Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lazulit
Lazulit — mineral, (Mg,Fe2+)Al2 [PO4ïOH]2. == Haqqında == Lazulit (Mg>Fe) - skorsalit (Fe>Mg) - barbosalit (Fe) tam izomorf seriyasının olması ehtimal edilir. Tərkibində bəzən SiO2, Fe2O3, CaO olur. Monoklinik. Habitus itipiramidal və lövhəvari. Ayrılması {110} üzrə qeyri-mükəm­məl. Aqreqat: kip, dənəvər. Rəngi göy. Sərtliyi 5-6. Xüsusi çəkisi 3,1.
Lazurit
Lazurit — mineral, (Na,Ca)8[(SO4, S, Cl)2ï (AlSiO4)6] == Haqqında == Lazurit sodalit ilə izostrukturdur. Rəngi göy. Əsasi, bəzən turş püskürmə süxurların yaxınlığında kontakt-metamor­fizmə uğramış əhəngdaşlarında və onların peqmatitlərində. Floqopit, humit, forsteritlə assosiasiya olur. Bəzək daşı. Sinonim: Ultramarin, Lyapis-lazur. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Azurit
Azurit Cu2[(OH)2 | CO3] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – intensiv lacivərdi-göydən tünd-göyədək; torpaqvari kütlələri mavidir; Mineralın cizgisinin rəngi – mavi, göy; Parıltı – şüşə; Şəffaflıq – yarımşəffafdan işıqkeçirənədək; Sıxlıq – 3,77-3,83; Sərtlik – 3,5- 4,0; Kövrəkdir; Ayrılma – {011} üzrə mükəmməl, {100} üzrə orta; Sınıqlar – qeyri-hamar, pilləli; Morfologiya – kristallar: kiçikdir; yaxşı ifadə olunmuş sütun- və lövhəvari həbəoxşar, nisbətən az hallarda qısaprizmatik, bəzən izometrik, çox zaman əyriüzlü; Mineral aqreqatları: torpaqvari (mis göylüyü), böyrək- və salxımvarı, radial-şüalı kütlələr, qabıqlar, qaysaqlar, konkresiyalar, druzalar, fırçalar, malaxit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Mis filizi yataqlarının səciyyəvi törəmə mineralı olub, karbonatların iştirak etdiyi şəraitdə ilkin Cu minerallarının oksidləşməsi hesabına əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: malaxit, xalkozin, digenit, kovellin, kuprit, bornit, Fe hidroksidləri və b. Mineralın tapıldığı yerlər: Sumeb (Namibiya); Broken-Xill və Burra (Avstraliya); Kelli, Bisbi (ABŞ); Kopiapo (Çili); Kornuoll, Devonşir, Derbişir (Böyük Britaniya); Cezkazqan (Qazaxıstan); və b. Azərbaycanda hər yerdə kəskin üstünlük təşkil edən malaxitlə sıx assosiasiyada rast gələn azuritin kiçik yığınları Gədəbəy rayonunda müşahidə edilir. == Tətbiqi == Bəzən Cu mənbəyi kimi praktik maraq doğurur. Göy boya alınmasında da istifadə edilir. Mineral-indikator kimi mis filizlərinin axtarışında istifadə olunur.
Azuçi qəsri
Azuçi qəsri (安土城) – Yaponiyanın Şiqa prefekturasının Omihaçiman şəhərində yerləşmiş qəsr. Oda Nobunaqanın əsas qəsrlərindən biri olmuşdur. Bir çox xüsusiyyətinə görə dövrünün müasir qəsrlərindən biri olmuşdur. 1582-ci ildə baş vermiş yanğından sonra məhv olmuşdur. Daş bünövrəsindən başqa heç bir hissəsi salamat qalmayıb, lakin Mie prefekturasında reproduksiyası yerləşir. == Tarixi == XVI əsrin ortalarında portuqallar tərəfindən odlu silahların Yaponiyaya tanıdılmasından sonra ənənəvi qəsr modellərindən imtina edilmiş və feodallar odlu silahlara qarşı effektiv qəsrlər tikdirməyə başlamışdırlar. Azuçi qəsri bu baxımdan növünün ilk nümunələrindən biri olmuşdur. Qəsrin tikintisi Oda Nobunaqa tərəfindən 1576-cı ildə başladılmış və 1579-cu ildə tamamlanmışdır. Qəsr Biva gölünün sahilində, düzənliyə baxan təpənin üstündə, paytaxt Kiotoya gedən vacib nəqliyyat yollarının üstündə tikilmişdir. Əvvəlcə qəsr ancaq müdafiə qurğusu kimi nəzərdə tutulsa da, Nobunaqa qəsrdən iqamətgah kimi də istifadə etmişdir.
Lazurit yolu Beynəlxalq Tranzit Dəhlizi
Lapis Lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizi— 2017-ci ilin 15 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabat şəhərində keçirilən Regional İqtisadi Əməkdaşlıq konfransı çərçivəsində Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstan hökümətləri arasında imzalanan müqavilə. Yeni müqaviləyə əsasən bu ölkələr yaxın zamanda öz aralarında regional dəmir yolları və magistral yollarla birləşərək yeni ticarət dəhlizi formalaşdıracaqlar. Həmçinin yeni müqavilə tarixi Lapis Lazuli ticarət yolunun yenidən bərpasını nəzərdə tutur. Lapis Lazuli beynəlxalq ticarət dəhlizi ideyası ilk dəfə 2012-ci ildə Əfqanıstan İslam Respublikası tərəfindən irəli sürülmüşdü. Layihə ilə bağlı ölkələrarası yekun görüş 2016-cı ilin noyabr ayında Bakı şəhərində baş tutmuşdu. Məqsəd dənizə çıxışı olmayan Əfqanıstan regional ölkələrlə ticarət və iqtisadi əlaqələrini gücləndirmək, həmçinin yerli Əfqan mallarının qısa və təhlükəsiz yolla Avropa bazarlarına daşınmasını təmin etmək idi. Layihənin ilkin mərhələdə büdcəsi 2 milyard ABŞ dolları həcmində müəyyən edilmişdir. Dəhlizin başlağıc nöqtəsi kimi Əfqanıstan – Türkmənistan sərhədinin yaxınlığında yerləşən Aqina şəhəri (Fəryab əyaləti) və Torqundi şəhəri (Herat əyaləti)i təyin ediliblər. Bu şəhərlər qonşu Türkmənistanla dəmir yolu əlaqəsinə malik olub Əfqanıstanı Xəzər Dənizi hövzəsi ilə birləşdirəcək əsas şəbəkədir. Türkmənistan ərazisindən dəmir yolu vasitəsilə daşınan yüklərin əvvəlcə Türkmənbaşı Dəniz limanına ordan isə Bakı beynəlxalq Ələt limanına daşınması nəzərdə tutulub.