Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kolubar dairəsi
Kolubara dairəsi (serb. Колубарски управни округ) — Serbiyanın qərb hissəsində yerləşən dairə. == İnzibati bölgüsü == Dairənin ərazisi 6 icmaya bölünüb: Valevo Oseçina Ub Laykovats Mionitsa Liq == Əhalisi == 2011-ci ildə aparılan rəsmi siyahıyaalmaya görə, Kolubara dairəsinin 174,513 sakini var.
Popular Problems
Popular Problems — Kanada müğənnisi Leonard Koenin on üçüncü studiya albomu. 19 sentyabr 2014-cü ildə Columbia Records tərəfindən buraxılıb.
Süzen Polqar
Susan Polqar (mac. Polgár Zsuzsa; 19 aprel 1969, Budapeşt, Macarıstan Xalq Respublikası)— Macarıstanlı və Amerikalı şahmat qrosmeysteridir. O şahmat müəllimi, məşqçi , yazıçı, Texas universitetində şahmatın inkişafı üçün Susan Polqar institutunun başçısı və təsisçisi və Şahmat olimpiadasının qalibidir. O məşhur Polqar bacılarının ən böyüyüdür: Susan Polqar, Sofiya Polqar, Yudit Polqar. 15 yaşında 1984-cü ilin iyulunda FİDE retinq cədvəlində dünya qadın oyunçularının top-retinqində yer aldı və növbəti 23 ildə top üçlüyə düşdü. O, 1996-cı ildən 1999-cu ilə qədər qadınlar arasında şahmat üzrə dünya çempionu olub. Polqar 10 olimpiya medalı qazanıb (5 qızıl, 4 gümüş, 1 bürünc). O, 2006-cı ildən bəri rəsmi yarışlarda iştirak etməyib. 1997-ci ildə o Nyu-Yorkda Polqar Şahmat Mərkəzinin əsasını qoyub. 2002-ci ildə o uşaqlara, xüsusən qızlara şahmat hazırlığı keçmək üçün Susan Polqar Fondunu yaratdı.
Yudit Polqar
Yudit Polqar — macarıstanlı şahmatçı. Yudit Polqar 15 yaşında ikən dünyanın ən gənc qrosmeysteri adını alaraq, Bobi Fişerin rekordunu bir ay təzələyib. Onun atası ona və bacılarına şahmatı hələ evdə ikən körpə yaşlarında öyrətməyə başlayıb. Ata bütün dünyaya sübut etmək istəyirdi ki, əgər uşaqlar şahmatı öyrənməyə çox erkən yaşda başlasalar, daha çox uğur əldə edə bilərlər.
Polyar koordinat sistemi
Riyaziyyatda qütb koordinat sistemi və ya polyar koordinat sistemi, nöqtələrin bir bucaq və Karteziyan koordinant sistemindəki koordinat başlanğıcının ekvivalenti olub "qütb" olaraq bilinən bir mərkəz nöqtəyə olan uzaqlıqlar ilə müəyyən, iki ölçülü bir koordinat sistemidir. Qütb koordinat sistemi, riyaziyyat, fizika, mühəndislik, dənizçilik, robot texnologiyası kimi bir çox sahədə istifadə edilər. Bu sistem, iki nöqtə arasındakı əlaqənin bucaq və uzaqlıq ilə daha sadə ifadə edilə bildiyi vəziyyətlər üçün xüsusilə rahatdır. Karteziyan koordinat sistemində, belə bir əlaqə ancaq triqonometrik düsturlar ilə tapıla bilər.
Polar Pena Karraso
Mariya del Pilar Pena (d. 4 aprel 1986) — İspaniyanı təmsil edən su poloçusu. Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.