Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Conka
Conka — malaya dilində djong; təhrif olunmuş Çin dilində çuan — gəmi) — yastıdibli yelkənli yük gəmisi; burun və arxa tərəfi enli, bir qədər yuxarı qalxmış olur. Dəniz sahilinə yaxın və çayda hərəkət üçün ənənəvi Çin və Yapon yelkənli gəmisidir.. Müasir conkalarda dor ağaclarının sayı 3-ədəddir. Üfuqi tamaşalarla əlaqələndirilmiş çiləkəndən olan yelkənləri dördbucaq formasındadır. Conkanın uzunluğu 55 m-ə, eni 9 m-ə, yükgötürmə (yükqaldırma) qabiliyyəti 600 tona qədərdir. Hazırda Cənub-Şərqi Asiya və Uzaq Şərq ölkələrində geniş istifadə edilir. == Mənbə == Milli Azərbaycan Ensiklopediyası. V cild. Bakı,2014, səh,383.
Rucina Balşiç
Rucina Balşiç (serb. Руђина Балшић; 1396 – 1420) — zetanlı zadəgan qadın və Balşiç ailəsindən bugünkü Monteneqro və Albaniya ərazisini idarə edən hökmdar. O, Mrkşa Jarkoviç ilə evləndi və 1414-cü ildə vəfat etdikdən sonra onun səltənətini, Valona Knyazlığını miras aldı. Onun hersoqluğunu venesiyalılara satmaq üçün uğursuz danışıqlardan sonra, Osmanlılar 1417-ci ildə onu ələ keçirdilər. Rucina 1418-ci ildə Valonadan Buva valisi olduğu Zetaya qaçdı. 1420-ci ildə İkinci Skutari Müharibəsi zamanı heç bir müqavimət göstərmədən Budvanı venesiyalılara təslim etdi və şəhərin xəzinəsi ilə Dubrovnikə köçdü. Rucina (və ya Rugina, Rudina) Zeta Lordu II Balşanın (1378–1385) və İvan Komnin Asenin qızı Komnena Asenin qızı idi. 1391-ci ildə Rucina zadəgan Mrkşa Jarkoviç ilə evləndi. Onların nikahı Ohrid Arxiyepiskopu tərəfindən xeyir-dua aldı, baxmayaraq ki, onlar yaxın qohum olduqları üçün qeyri-kanonik sayılırdı. 1397-ci ildə ona və anasına Raquza Respublikasının vətəndaşlığı verildi.
Diana Da Rucna
Diana Da Rucna (d. 16 oktyabr 1989; Feltre, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Diana Da Rucna İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.