Futbol Kulubunda 2007-ci ildə ildə başlayıb . Və burada 94 oyuna çıxraq 23 ədəd qol vurmuşdur . === Totenhem Hausbur === 2008-ci ildə Tottenhem Hotspur kulubu ilə o , 2 illik müqavilə imzalyır .Burada 127 oyuna çıxaraq 13 qol vurur. === Real Madrid === 2012-ci il 27 Avqust tarixində İsbaniyanın Real Madrid kulubu onu Tottenhem Hotspurdan 35 miliyona transver edir müqavilə 5 illik idi .
Luka Paçoli
Fra Luka Bartolomeo de Paçoli və ya Paçolo (it. Fra Luca Bartolomeo de Pacioli; 1445 – 19 iyun 1514) — İtaliya riyaziyyatçısı; hesab əməlləri qaydalarını, bəzi cəbri tənliklərin həllərini, həndəsi mütənasiblik nəzəriyyəsini şərh etmişdir. "Hesab, həndəsə, nisbət və mütənasibliyə dair biliklərin cəmi" dərsliyinin müəllifidir. == Həyatı == XV əsrdə yaşamış mühasibat uçotu elminin əsasını qoymuş italyan alimidir. O, ikili yazılış sisteminin əsasını qoymuşdur ki, bu sistemdən hazırkı dövrdə də istifadə olunmaqdadır.
Luka Quqeşaşvili
Luka Quqeşaşvili (gürc. ლუკა გუგეშაშვილი; 29 aprel 1999, Tbilisi) — "Panserraikos" klubunda və Gürcustan milli futbol komandasında qapıçı kimi çıxış edən Gürcustanlı peşəkar futbolçu. == Karyerası == 2015–16 mövsümünün qış fasiləsindən qabaq Quqeşaşvili Polşanın yüksək liqasında çıxış edən "Yagelloniya Belostok" klubu ilə müqavilə bağladı. 2017-ci ildə o, icarə əsasında Polşanın dördüncü liqa klubu olan "Podlaşiya Bila Podlaska" klubuna transfer olunur. 2018-ci ildə Luka Gürcüstanın yüksək liqa klubu olan "Dila Qori"yə icarəyə göndərildi. 2019-cu ildə Quqeşaşvili icarə əsasında İspaniya La Liqasında çıxış edən "Rekreativo Qranada" klubunun əvəzedici heyətinə transfer olundu. 2020-ci ildə o yenidən icarə əsasında "Dila Qori"yə qayıtdı. 2022-ci ilin əvvəlində, qış fasiləsində o, icarə əsasında Azərbaycanın "Qarabağ" klubuna transfer olunub. 1 fevral 2022-ci ildə "Qarabağ"ın heyətində "Keşlə"yə qarşı oyunda debüt edib. 9 iyul 2024-cü ildə Quqeşaşvili Yunanıstan Super Liqasında çıxış edən "Panserraikos" klubu ilə iki illik müqavilə imzalayıb.
Luka Toni
Luka Toni (it. Luca Toni ;26 may 1977[…]) — İtaliyalı keçmiş futbolçu. Hücumçu mövqeyində oynayıb. İtaliya milli komandası ilə 2006-cı ildə Dünya çempionu olub. Məhsuldar futbolçu olan Toni karyerası boyunca 300-dən çox qol vurub. Karyerasında vurduğu 322 qol ilə o, hal-hazırda bütün zamanların dördüncü ən çox qol vuran italyan futbolçudur. == Karyerası == Futbolçu karyerasına 1991-ci ildə "Modena" klubunda başlayıb. Klub səviyyəsində tez tez komanda dəyişdirən Toni karyerası boyunca on iki fərqli İtaliya komandasında oynayıb. Futbol ustalığını gec göstərən o, İtaliya futbolunun aşağı divizionlarında və A Seriyasının kiçik klubları olan "Viçentsa" və "Breşiya" klublarında bir neçə mövsüm keçirdi. Futbolçu 2003-cü ildə "Palermo" klubuna keçir və burada onun ulduzu parlayır.
Luka Yoviç
Luka Yoviç (Лука Јовић; 23 dekabr 1997-ci il, Biyelina, Bosniya və Herseqovina) — Serbiyalı futbolçu. İtaliyanın Fiorentina və futbol üzrə Serbiya Milli komandasının hücumçusu. == Həyatı == Luka Yoviç Biyelina şəhərinin yaxınlığında yerləşən Batar qəsəbəsində Milan və Svetlana Yoviçlərin ailəsində dünyaya gəlmişdir. 2002-ci ildə 5 yaşında olarkən Serbiyanın qərbində yerləşən Loznitsa şəhərində həvəskar futbola başlamışdır. Burada oynadığı oyunların birində "Srvena Zvezda FK"-nın oyunçu izləmə komitəsi tərəfindən klubun futbol məktəbinə qəbul edilmişdir. == Klub karyerası == === Həvəskar karyerası === 2005-ci ildə Luka Yoviçə "Srvena Zvezda FK"-da oynamaq təklif edildi. Bundan başqa, "Partizan FK" da Yoviçin atasına aylıq 200 avroluq maaş ilə oğlunu komandalarına gətirməsini istəmişdir, lakin Milan Yoviç oğlunun "Srvena Zvezda FK"-da oynamasını istəmişdir. === 2013–2014-cü illər mövsümü === Luka Yoviç, 28 may 2014-cü ildə; 16 yaşında olarkən peşəkar karyerasının ilk oyununa "Voyvodina FK" qarşısında çıxmışdır. Həmin oyunda qol vuraraq klub tarixində rəsmi qarşılaşmalarda qol vuran ən gənc futbolçu olmuşdur. Belə ki, oyuna girdikdən 2 dəqiqə sonra qol vuraraq komandasına 1 xal qazandırmışdır.
Maka (kənd)
Maka — Dağıstanın Doqquzpara rayonunda tərk edilmiş kənd. == Haqqında == Maka kəndi Doqquzpara rayonunun şimal-şərq hissəsində yerləşir. XVI əsrdən 1839-cu ilə qədər Maka kəndi Altıpara azad cəmiyyətinə daxil idi. 1839-cu ildə Rusiya imperiyası tərəfindən işğal edilmişdir. Dağıstan vilayətinin Samur dairəsinin Doqquzpara naibliyinə daxil idi. 1929-cu ildə Dağıstan MSSR-in yeni yaradılan Axtı rayonunun tərkibinə daxil edilmişdi. 1934-cü ildə isə yeni yaradılan Doqquzpara rayonunun tərkibinə daxil edilmişdi. 1960-cı illərdə kəndin sakinləri Məhərrəmkənd rayonunun Kuysun kəndində məskunlaşmışdı. Makalıların bir hissəsi Maka-Qazmalarda yaşayır. Maka kəndində məskunlaşamaya qədər ləzgilər, sünni-müsəlman əhali yaşayırdı.
Maka Çiçiua
Maka Çiçiua (gürc. მაკა ჩიჩუა) — Gürcüstan Respublikasının birinci xanımı; rəssam və aktrisa == Ailəsi == Georgi Marqvelaşvili uzun müddət vətəndaş nikahında yaşamışdır. o, Georgi Marqvelaşvili Gürcüstan prezidenti seçildikdən sonra 2014-cü ildə evlənmişlər. Onların nikah mərasimi Gürcüstanın şərqindəki Duşeti şəhərində, prezidentin öz evində baş tutmuşdur. Bu, Gürcüstan prezidentinin ikinci evliliyidir.
Mansa Musa
Mansa Musa (təq. 1280, Mali imperiyası – ən tezi 1332 və ən geci 1337) — 1307/12-1332/37-ci illərdə hakimiyyətdə olmuş orta əsr Mali dövlətinin mansası (ali hökmdar). Keyta sülaləsinin nümayəndəsi idi. Mali dövlətinin banisi Sundiat Keytanın qardaşı oğlu idi. May ayının ilk ongünlüyündə anadan olmuş, bu təxminən 1 maydan 8 maya qədərdir və avqustun son ongünlüyündə ölmüşdür - bu isə 24-31 avqust aralığını əhatə edir. Onun hakimiyyəti illərində Mali tarixində ən böyük ərazilərə sahib idi. Ölkə əhəmiyyətli dərəcədə böyümüş və mədəni inkişafının zirvəsinə çatmışdır. == Ümumi təsvir == Musanın hökmranlığı əsasən o dövrün ərəb salnaməçilərinin qeydlərindən məlumdur: ən dolğun məlumatları - Şihab əd-din Əhməd ibn Yəhya ibn Fadlallah əl-Omari ad-Dimashki (ərəb. شهاب الدين احمد ابن يحيى ابن فضل الله العمري الدمشقي‎), İbn-Bətutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (ərəb. أبو عبد الله محمد ابن بطوطة‎‎) və Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami (ərəb.
Mika FK
Mika – Ermənistannın futbol klubu.
Mika Hakkinen
Mika Hakkinen (fin Mika Häkkinen, 28 sentyabr 1968) — finlandiyalı Formula 1 pilotu. Mika Hakkinen 1968-ci ilin 28 sentyabrında Finalndiyanın Vantaa şəhərində anadan olmuşdur. 1991-ci ildən Bir çox pilotlar kimi Monakoda, Monte-Karloda yaşayır. 1998–2008 aralığında Erye Honkanenlə evli olmuşdur. Bu izdivacdan onun Hyuqa Ronan adlı oğlu (2000) və Ayna Culia adlı qızı (2005) var. Mika hazırda Marketa Remeşova ilə birlikdədir və cütlüyün Ella adlı qız övladı(2010) var. Mika Hakkinen avtoidman karyerasına 1987-ci ildə 19 yaşında başlamışdır. Onun ilk yarışındaca Reynard komandasının tərkibində qatıldığı Formula Forda 9 qələbə qazanaraq birinci olmuşdu. Bundan sonrakı 3 ildə Hakkinen Dragon və West Surrey Racing komandalarında Formula 3 və digər müsabiqələrə qatılır. Hakkinenin Formula 1-də debütü 1991-ci ildə baş tutdu.