Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tofiq
Tofiq və ya Tofik — Kişi adı. Tofiq Babayev Tofiq Babayev (bəstəkar) — bəstəkar Tofiq Babayev (general-mayor) — Milli Təhlükəsizlik nazirinin keçmiş müavini, general-mayor Tofiq Babayev (alim) — Tofiq İsmayılov Tofiq İsmayılov (rejissor) — Azərbaycan kino rejissoru və aktyoru, kinodramaturq, nasir Tofiq İsmayılov (akademik) — texnika elmləri doktoru, Azərbaycan Respublikasının 1-ci Dövlət Katibi Tofiq Hacıyev Tofiq Hacıyev (akademik) — Alim, türkoloq, filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü-akademik. Tofiq Hacıyev (professor) — Alim, müasir azərbaycan dilçisi, filologiya elmləri doktoru-professor. Tofiq Hacıyev (siyasətçi) — Gürcüstanın dövlət və ictimai-siyasi xadimi, təhsil işçisi, Tofiq Hüseynov Tofiq Hüseynov (aktyor) — Azərbaycan aktyoru. Tofiq Hüseynov (alim) — İqtisad elmləri doktoru Tofiq Hüseynov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. Tofiq Hüseynov (Cavad oğlu) — Şəmkir rayonu İcra hakimiyyətinin sabiq başçısı Tofiq Hüseynov (professor) — Alim, filologiya elmləri doktoru, Professor. Tofiq Kərimov Tofiq Kərimov (siyasətçi) — Azərbaycanın daxili işlər naziri (18.11.1991 – 20.02.1992). Tofiq Kərimov (fotoqraf) — fotoqraf Tofiq Məmmədov Tofiq Məmmədov (rejissor) — Azərbaycan kinorejissoru. Tofiq Məmmədov (botanik) — AMEA-nın Mərdəkan Dendrarisinin direktoru. Tofiq Hüseyn — şair, publisist, "Tərəqqi" medalına layiq görülüb (2005).
Qara Tofiq
Tofiq Hüseynli, Tofiq Hüseynov və ya Qara Tofiq (1952, Qovlar, Tovuz rayonu) — Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992), sabiq Kənd təsərrüfatı naziri (1993), Müsavat Partiyasının sabiq başqan müşaviri. 1952-ci ildə Tovuz rayon Qovlar qəsəbəsində anadan olub. 1977-ci ildə Politexnik İnstitunun texnologiya fakültəsini bitirib və həmin ildən Tovuz rayon İstehsalat Kombunatında Texniki-Nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 1978–1979-cu illərdə 98 saylı Texniki Peşə Məktəbində Tədris İstehsalat işləri üzrə direktor müavini işləyib. 1989-cu ildə Azərbaycan Xalq Hərəkatına qoşulmuşdur. 20 yanvar 1990-cı il tarixində Kommunist Partiyasının üzvlüyündən imtina etmişdir. Tovuzda AXC şöbəsinin təşkilatçılarından və liderlərindən olmuşdur. 1991-ci ilin aprel ayından Tovuz rayon İcraiyyə Komitəsi sədrinin müavini işləyib. 1992-ci ilin may ayında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 4 mart 1993-cü ildə Azərbaycan Respublikasının Kənd Təsərüfatı naziri təyin edilib.
Tofiq Abasov
Tofiq Abasov (tam adı Tofiq Teymur oğlu Abasov; d.11 yanvar 1924; Bakı – ö.21 fevral 2005; Bakı) – Azərbaycan idmançısı, Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman xadimi (1964), SSRİ əməkdar məşqçisi (1960), professor (1988). Tofiq Abasov 11 yanvar 1924-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirmişdir. Tofiq Abasov həmçinin Böyük Vətən müharibəsi iştirakçısı olmuş, 2005-ci il fevral ayının 21-də Bakı şəhərində vəfat etmişdir. 1952–77-ci illərdə Respublikanın basketbol yığma komandasının baş məşqçisi, 1976–96-cı illərdəə isə Azərbaycan Basketbol Federasiyasının prezidenti olmuşdur. 1947–51-ci illərdə basketbol üzrə dəfələrlə Azərbaycan çempionu olmuşdur. Qırmızı Bayraq, I dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif olunmuşdur.
Tofiq Abasquliyev
Tofiq Abasquliyev – dilçi alim, Xəzər Universiteti Lüğət və Ensiklopediya Mərkəzinin direktoru. Abasquliyev Tofiq Əsgər oğlu 1927-ci ildə Füzuli şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, orta məktəbdə müəllim və direktor vəzifələrində çalışmışdır. Sonra Azərbaycan Xarici Dillər İnstitutunun İngilis-Azərbaycan fakültəsini də fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və İngilis dili kafedrasında çalışmış, Xəzər Universitetinin İngilis dili kafedrasına (departmentinə) başçılıq etmişdir. Tofiq Abasquliyev 1992-ci ildən başlayaraq pedaqoji və elmi fəaliyyətini əsasən Xəzər Universitetində davam etdirmiş, hal-hazırda Xəzər Universitetinin professoru və "Lüğət və Ensiklopediya Mərkəzi"nin müdiri vəzifələrində elmi-təşkilati işlə məşğuldur. Tofiq Abasquliyevin elmi işləri İngilis dilinin qramatikası, Terminologiya və Tərcümə, Frazeologiya və Leksikoqrafiya sahələri üzrədir. "İngilis Atalar Sözləri və Onların Azərbaycanca, Rusca Qarşılıqları" adlı kitabı ("Elm", Bakı, 1981) 1012 ingilis atalar sözü və zərbi-məsəlin azərbaycanca və rusca tərcüməsinə, uyğun qarşılığının tapılmasına və onların şərhinə həsr olunmuşdur. Tofiq Abasquliyev bircildli "Azərbaycanca-İngiliscə Lüğət" (redaktoru O. Musayev) müəlliflərindən biridir. "Khazar English — Azerbaijani Comprehensive Dictionary" in 6 volumes ("Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət" (6 cilddə)) adlı sanballı 6 cildli əsər Tofiq Abasquliyevin müdiri olduğu "Lüğət və Ensiklopedia Mərkəzi"ndə yazılmışdır.
Tofiq Abbasov
Tofiq Abbasov (politoloq)
Tofiq Abdin
Tofiq Məhərrəmoğlu (Tofiq Abdin 1 sentyabr 1941, Qırmızıkənd, Neftçala rayonu – 24 fevral 2014) — azərbaycanlı publisist, yazıçı. Tofiq Məhərrəmoğlu 1941-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən "Qobustan" toplusunda şöbə müdiri işləyib. 1993–2001-ci illərdə Türkiyədə yaşayıb, Türkiyənin "Orta doğu" və "Yeni Asiya" qəzetləri ilə əməkdaşlıq edib. 12 publisistik və şeir kitabının müəllifidir. Uzun müddət "Ədalət" qəzetində türk ədəbiyyatının təbliğiylə məşğul olub. Hüseyn Cavid adına Naxçıvan poeziya teatrında Rəsul Rzanın "Bir gün də insan ömrüdür" poeması əsasında tamaşası göstərilib. Uzun illər dövrü mətbuatda müntəzəm çıxış edib. 2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını alıb.
Tofiq Abdullayev
Tofiq Əlövsət oğlu Abdullayev (1 aprel 1948, Məlikçobanlı, Şamaxı rayonu) — Azərbaycan Respublikasının Qətər dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri (2012-ci ildən), siyasi xadim, filoloq. 1948-ci il aprel ayının 1-də Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. Tofiq Əlövsət oğlu Abdullayev Əlcəzair, İraq və Yəmən Demokratik Respublikasında tərcüməçi işləmiş, 20 ilə yaxın Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmışdır. 1992-ci ildən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sistemində işləyir. Fövqəladə və səlahiyyətli səfir rütbəsi var. Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı və Türkiyədəki səfirliklərində müşavir vəzifəsində çalışır. 2006–2012-ci illərdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanında və eyni zamanda Yəməndə, Oman Sultanlığında, Bəhreyn Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri və İslam Əməkdaşlıq Təşkilatında Azərbaycan Respublikasının Daimi Nümayəndəsi olmuşdur. 2012-ci ildən Azərbaycan Respublikasının Qətər dövlətində Fövqəladə və Səlahiyyətli Səfiridir.
Tofiq Allahverdiyev
Tofiq Əliheydər oğlu Allahverdiyev (18 fevral 1917, Bakı – 9 iyun 1987, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri (1966–1982), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1955–1961), Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri (1948–1950), SSRİ Ali Sovetinin (III və V çağırış) və Azərbaycan SSR Ali Sovetinin (III, VII–X çağırış) deputatı. Tofiq Əliheydər oğlu Allahverdiyev 1917-ci ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1930-cu ildə yeddiillik məktəbini başa vuraraq fabrik-zavod şagirdliyi məktəbində oxumuş və burada komsomol üzvü olmuşdur. 1934-cü ildə fabrik-zavod şagirdliyi məktəbini bitirdikdən sonra Paris kommunası adına zavodun komsomol təşkilatında çalışmışdır. 1935-ci ildə hazırlıq kurslarını bitərərək Azərbaycan Sənaye İnstitutunun tələbəsi olmuş, institutun komsomol komitəsinin katibi seçilmişdir. Ardınca o, Azərbaycan LKGİ Bakı Şəhər Komitəsinin Məktəbli gənclər şöbəsinin müdiri, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin Kadr və təşkilat-təlimat şöbəsinin müdiri olmuşdur. 1940-cı ildə Azərbaycan Sənaye İnstitutunu mədən mühəndisi ixtisası üzrə bitirən Tofiq Allahverdiyev həmin il Azərbaycan LKGİ Bakı Komitəsinin katibi seçilmiş və 1942-ci ilədək bu vəzifədə çalışmışdır. 1942-ci ilin yanvar ayından Fəhlə-Kəndli Qırmızı Ordusunda xidmət etmişdir. Böyük Vətən müharibəsi iştirakçısı kimi o, atıcı diviziyanın siyasi şöbəsində hərbi xidmət keçmişdir. Yaralandıqdan sonra ordudan tərxis edilmiş, yenidən komsomol işinə qayıtmışdır.
Tofiq Alxazov
Tofiq Həsən oğlu Alxazov (27 sentyabr 1932, Bakı, Azərbaycan SSR, SSRİ – 2020) — azərbaycanlı kimyaçı, kimya elmləri doktoru (1969), professor (1971), AMEA-nın müxbir üzvü (1989). Tofiq Alxazov 27 sentyabr 1932-ci ildə Bakı şəhərində anadan olub. O, 1955-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinu Mühəndis texnoloq ixtisası üzrə bitirib. Tofiq Alxazov 1960-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1969-cu ildə kimya elmləri doktoru elmi dərəcələrini, 1971-ci ildə professor elmi adını alıb. O, fiziki kimya ixtisası üzrə professordur. 1989-cu ildə AMEA-nın (əsas kimyəvi kinetika və kataliz) müxbir üzvü seçilib. İlk təcrübədə alkilaromatik karbohidrogenlərin oksidləşmə yolu ilə dehidrogenləşmə prosesinin yerinə yetirmə mümkünlüyü göstərilmişdir, bərk oksid katalizatorlar üzərində sıxlaşma məhsullarının əmələ gəlməsi prosesində oksigenin rolu göstərilmişdir, hidrogen-sulfidin elementar kükürdə qədər oksidləşməsi üçün dünyada ən yaxşı yüksək selektiv katalizatorları işlənmişdir. Tofiq Alxazovun rəhbərliyi ilə yaradılan Ekoloji kataliz problem laboratoriyasında təbii qazın və sənaye qazlarının kükürd tərkibli birləşmələrdən təmizlənməsi, zərərsizləşdirilməsi və elementar kükürdün alınması, daxili yanma karbüratoru və dizel mühərriklərinin tullantı qazlarının toksik birləşmələrdən təmizlənməsi, hidrogensulfidin havanın oksigeninin iştirakı ilə bir mərhələdə sulfat turşusuna oksidləşməsi, sənaye tullantı qazlarının tərkibində karbohidrogen qalıqlarının və dəm qazının tam oksidləşməsi prosesləri işlənib hazırlanıb. Kimyaçı alimin rəhbərliyi altında 40 namizədlik və 5 doktorluq dissertasiyası müdafizə olunub. Tofiq Alxazov 400-dən artıq elmi əsərin, o cümlədən 131 müəlliflik şəhadətnaməsi və 4 monoqrafiyanın müəllifi olub.
Tofiq Axundov
Tofiq Hüseyn oğlu Axundov (rus. Тофик Гусейнович Ахундов; 28 noyabr 1941, Bakı) — Azərbaycan əsilli rusiyalı sirk artisti və heyvan təlimçisi. Rusiyanın və Azərbaycan SSR xalq artisti. Tofiq Axundov 28 noyabr 1941-ci ildə Bakı şəhərində rəssam və aktyor Hüseyn Axundovun ailəsində anadan olub. 1965-ci ildə Dövlət Sirk və Estrada Sənəti Məktəbini bitirib. Elə həmin ildən də "Rosqossirk"də işləməyə başlayıb. O, həyat yoldaşı Lyudmila Axundova ilə birlikdə "Rəqs edən begemotlar" proqramı ilə dünyanın 30-dan artıq ölkəsində çıxış edib. 2011-ci ilin martında Bakı Dövlət Sirkinin dəvəti ilə Tofiq Axundov Bakıda da konsert proqramı ilə çıxış edib. Rusiya Federasiyasının əməkdar artisti (RF Prezidentinin fərmanı, 23.12.2001 № 1473). Rusiya Federasiyasının xalq artisti (RF Prezidentinin 21 mart 2012-ci il tarixli 315 saylı fərmanı).
Tofiq Ağababayev
Tofiq Məmmədəli oğlu Ağababayev (d. 8 sentyabr 1928, Bakı) — Azərbaycanın xalq rəssamı (2007), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992). Tofiq Ağababayev 1928-ci il sentyabrın 8-də Bakıda hərbçi ailəsində anadan olub. Orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbinin rənkarlıq şöbəsinə daxil olub (1946-51). Rəssam 1953-59-cu illərdə Baron Ştiqlist adına Sant-Peterburq Rəssamlıq Akademiyasının (keçmiş V.Muxina adına Ali Bədii-Sənaye rəssamlıq məktəbi) keramika-şüşə fakültəsində təhsil alaraq, şüşə-keramika ixtisasına yiyələnib. Tofiq Ağababayev monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində əsərlər yaradıb. "Azərbaycan lirikası" triptixi (keramika, 1960, Azərbaycan İncəsənət Muzeyi), Bakı Dövlət Sirkində "Azərbaycan sirki" mozaik lövhəsi 1967-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin mükafatına layiq görülüb ("Zorxana" və s., smalta, 1967). Bakıda uşaq dəmir yolu parkı yaxınlığında miniatür üslubda "Bahar" mozaik pannosu (mərmər, smalta, 1970), həmçinin "Abşeron qoruğu", "Bakı nefti cəbhəyə", "Meşəbəyi", "Torpağın nəfəsi", "May, 1945-ci il, Bakı" və s. dekorativ əsərləri diqqəti cəlb edir. Yağlı boya ilə işlənmiş portretləri: "Tələbə qız" (1972); "Akademik Z.Bünyadov" (1978); "Akademik İ.Orucova" (1978); "Şah İsmayıl" (1988–89); "Ü.Hacıbəyov" (1992).
Tofiq Ağahüseynov
Tofiq Ağahüseynov — (tam adı: Tofiq Yaqub oğlu Ağahüseynov (1 fevral 1923, Nuxa – 12 may 2021, Bakı) — SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk və yeganə azərbaycanlı. Tofiq Yaqub oğlu Ağahüseynov 1923-cü il fevral ayının 1-də Şəkidə anadan olub. 1930-cu ildə T.Ağahüseynov atası, anası, özündən böyük iki qardaşından ibarət olan ailəsi ilə birlikdə yeddi yaşında olarkən Bakıya köçüblər. Orta məktəbi Bakıda bitirib. 4-cü sinifi bitirərkən T.Ağahüsyenov bərk xəstələnir. Ayağa qalxmaq belə iqtidarında olmayan Ağahüseynov buna görə Mərdəkandakı uşaq sanatoriyasına göndərilir. Sonralar səhhəti yaxşılaşan Ağahüseynov 10-cu sinifi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Azərbaycan Sənaye İnstitunun energetika fakültəsinə verir. 1941-ci ilin sentyabrında isə o, Bakı Zenit Artilleriya Məktəbinə daxil olur. Bir il yarımdan sonra Tofiq leytenant rütbəsi alır və bu rütbə ilə Bakıdan ayrılmalı olur. 1944-cü ilin yanvarında Sağsahil Ukraynada Sovet qoşunlarının hücumları başlandı.
Tofiq Ağaquliyev
Tofiq Rafiq oğlu Ağaquliyev (1 dekabr 2000; Cəlilabad, Azərbaycan — 28 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Tofiq Ağaquliyev 2000-ci il dekabrın 1-də Cəlilabad şəhərində anadan olub. Subay idi. Tofiq Ağaquliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Tofiq Ağaquliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tofiq Ağaquliyev oktyabrın 28-də Madagizin azad edilməsi zamanı şəhid olub. Cəlilabad şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Ağaquliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Ağaquliyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Tofiq Babanlı
Tofiq Xanlar oğlu Babanlı (14 fevral 1937, Naxçıvan – 10 yanvar 2022, Bakı) — Məşhur boksçu, SSRİ idman ustası (1958), Azərbaycan Respublikasının Əməkdar məşqçisi (1965), Beynəlxalq dərəcəli hakim (1995), Prezident fərdi təqaüdçüsü (2002), Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi (2006), 1993-cü ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində, 1996-cı ildən isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi olaraq fəaliyyət göstərmişdir. Tofiq Babanlı 14 fevral 1937-ci ildə Naxçıvan şəhərində anadan olub. Əslən Qazax rayonunun Muğanlı kəndindəndir. Onun atası Xanlar Babanlı istedadlı artist və 1941-1944-ci illərdə fəaliyyət göstərmiş igid partizan olmuşdur, lakin müharibədə xəyanət nəticəsində həlak olduğundan Azərbaycana dönə bilməmişdir, anası Böyük Xanım Babanlı ixtisasca həkim, əslən Bakı zadəganları nəslindən olmuş, lakin Çar Rusiyası dövründən başlayan siyasətin davamı olaraq Sovet hakimiyyəti illərində digər zadəgan ailələri kimi Tofiq Babanlının anasının da ailəsi öz xüsusi statuslarını itirmişdilər. Tofiq Babanlı Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda davam etdirib. 1960-cı ildə institutu bitirdikdən sonra Bakı Uşaq Gənclər İdman Məktəbində boks üzrə məşqçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. Uzun illər müxtəlif idman cəmiyyətlərində və Yüksək İdman Ustalığı Məktəbində baş məşqçi vəzifəsində çalışıb. Respublika yığma komandasına rəhbərlik edib. Yetirmələri 12 dəfə SSRİ çempionatı və birinciliklərinin qalibi və mükafatcısı olublar. Yetirməsi Kamal Babayev 1965-ci ildə Azərbaycan boks tarixində ilk dəfə olaraq, gənclərin Avropa kuboku yarışında qızıl medal qazanıb.
Tofiq Babayev
Tofiq Babayev (bəstəkar) — bəstəkar
Tofiq Bakiniski
Tofiq Əli oğlu Əhmədov (rus. Тофиг Али оглы Ахмедов; 6 iyun 1951, Bakı – 2006, Rusiya) — azərbaycanlı kriminal avtoritet, qanuni oğru. Tofiq Bakiniski 6 iyun 1951-ci ildə Bakıda anadan olub. Tofiq Bakinski ləqəbli Tofiq Əhmədov məşhur oğru Yaponçiklə bir vaxtlar çox yaxın olmuşdur.
Tofiq Bakinskiy
Tofiq Əli oğlu Əhmədov (rus. Тофиг Али оглы Ахмедов; 6 iyun 1951, Bakı – 2006, Rusiya) — azərbaycanlı kriminal avtoritet, qanuni oğru. Tofiq Bakiniski 6 iyun 1951-ci ildə Bakıda anadan olub. Tofiq Bakinski ləqəbli Tofiq Əhmədov məşhur oğru Yaponçiklə bir vaxtlar çox yaxın olmuşdur.
Tofiq Bakıxanov
Tofiq Bakıxanov (tam adı: Tofiq Əhmədağa oğlu Bakıxanov; 8 dekabr 1930, Bakı) — Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycan SSR xalq artisti (1990), professor (1983). Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. O, XIX əsrdə Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi Abbasqulu Ağa Bakıxanovun (təxəllüsü Qüdsi) nəticəsidir. Tofiq Bakıxanov ilk musiqi təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) skripka aləti üzrə respublikanın Əməkdar müəllimi M. İ. Simberovdan almışdır. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas üzrə təhsil almış, buranı 1953-cü ildə skripka ixtisası (Aleksandr Amitonun sinfi), 1957-ci ildə isə bəstəkarlıq ixtisası üzrə (professor Q. Qarayevin sinfi) bitirmişdir. Tələbəlik illərində T. Bakıxanov ifaçılıq fəaliyyəti ilə məşğul olaraq Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan radiosunun simfonik orkestrində solist kimi çalışmışdır. T. Bakıxanovun yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir. O, üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir. Bəstəkar yarım əsrdən artıqdır ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur. 23 noyabr 1973-cü ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.
Tofiq Bayram
Tofiq Qulam oğlu Bayramov (16 dekabr 1934, Əmircan – 19 aprel 1991, Bakı) — Azərbaycan şairi, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi (1984). Tofiq Bayram 1934-cü il dekabrın 16-da Bakı şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra APİ-nin tarix fakültəsində təhsil almışdır (1954–1959). Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında şöbə müdiri kimi başlamışdır (1959–1960). Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi (1960–1961), M. F. Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri (1961 – 1964), "Ulduz" jurnalı redaksiyasında (1964–1968), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri (1968–1978), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978) işləmişdir. Sonra yaradıcılıqla məşğul olmuşdur. Lope de Veqanın "Hiyləgər məşuqə" pyesini tərcümə etmişdir. A. T. Tvardovskinin "Yaddaşın hökmü" poemasının tərcüməsinə görə M. Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülmüşdür (1988). 1991-ci il aprelin 19-da vəfat etmiş, Bakının Əmircan kəndində dəfn olunmuşdur. Tofiq Bayram Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimidir.
Tofiq Bayramov
Bayramov Tofiq Qulaməli oğlu — azərbaycanlı aktyor. Tofiq Bayramov Suraxanı rayonundakı 97 saylı orta məktəbi bitirib. 1965- 1969-cu illərdə M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutunda aktyor sənətinə yiyələnib. Tələbə ikən C.Cabbarlının "Sevil" pyesinin tamaşasında Balaş rolunda oynayıb. İnstitutu bitirdikdən sonra təyinatını Sumqayıt Dövlət Dram Teatrına veriblər. Tofiq Qulaməli oğlu burada tamaşa qoyulan bir çox əsərlərdə müvəffəqiyyətlə çıxış edərək teatr rəhbərliyinin rəğbətini qazanıb. N.Həsənzadənin "Qoy bütün şərq bilsin", M.F.Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli şah", S.S.Axundovun "Tamahkar", Bokarenin "Poladəridənlər" əsərlərinin tamaşalarında Tofiq Qoçu Qələndər, Şahbaz bəy, Hacı Murad və Sanya rollarında rejissorların tələb etdiklərindən də yüksək səviyyədə çıxış edib. Bir müddət Musiqili Komediya Teatrında yaratdığı maraqlı obrazlardan sonra 1995- ci ildən taleyini Bakı Bələdiyyə Teatrına bağlayıb. Bu illər ərzində Tofiq Bayramov Bakı Bələdiyyə Teatrının repertuarında olan tamaşalarda yaddaqalan çoxsaylı rollarda çıxış edib. C.Məmmədquluzadənin "Ölülər" əsərində- Hacı Həsən ağa, M.F.Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli şah"komediyasında- Hatəm ağa, Nazim Hikmətin "Damokl qılıncı"nda- Hakim, C.Cabbarlının "Dönüş" əsərində Xosməmməd, Sofoklun "Elektra"sında- Tolfibi, İ.Kərimovun "Xəyanətin Müsibəti"ndə- Abdulla, N.Nərimanovun "Nadir şah"ında- Cavadxan, A.Babayevin "Oğul"unda- Qeysər, A.Qurbaninin "Türk sancağı"nda- Kərbəlayi Muxtar, Ə.Əliyevin "Unutqanlıq qorxunc bəladır"nda- Qarasaqqal, M.Hüseynin "Cavanşir"ndə- Cavanşir, H.Cavidin "İblis"ndə- İxtiyar rolları ilə sənətkarlığını nümayiş etdirib və çoxsaylı teatrsevərlərin alqışına səbəb olub.
Tofiq Bağırov
Bağırov Tofiq Məsim oğlu (25 fevral 1926, Gəncə – 27 aprel 2003) — Azərbaycanın dövlət xadimi. 25 fevral 1926-cı ildə Gəncə şəhərində anadan olub. Gəncədə orta məktəbi bitirdikdən sonra (1943) Tiflis Dəmir Yolu Mühəndisləri İnstitutuna daxil olub.Təhsilini 1948-ci ildə başa vurub. T. M. Bağırov əmək fəaliyyətinə 1948-ci ildə Orcenikidze Dəmir Yolu İdarəsinin Mahaçqala şəbəkəsində yol növbətçisi kimi başlayıb. Dərbənd stansiyasında dispetçer işləyib. 1949-cu ildə Azərbaycana gələrək, Biləcəri stansiyasında böyük dispetçer, stansiya rəisinin müavini olub. SSRİ Dəmir Yolu Akademiyasının ali mühəndislər kursunu bitirdikdən (1953) sonra isə Biləcəri stansiyasının rəisi vəzifəsində çalışıb. T.M.Bağırov 1956-cı ildən etibarən rəhbər vəzifəsində Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin rəis müavini (1956–1958), iki ildən sonra isə Bakı şöbəsinin rəisi (1958–1960), Kommunist Partiyasının Bakı şəhəri Nərimanov rayonunun Birinci Katibi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1961–1963), Azərbaycan KP Gəncə (Kirovabad) Şəhər Komitəsinin birinci katibi (1962–1966), Azərbaycan KP Mərkəzi Komitəsində Təşkilat və Partiya orqanları şöbəsinin müdiri (1966–1971), Azərbaycan Dəmir Yolu İdarəsinin birinci rəis müavini (1971–1983), Azərbaycan SSR Ali Sovetinə, bir dəfə isə SSRİ Ali Sovetinə deputat seçilib. "SSRİ Fəxri Dəmir Yolçusu" adına layiq görülmüşdür. 1983-cü ildən təqaüdə çıxan T.Bağırov 1988-ci ildə, Dağlıq Qarabağ hadisələri başlanan zaman aktiv fəaliyyətə başlayıb.
Tofiq Bəhramov
Tofiq Bəhram oğlu Bəhramov (29 yanvar 1925, Ağdam, Ağdam qəzası – 26 mart 1993, Bakı) — Azərbaycanlı futbol hakimi, futbolçusu, Azərbaycan Futbol Federasiyası Assosiasiyasında hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışmışdır. 1966-cı ildə İngiltərədə keçirilən 1966 FİFA Dünya Kubokunun finalında Tofiq Bəhramovun İngiltərə milli futbol komandasının lehinə verdiyi obyektiv qərar Uembli stadionuna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olmuş və dünya futbol tarixinin ən mübahisəli epizodlarından sayılır. O, dünya futbol tarixində adına heykəl olan və adı stadiona verilən ilk hakimdir. Tofiq Bəhramov 1925-ci il 29 yanvarda Ağdamda anadan olub. Onun valideynləri 1918-ci il hadisələri vaxtı Zəngəzur qəzası, İncəvar kəndindən (1930-cu illərdə ləğv edilən kənd Ermənistan SSR, Qafan rayonunda yerləşib) didərgin düşmüşdü. Futbolçu karyerasına 1943-cü ildə başlayan Tofiq Bəhramov 6 ay "Spartak" cəmiyyətində məşq edəndən sonra Bakı birinciliyində "Burevestnik"-lə oyunda debüt etdi. Bir il sonra Bəhramov artıq SSRİ çempionatının B qrupunda yarışan Bakı "Dinamo"suna yollandı. Daha sonra isə "Neftyannik"ə dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib. Müasirlərinin dediyinə görə, Bəhramov əsas oyunçu olmasa da, komandanın kapitanı olub və hakimlərlə daha çox mübahisə etməsinə görə digər oyunçulardan fərqlənib, lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb.
Tofiq Bəktaşi
Tofiq Heydər oğlu Bəktaşi (1912, Culfa rayonu) — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri namizədi, professor. Tofiq Bəktaşi 1912-ci ildə Culfa şəhərində anadan olmuşdur. Naxçıvan Pedaqoji Texnikumunu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1933–1954-cü illərdə Naxçıvan şəhər orta məktəblərində, ikillik Müəllimlər İnstitutunda dərs demişdir. 1962-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1954–1962-ci illərdə Bakı Dövlət Universitetinin Nəzəri mexanika kafedrasında baş müəllim, 1962–1980-ci illərdə həmin kafedranın dosenti olmuşdur. 1980-ci ildə professor elmi adını almışdır. Elmi fəaliyyəti: diferensial tənliklər nəzəriyyəsi.
Tofiq Cahangirov
Tofiq Şahmur oğlu Cahangirov (10 dekabr 1963, Novruzlu, Saatlı rayonu) — kardioloq, tibb elmləri doktoru, professor, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri (2017-2019), Azərbaycan Kardiologiya jurnalının redaktoru, C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "Arterial Hipertenziya" şöbəsinin rəhbəri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya kafedrasının müdiri Professor Tofiq Cahangirov 30 Noyabr 2022-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Tofiq Cahangirov 10 dekabr 1963–cu ildə ildə Saatlı rayonunun Novruzlu kəndində anadan olmuşdur. 1981-ci ildə Saatlı rayon Səməd Vurğun adına 1 saylı orta məktəbi bitirmiş və həmin ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1987-ci ildə həmin institutun müalicə-profilaktika fakültəsini bitirmişdir. 1993-cü ildə Rusiya Fedarasiyası A.L Myasnikov adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi olmuşdur. 2006-cı ildə Rusiya Federasiyası Moskva Dövlət Tibbi-Stomatoloji Universitetində doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru olmuşdur. 1994-1997-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun klinikasının baş həkimi olmuşdur. 1997-ci ildən 2019-ci ilə kimi Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun «Ürək Çatışmazlığı» şöbəsində böyük elmi işçi, 2019-cu ildən hal-hazıra kimi «Arterial Hipertenziya» şöbəsinin rəhbəri, 2011-ci ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya kafedrasının professorudur. 2018-2019-cu illərdə keçirilən ölkə daxili konfranslar ( Bakı, Naxçıvan, Gəncə, Sabirabad, Cəlilabad və s…) Azərbaycan Kardiologiya Cəmiyyətinin 10 illik Yubileyi Bakı Konqres Mərkəzində Keçirilən Azərbaycan Kardiologiya Cəmiyyətinin VII, VIII Beynəlxalq Konqresləri Türk Kardioloji Dərnəyi (konqreslərində çıxışlar, iclaslarda sədrlik) Rusiya Kardiologiya Cəmiyyəti Avropa Ürək Çatışmazlığı Assosiasiyası (birgə ortaq sessiyalar-çıxışlar, iclasa sədrlik) İtaliya Kardiologiya Federasiyası ilə birgə ortaq toplantı (çıxışlar, iclasa sədrlik) Rusiyanın «Ürək çatışmazlığı üzrə Mütəxəssislər Cəmiyyəti»nin Rusiyanın «Ultrasəs diaqnostikası üzrə Mütəxəssislər Assosiasiyası»nın «Avropa Ürək Çatışmazlığı Cəmiyyəti»nin «Avropa Kardiologiya Cəmiyyəti»nin həqiqi üzvü Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü, “Ürək Çatışmazlığı” işçi qrupunun rəhbəri 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü. 2021-ci il martın 5-də keçirilən YAP-ın VII qurultayında İdarə Heyətinin üzvü seçilmişdir. Kardiologiya sahəsində 100 elmi iş, eyni zamanda monoqrafiyalar, tədris vəsaiti, məqalələr dövrü nəşriyyatda və respublikadan kənar çap olunmuşdur.
Tofiq Cavadov
Tofiq Mirhaşım oğlu Cavadov (Mircavadov) (7 fevral 1925, Bakı – 20 avqust 1963, Moskva) — Azərbaycanlı rəssam. Tofiq Cavadov 7 fevral 1925-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1945–1948-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub. 1948–1952-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsində təhsil almışdır. Əyyub Məmmədov, Əbdül Xalıq, Əyyub Hüseynov və Baba Əliyev kimi Azərbaycan rəssamlarından dərs alıb. T. Cavadov 20 avqust 1963-cü ildə Moskva–Serpuxov elektrik qatarının Çepelyova stansiyasında hadisə zamanı dünyasını dəyişmişdir. Cavad Mircavadovun qardaşıdır. 1950-ci illərin ikinci yarısından etibarən Tofiq Cavadov yeni mərhələyə — neorealizm dövrünə başlayır. Neorealizm mərhələsi neft və ağır sənayeyə həsr olunmuş tabloların və fəhlə obrazlarının timsalında özünü büruzə verir. "Neftçilər", "Sənaye mənzərəsi", "Operator qız", "Neftçi", "Poladəridən sexdə", "Poladəridənin portreti" kimi əsərləri bu dövrün məhsuludur.