Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çetinye oktoixi
Çetinye oktoixi (serb. Цетињски октоих) — Zeta Knyazlığının paytaxtı (müasir Monteneqro) Çetinyedə 1494-cü ildə çap edilmiş Şərqi pravoslav kilsəsinin ibadət kitabı. Kilsə slavyan dilinin törəməsi olan Serb slavyan dilində çap edilmiş ilk kitab, həmçinin Cənubi Avropada kirilcə nəşr edilmiş ilk kitab sayılır. Kitab rahib Makarinin rəhbərliyi altında Çetinye mətbəə evində çap edilmişdir, hansı ki 1493-cü ildə IV Georgi Çernoyeviç tərəfindən qurulmuşdur və Çetinye Manastırı ərazisində yerləşirdi. Birinci cild Oktoix sisteminin ilk dörd məzmununa həsr olunan himnlərdən ibarətdir, ikinci cild isə ikinci dördə. Birinci cild IV Georgi Çernoyeviçin hesabına çap edilirdi və 4 yanvar 1494-cü ildə tamamlanmışdır. Kitab 29 x 21,6 santimetr formatında 270 vərəqdən ibarətdir. Çap zamanı iki rəngdən (qara və qırmızı) istifadə edilmişdir. Tərtibat zamanı ksiloqrafik başlıq şəkilləri və inisiallardan istifadə olunmuşdur. Bu cildin 108 nüsxəsi bu günə qədər qorunub saxlanmışdır, onlardan biri Çetinye Manastırı muzeyindədir, 1987-ci ildə isə birinci cildin 600 faksimile nüsxəsi çap olunmuşdur.