Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pogalis
Persicaria (lat. Persicaria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. Peutalis Raf.
Pogonia graminifolia
Spathoglottis pubescens (lat. Spathoglottis pubescens) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin spathoglottis cinsinə aid bitki növü. Spathoglottis plicata var.
Qriqori Potanin
Qrigori Nikolayeviç Potanin (4 oktyabr 1835, Yamışlev qalası, Om vilayəti, Rusiya imperiyası — 30 iyun 1920, Tomsk, RF) — Rusiya coğrafiyası mütəxəssisi, etnoqraf, folklorist, botanist, publisist, ictimai xadim və Sibir bölgəsinin sosial-siyasi meylinin ideoloqlarından və təsisçilərindən biri. Potanin mərkəzi Asiyanı səyahət edən bir Viktoriya dövrü araşdırmaçı idi. Potanin bölgənin yerli bitkilərini siyahıya alan ilk insan idi. Potanin araşdırmaçılıqdan başqa, Sibir separatçı hərəkatı ilə həmfikir olan bir müəllif və siyasi aktivist idi. Qriqori Potaninin doğum tarixi mübahisəli məsələdir. Bütün inqilab-əvvəli mənbələr, coğrafiyaşünasın 2 fevral 1835 tarixini, yeni mənbələrsə 4 oktyabr 1835 və 3 oktyabr 1835 tarixlərini Potaninin doğum tarixi olaraq göstərir. Qriqori Nikolayeviç Potanin Yamışevski qalasında, bir kazak zabitinin ailəsində anadan olmuşdur. 1836-cı ildə Potaninin atasının rütbəsi alınmış və həbs olmuşdur. Qriqori 5 yaşında ikən dayısının evində yaşamağa getmişdir. Dayısının gözlənilməz ölümündən sonra o, 1842-ci ildə anasının yaşadığı kəndə geri qayıtmışdır.
Pogonia pleionoides
Pleione pleionoides (lat. Pleione pleionoides) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin pleione cinsinə aid bitki növü.
Loqanın şansı
Loqanın şansı (ing. Logan Lucky) — rejissor Stiven Soderberqin çəkdiyi Amerika komediya filmidir. Film ABŞ-də 17 avqust 2017-ci ildə, Rusiyada isə sentyabr ayının 7-də nümayiş etdirilmişdir.
Akaka soğanı
Akaka soğanı (lat. Allium akaka) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir (VU D2). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və şarvaridir, 1, 5–2, 5 sm yoğunluğunda, boz qınla örtülüdür. Gövdə (4) 8–15 sm hündürlükdə, yoğun, (1) 2 yarpaqlı. Aşağı hissədən pərdəvari, rəngsiz qınla örtülüdür. Yarpaqlar uzun qınlıdır, uzunsov-ellipsivari və ya enli-neştərşəkilli, 2–7 sm enində, təpə hissəsi küt və ya dairəvidir. Çətir yarımşarvari, çoxçiçəkli, 3–5 sm diametrindədir.
Alisa Paqani
Alisa Paqani (it. Alice Pagani; 19 fevral 1998, Askoli Piçeno, Marke) — İtaliya aktrisası, fotomodeli və yazıçısı. Əsasən Netflix serialı "Baby"də Ludovika Storti rolu ilə tanınır.
Ayı soğanı
Ayı soğanı, xalyar (lat. Allium ursinum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir (VU A2c + 3c). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanağı uzunsov, ensiz, 1 sm enində, gövdə üçtilli və ya dairəvi, 15–20 sm hündürlükdə, əsası adətən 2 kökyanı yarpaqlıdır, qına bərkidilmişdir. Yarpaq səthi uzunsov və ya ellipsivari-neştərşəkilli, iti 2(3)-4(6) sm enindədir. Çətir çox və ya azçiçəkli, hamardır. Çiçəkyanlığı 8–10 mm uzunluğunda, ulduzşəkilli, təmiz ağdır. Erkəkcik sapı uzun, bütöv, bizvaridir.
Daur çoğanı
Daur çoğanı (lat. Gypsophila davurica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü.
Karl Polani
Karl Pol Polani (mac. Polányi Károly; 25 oktyabr 1886, Vyana – 23 aprel 1964) ― Macar iqtisadiyyat tarixçisi, iqtisadi antropoloq, siyasi iqtisadiyyatçı, sosioloq. O, klassik iqtisadi nəzəriyyəyə olan əks düşüncəsi və 1944-cü ildə yazdığı məşhur Böyük Dəyişim kitabı ilə tanınmışdır. Kitabında bazar iqtisadiyyatına əsaslanan cəmiyyətlərin Avropada ortaya çıxmasının qaçınılmaz yox, tarixi olaraq şərti olduğu fikrini irəli sürür. Karl Polani substantivizm anlayışının banisidir. == Həyatı == Karl Polani 1886-cı ilin 25 oktyabrında Vyanada yəhudi ailəsində dünyaya gəlmişdir. Budapeşt Universitetində hüquq təhsili alarkən gələcəkdə Macarıstanın intellektual düşüncəsinə güclü təsir edəcək "Qalilley dairəsi" adlı tələbə təşkilatını formalaşdırdı. O, bu dövrdə Dyord Lukaç, Oskar Yasi və Karl Manneim kimi dövrün mütəfəkkirləri ilə aktiv şəkildə əlaqədə idi. 1912-ci ildə məzun olduqdan 2 il sonra Macarıstan Radikal Partiyasının yaradılmasında iştirak etdi və partiyanın katibi kimi fəaliyyət göstərdi. Polani Birinci Dünya müharibəsində Avstriya-Macarıstan ordusunda piyada qoşun zabiti olaraq xidmət etdi və yaralandı.
Kəvər soğanı
Üzüm soğanı (lat. Allium ampeloprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Lənkəran soğanı
Lənkəran soğanı (lat. Allium lenkoranicum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN statusu: CR B2ab (ii, v). == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari, 1-2 sm yoğunluğunda, boz-qəhvəyi və yatutqun qınla örtülüdür. Gövdə 2/3 hissədə yarpaq qını ilə örtülüdür, 16-40 (50) sm hündürlükdə, yarpaqlar şarşəkilli şırımlıdır. Çətir yarımşarvari, 3-4 sm diametrində sıx, çox olmayan çiçəklidir. Çiçəkyanlığı 5-6 mm uzunluğundan bir az çıxır, qutucuqdan 3 dəfə qısadır.
Mala soğanı
Mala soğanı (lat. Allium schoenoprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium acutum Spreng. Allium alpinum (DC.) Hegetschw. Allium broteroi Kunth Allium buhseanum Regel Allium carneum Schult. & Schult.f. [Illegitimate] Allium coloratum Dulac [Illegitimate] Allium foliosum Clairv. ex DC. Allium glaucum DC. Allium glaucum Ledeb. [Illegitimate] Allium idzuense H.Hara Allium lusitanicum Link ex Regel [Invalid] Allium montanum Schrank Allium palustre Chaix Allium palustre Salisb. [Illegitimate] Allium palustre Pourr.
Matuşkin soğanı
Matuşkin soğanı (lat. Allium materculae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir (En B 1ab (i, ii)). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və ya şarvari, 1-2 sm qalınlığında, boz qınla örtülüdür. Gövdə (6)10-20(26) sm hündürlükdə, yoğun, əsası adətən ikiyarpaqlı, uzun qınla örtülüdür. Yarpaqlar göyümtül, xətvari 6-20 (30) mm enində, spiralvari bükülmüşdür. Çətir çoxçiçəkli, yarımşarvari, 3–4 mm diametrindədir. Çiçəkyanlığı 5–8 mm uzunluğunda, ulduzşəkilli, yasəmən rənglidir.
Moli soğanı
Moli soğanı (lat. Allium moly) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Pskem soğanı
Pskem soğanı (lat. Allium pskemense) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Qaya soğanı
Qaya soğanı (lat. Allium saxatile) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Talış soğanı
Talış soğanı (lat. Allium talyschense) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir (VU D2). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və ya 1,5 sm yoğunluğunda, boz qınlıdır. Yarpaqlar novşəkilli, 2-3 mm enində, xətvaridir. Çətir şarvari, çoxçiçəklidir. Çiçəkyanlığı 5 mm uzunluğundadır, enli-zəngvari, ağ-çəhrayımtıl, tünd-qırmızı damarlıdır. Erkəkcik sapı çiçəkyanlığından qısadır, əsası qısa kirpicklidir, xaricdən neştərşəkilli, daxildən 3 bölümlü, sütuncuq çiçəkyanlığından kənara çıxmır.
Voronov soğanı
Voronov soğanı (lat. Allium woronowii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir (EN B2ab (i, ii, iii)). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Soğanağı yumurtavari, 1-2 sm diametrində, boz qınlıdır. Gövdə 4 (7) – 13 sm hündürlükdə, 6-13 mm enində, novşəkilli, göyümtül yarpaqlıdır. Çətir şarvaridir. Çiçəkyanlığı 5-6 (7) mm uzunluğunda, çəhrayıdır. Erkəkcik bütöv, xarici neştərşəkilli, daxili enli, tozluqları tünd-bənövşəyi; sütuncuq çiçəkyanlığından kənar çıxmır.
Xristof soğanı
Xristof soğanı (lat. Allium cristophii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Xəzəz soğanı
Şoviç çoğanı
Şoviç çoğanı (lat. Gypsophila szovitsii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1 ab(i, ii, iii). Regional IUCN Statusu: VU B2ab (ii, iii, iv). Qafqaz endemikidir. Kür düzənliyi və Kiçik Qafqazın mərkəzi hissəsində yayılmışdır. Antropogen təsir nəticəsində yayılma ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur. Çoxillik ot bitkisidir, hündürlüyü 25 (30)-50 (60) sm-dir. Yarpaqları xətvari, uzunluğu 2-3 (40) sm-ə çatır, eni 0,5-2 (4) mm, itidir, uc hissəsi iynə şəkillidir. Süpürgəsi budaqlı, bit neçə dəfə haçalanmış, uc hissəsi tükcükşəkilli budaqcıqlarla budaqlanmışdır.
Əflatun soğanı
Əflatun soğanı (lat. Allium aflatunense) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Qələbə soğanı
Qələbə soğanı (lat. Allium victorialis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Üzüm soğanı
Üzüm soğanı (lat. Allium ampeloprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.