Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parovoz
Parovoz və ya buxar lokomotivi ― çəkmə gücünü buxar mühərriki vasitəsilə istehsal edən dəmir yolu lokomotiv növü. Bu lokomotivlər qazanda buxar çıxarmaq üçün adətən kömür, odun və ya neft kimi yanacaq materiallarından istifadə edirlər. Buxar lokomotivin əsas təkərlərinə mexaniki olaraq qoşulan porşenləri hərəkətə gətirir. Həm yanacaq həm də su lokomotivlə birlikdə ya lokomotivin özündə, ya da arxasında çəkilən vaqonlarda (tenderlərdə) nəql olunur. Buxar lokomotivləri ilk dəfə Birləşmiş Krallığda 19-cu əsrin əvvəllərində hazırlanmış və 20-ci əsrin ortalarına qədər dəmir yolu nəqliyyatında istifadə edilmişdir. İlk buxar lokomotivini Riçard Trevitik hazırlamışdır. Con Blenkinsopun müəllif olduğu ticari baxımından uğurlu olan ilk buxar lokomotivin adı Salamanka idi; Corc Stivenson və onun oğlu Robertin şirkəti "Robert Stephenson and Company"-nin istehsal etdiyi Locomotion № 1 1825-ci ildə Stokton — Darlinqton ictimai dəmir yolunda sərnişin daşıyan ilk buxar lokomotivi oldu. 1830-cu ildə Corc Stivenson Liverpul və Mançesteri birləşdirən ilk şəhərlərarası dəmir yolunu açdı. Buxarın dəmir yolları üçün istifadə olunmasının ilk onilliyində "Robert Stephenson and Company" Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları və Avropanın əksər hissəsində tanınmış buxar lokomotivi istehsalçısı idi. 20-ci əsrdə "London and North Eastern Railway" şirkətinin baş mühəndis mexaniki Naycel Qrezli bir neçə tanınmış lokomotivin layihəsini hazırladı, onlar içərisində sərnişin xidmətində rəsmi olaraq 100 mil / saat sürəti qət edən "Flying Scotsman" və hələ də dünyanın ən sürətli buxar lokomotivi (saatda 126 mil) olan "A LNER Class A4"-ə aid olan "4468 Mallard".
Parazoa
Parazoa (lat. Parazoa) — heyvanlar aləminə aid heyvan yarımaləmi.
Paroxod
Paroxod — buxar maşını və ya buxar turbini ilə hərəkətə gətirilən gəmidir. Buxar gəmiləri pərli çarxlarla və ya pərli vintlərlə təchiz olunurlar. Vint buxar maşını ilə bir oxda oturdulur. Çarxla işləyən gəmilərdə isə ötürmədə əlavə olaraq sürətlər qutusu yerləşdirilir. 1774-cü ildə öz vəsaiti hesabına Jaffrua d’Abban (1751–1832) kiçik buxar gəmisi quraşdırdı ancaq sınaqlar uğurlu olmadı. 1783-cü ildə Markiz özünün ikinci buxar modelini sınaqdan keçirdi. Lakin tezliklə ölkədə inqilab başladı və fransızlara paroxod maraqlı deyildi. 1774-cü ildə görkəmli ingilis ixtiraçısı Ceyms Vatt (1736–1819) ilk universal istilik mühərrikini (buxar maşınını) yaratdı. Bu ixtira parovozların, paroxodların və ilk (buxar) avtomobillərinin yaradılmasına imkan yaratdı. Tarixdə ilk paroxod 1787-ci ildə amerikalı Con Fitc (1743–1798) tərəfindən qurulmuşdur.
Paroza evkalipti
Paroza evkalipti (lat. Eucalyptus porosa) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. Vətəni Avstraliyadır. Aralıq dənizi sahillərində geniş ərazilərdə becərilir. Hündürlüyü 15–18 m-ə çatan, sıx çətirli ağacdır. Gövdəsinin qabığı boz-qonur rənglidir. Təzə yarpaqları açıq yaşıl rəngli, parlaq, yaşlandıqca əyilmiş formalı, tünd və ya açıq yaşıl rəngdə olur. Birevli bitkidir. Avqust-sentyabr aylarında çiçəkləyir. Meyvəsi qutucuqdur.
Jan Parizo de la Valett
Jan Parizo de la Valett (fr. Jean Parisot de la Valette ; 1494 – 21 avqust 1568, Malta adası) — Fransız zadəgan, Malta ordeninin 49-cu Böyük Magistridir. Cəngavər kimi Malta ordeninə daxil olaraq Rodosda türklərə qarşı misilsiz bir mübarizə aparmışdır. Böyük Magistr kimi Valett 1565-ci ildə Maltanın Böyük Mühasirəsi zamanı Osmanlı qoşunlarına qarşı müqavimətə komandanlıq etmiş və bəzən də bütün zamanların ən böyük mühasirələrindən biri hesab edilən bu mühasirə zamanı ordenin qəhrəmanına və ən məşhur liderinə çevrilmişdir. Valletta şəhərinin təməli 1566-cı ildə Böyük Magistr La Valett tərəfindən qoyulmuşdur. Valett Tuluza qraf ailəsinin zadəgan ailəsində anadan olmuşdur. 1534-cü ildə de Valett qaleraya (orta əsrlərdə mövcud olmuş olan hərbi gəmi növü) rəhbərlik etmiş və 1540-cı ildə özünün qalliotu (orta əsrlərdə mövcud olmuş olan hərbi gəmi növü) olmuşdur. 1541-ci ildə türklərə əsir düşmüş, bir il quldurluq etmiş və sonradan əsir mübadiləsi nəticəsində azad edilmişdir. 1546–1549-cu illər arasında Tripolinin qubernatoru olmuşdur. 21 avqust 1557-ci ildə de Valett bir çox Avropa və müsəlman dövlətləri tərəfindən Maltanın suveren hökmdarı kimi tanınmış və beləliklə də, Malta ordeninin Böyük Magistri olmuşdur.