Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sanatoriya
Sanatoriya (lat. sano "sağaldıram, şəfa verirəm") — sağalma və ya xəstəliklərin profilaktikası üçün iqlim, mineral su, şəfaverici palçıq, dəniz vannası, idman, fizioterapiya və dietik yeməklərdən istifadə edilən sağlamlıq-profilaktik müəssisələri. Sanatoriyalar təşkil olunacaq necə kurortlarda, həm də onlardan kənar, əlverişli iqlimlə, landşaftla yerlərdə (şəhərətrafı zonalar) və sanitardır – gigiyenik şərait (şərtlər) (yerli sanatoriyalar). İşləyənlər üçün sənaye müəssisələrinə yaxın sanatoriyalar təşkil olunacaq – profilaktorilər.
Anatoli
Anatoli Banişevski — Azərbaycan futbolçusu və məşqçisi. Anatoli Torkunov — Rusiya diplomatı, tarixçisi, akademik. Anatoli Davidoviç - Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Lukyanov - Sovet partiya və dövlət xadimi Anatoli Karpov - şahmat üzrə 12-ci dünya çempionu Anatoli Lunaçarski - rus-sovet yazıçısı, tərcüməçi, akademik Anatoli Lyadov - rus bəstəkarı, dirijor, pedaqoq, Anatoli Papanov - sovet teatr və kino aktyoru Anatoli Rıbakov - Rusiya yazıçısı. Anatoli Kotenyov - Aktyor Anatoli Falkoviç - Aktyor Anatoli Smiranin — Aktyor Anatoli Ponomaryov - İsveç və Azərbaycan futbolçusu. Anatoli Aleksandrov - böyük sovet fiziki, üçqat Sosialist Əməyi Qəhrəmanı Anatoli Solovyov - Aktyor. Anatoli Yabbarov — Aktyor Anatoli Tebloyev - Rusiya futbolçusu, Anatoli Borisov Anatoli Terpitski — Belarus aktyoru, Belarusun əməkdar artisti. Anatoli Solovyanenko — Dünya şöhrətli tenor. Anatoli Strekov - texnika elmləri doktoru Anatoli Miller — rus türkoloqu. Anatoli Ravikoviç - SSRİ və Rusiya teatr və kino aktyoru. Anatoli Quskov — Azərbaycan SSR daxili işlər naziri (1953-1954), Anatoli Novoseltsev – Sovet şərqşünası.
Anatoli Anatoli oğlu Nuriyev
Anatoli Anatoli oğlu Nuriyev (ukr. Анатолій Анатолійович Нурієв; 20 may 1996, Mukaçevo[d], Zakarpattya vilayəti) — Azərbaycanlı peşəkar futbolçu. Bakının "Sabah" klubunda hücumameyilli yarımmüdafiəçi və mərkəz hücumçusu kimi çıxış edir. Ukraynada anadan olub, Azərbaycan millisində çıxış edir. Atası əslən azərbaycanlı, anası isə ukraynalıdır. == Karyerası == === Klub === Anatoli futbolda ilk addımlarını 13 yaşında olarkən doğulduğu Mukaçevo şəhərinin uşaq idman məktəbində atıb. Bir müddət bir neçə əyalət turnirlərində iştirak edən komandalarda oynadıqdan sonra, 2016-cı ildə "Stal" klubuna qoşulur. Burada bir mövsum keçirtdikdən sonra, 2018-ci ildə "Minay" klubuna transfer edilir. 2021-ci ilin aprelində futbolçu klubla müqaviləsini daha bir il müddətinə uzadır. Ancaq mövsüm sonunda "Minay" klubunun Ukrayna yüksək Liqasını tərk etməsindən sonra klubla müqaviləsini pozur.
Kimiko Şiratori
Kimiko Şiratori (d. 6 iyun 1968) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Sanco Sanetomi
Sanco Sanetomi (三条 実美, 13 mart 1837, Kioto – 28 fevral 1891, Tokio[d]) – Yaponiya saray əyanı və Meyci hökumətinin başçılarından biri. 1837-ci ildə Kioto şəhərində Fucivara ailəsinin beş əsas qolundan birinin üzvü kimi doğulmuşdur. Atası Sanco Sanetsumu Ansey təmizlənməsi zamanı 1859-cu ildə şoqunluq tərəfindən öldürülmüşdür. Buna görə də Sanetomi Sonno coy hərəkatına qoşularaq imperator hakimiyyətini dəstəkləməyə başlamışdır. 1863-cü ildə imperatorluq sarayında yenicə yaradılmış dövlət işləri üzrə komissar postuna təyin olunmuş, Tokuqava şoqunluğunu devirmək və imperator hakimiyyətini bərpa etmək istəyən əyanlar arasında vacib rol oynamışdır. İmperatorluğu dəstəkləyən Çoşu əyalətinin samurayları ilə əlaqələr qurmuşdur. 30 sentyabr 1863-cü ildə baş vermiş dövlət çevrilişindən sonra altı əyanla birlikdə Çoşu əyalətinə qaçmışdır. Sonuncu Tokuqava şoqunu Tokuqava Yoşinobunun 1867-ci ilin noyabrında hakimiyyəti imperatora qaytarmasından sonra Sanetomi Kiotoya qayıtmışdır. Növbəti il Administrasiya ofisinə təyin olunmuş, İvakura Tomomi ilə birlikdə yeni hökumətin mərkəzi fiqurlarından biri olmuşdur. 1869-cu ildə Sağ nazir, 1871-ci ildə Böyük nazir təyin olunmuşdur.
Sadatoşi Yasuqi
Sadatoşi Yasuqi (八杉貞利, Yasuqi Sadatoşi, 16 sentyabr 1876, Tokio – 26 fevral 1966) – Yaponiya müəllimi və dilçisi. Rus dili üzrə mütəxəssis olmuşdur. Sadatoşi Yasuqi 1876-cı ildə Tokioda doğulmuşdur. 1900-cü ildə Tokio Universitetinin filologiya fakültəsindən məzun olmuşdur. O, rus ədəbiyyatının tərcüməçisi olan Futabatey Şimeyin azsaylı tələbələrindən biri olmuşdur. Futabateyin Tokio Xarici Dillər Məktəbindəki axşam dərslərinə qatılaraq ondan təsirlənmişdir. 1903-cü ildə Sankt-Peterburqa gedərək bir illiyinə Boduen de Kurtenenin tələbəsi olmuşdur. Yaponiyaya qayıtdıqdan sonra Tokio Xarici Dillər Məktəbinin professoru olmuş və 1935-ci ilə qədər bu postda qalmışdır. Təqaüdə çıxdıqdan sonra emerit professor olmuşdur. Mütəmadi olaraq Rusiyaya səyahət edərək Moskva, Leninqrad, Sibir və Mancuriya kimi yerlərdə olmuşdur.
Anatoli Ado
Anatoli Vasilyeviç Ado (rus. Анато́лий Васи́льевич Адо́; 8 yanvar 1928, Kazan – 14 may 1995, Moskva) — SSRİ və Rusiya tarixçisi, Fransa tarixi üzrə mütəxəssis. == Həyatı == Anatoli Vasilyeviç Ado 8 yanvar 1928-ci ildə Kazanda anadan olmuşdur. Atası Vasili Ado, Kazan Universitetlərində tarix fənnindən dərs demişdir. O, Fransanın müasir tarixi üzrə mütəxəssisdir. Ado 1970-ci ildən Moskva Dövlət Universitetinin professorudur. O, ilk dəfə olaraq Fransa arxivlərinin sənədləri əsasında XVIII əsrin sonlarında Fransa inqilabı dövrünün kəndli üsyanlarının ümumi mənzərəsini vermiş, kəndliliyi inqilabın ən mühüm hərəkətverici qüvvəsi kimi göstərmişdir. Əsas əsərləri: "XVIII əsrin sonlarında Böyük burjua inqilabı zamanı Fransada kəndli hərəkatı", (1971), "Kəndlilər və Böyük Fransa inqilabı. 1789–1794-cü illərdə Kəndli Hərəkatı" (1987; fransızca nəşr – 1996). == İstinadlar == == Əlavə ədəbiyyat == Бовыкин Д. Ю. А. В. Адо, профессор Московского университета // Французский ежегодник 2002.
Anatoli Adoskin
Anatoli Mixayloviç Adoskin (rus. Анатолий Михайлович Адоскин; 23 noyabr 1927, Moskva – 20 mart 2019, Moskva) — SSRİ və Rusiya aktyoru, Rusiyanın xalq artisti (1996). == Həyatı == Anatoli Mixayloviç Adoskin 23 noyabr 1927-ci ildə Moskva şəhərində anadan olmuşdur. O, 1942–1943-cü illərdə avtonəqliyyat texnikumunda təhsil almışdır. Adoskin 1948-ci ildə Mossovet adına teatrın nəzdində teatr studiyasını bitirmiş, 1961-ci ilə kimi burada çalışmışdır. O, 1961–1965-ci illərdə "Sovremennik" teatr studiyasında (baş rejissor Oleq Yefremov), 1965–1968-ci illərdə Lenin Komsomol teatrında aktyor olmuşdur (baş rejissor Anatoli Efros). Adoskin 1968-ci ildən yenidən Mossovet teatrının aparıcı aktyoru olmuş və Yuri Zavadskinin quruluşunda tamaşalarda iştirak etmişdir. Anatoli Adoskin filmlərdə əsasən ikinci plan rollarında çəkilmişdir: "Qızlar" filmində (1961) Dementyev, "TREST əməliyyatı" teleserialında (1967) Radkeviç, "Yeddi qoca və bir qız" komediyasında (1968) Sidorov, "Doktor Cekill və Cənab Haydin qəribə hekayəsi" filmində (1985) Atterson, "Axmaqlar evi" filmində qoca (2002) və başqaları. Anatoli Adoskin 20 mart 2019-cu ildə Moskva şəhərində vəfat etmişdir.
Anatoli Aleksandrov
Anatoli Aleksandrov (fizik) — SSRİ və Rusiya fiziki.
Anatoli Azolski
Anatoli Alekseeviç Azolski (rus. Анатолий Алексеевич Азольский; 27 iyul 1930, Vyazma, Qərb vilayəti[d] – 26 mart 2008, Moskva) — SSRİ və Rusiya yazıçısı. O, "Qəfəs" romanına görə Rusiyanın "Buker" mükafatına layiq görülmüşdür. == Həyatı == Anatoli Alekseeviç Azolski 27 iyul 1930-cu ildə Rusiya SFSR-nin Qərb vilayətinin Vyazma şəhərində hərbçi Aleksey Fyodoroviç Azolskinin ailəsində anadan olmuşdur. O, M. V. Frunze adına Ali Hərbi Dənizçilik Məktəbini (indiki Sankt-Peterburq Hərbi Dəniz İnstitutu) bitirmişdir. Azolski 1952–1954-cü illərdə hərbi dəniz qüvvələrində zabit olmuş, ardınca dəniz topçusu kimi xidmət etmiş və "Rusiya Ordusuna, Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinə Yardım" Könüllü Cəmiyyətinin Kuntsevo Dəniz Klubunda işləmişdir. O, Moskva çayındakı xilasetmə məntəqəsində minaaxtaran komandir, daha sonra 1965-ci ilə qədər Moskva müəssisələrində mühəndis kimi xidmət etmişdir. Anatoli Azolski 26 mart 2008-ci ildə vəfat etmişdir. O, Moskvada, Xovanski qəbiristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Anatoli Azolskinin əsərləri 1987-ci ildən nəşr olunur.
Anatoli Banişevski
Anatoli Andreyeviç Banişevski (23 fevral 1946, Bakı – 10 dekabr 1997, Bakı) — Ukrayna əsilli Azərbaycan futbolçusu və məşqçisi. Anatoli Banişevski UEFA-nın versiyasına görə 2004-cü ildə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib. == Həyatı == === Erkən illəri === Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda kökü Polşaya gedib-çıxan ukraynalı ailəsində anadan olub. === Futbolçu karyerası === ==== Klub karyerası ==== Uşaq futboluna Bakının "Lokomotiv" klubunda başlayıb. Razində (indiki Bakıxanov qəsəbəsi) "Lenin komsomolu" adına stadionda "Lokomotiv"lə "Spartak"ın oyunu keçirilirdi. "Neftyanik" (indiki "Neftçi") baş məşqçisi Boris Arkadyev və Ələkbər Məmmədov da oyuna baxır, ən perspektivli oyunçuları seçirdilər. Lokomotiv 4:3 hesabı ilə qalib gəlsə də, rəqibin qapısına vurulan topun üçünü də Banişevski vurmuşdu. Banişevskinin böyük futbola sıçrayışı bax, həmin oyundan başladı. 16 yaşında "Neftyanik"ə cəlb olunan Banişevski 1963-cü ildə komandanın əsas heyətində debüt edib. O, peşəkar karyerası ərzində - 1963-cü ildən 1978-ci ilədək yalnız "Neftçi" klubunda çıxış edib.
Anatoli Boqdanov
Anatoli Boqdanov (1896 – 20 sentyabr 1918) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında xidmətçi. Anatoli Boqdanov 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Anatoli Davidoviç
Anatoli Nikolayeviç Davidoviç (belar. Анато́ль Мікала́евіч Давідо́віч; 28 mart 1965, Skabin[d], Minsk vilayəti – 13 iyun 1992, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anatoli Davidoviç 28 mart 1965-ci ildə Belarus Respublikasının Minsk vilayətinin Kapıl rayonunun Skabin kəndində hərbçi ailəsində dünyaya göz açmışdır. Sonra ailələri ilə birlikdə Slutsk şəhərinə köçən Anatoli burada 10 saylı orta məktəbi bitirib. 1989-cu ildə Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbini bitirib, SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda, Zaqafqaziya hərbi dairəsində qulluq edib. 1991-ci ilin iyununadək SSRİ, sonra isə MDB ordusunda xidmət etmişdir. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayır. == Döyüşlərdə iştirakı == "N" saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. O Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük töhfələr verir. 1992-ci il Ağdam rayonunda qızğın döyüşlər gedirdi.
Anatoli Demyanenko
Anatoli Vasilyoviç Demyanenko (ukr. Анатолiй Васильович Дем'яненко, 19 fevral 1959, Dnepr) — keçmiş ukraynalı futbolçu və futbol məşqçisi. SSRİ milli futbol komandasında çıxış etmiş, uzun müddət "Dinamo Kiyev"in kapitanı olmuşdur. Beynəlxalq idman ustası (1980), SSRİ-nin əməkdar idman ustasıdır (1986). Kiyev Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. == Bioqrafiya == 19 fevral 1959-cu ildə Dnepropetrovskda anadan olmuşdur. Uşaq ikən hokkey və futbolu eyni dərəcədə yaxşı oynayıb. Dnepr məktəbinin şagirdi olub (1971–1975). İlk məşqçiləri Mixail Kolomoets və Volodimir Anufrienko olub. "Mulya" ləqəbi Demyanenkoya uşaqlıqda qoyulub — yuxarı mərtəbədə yaşayan, soyadı Muravski və həyətdəki ləqəbi Murik olan qonşu, Anatolinin böyük qardaşını ziyarətə gəlib.
Anatoli Falkoviç
Anatoli Solomonoviç Falkoviç (4 oktyabr 1923, Bakı – 1 noyabr 1994, Hayfa) — sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1972). == Həyatı == Anatoli Falkoviç 4 oktyabr 1923-cü ildə Bakıda anadan olub. Bakı Teatr Məktəbində (1943) təhsil alıb. S.Vurğun adına Rus Dram Teatrında (1941–1942, 1945–1968, 1970–1994), Rostov-na-Donu M.Qorki adına Teatrda (1968–1970) çalışıb. Kinoda 1957-ci ildən çəkilməyə başlayıb. 8 filmdə F.Dzerjinskinin rolunu canlandırıb (1965–1975). Dövlət mükafatı laureatı (1972), xalq artisti (1972) Anatoli Falkoviç 1 noyabr 1994-cü il tarixində qastrol zamanı İsraildə səhnədə vəfat edib . Anatoli Falkoviçin "Azərbaycanfilm" kinostudiyasında ilk və ən yaddaqalan uğuru "Sehirli xalat" filmindəki İo-Kio adlı sehirbaz obrazıdır. Feliks Dzerjınski obrazının yaratması isə Falkoviçə SSRİ-də ümumittifaq tanınmasınıa səbəb oldu.
Anatoli Karpov
Anatoli Yevgenyeviç Karpov (rus. Анатолий Евгеньевич Карпов 23 may 1951, Zlatoust, Çelyabinsk vilayəti, SSRİ) — şahmat üzrə 12-ci dünya çempionu, PhD, Rus şahmat qrosmeysteridir. O, Harri Kasparov tərəfindən məğlub edilənədək 1975-ci ildən 1985-ci ilə qədər rəsmi olaraq dünya çempionu sayılıb. O, 1993-cü ildə Kasparova qalib gələrək yeniden FİDE dünya çempionu olmazdan öncə 1986–1990-cı illər arasında Kasparova qarşı 3 oyun oynayib. O, FİDE-nin yeni dünya çempionluğu qaydalarına etiraz edərək çempionluq adından imtina etdiyi üçün bu adı 1999-cu ilə qədər əlində saxlaya bilib. Karpov dünya şahmat elitası arasinda çempion adını 10 il qoruya bildiyi üçün tarixin ən böyük şahmatçılarından biri sayılır. Onun turnir uğurları 160-dan çox birinci yer ilə bitirməkdən ibarətdir. Karyerasının ən yüksək dövründə Karpov 2780 Elo reytinqi ilə FİDE-nin sıralamasında 1970-ci ildəki acıqlamadan sonra 90 ay boyunca birinci pillədə olub. Karpov 2005-ci ildən Rusiya İcimai Palatasının üzvüdür. O, son zamanlar humanitar layihələrin, eləcə də yodlaşdırılmış duzun istifadəsini müdafiə edib.
Anatoli Katenyov
Anatoli Vladimiroviç Kotenyov (rus. Анато́лий Влади́мирович Котенёв; 25 sentyabr 1958, Suxumi) — Rusiya və Belarus aktyoru. == Həyatı == Anatoli Vladimiroviç Katenyov 25 sentyabr 1958-ci ildə anadan olub. MXAT məktəb-studiyasında təhsil alıb. Minsk Kinoaktyor Teatr-Studiyasında çalışıb.
Elisa Santoni
Elisa Santoni (10 dekabr 1987, Roma) — İtaliyanı təmsil edən bədii gimnast. Elisa Santoni İtaliyanı 2004 Afina, 2008 Pekin və 2012 London Olimpiadalarında təmsil etdi. == Karyerası == Elisa Santoni 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Blançi və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu. Elisa Santoni növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Blançi və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu. Dörd il sonra Böyük Britaniyanın London şəhərində baş tutan Olimpiya Oyunlarında Elisa Santoni qrup yarışlarında komanda yoldaşları Romina Laurito, Marta Pacnini, Elisa Blançi, Anjelika Savrayuk və Andreyea Stefanesku ilə birgə gümüş medal qazandı.
Anatoli Avdiyevski
Anatoli Timofeyeviç Avdiyevski (rus. Анато́лий Тимофе́евич Авдие́вский; 16 avqust 1933, Podlesnoye[d], Odessa vilayəti – 24 mart 2016, Kiyev) — SSRİ və Ukrayna xor dirijoru, bəstəkar və pedaqoqu. Ukrayna Qəhrəmanı (2003), SSRİ xalq artisti (1983), SSRİ Dövlət mükafatı laureatı (1978). == Həyatı == Anatoli Timofeyeviç Avdiyevski 16 avqust 1933-cü ildə Fyedvar (indiki Ukraynanın Kirovoqrad vilayəti, Kropivnitski rayonu, Podlesnoye kəndi) kəndində anadan olmuşdur. 1953-cü ildə Odessa Musiqi Texnikumunun (indiki Konstantin Dankeviç adına Odessa İncəsənət və Mədəniyyət Məktəbi), 1958-ci ildə Antonin Nejdanova adına Odessa Konservatoriyasının (indiki Antonin Nejdanova adına Odessa Dövlət Musiqi Akademiyası) dirijor və xor şöbəsini bitirmiş, Dmitri Zaqretski və Konstantin Piqrov ilə oxumuşdur. 1951–1958-ci illərdə 58 saylı orta məktəbdə musiqi və xanəndəlik müəllimi, Odessada xor dərnəyinin rəhbəri olmuşdur. 1958–1963-cü illərdə Lenok Polesye Mahnı və Rəqs Ansamblının (Jitomir) yaradıcısı, bədii rəhbəri və baş dirijoru olmuşdur. Viktor Kosenko adına Jitomir Musiqi Kollecində xor dirijorluğundan dərs demişdir. 1963–1966-cı illərdə Çerkası xalq xorunun bədii rəhbəri və baş dirijoru olmuşdur. 1966-cı ildən Qriqori Veryovka adına Milli Əməkdar Akademik Ukrayna Xalq Xorunun bədii rəhbəri, baş dirijoru, baş direktoru.
Anatoli Zaqorodnı
Anatoli Qleboviç Zaqorodnı (ukr. Анатолій Глібович Загородній;29 yanvar 1951, Velikaya Baqaçka[d], Poltava vilayəti) — Ukrayna Milli Elmlər Akademiyasının prezidenti, Ukrayna Milli Elmlər Akademiyasının Nəzəri Fizika İnstitutunun Plazma proseslərinin nəzəriyyəsi və modelləşdirilməsi şöbəsinin direktoru və müdiri, Ukrayna Milli Elmlər Akademiyasının akademiki (2006-cı ildən), Rusiya Elmlər Akademiyasının xarici üzvü (2011-ci ildən, 8 mart 2022-ci ildə Rusiya Elmlər Akademiyasının xarici üzvlərindən çıxmaq üçün ərizə verib). Professor, fizika-riyaziyyat elmləri doktoru, Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru, Ukrayna Milli Elmlər Akademiyasının akademik Vladimir Vernadskinin elmi irsi üzrə komissiyasının sədri. == Həyatı == Anatoli Zaqorodnı 29 yanvar 1951-ci ildə Poltava vilayətində anadan olub. 1972-ci ildə V.N.Karazin adına Xarkov Dövlət Universitetinin radiofizika fakültəsini bitirib. Bitirdiyi ildən bu günə qədər Ukrayna Milli Elmlər Akademiyasının N.N.Boqolyubov adına Nəzəri Fizika İnstitutunda işləyir. === Elmi fəaliyyəti === Anatoli Zaqorodnı İ.P.Yakimenko və Y.L.Klimontoviçlə birlikdə məkan baxımından məhdud plazma-molekulyar sistemlərin statistik nəzəriyyəsini işləyib hazırlayıbla. Onlar bu kəşfin əsasında plazma və molekulyar altsistemlərin qarşılıqlı təsirinin belə sistemlərdə elektromaqnit dalğalanmalarına təsirini tədqiq ediblər. O, plazma-molekulyar sistemlərdə bremsstrahlung nəzəriyyəsini işləyib hazırlayıb. Bu nəzəriyyədə yüklü hissəciklər və molekulların iştirakı ilə bütün mümkün səpilmə prosesləri, eləcə də elektronların və molekulların kollektiv dalğalanmalara səpilməsi nəzərə alınır.
Anatoli Borisov
Anatoli Borisov (rus. Анатолий Викторович Борисов; 14 iyul 1949, Xanlar) — Sovet və rus fiziki, Lomonosov adına Moskva Dövlət Universitetinin professoru == Bioqrafiya == Moskva Dövlət Universitetinin fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib (1972). Fizika-riyaziyyat elmlər namizədi (1976). Namizəd dissertasiyasının mövzusu: "Güclü sahələrdə sinxrotron şüalanma". 1992-ci ildə fizika-riyaziyyat elmləri doktoru olub. Onun doktorluq dissertasiyasının mövzusu "Güclü xarici sahələrdə fermiyonlar və bozonların qarşılıqlı əlaqələrinin təsiri" olub. 1997-ci ildə Moskva Dövlət Universitetinin fizika fakültəsinin nəzəri fizika kafedrasının professoru olub. == Elmi fəaliyyət == Onun elmi maraq sahəsi elementar zərrəciklər fizikası olub. O, sinxrotron şüalanma nəzəriyyəsini və super güclü maqnit sahəsində elektron-pozitron cütlərinin yaradılması və yox edilməsinin tək foton proseslərini qurdu. O, qütbləşmə effektlərini nəzərə alaraq, birləşmə sabitində daha yüksək sıralarda xarici elektromaqnit sahələrində elektrodinamik proseslərin nəzəriyyəsini işləyib hazırladı.
Anatoli Zlenko
Anatoli Maksimoviç Zlenko (ukr. Анатолій Максимович Зленко; 2 iyun 1938 – 1 mart 2021) — Ukrayna dövlət xadimi. 1990-cı ilin iyulundan 1994-cü ilin avqustuna qədər və 2000-ci ilin oktyabrından 2003-cü ilin sentyabrınadək iki dəfə Ukraynanın Xarici İşlər naziri olub. == Təhsli == Anatoli Zlenko, Kiyev Mədən Kolleci və Taras Şevçenko adına Kiyev Milli Universitetində (tərcüməçi-referent) təhsil alıb. == Həyatı == Anatoli Zlenko, 1967-ci ildən diplomatik fəaliyyətdədir. 1967-ci ildə attaşe, Ukrayna SSR Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar şöbəsinin ikinci katibi olub. 1973–1979-cu illərdə Parisdə YUNESKO Katibliyində çalışıb. 1979-cu ildə Ukrayna SSR Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlar şöbəsinin müşaviri olub. 1979–1983-cü illərdə Ukrayna SSR YUNESKO üzrə Komissiyasının məsul katibi olub. 1983–1987-ci illərdə Ukrayna SSR-nin YUNESKO yanında daimi nümayəndəsi olub.
Andrea Santoro
Andrea Santoro (7 sentyabr 1945 – 5 fevral 2006, Trabzon) — Türkiyədə Roma-katolik keşişi. O, Katolik Kilsəsinin "Fidei donum" proqramının missioneri kimi xidmət etdiyi Trabzonda, Santa-Mariya kilsəsində qətlə yetirilmişdir. Bu, erməni jurnalist Hrant Dinkin və "Zirvə" nəşriyyatında baş verən qətllər ilə yanaşı Türkiyədə nifrət cinayətlərini diqqət mərkəzinə çevirən qalmaqallı hadisələrdən biri idi.
Rodriqo Santoro
Rodrigo Junqueira dos Reis Santoro (22 avqust 1975, Petropolis, Rio-de-Janeyro) — məşhur braziliyalı aktyordur.
Anatoli Serdyukov
Anatoli Eduardoviç Serdyukov, (rus. Анатолий Эдуардович Сердюкóв; 8 yanvar 1962, Xolmskaya[d], Krasnodar diyarı, Krasnodar diyarı, Sovet İttifaqı ) — rusiyalı siyasətçi və iş adamı. O, 15 fevral 2007-ci ildən 6 noyabr 2012-ci ilə qədər Rusiyanın müdafiə naziri vəzifəsində işləmişdir. 2007-ci ilin noyabr ayında o, Corc KovalA verilmiş Rusiya Federasiyasının Qəhrəmanı mükafatını almışdır.