Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Svastika
Svastika (Sanskritcə: स्वस्तिक) ya da qammalı xaç — tarix əvvəli dövrlərdən qalma simvol. Qammalı xaç adı yunanca qamma (Γ) hərfinə və xaç şəklinə (+) əsaslanaraq verilmişdir. Svastika kəlməsi sanskritçədəki su (yaxşı) və asti (olmaq) kəlimələrinin birləşməsindən meydana gəlmişdir. "Yaxşı olmaq, xoşbəxt və sağlam olmaq" mənalarına gəlir. Svastika mistik simvollardan biri olmuş və mistik məna daşımışdır. Bəzi mütəxəssislər bu simvolu 4 əsas ünsürün göstəricisi kimi izah etməyə çalışmışlar. Yəni – hava, su, od, torpaq. Amerika və İngiltərə mütəxəssisləri isə bu qərara gəlmişlər ki, svastika simvolunun abbreviaturası latın əlifbasının "L" hərfi ilə başlayan 4 sözün birləşməsi kimi başa düşülməlidir. Yəni – "light" – işıq, günəş, "love" – sevgi, məhəbbət, "life" – həyat, "luck" – tale, uğur, xoşbəxtlik. Svastika — ən qədim, ən çox yayılmış qrafik simvollardan biridir.
Vindzor Svastikas
Vindzor Svastikas (ing. Windsor Swastikas) — 1905-1916-cı illərdə Kanadada fəaliyyət göstərmiş buzüstü hokkey komandası. Komandanın adındakı "svastika" sözü o zaman uğurun rəmzi olan svastika simvolundan götürmüşdür.
Astika və Nastika
Astika (sanskr. आस्तिक) və Nastika (sanskr. नास्तिक) — hinduizmdə qeyri-ortodoksal fəlsəfi məktəbləri fərqləndirmək üçün istifadə olunan adlandırmalar. Astika vedalara (hinduizmdə müqəddəs yazılar) əsaslanır, Nastika isə vedaları qəbul etmir (ehkamları, kasta sistemini və s. də o cümlədən). Astikaya 6 fəlsəfi məktəb (darşan) aid edilir: nyaya\vayşeşika, sankhya\yoqa, mimansa\vedanta. Yaxın olduqları üçün onları cüt-cüt yazırlar. Nastikaya buddizm, caynizm və lokoyata aid edilir.
Statika
Statika - cisimlərin tarazlıq qanunlarını öyrənən mexanika bölməsidir. Vektorial kəmiyyətlər həm ədədi qiyməti həm istiqaməti həm də tətbiq noqtəsi ilə olculur. Məs: Quvvə, yerdəyismə V V V → {\displaystyle {\overrightarrow {V}}} . Vektorlar paralelogram qanunu və ya üçbucaq qanunu istifadə edilərək əlavə edilir. Qüvvə bir cismin digər bədənin üzərində hərəkətidir. Qüvvə ya itələmə, ya da çəkmədir və bir cismi hərəkət istiqamətində hərəkət etdirməyə meyllidir. Bir qüvvənin hərəkəti böyüklüyü, hərəkət istiqaməti və tətbiq nöqtəsi ilə xarakterizə olunur. Beləliklə, qüvvə vektorial fiziki kəmiyyətdir, çünki təsiri hərəkətin böyüklüyünə bərabər istiqamətə də bağlıdır. Ölçü vahidi BS-də 1N (Nyuton). Bir hissəcikin statik tarazlığı statikdə vacib bir anlayışdır.
Mastika püstəsi
Saqqız ağacı (lat. Pistacia lentiscus) — hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Herodot və Hipokrat dövlərindən məşhur olan ağac. == Tarixi == Damla saqqızı, tarixinin izləri çox qədim zamanlara dayanan və hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Heredot və Hipokrat dövlərindən məşhur olan təbii bir möcüzədir. Türkiyəli məşhur botanikaçı professor Əkrəm Sezikiz sözlərinə görə Dioskolidis miladdan sonra ikinci əsrdə Anadolunu gəzərək Materiya Medika kitabını yazan tanınmış bir həkim-əczaçıdır. Müəllif əsərində saqqızın həzmi asanlaşdırmasının yanında dişlər üçün də faydalı olduğunu qeyd etmişdir. Galenos Anadolulu bir həkim-əczaçıdır. Berqamada dünyaya gəlib, orda işləyib və qərbdə tibbin atası olaraq tanınır. Galenos müxtəlif qərb səyyahlarının da saqqızın madə-bağırsaq xəstəliklərinin, qara ciyər iltihablanmasının müalicəsində istifadə etdiklərini, saqqız çeynəməyin vəya dərman şəklində qəbul etmənin, qusmanın qarşısını almaqda, iştaha açıcı, həzmi asanlaşdırıcı, mədə xəstəliklərində və xüsusən də mədə ağrılarının aradan qaldırılması üçün istifadə edildiyini qeyd etmişdir. Damla saqqızı elmi adı pistasya lentiskus varietekia olan ağacın gövdələrinə açılan yaralardan axıb quruyan maddədir. Bu ağac Egey dənizi ətrafında yetişməklə birlikdə xüsusən də burda yerləşən Saqqız adasında yetişdirilərək saqqız istehsalında istifadə edilir.