Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qobuçay
Qobuçay — Ağsu və Kürdəmir rayonlarında çay. Qobuçay — Qəbələ rayonunda çay. Göyçayın sağ qoludur; Qobuçay — Zaqatala rayonu ərazisində çay.
Abuca
Abuca (ing. Abuja, yor. Abùjá) — 1991-ci il 12 dekabr tarixindən etibarən Nigeriyanın paytaxtı. Ölkənin mərkəzində-Cos platosunda yerləşir. Şəhərin əhalisi 778 567 nəfər (2006), aqlomerasiyanın əhalisi təxminən 1,4 milyon nəfərdir (2005). Şəhərin əsası 1828-ci ildə, kiçik düşərgə-istehkam düşərgəsinin yerində salınmışdır. Abucaya federal paytaxt funksiyasının verilməsi haqqında qərar 1976-cı ildə qəbul edilmiş, 15 illik hazırlıq, yenidənqurma və inşaat işlərindən sonra bu qərarın icrası təmin edilmişdir. Əksər hökumət idarələri isə rəsmən 1991-ci ilin dekabrında köçürülmüşdür. Ölkənin əvvəlki paytaxtı Laqos şəhəri olmuşdur. Şəhər yapon memarı Kendzo Tanqe tərəfindən layihələndirilmişdir.
Bucaq
Bucaq — bucağın tərəfləri müstəvini iki hissəyə ayırır. Bucağın tərəflərinin də daxil olduğu hər iki hissə müstəvi bucaq adlanır. Müstəvi bucaqlardan birini (adətən kiçiyini) şərti olaraq daxili, digərini isə xarici bucaq adlandırırlar. == Bucağın növləri == Bucaq dərəcə ölçüsündən asılı olaraq aşağıdakı növlərə ayrılır: İti bucaq (0° ilə 90° arasında) Düz bucaq : α = 90 ∘ {\displaystyle \alpha =90^{\circ }} Kor bucaq (90° ilə 180° arasında) Açıq bucaq : α = 180 ∘ {\displaystyle \alpha =180^{\circ }} Qabarıq olmayan bucaq (180° ilə 360° arasında) Tam bucaq : α = 360 ∘ {\displaystyle \alpha =360^{\circ }} == Bucağın digər növləri == === Qonşu bucaqlar === Qonşu bucaqlar α + β = 180 ∘ {\displaystyle \alpha +\beta =180^{\circ }} Bir tərəfi ortaq, digər tərəfləri isə tamamlayıcı yarım düz xətlər olan iki bucağa qonşu bucaqlar deyilir. === Tamamlayıcı bucaqlar === Tamamlayıcı bucaqlar α + β = 90 ∘ {\displaystyle \alpha +\beta =90^{\circ }} İki bucaqdan birinin tərəfləri o birinin tərəflərinin tamamlayıcı yarım düz xətləri olarsa, onlar qarşılıqlı bucaqlar deyilir.
Buca
Buca (türk. Buca) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimalında Konak, şimal-şərqində Bornova, şərqində Kamalpaşa, cənubunda Torbalı, cənub-qərbində Menderes, qərbində isə Qaziemir və Qarabağlar ilçələri yerləşir. İlçənin sahəsi 178 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 510,695 nəfərdir.
Açıq bucaq
Bucaq — bucağın tərəfləri müstəvini iki hissəyə ayırır. Bucağın tərəflərinin də daxil olduğu hər iki hissə müstəvi bucaq adlanır. Müstəvi bucaqlardan birini (adətən kiçiyini) şərti olaraq daxili, digərini isə xarici bucaq adlandırırlar. Bucaq dərəcə ölçüsündən asılı olaraq aşağıdakı növlərə ayrılır: İti bucaq (0° ilə 90° arasında) Düz bucaq : α = 90 ∘ {\displaystyle \alpha =90^{\circ }} Kor bucaq (90° ilə 180° arasında) Açıq bucaq : α = 180 ∘ {\displaystyle \alpha =180^{\circ }} Qabarıq olmayan bucaq (180° ilə 360° arasında) Tam bucaq : α = 360 ∘ {\displaystyle \alpha =360^{\circ }} Qonşu bucaqlar α + β = 180 ∘ {\displaystyle \alpha +\beta =180^{\circ }} Bir tərəfi ortaq, digər tərəfləri isə tamamlayıcı yarım düz xətlər olan iki bucağa qonşu bucaqlar deyilir. Tamamlayıcı bucaqlar α + β = 90 ∘ {\displaystyle \alpha +\beta =90^{\circ }} İki bucaqdan birinin tərəfləri o birinin tərəflərinin tamamlayıcı yarım düz xətləri olarsa, onlar qarşılıqlı bucaqlar deyilir.
Aşağı Bucaq
Aşağı Bucaq — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Bucaq Yevlax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Əlican çayının sahilindədir. Yerli əhalinin verdiyi məlumata görə, kənd Əlican çayının Bozdağ silsiləsi ilə bucaq əmələ gətirdiyi ərazidə yerləşdiyi üçün belə adlanır. Birinci komponent isə eyniadlı iki yaşayış məntəqəsini fərqləndirməyə xidmət edir. Bucaq, eyni zamanda monqolların (tatarların) noğay qəbiləsinə mənsub nəslin adıdır. Bölgədə bu nəslin adı və bağlı başqa obyekt adları da vardır: Bucaq (Mingəçevir), Qarabucaq (Kürdəmir), Bucaq (Oğuz), Qarabucaq (kənd, Kürdəmir). == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 18 km şimal şərqdə Yevlax—Şəki şose yolu kənarında, Əlican çayının sahilindədir.
Bucaq (Burdur)
Bucaq (türk. Bucak) — Türkiyənin Burdur əyalətində kənd, əyalətin ən böyük şəhəri. == Tarixi == Şəhərin tarixi adı "Oğuzxan" olmuşdur. 1926-cı ildə onun adı dəyişdirilərək "Bucaq" adlandırılmışdır.
Bucaq (Oğuz)
Bucaq — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 12 kilometr qərbdə, Oğuz-Şəki şose yolunun sağında, Daşağılçayın sol sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. == Toponimikası == Bucaq türk mənşəli tayfa adı ilə bağlı etnotoponimdir. Bucaqlar köçəri noqoyların bir qolu olmuşdur. Sərkərdə Noqoyun yürüşləri zamanı Azərbaycanda məskunlaşmışlar. Onlar Dnepr, Dunay çayları və Qara Dəniz arasındakı bir küncdə (bucaqda) yaşadıqlarına görə belə adlanmışlar. Oğuzdakı, eləcə də Azərbaycan Respublikasının digər rayonlarındakı (Kürdəmir, Neftçala, Yevlax) "Bucaq" toponimləri bugünkü mövcud coğrafi mövqeyinə görə yox, bucaqların tarixən daşıdıqları və özləri ilə gətirdikləri ada görə belə adlanmışlar. Türkiyədə Bucaq, Moldovada Bucaq çölü və Bucaq adlı yaşayış məntəqəsi var. == Tarixi == XIX əsrdə kəndin ərazisində Güllü Bucaqlı adlı icma olmuşdur. Sonralar onların bir hissəsi Daşağıl kəndi yaxınlığında yerləşdiyinə görə Bucaq Daşağıl, digər hissəsi isə Muxas kəndi yaxınlığında olduğuna görə Muxas Bucaqlı adlanmışdır.
Bucaq (Qaqauziya)
Bucaq — Moldova Respublikasının tərkibinə daxil olan Qaqauziya Muxtar ərazisində kənd. == Haqqında == Moldova Respublikasının muxtar ərazisi olan Qaqauziyada yerləşən Bucaq kəndində əhalinin sayı 2004-cü ildə əhalinin siyahıya alınmasına dair statistik məlumata əsasən 1525 nəfərdir.. Onlardan 942 nəfəri qaqauz, 305 nəfəri moldovan, 115 nəfəri rus, 85 nəfəri ukraynalı, 56 nəfəri bolqar, 4 nəfəri isə qaraçıdır. Kənd dəniz səviyyəsindən 46 metr yüksəklikdə yerləşir. Kənddə Komrat dəmiryol stansiyası yerləşir. 31 may 1978-ci ildə Moldoviya SSR-nin Komrat rayonundakı "Bucaq" sovxoz-zavod yaşayış məntəqəsi əsasında Bucaq şəhər tipli qəsəbəsi təşkil olunmuşdur. Moldova müstəqillik əldə etdikdən sonra Bucaq şəhər tipli qəsəbədə əhalinin sayının azalması ilə əlaqədar o, kənd adlandırılmışdır.
Bucaq (dəqiqləşdirmə)
Bucaq — başlanğıc nöqtələri üst-üstə düşən iki müxtəliv şüanın əmələ gətirdiyi fiqura deyilir. Bucaq (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Bucaq (Burdur) — Türkiyənin Burdur əyalətində kənd, əyalətin ən böyük şəhəri. Bucaq (Qaqauziya) — Moldova Respublikasının tərkibinə daxil olan Qaqauziya muxtar ərazisində kənd.
Bucaq ordası
Bucaq və ya Belqrad ordası - XVII – XVIII əsrlədə Krım xanlığı və Osmanlı imperiyasının himayəsi altında Şimali Qara dəniz sahillərində məskunlaşan Noqay ordasından ayrılaraq fəaliyyət göstərən türk dövləti. == Haqqında == XVI əsrdə Noqayların bir hissəsi ayrılaraq Bucaq Ordası adı altında birləşdilər. Bu orda adını Bessarabiyanın cənubundakı Bucaq adlı ərazidən götürmüşdür. Ruslar tərəfindən isə ordaya Belqrad ordası adı verilmişdi. 1770-ci ildə Bucaq ordası Rusiyanın himayəsini qəbul etdi və bir müddət sonra Azov dənizi sahillərinə köçürüldü. Ordanın əhalisinin digər hissəsi sonradan Krım müharibəsi dövründə Türkiyəyə köç etdilər. Ordanın görkəmli nümayəndələrindən biri Moldovanın Cantemiresti ailəsinin qurucularından Xan Temirdir.
Bulat (Əbyəlil)
Bulat (başq. Булат) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Qusev kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Bulat kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 40 km., kənd sovetliyindən (Selin): 5 km., ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 8 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Bulat Utemuratov
Bulat Utemuratov (qaz. Болат Жамитұлы Өтемұратов; 13 noyabr 1957, Atırau) — Qazaxıstan milyonçusu, dünyanın ən zəngin adamlarından biri. Qazaxıstan Tennis Federasiyasının prezidenti. Onu "Qazaxıstanın boz kardinalı" adlandırırlar. == Həyatı == Bulat Utemuratov 13 noyabr 1957-ci ildə Qazaxıstan SSR-in Quryev şəhərində anadan olmuşdur. 1981-ci ildə Xalq Təsərrüfatı Universitetini iqtisadçı ixtisası üzrə bitirmişdir. Təhsilini başa vurduqdan sonra institutda qalıb müəllim kimi işləmişdir. 1986-cı ildə ticarətə və ardınca da birdən-birə yüksəlməyə başlayır. Qazaxıstan SSR Ticarət İcraiyyə Komitəsində baş inspektor vəzifəsinə təyin edilib. Bir ildən sonra artıq "Yubiley" qastronomunun baş direktoru olur.
Bulat Xayernasov
Bulat Xayernasov (d. 30 sentyabr 1994-ci il, Ufa, Başqırdıstan Respublikası, Rusiya Federasiyası) — Başqırd əsilli Rusiya futbolçusu, "Vityaz Podolsk" futbol klubunun oyunçusu. Hücumçu mövqeyində oynayır. Xayernasov, 21 iyul 2012 tarixində Rusiyanın PFL ikinci divizionunda "Qorniyak Uçalı" üçün olan oyunda, "Sızran-2003 Sızran" FK ilə qarşılaşmada debüt etmişdir.
Düz bucaq
Düz bucaq — dərəcə ölçüsü 90°, yaxud π / 2 {\displaystyle \pi /2} radian olan bucağa deyilir. Düz bucağın müxtəlif vahidlərdə ölçüsü: 90° π / 2 {\displaystyle \pi /2} radian 100 qrad 1/4 dövrə və ya tam bucaq 5400 bucaq dəqiqəsi 324000 bucaq saniyəsi Bir və ya bir neçə bucağı düz olan həndəsi fiqurlar: Düzbucaqlı üçbucaq — bir bucağı düz bucaq olan üçbucaq. Düzbucaqlı — bütün bucaqları düz bucaq olan paraleloqram. Kvadrat — bütün tərəfləri bərabər olan düzbucaqlı və ya bütün bucaqları düz bucaq olan romb. Düzbucaqlı trapesiya — bir bucağı düz bucaq olan trapesiya.
Kor bucaq
Kor bucaq — 90 dərəcədən böyük 180 dərəcədən kiçikdir.
Obuda Universiteti
Obuda Universiteti (ing. Óbuda University, mac. Óbudai Egyetem) — Macarıstanın paytaxtı Budapeştdə Obuda adlanan hissədə yerləşir və ölkənin texnologiya və mühəndislik üzrə ixtisaslaşmış universitetlərindən biridir.2000-ci ildə üç politexik institutun (Banki Donat Texniki Kolleci, Kando Kalman Texniki Kolleci İşıq Sənayesi Texniki Kolleci) birləşməsi nəticəsində Budapeşt Tek olaraq əsası qoyulub. 13 minə yaxın tələbəsi olan unversitet ölkənin ən böyük universitetlərindəndir. Bütün tələbləri yerinə yetirərək institut 1 yanvar 2010-cu il tarixində Obuda Universiteti adı ilə universitet statusu əldə edib. Obuda bölgəsinin təhsil tarixiçəsi altı əsr bundan əvvələdək gedir. Hələ 6 oktyabr 1395-ci ildə Roma Papası IX-cu Bonifasiy Macar kralı Siqismund Lüksemburqun istəyi ilə Obuda bölgəsidə tədris ocağının əsasını qoyacaq sənədi imzalayır. Bununla da bu universitet ölkənin ikinci və paytaxtın birinci universiteti olur. Kralın istəyi ilə 1 avqust 1410-cu ildə Roma Papası Obuda Universitetinin yenidən ərsəyə gəlməsinə dair sənəd imzalayır. İndiki universitet özünü bu universitetik intelektual varisi hesab edir.
Obuda adası
Obuda adası və ya Buda adası — bəzi mənbələrdə Hajogyari adası olaraq keçərlidir. İnzibati cəhətdən Budapeştin III rayonu ərazisində yerləşir. Əsas istirahət zonslarından biridir. Dunay çayında yerləşən ən böyük adadır. Hər ilin avqust ayında adada Siget Festifalı keçirilir. Çay Dunay çayının yatağında yerləşir. Dunay çayının 1651–1654-cü kilometrliyi arasında yerləşir. Sahəsi 108 hektardır. Adanın uzunluğu 2750 metrdir. Çayın 1653 kilometrliyində adanın maksimal eni 500 metr təşkil edir.
Sədat Bucaq
Sədat Edib Bucaq (31 oktyabr 1960, Sivərək[d], Şanlıurfa ili) — TBMM XIX, XX, XXI dönəm Şanlıurfa DYP Millət vəkili. Bucaq tayfası mənsubudur. Evli və 3 uşaq atasıdır. 3 noyabr 1996-cı ildə Balıkəsir ili, Susurlukda keçirdiyi qəza ilə, Susurluq qəzası olaraq bilinən hadisənin baş qəhrəmanlarından biri olmuşdur. Türkiyə Böyük Millət Məclisi Ümumi Qurulunda 11 dekabr 1997-də toxunulmazlığı qaldırılan Sədat Edib Bucaq haqqında Baş prokurorluq, qiyabi həbs qərarıyla axtarılan Abdullah Çatlının yerini bildiyi halda səlahiyyətli orqanlara xəbər verməyərək saxlamaq, cinayət törətmək məqsədiylə təşəkkül meydana gətirmək və dəhşətli xüsusiyyətdə silah saxlamaqda günahlarından, 11 ildən 20 ilə qədər ağır həbs istəyiylə iddia açılmışdır. Susurluk İddiası daxilində cinayət törətmək üçün təşəkkül meydana gətirmək günahından haqqında verilən bəraət qərarı Yargıtay tərəfindən pozulan DYP köhnə Millət vəkili Sədat Edib Bucaq, daha sonra dövlət sirri səbəbiylə açıqlamadığı bəzi məlumat və şəkilləri məhkəməyə təqdim etmişdir. Yargıtay 8. Cəza Dairəsin tərəfindən haqqındakı 1 il 15 gündəlik həbs cəzası təsdiqlənilmişdir. 22 iyul 2007 seçkilərində Demokrat Partiyanın (DP) Şanlıurfadan 1. sıra millət vəkili namizədi olan Sədat Edib Bucağın adı, ən son Ankara-Çankayadakı lüks restoran, bar və iş yeri sahibi və çalışanlarını silahla təhdid edərək çıxar təmin etdikləri iddia edilən kəslərə istiqamətli təşkil edilən "Kaldırım(Səki)" əməliyyatına qarışmış olub, ədliyyəlik olaraq mətbuatda yer almış, daha sonra bunu "sui-qəsd" olaraq açıqlamışdır.
Tavo Burat
Tavo Burat (Gustavo Buratti Zanchi, 22 may 1932, Stezzano — 8 dekabr 2009, Biella) — İtalyan yazıçı və jurnalist. Burat həyatının çox hissəsini Pyemont dil adasını qoruyaraq keçirdi. 1964-ci ildən başlayaraq, Burat yox olma təhlükəsi ilə üzləşmiş dilləri və mədəniyyətləri qoruyan beynəlxalq assosiasiyasının katibi olmuşdur. O, xüsusilə Pyemont və Franco-Provençalca dillərini qorumağa diqqətini yönəltmişdir. O, həmçinin İtaliya Sosialist Partiyası və Yaşıllar Partiyasının regional nümayəndəsi idi. O, 1938-ci ildə Stezzano anadan olmuşdur və Graubündendə Hüquq adlı dissertasiya ilə hüquq fakultəsini bitirmişdir. O, 1968-ci ildən 1994-ci ilə qədər orta məktəbdə Fransız dili tədris edib. O, Sloria regional baxışın birinci redaktoru və təsisçisi və həmçinin də 1974-cü ildən 2009-cu ilə qədər ALP alpinizminin redaktoru olub. O, 1974-cü ildən-2009-cu ilə qədər Centro Studi dolcinianinin koordinasiyaçısı olub və Consiglio federativo della Resistenza di Biellanin banisidir 1957: Diritto pubblico nel Cantone dei Grigioni 1974: La situazione giuridica delle minoranze linguistiche in Italia, dins I diritti delle minoranze etnico-linguistiche 1976: In difesa degli altri, dins U. Bernardi, Le mille culture, Comunità locali e partecipazione politica 1981: Decolonizzare le Alpi, dins Prospettive dell'arco alpino 1989: Carlo Antonio Gastaldi. Un operaio biellese brigante dei Borboni 1997: Federalismo e autonomie.
Yuxarı Bucaq
Yuxarı Bucaq — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Çarlz Buçan
Çarlz Mürrey Byuken (ing. Charles Murray Buchan, 22 sentyabr 1891, Plamsted, Londonun Qrinviç inzibati dairəsi, İngiltərə — 15 iyun 1960, Monte-Karlo, Monako), daha çox Çarli Byuken (ing. Charlie Buchan adı ilə məşhurdur) — ingilis futbolçu, mərkəz hücumçusu, "Sanderlend", "Arsenal" klublarının və İngiltərə milli futbol komandasının kapitanı, tanınmış idman jurnalisti və şərhçisi. "Sanderlend"in heyətində 1912/13 mövsümündə İngiltərə çempionu, Futbol liqası birinci divizionunun 1922/23 mövsümünün isə ən yaxşı bombardiri olub. Bu klubun tarixində ikinci ən yaxşı bombardir sayılır (221 qol). "Charles Buchan’s Football Monthly" jurnalının yaradıcısıdır. "Sanderlend" klubu ondan ötrü 1000 funt verəndə bu futbolçunun cəmi 18 yaşı vardı. "Sanderlend"də oynadığı üç ilin ərzində Buçan 65 qol vurmuşdur.
İurie Bulat
Venöz bucaq
Venöz bucaq (lat. angulus venosus) həmçinin Pirogov venoz bucağıda adlanır — körpücükaltı və daxili boyun venalarının birləşməsi. O, brakiosefalik damar əmələ gətirir. Torakal kanal sol venoz bucaqda, sağ limfa kanalı isə sağ venoz bucaqda axır. Venöz bucaqda, yuxu qişası və qoltuqaltı qişa bir-birinə qarışaraq davamlı neyrovaskulyar örtük əmələ gətirir.
Bucaq (tayfa)
Bucaq — Şanlıurfanın Sivərək və Hilvan rayonlarında məskunlaşmış zaza tayfası. 60 kənd var. Əhalisi 150 min nəfərdən ibarət olan tayfa XIX əsrin əvvəllərində Diyarbəkirdən Siverekə köçmüşdür. Şeyx Səid üsyanında dövlətin tərəfinə keçmişdilər. Onlar PKK ilə mübarizədə Türkiyənin yanında olmuşlar. Sədat Bucaq tayfanın tanınmış adları arasındadır.