Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Randeya döyüşü
Randeya döyüşü — Ermənistan çarı I Trdatın başçılıq etdiyi birləşmiş erməni-parfiya ordusu ilə Lusi Yuni Sezenni Petin Roma legionları arasında 62-ci ildə baş tutmuş döyüş. Bu, 58–63-cü illər Roma-Parfiya müharibəsinin epizodlarından biri idi. Döyüş 62-ci ildə Randeya yaxınlığında (indiki Türkiyədə, tarixi Sofena regionunda) baş tutmuşdur. Döyüş romalıların tam məğlubiyyəti və müttəfiq erməni-parfiya qoşunlarının qələbəsi ilə başa çatmışdır. Döyüşdən bir neçə ay sonra Randeya sülh müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, Roma imperiyası Ermənistanın suverenliyini, I Trdatı isə ölkənin hökmdarı kimi tanımışdır. Trdatın özünü Romanın vassalı kimi tanıması şərti ilə bütün tutulmuş ərazilər Ermənistana qaytarılmışdır.
Randeya müqaviləsi
Randeya müqaviləsi — 63-cü ildə Parfiya və Roma imperiyası arasında imzalanmış, 58-ci ildə başlamış Parfiya–Roma müharibəsini sonlandıran sülh müqaviləsi. Bu, 62-ci ildə Randeya döyüşündə romalıların məğlubiyyətinin nəticəsi idi. İmperiyanın sərhəd ərazilərində artan Parfiya təsirindən narazı qalmış Neron Romanın vassal padşahlarının hakimiyyətini bərpa etmək missiyası ilə legat Qney Domisi Korbulonu böyük bir ordunun başçısı təyin edərək regiona göndərmişdir. Xalkisli Aristobulu Kiçik Ermənistan (Nikopol və Satala), Emesalı Soem isə Sofenaya təyin etmişdir. 58-ci ilin yazında Korbulon Kappadokiyadan Böyük Ermənistana daxil olmuş və Artaşata doğru irəliləmişdir. Eyni zamanda I Parsman şimaldan, Kommagenalı IV Antiox isə cənub-qərbdən hücuma keçmişdir. Ermənistan çarı I Trdat qardaşı Parfiya hakimi I Vologezin köməyi ilə Roma ordusunu sıxışdırmaq üçün çevik qüvvələr göndərmiş, Korbulon da eyni taktikadan istifadə edərək muşkları Ermənistanın periferik rayonlarını qarət etmək üçün göndərmişdir. Trdat paytaxtdan qaçmış, Korbulon isə oranı yandırmışdır. Yayda Korbulon Tarodan keçərək Tiqranakertə yaxınlaşmış, burada onun sərkərdələrindən bir neçəsi pusquda öldürülmüşdür. Buna baxmayaraq, şəhərin biri istisna olmaqla bütün qalalarının qapıları Roma ordusuna açılmışdır.
Desislava Radeva
Desislava Kirilova Radeva (bolq. Десислава Кирилова Радева; 9 iyul 1969, Burqas) — Bolqarıstanın ictimai xadimi, 2017-ci ilin yanvarından etibarən Bolqarıstanın birinci xanımı, prezident Rumen Radevin həyat yoldaşı. == Erkən həyatı və karyerası == Desislava Radeva 9 iyul 1969-cu ildə Burqasda anadan olub. O, Milli və Dünya İqtisadiyyatı Universitetinin Maliyyə və Kredit ixtisasına daxil olmamışdan əvvəl orta təhsilini Geo Milev adına ingilis dili məktəbində alıb. O, həmçinin Sofiya Meşəçilik Universitetində təhsil alıb. Desislava Radeva tələbəlik illərində kənd təsərrüfatı naziri Rumen Xristovun asistenti kimi işləyib, daha sonra karyerasını Kanaleto və Hushove kimi televiziya şoularında ofis meneceri kimi davam etdirib. Radeva bundan başqa Bolqarıstan Musiqi Şirkətində ictimaiyyətlə əlaqələrdən məsul şəxs, daha sonra isə Bolqarıstandakı Heineken şirkətinin baş menecerinin köməkçisi olub. 2016-cı ildə o həmin ilin noyabrında Bolqarıstanda keçirilən prezident seçkilərində fəal iştirak edərək o vaxtkı partnyoru Rumen Radev üçün kampaniya aparıb. Radeva 2017-ci ildə ictimai maraqlara uyğun fəaliyyət göstərən "Bolqarıstanın Canlı Suyu" (bolq. "Живата вода на България") adlı qeyri-kommersiya assosiasiyasını təsis edib.
Rumen Radev
Rumen Georgiyev Radev (d. 18 iyun 1962; Dimitrovqrad, Bolqarıstan) — Bolqarıstanlı siyasi xadim. Bolqarıstanın 5-ci Prezidenti. Rumen Radev 18 iyun 1962-ci ildə Bolqarıstanın Dimitrovqrad şəhərində anadan olub.