Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Perikard
Ürək kisəsi və ya perikard (lat. pericardium) konus şəklində olub əsası diafraqmanın vətər mərkəzinə bitişmişdir və zirvəsi yuxarıda ürəyin əsasında olan damarlarla rabitədədir. Bu iki təbəqədən təşkil olunmuşdur: xarici lifli təbəqə — lifli ürək kisəsi — (lat. pericardium fibrosum) və daxili seroz təbəqə — seroz ürək kisəsi — (lat. pericardum serosum). Xarici lifli təbəqə sərt birləşdirici toxumadan təşkil olunaraq qonşu üzvlərlə rabitədədir. Daxili seroz təbəqə iki səfhəyə bölünür: xarici pariyetal səfhə — (lat. lamina parietalis pericardii serosi) və daxili visseral səfhə, yaxud epikard — (lat. lamina visseralis pericardii serosi s. epicardium).
Perikardit
Perikardit – ürəyin seroz qişasının ya ürək kisəsinin iltihabı. Müxtəlif xəstəliklər fonunda və müstəqil olaraq meydana çıxır. Etiologiyasına görə infeksion, autoimmun, travmatik və ideopatik perikarditlər ayird edilir. İnfeksion: Revmatik; Vərəmli; Bakterial: (qeyri spesifik – kokk mənşəyli, septiki spesifik qarın yatalağı, dizenteriya, qarayara, vəba, taun, tulyaremiya ilə əlaqəli) Göbələk; Viral; Rikketsioz Aseptik perikarditlər: Allergik; Qan xəstəlikləri və hemorragik diatezlərlə əlaqəli; Birləşdirici toxuma xəstəlikləri ilə əlaqəli; Travmatik; Şüa təsirindən; Post infarkt (Dressler sindromu) Maddələr mübadiləsi pozğunluğu ilə (uremiya, podaqra) əlaqəli; Qlükokortikosteroid müalicəsi ilə əlaqəli; C vitamini çatışmazlığı ilə əlaqəli; İdiopatik perikarditlər kəskin perikardit: Quru (fibroz); Eksudativ: seroz-fibroz, hemmoragik, irinli; Ürək tamponadalı; Tamponadasız.
Epikard
Epikard (yunanca epi — çıxan, xaric olan, cardium — ürək) — ürək divarının xarici təbəqəsi. == Haqqında == Epikard təbəqəsi Miokard təbəqəsi və Ürək kisəsi arasında yerləşir.
Priçard Kolon
Priçard Kolon Melendez (19 sentyabr 1992, Maitland[d], Florida) — Puerto-Rikolu keçmiş peşəkar boksçu, fəxri WBC Dünya Çempionu. 2010-cu ildə Pan Amerika Gənclər Çempionatında 64 kq (141 funt) kateqoriyasında qızıl medal qazanmışdır. 2015-ci ildə Terrel Villiams ilə matçdan sonra Kolon soyunub-geyinmə otağında yıxılıb və beyin qanaxması səbəbindən 221 gün komada qalıb. O, çox zaman ayıq olsa da, davamlı vegetativ vəziyyətdə idi. Terrel Villiams ilə döyüş zamanı başının arxasından dəfələrlə qadağan olunmuş zərbələrə məruz qalmışdı. O, hal-hazırda ayıqdır və fizioterapiya alır. O, motorlu əlil arabası və rabitə qurğusundan istifadə edir. Priçard Kolon Florida ştatının Meytlend şəhərində anadan olub. Onun valideynləri Riçard və Nieves Kolondur. 10 yaşında atası Puerto-Rikoya köçmək qərarına gəlib, buna görə Kolon adanı yarışlarda təmsil edə bilib.
Pikard dili
Pikard dili- Fransız dilinə sıx bağlı dil.Fransanın Nord-Pas-de-Calais və Pikardiya bölgələrində və Belçikanın Valloniya regionunun bir qismində, Turnai nahiyəsində və Mons nahiyəsinin bir qismində danışılır.
Georsi-Stefanie Pikard
Georsi-Stefanie Pikard (8 fevral 1991) — Kanadalı oxatan. Georsi-Stefanie Pikard Kanadanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Georsi-Stefanie Pikard birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Taybeyinin nümayəndəsi Tan Ya-Ting ilə üz-üzə gəldi. Həmin görüşdə Georsi-Stefanie Pikard rəqibinə 1:7 hesabı ilə uduzdu.