Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pakdəşt
Pakdəşt (farsca: پاکدشت) — İranda şəhər, Tehran ostanının Pakdəşt şəhristanının inzibati mərkəzi. Tehran şəhərindən 25 km cənub-şərqdə yerləşir. 2006-cı il siyahıyaalınmasına əsasən əhalisi 32.625 ailədə 126.281 nəfərdir.
Abrest
Abrest (fr. Abrest) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Cənubi Kyusse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03001. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2659 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1648 nəfər (15–64 yaş) arasında 1153 nəfər iqtisadi fəal, 495 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70,0%, 1999-cu ildə 70,2%) idi. Fəal 1153 nəfərdən 1045 nəfər (571 kişi və 474 qadın), 108 nəfəri işsizdir (65 kişi və 43 qadın). Aktiv olmayan 495 nəfər arasında şagird və ya tələbə, 177 nəfər pensiyaçı, 186 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Pakdəşt şəhristanı
Pakdəşt şəhristanı (fars. شهرستان پاکدشت‎) — Tehran ostanında inzibati ərazi vahidi. İnizbati mərkəzi Pakdəşt şəhəridir. 2006-cı il siyahıyaalınmasına əsasən əhalisi 61.234 ailədə 240.841 nəfərdir.
Narast (Sərdəşt)
Narast (fars. نارست‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (20 ailə).
Nekres monastrı
Nekres monastırı — 6-cı yüzillikdə qurulan Kaxeti rayonunda yerləşən bir gürcü monastırıdır. Monastr 1811-ci ildə Rusiya İmperiyası tərəfindən qaldırılmasından qısa bir vaxt sonra bağlanıb. Təxmini iki əsrdən sonra monastır 2000-ci ildə yenidən fəaliyyətinə başlayıb. Nekres monastırı, Şilda kəndindən təxmini 3,7 km qərbdə yerləşir. Nekres monastırı 6-cı yüzillikdə qurulub. Kompleksin ilk kilsəsinin 4-cü yüzilliyə aid olduğu arxeoloji qazıntılar zamanı aşkar edilib. Başmələk kilsəsi, Nekres monastır kompleksinin cənub-şərq hissəsində yerləşir. 8–9-cu yüzilliklərdən qalma bir tikilidir.
Nares boğazı
Nares boğazı ing. Nares Strait — Şimal Buzlu okeana daxil olan Qrenlandiya adasını Elsmir (ada)sından ayırır. Baffin dənizini Linkoln dənizi ilə birləşdirir. Boğaz kiçik körfəz və boğazlara bölünür: Smit boğazı, Kenya körfəzi, Kennedi boğazı, Xoll körfəzi və Robeson boğazı. Boğazın ümumi uzunluğu 500 km, ən dar yerdə eni 18 km təşkil edir. Bu məsafə Kanada və Qrenlandiya arasında ən yaxın məsafədir. Kennedi boğazında Qansa adası yerləşir ki, bu ada iki ölkə arasında mübahisəli ərazidir. Boğazı britaniyalı dəniz zabiti, qütb araşdırmaçısı Corc Nares 1870-ci ildə bölgəni öyrənərkən aşkarlamışdır. Boğazın adı Kanada və Qrenlandiya tərəfindən 1964-cü ildə təsdiqlənmişdir. Boğazın isti cərəyanlardan uzaq olması onun sularını yayda belə buzdan azad olmasına imkan vermir.
Nakəs (film, 1991)
Filmin baş qəhrəmanı (Avtandil Maxaradze) prinsipsiz və əqidəsiz adamdır. O, bir tikə çörəyini öz zəhməti ilə qazanır. Bunu isə o, başqalarının həyatını yaşamaq hesabına əldə edir: kimə görəsə adam incidəndən qisas alır, başqasının yerinə kiməsə tərəfkeşlik edir, kimisə əvəz edib onu ölümdən qurtarır. Qısaca desək, film "xilasedici" haqqındadır. Eyni zamanda bu, ümumbəşəri əhvalatdır. 1)1993-cü ildə Tbilisidə Beynəlxalq "Qızıl Qartal" kinofestivalı Yaradıcılıq axtarışlarına-rejissor orijinallığına və kino dilinin yeniliyinə görə quruluşçu rejissor Vaqif Mustafayevə Priz və Diplom verilmişdir. Ən yaxşı kişi roluna görə aktyor Avtandil Maxaradzeyə Priz və Diplom verilmişdir. Ssenari müəllifi: Ramiz Fətəliyev, Vaqif Mustafayev Quruluşçu rejissor: Vaqif Mustafayev Quruluşçu operator: Valeri Ginzburq Quruluşçu rəssam: Rafiq Nəsirov, Nigar Nərimanbəyova Rejissor assistenti: Ülvi Mehdi (titrlərdə yoxdur) Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Vladimir Savin Trüklərin quruluşu: Əli Məmmədov Kaskadyor: Əli Məmmədov Prodüser: Ella Mirra Baş prodüser: Vaqif Əsədullayev Fotoqraf-rəssam: Pərviz Quliyev Avtandil Maxaradze Həsənağa Turabov Rolan Bıkov İrina Kupçenko Yaşar Nuri – Mərahim Yelena Sanayeva Hacı İsmayılov Lətifə Əliyeva Ələsgər Qurbanəliyev Arif Kərimov Yuri Nazarov Hamlet Qurbanov Yılmaz Duru Səyavuş Aslan Eldəniz Zeynalov Lev Borisov Həsən Məmmədov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.