Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ofort
Ofort (fr. eau-forte — azot turşusu, hərfən – “dayanaqlı su”), həmçinin akvafort (it. acquaforte) — müxtəlif metal oyma, səthin turşularla qarışdığı görüntü yaratmaq zamanı çap formalarından ("lövhələr") izlər almağa imkan verən dəzgah qravür çap üsulu. XVI əsrin əvvəllərindən bəri məlumdur. Albrext Dürer, Jak Kallo, Rembrandt və başqaları ofort texnikasından istifadə ediblər. Texnikanın uzaq XVI əsrdə populyar olmasına baxmayaraq, günümüzdə rəssamlar bu sənətdən özünü ifadə etmə üsulu kimi istifadə edirlər. Ofort – dərin çapın klişesinin hazırlanması və ya qravür variantlarından biridir. Eyni zamanda rəssamların emalatxanalarında ən çox istifadə olunan çap formalarındandır. Bu cür şəkillərin yaradılma texnologiyası olduqca çətindir. Əsas məsələ gələcək (istifadə olunacaq) lövhə üçün əsasın düzgün yaradılmasıdır.
Port
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
BT Sport
BT Sport — 2013-cü ilin yayında efirə buraxılan, Böyük Britaniya və İrlandiyada bir qrup idman kanallarıdır. BT Sport İngiltərə Premyer Liqası, Bundesliqa, İtaliya A Seriyası və Liqa 1-i yayımlamaq hüququna malikdir. 2015/16 mövsümündən etibarən, "BT Sport" Çempionlar Liqası və UEFA Avropa Liqasının yayımlanmasında müstəsna hüquqlara malikdir. == Kanallar == BT Sport 1 BT Sport 2 BT Sport ESPN — 9 iyun 2015-ci ildə efirə buraxılıb. Keçmiş ESPN UK kanalının bazasında yaradılıb. BT Sport Europe — 1 avqust 2015-ci ildə efirə buraxılıb. Efir vaxtının böyük hissəsini idman xəbərləri təşkil edir, lakin futbol yayımları üçün də istifadə edilir. BT Sport Ultra HD — 1 avqust 2015-ci ildə efirə buraxılıb. Yayım formatı növü 4K-dır. BT Sport Showcase — 1 avqust 2015-ci ildə efirə buraxılıb.
CBC Sport
CBC Sport — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış idman kanalı. == Tarixçə == 2015-ci ildə Azərbaycan Premyer Liqasının yayım hüquqları AzTV və İdman Azərbaycan telekanallarına verilmədi. Əvəzində liqanın yayım hüququ üçün müsabiqə elan olundu. CBC kanalı bu müsabiqədən qalib çıxaraq növbəti 3 il ərzində Azərbaycan Premyer Liqasının yayım hüquqlarını əldə etdi. Lakin "CBC" telekanalı əsasən əcnəbi dildə fəaliyyət göstərdiyinə görə yeni idman kanalının açılması zərurəti yarandı. Beləliklə, CBC Sport kanalı 9 avqust 2015-ci ildə internet yayımına başladı. 1 oktyabr 2015-ci ildə isə test yayımına keçdi. 2 noyabr 2015-ci il tarixində əsas yayıma keçid edən telekanal İdman TV-dən sonra ölkənin 2-ci idman kanalı oldu. Həmçinin, Azərbaycanda 10-cu ümumrespublika telekanalıdır. 8 sentyabr 2015-ci il tarixində Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilmişdir.
Koton Sport
Koton Sport Qarua Futbol Klubu — Koton Sport klubu kimi də tanınan, Kamerunun Qarua şəhərini təmsil edən peşəkar futbol klubudur. Klub öz ev oyunlarını Omnisport de Qarua stadionunda keçirir. Klub 1986-cı ildə təsis edilmişdir. Klub 1992-ci ildə Premyer Liqaya yüksələnə kimi ölkənin aşağı diviziyalarında çıxış etmişdir. 1996-cı ildən bəri yerli oyunçulara üstünlük verən Koton Sport on bir dəfə çempionatının qalibi olmuşdur. 2008-ci ildə isə klub KAF Çempionlar Liqası turnirinin finalçısı olmuşdur. Onlar Misir təmsilçisi olan Əl-Əhli klubuna finalda məğlub olmuşlar. Kamerun Premyer Diviziyası: Çempion (17): 1997, 1998, 2001, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2010, 2011, 2013, 2014, 2015, 2018, 2021, 2022. İkinci yer (5): 1994, 1996, 1999, 2000, 2002. Kamerun Kuboku: Çempion (6): 2003, 2004, 2007, 2008, 2011, 2014.
Qordon Olport
Qordon Olport (11 noyabr 1897-ci il - 9 oktyabr 1967-ci il) - ABŞ psixoloqu. ABŞ-də, İndiana ştatının Montezuma şəhərində doğulub. Şəxsiyyətin öyrənilməsinə sistemli yanaşmanın ilk təşəbbüskarlarından biri olmuşdur. Onun fikrincə insan «açıq sistemdən» ibarətdir. Bu o deməkdir ki, insanın inkişafı daima başqa adamlarla qarşılıqlı əlaqədə, qarşılıqlı münasibətdə baş verir. İnsan təkcə onu əhatə edənlərə nə isə bəxş etmir, özü də onlardan nə isə alır. Olport şəxsiyyətə insanlar arasındakı geniş əlaqə sistemindən törəyən bir hadisə kimi baxır. Olporta görə şəxsiyyət münasibətlərin qəti modelidir. Şəxsiyyətin inkişafı bioloji tələbatların məcburiyyətindən azadlığı, onun motivlərinin avtonomluq dərəcəsi ilə müəyyən edilir. Ümumi psixologiya.
Rai Sport
«Rai Sport» — «RAİ» şirkətinin sahibləndiyi və idman verilişlərini yayımlamış İtaliya dövlət telekanalı. Telekanal yayıma 1 fevral 1999-cu ildə başlamışdır. Telekanal İtaliya və beynəlxalq idman tədbirlərini Mux Rai 2-də DTT kanal 58 vasitəsilə yayımlamışdır. Həmçinin «IPTV» və «Sky Italia» telekanalında da yayım olmuşdur. 18 may 2010-cu ildə qardaş telekanal «Rai Sport 2» bağlanmışdır. Telekanal «Rai Sport» telekanalında yayımlanan proqramları bir saat tez yayımlayırdı. Tg Sport gündəlik nəşrində 3 dəfə təkrarı göstərilir. Birinci hər gün saat 09:00-da, ikincisi bazar ertəsindən şənbə gününə qədər 14:30-da, sonuncusu isə bazar ertəsindən cümə gününə qədər 23:30-da yayımlanır.
Sliedrext Sport
"Sliedrext"(nid. Sliedrecht) Sport — 1956-cı ildə yaradılmış qadın voleybol klubudur. Komandanın həmçinin kişi voleybol komandası da fəaliyyət göstərir.
Novy Port
Novı Port (rus. Но́вый Порт, işıqlandırılmaq. Yeni Liman ) — Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Ob çayının mənsəbində yerləşən yaşayış məntəqəsi. Əhalisi 1,797 nəfərdir. Diksonla yanaşı Kara dənizin əsas limanıdır. Əsas sənayesi balıq fabrikləridir . 1930-cu illərdə Novy Limanı Şimal Dəniz Marşrutunu keçən gəmiləri enerji ilə təmin etmək üçün müvəqqəti kömür bunker limanı idi. Şimal dəniz yolu o qədər uzundur ki, sovetlər səyahətin hər ayağını yerli qazılmış kömürlə gücləndirməyə çalışırdılar. Novı Limanında bunkerdə saxlanılan kömür o zamanlar Sovet Arktikasının digər limanlarından çıxarılırdı.
Oort buludu
Oort buludu — Günəşdən 50 min-100 min Astronomik Vahid uzaqlığında, kürə şəklində komet buludu. Elmi adı Halley kometi olan "Quyruqlu ulduz" insanlar tərəfindən tanınan ən məşhur göy cisimlərindən biridir. İnsanların quyruqlu ulduzlarla tanışlığı lap qədim zamanlara gedib çıxır. Həmin dönəmlərdə insanlar ibtidai şərtlər altında yaşadığından, quyruqlu ulduzlara qarşı münasibətləri də buna uyğun formalaşmışdı. Belə ki, bir çox qədim xalqların mifologiyasında quyruqlu ulduz fərqli mənalar ifadə edirdi. Qədim insanlar quyruqlu ulduzun görünüşünü Tanrı və digər İlahi qüvvələr tərəfindən onlara göndərilən mesaj kimi qəbul edirdilər və maraqlısı da budur ki, bu "mesaj" hər zaman mənfi əlamət kimi alqılanıb. Bəlkə də elə buna görədir ki, "fəlakət" sözünün bir çox dildəki qarşılığı yunan dilindəki "pis ulduz" sözündən qaynaqlanır. Qərbi Avropada yaşayan Massailər üçün ulduzun görünməsi qıtlıq yaşanacağının əlaməti idi, Cənubdakı Zulular isə ulduzu müharibənin xəbərçisi hesab edilirdi. Balubalar isə quyruqlu ulduzun görünməsini liderlərinin ölücəyi kimi yozurdular. Quyruqlu ulduza qədim Çin mədəniyyətində daha sistemli yanaşma var idi.
Paralel port
LPT — sətir-sətir çap qurğusunun məntiqi adı; MS-DOS əməliyyat sistemində printerin paralel portları üçün ayrılmış şərti ad, məsələn: LPT1, LPT2 və LPT3. Birinci paralel port (LPT1), adətən, MS-DOS’da həm də möhkəm kopiyanın ilkin çıxış qurğusudur (PRN) mode lpt1:=com1: DOS komandası lpt1-i yenidən təyin edərək com1-ə (birinci ardıcıl porta) bərabər edir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Port-Artur
Port–Artur — Sarı dənizdəki Çinin keçmiş liman şəhəri (buzsuz liman, dəniz bazası), Lyaodun yarımadasının cənub-şərq ucunda — Kvantun yarımadası (Kvantun Bölgəsi), 38 ° 48 'şimal enində və 121 ° 20 'şərq uzunluğunda yerləşən şəhər. Hal-hazırda, keçmiş şəhərin yerində, Çin Xalq Respublikası Dalyan şəhərinin Lyuşunkou rayonu yerləşir. Tsin sülaləsindən (晋朝, 266-420) bəri mövcud olan Lyuşunkou yerindəki yaşayış məntəqəsi Maşisin (çin. ənən. 马石津) adlanırdı.Tan sülaləsi dövründə (唐朝, 618–907) Duliczen (çin. ənən. 都 里镇) adlandırıldı. Monqol İmperiyasının mövcud olduğu illər ərzində Yuan (元朝 1271–1368), Şizikou adlanan şəhər (çin. ənən. 狮子 口, məktublar.
Port-Elizabet
Port-Elizabet- (ing. Port Elizabeth, afrik. Die Baai)-Cənubi Afrika Respublikasının 6-cı böyük şəhəri.Şərqi Burun vilayətinin Kakadu rayonunun mərkəzi. Şəhər ingilis köçkünləri tərəfindən 1820-ci ildə qurulmuşdur.Port-Elizabet 1860-cı ildə şəhər statusu,1861-ci ildə isə muxtariyyət almisdir.Birinci ingilis-bur müharibəsi zamanı şəhər həbs düşərgəsi kimi istifadə edilmisdir.XX əsrin ortalarında CAR-da tüğyan edən irqçi aparteid siyasəti nəticəsində minlərlə qaradərili əhali şəhərdən köçürdülür. Aperteiddən sonra Port-Elizabet inkişaf edərək CAR-ın əsas liman şəhərlərindən birinə çevrilmişdir. Fevral 2021-ci ildən bəri Gqeberha adı, Walmer qəsəbəsinin Xosa adından, Port Elizabeth şəhərini təyin etmək üçün Cənubi Afrika hökuməti tərəfindən rəsmiləşdirildi. 2011-ci siyahıya alınmasına əsasən şəhərdə 312,392 nəfər yaşayır.Bu nüfuzun 60%-ə yaxınını afrikalı qaradərililər təşkil edir. Port-Elizabet bir çox dəniz yollarının üzərində yerləşdiyindən liman şəhəri kimi tez bir zamanda inkişaf edir.Burdan xaricə konyak,sirkə,şərab,buğda,aloya bitkisi,yağ,sabun və s. mallar ixrac edilirdi. Müasir dövrdə də Port-Elizabet öz əhəmiyyətini itirməyib.Ölkənin nüfuzuna görə 6-cı şəhəri,həmçinin ən böyük 3-cü liman şəhəridir.
Port-Etyenn
Nuadibu (ərəb. نواذيبو‎‎, belar. Nwadibu) və ya Port-Etyenn (fr. Port-Étienne) — Mavritaniyada şəhər. Atlantik okeanı sahilində port. Nuadibu Mavritaniyanın mühüm balıq sənayesi mərkəzidir. Kimya sənayesi, İES, yaxınlıqğında beynəlxalq hava limanı var. Gəmilər təmir olunur. Nuadibu Regional Xəstəxanası beş illik inşa müddətindən sonra 2017-ci ildə açılmışdır. Bölgədəki ən böyük xəstəxanadır.
Port-Jantil
Port-Jantil (fr. Port-Gentil) — Qabonun iri şəhərlərindən biridir. Atlantik okeanin sahilində, Librevildən 144 km cənub-şərqində yerləşir. Oqove-Maritim əyalətinin mərkəzidir. Əhalisi 142 min nəfərdir(2010 il). Şəhərdə iri neftayırma müəssisə var.
Port-Lui
Port Lui (fr. Port-Louis) — Mavrikinin əsas şəhəri, əsas portu və paytaxtı. Hind okeanının sahilində yerləşir. Əhalisi 156 720 nəfər ( 2010-ci il siyahıyaalması). Şəhər 1735-ci ildə fransızlar tərəfindən Ümüd Burnunu keçən gəmilərinin dayanacaq yeri kimi salınıb. Kral XV Lüdovikin şərəfinə adlandırılıb. Şəhər əhalisi əsasən XIX əsrdə Hindistandan gəlmiş fəhlələrin nəticələridir. Ondan əvvəl XVIII əsrdə bura Fransa və Böyük Britaniya müstəmləkiçiləri tərəfindən zəncilər gətirilirdi. Hal-hazırda əhalinin 75 faizi hind, çinli, afrikalılar və avropalılarn qarışığından ibarətdir. Şəkər, yağ və tütün sənayesi müəssisələri vardır.
Port-Luiz
Port Lui (fr. Port-Louis) — Mavrikinin əsas şəhəri, əsas portu və paytaxtı. Hind okeanının sahilində yerləşir. Əhalisi 156 720 nəfər ( 2010-ci il siyahıyaalması). Şəhər 1735-ci ildə fransızlar tərəfindən Ümüd Burnunu keçən gəmilərinin dayanacaq yeri kimi salınıb. Kral XV Lüdovikin şərəfinə adlandırılıb. Şəhər əhalisi əsasən XIX əsrdə Hindistandan gəlmiş fəhlələrin nəticələridir. Ondan əvvəl XVIII əsrdə bura Fransa və Böyük Britaniya müstəmləkiçiləri tərəfindən zəncilər gətirilirdi. Hal-hazırda əhalinin 75 faizi hind, çinli, afrikalılar və avropalılarn qarışığından ibarətdir. Şəkər, yağ və tütün sənayesi müəssisələri vardır.
Port-Səid
Port-Səid - (ərəb. بورسعيد‎‎‎) - Misirin Port-Səid vilayətinin mərkəzidir. Süveyş kanalının yaxınlığında yerləşmişdir. Əhalisi 500 000 nəfərdir.
Port (dəniz)
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Port Luiz
Port Lui (fr. Port-Louis) — Mavrikinin əsas şəhəri, əsas portu və paytaxtı. Hind okeanının sahilində yerləşir. Əhalisi 156 720 nəfər ( 2010-ci il siyahıyaalması). Şəhər 1735-ci ildə fransızlar tərəfindən Ümüd Burnunu keçən gəmilərinin dayanacaq yeri kimi salınıb. Kral XV Lüdovikin şərəfinə adlandırılıb. Şəhər əhalisi əsasən XIX əsrdə Hindistandan gəlmiş fəhlələrin nəticələridir. Ondan əvvəl XVIII əsrdə bura Fransa və Böyük Britaniya müstəmləkiçiləri tərəfindən zəncilər gətirilirdi. Hal-hazırda əhalinin 75 faizi hind, çinli, afrikalılar və avropalılarn qarışığından ibarətdir. Şəkər, yağ və tütün sənayesi müəssisələri vardır.
Port Morsbi
Port Morsbi (ing. Port Moresby, tok-pisin Pot Mosbi) — Papua-Yeni Qvineyanın paytaxtı. Port Morsbi Yeni Qvineya adasının cənub-şərq sahilində yerləşir. İqlimi subekvatorialdır. Yanvar-fevral aylarında isti hava olur. May-sentyabr aylarında soyuq hava şəraiti olur. Port Mirsbi şəhərinin 200 min nəfər əhalisi vardır. Şəhərdə 7000 dil və dialektdə danışan papuas və melaneziyalılar yaşayır.
Port Sudan
Port Sudan (ərəb. بورتسودان‎ Būr Sūdān) — Sudanın şimal-şərqində yerləşən Qırmızı dənizdə liman şəhəri. Qırmızı dənizin ştatınnı inzibati mərkəzi. Sudanın Xartum aqlomerasiyasından sonra ikinci ən böyük şəhəri. Habelə bu dövlətin yeganə dəniz limanı. Ölkənin ixracatının böyük hissəsi (90%) Port Sudandan keçir: pambıq, mal-qara, yun və dəri, ərəb saqqızı buradan daşınır. Şəhərdə beynəlxalq hava limanı var. Port Sudan 1905–1909-cu illər arasında İngiltərə-Misir və Sudanının rəhbərliyi tərəfindən tikilib. Şəhər 1905-ci ildə Britaniya hakimiyyəti tərəfindən cənubda yerləşən və limanı mərcanlarla örtülmüş qədim Suakin şəhərinin əvəzinə yeni dərin dəniz limanı kimi təsis edilib. 1906-cı ildə Port Sudan-Atbara xətti boyunca dəmir yolu xətti inşa olunub.
Port Vila
Port Vila (ing. Port Vila) — Vanuatunun ən iri şəhəri və paytaxtı. Yeni Hebrid arxipelaqına daxil olan Efate adasının cənubunda yerləşir. Vanuatunun əsas iqtisadi və siyasi mərkəzi. Əhalisi 29,3 min nəfər (2003). Şəhərdə ingilis, fransız və Malaneziya mədəniyyətləri öz əksini tapıb. İkinci dünya müharibəsi zamanı şəhər ABŞ və Avstraliyanın qoşunları tərəfindən hərbi baza kimi istifadə edilirdi. 1987-ci ildə baş verən güclü siklon şəhərdə güclü dağıntılara gətirdi. Kənd təsərrüfatı və balıqçılıq şəhərdə iqtisadiyyatın əsas sahələridir. Turizm həmçinin gəlirlərin əhəmiyyətli mənbəyidir.
İnfraqırmızı port
İnfraqırmızı port (ing. IR port, rus. инфракрасный порт, türk. kızıl ötesi port) – infraqırmızı siqnalların qəbuledici və vericisinin olduğu ardıcıl port. İnfraqırmızı port vasitəsilə kompüterlərin və periferiya qurğularının başqa qurğularla 115000 bit/san sürətlə simsiz rabitəsi həyata keçirilir. Noutbuk kompüterləri, adətən, belə portla təchiz olunur. Bu portdan istifadə etməklə faylları bir kompüterdən başqasına ötürmək, yaxud printerdə çap etmək olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Port Cekson
Port Cekson — Sidney Limanı, Orta Liman, Şimal Limanı və Leyn Kov çayı və Parramatta çaylarının sularından ibarət olan Avstraliyanın Yeni Cənubi Uels inzibati ərazisinə daxil olan Sidney ria və ya təbii limanı. Liman Tasman dənizinin (Cənubi Sakit Okeanın bir hissəsi) girişidir. Sidney Opera Teatrı və Sidney Liman Körpüsü burada yerləşir. Avstraliya materikindəki ilk Avropa məskunlaşma yeri və koloniyası olan Port Cekson, Sidneyin tarixində və inkişafında əsas rol oynamağa davam edir.