Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Olimpiya posteri
Olimpiya posteri— Olimpiya Oyunları haqqında məlumat verir. Olimpiya posteri Olimpiya Oyunlarınının başlanmasını təsvir etmək üçün tərtib olunur. Hər bir Olimpiya Oyunlarının Olimpiya Oyunlarını Əlaqələndirmə Komissiyası və Milli Olimpiya Komitəsi tərəfindən təklif olunan və yaradılan xüsusi Olimpiya posteri var. Olimpiya Oyunları üçün Olimpiya posterinin təsdiqi Beynəlxalq Olimpiya Komitəsinin səlahiyyətindədir. Olimpiya posteri, reklam materiallarında Olimpiya emblemi kimi, Olimpiadanın sponsorları tərəfindən istifadə oluna bilər.
Bora Kostiç
Borivoye "Bora" Kostiç (serb-kiril. Бopивoje Kocтић; 14 iyun 1930, Obrenovaç, Belqrad dairəsi – 10 yanvar 2011, Belqrad) ― keçmiş Serbiya futbolçusu. Adətən sol cinah hücumçusu mövqeyində oynamış və məhsuldarlığı ilə seçilən Kostiç öz nəsil futbolçuları arasında ən yaxşılarından biri hesab olunur. O, daha çox güclü zərbə və cərimə zərbələrinin uğurla yerinə yetirməsi ilə məşhurdur. Peşəkar karyerası ərzində o, "Srvena Zvezda", "Viçentsa" və "Sent-Luis Stars" klublarının şərəfini qorumuşdur. O, Yuqoslaviya milli futbol komandasının heyətində 33 oyuna 26 qol vura bilmişdir və 1960 Yay Olimpiya Oyunlarının qalibi və UEFA Millətlər Kubokunda finalçı olmuşdur. Kostiç klub səviyyəsində də bol qol sayısı ilə seçilirdi, belə ki, o hələ də "Srvena Zvezda"nın tarixi boyunca ən çox qol vuran oyunçusudur.
Nevenka Petriç
Nevenka Petriç (serb. Nevenka Petrić, d. 11 mart 1927, Maslovare, Yuqoslaviya Krallığı — ö. 27 dekabr 2015, Belqrad, Serbiya) — Serbiya yazıçısı, şairi və pedaqoqu. Partizanlara 14 yaşındaykən qatılmışdır. Yuqoslaviya yerli rəhbərliyində gənclər rəhbəri və daha sonra Sağlamlıq və Sosial Siyasət başçısı olmuşdur. Yuqoslaviya Qadın Məclisinin üzvü, Yuqoslaviya Qadınların Sosial Karyera Konfransı katibi (1961-1969) və Yuqoslaviya Ailə Planlaması Şurası (1968-1976) başçısı olmuşdur. Beynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyası Mərkəzi Şurasında Avropanı təmsil etmiş və o orqana aid olan Avropa Təhsil Komissiyası-nın prezidenti olmuşdur. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu-nun araşdırma layihələrinə kömək etmişdir. Nevenka Petriç, 1927-ci ildin Mart ayının 11-də Maslovaredə (İndiki Bosniya və Herseqovina, Serb Respublikası) anadan olmuşdur.
Ostrıy adası
Ostrıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 1 km aralıda yerləşir. Ostrıy adasının ətrafında Şimal Torpağına daxil iki ada vardır: Cənub adası (700 m) və Nizkiy adası (1,3 km). Ada uzunsov formaya malikdir və 300 metrən artıq məsafədə uzanır. Adada seçilən yüksəklik yoxdur.