Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Savat
Savat (fr. Savate; digər adları: boxe française, fransız boksu, fransız kikboksu) — Parisdə küçə döyüşü kimi başlanan və müstəqil idman növünə çevrilmiş fransız döyüş sənəti. Savate XVIII əsrdə yaranmağa və inkişaf etməyə başlamışdır. Əvvəldən yalnız ayaqların istifadə edildiyi və əl zərbələrinin istifadə edildiyi bir idman idi. Əlləri çox az hücum üçün xidmət edərkən, əllər daha çox hücum üçün istifadə edildiyi üçün kapoeiraya bənzəyir. 1845-ci ildə bir Savate döyüşçü, Ouen Svift adlı ingilis boksçusu ilə döyüşməyə getdi, nəticədə Savate döyüşçüsünü tamamilə məğlub etdi. Bu, Fransız boksu adlandırılmağa başlanan döyüşdən sonra yumruqları birləşdirməyə başlayaraq başladı və inkişaf etdi. Bu döyüş idman növündən həm əllər, həm ayaqlar qərb boksu və ayaq zərbəsi ilə birləşdirilmiş şəkildə istifadə olunur. Müasir savatedə (fransız boksu) boks əlcəklərindən istifadə edərək zərbələr vurulur. Təpik zərbəsi (qabırbağaya, buruna, ayağa, dabana) vurulmasına görə müasir avropa (kikboksinq) və asiya (muay tay) analoqlarından fərqlənir.
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.
Sitat
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Sivan
Sivan (Xoy)
Sivas
Sivas — Türkiyənin Sivas ilinin inzibati mərkəzi.
Tivat
Tivat (mont. Тиват/Tivat) - Monteneqroda şəhər. Vrmaç yarımadasında yerləşir. Əhalisi 9.467 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Andre Salvat
Andre Salvat (1920 - 2017) — Fransa Ordusunun polkovniki.
Vikram-samvat
Samvat təqvimi (Vikram-samvat) — Hindistanda geniş istifadə edilən təqvimdir. Burada günəş ilinin uzunluğu ay aylarının uzunluğu ilə əlaqələndirilir. Müasir Nepal təqvimi onun əsasında yaradılmışdır. Samvat təqvimindən əsasən Şimali və Mərkəzi Hindistanda istifadə olunurdu. Bu sistem əsasında hesablanma eramızdan əvvəl 57-ci ildən başlayır və hökmdar Vikramın və ya Vikramadityanın adı ilə əlaqələndirilir. Onu milli qəhrəman və ideal bir hökmdar kimi xarakterizə edən çoxsaylı əfsanələr həsr olunmuşdur. O, xarici işğalçıları Hindistandan qovan hökmdar kimi xatırlanır. Əfsanələrin çoxunda Vikramın xalqına xeyir vermək istəməsindən və özünü və şəxsi maraqlarını başqalarının xeyrinə qurban verməyə hazır olduğundan bəhs edilir. Hökmdar Vikram səxavətli olması, başqalarına xidməti, cəsarəti və təkəbbür olmaması ilə məşhurlaşmışdır. Sezar adı kimi Vikramadityanın adını da bir simvol və titul qismində ondan sonrakı bir çox hökmdarlar da öz adlarına əlavə etmişlər.
Çjao Szıyan
Çjao Szıyan (çin. 赵紫阳; 17 oktyabr 1919[…] – 17 yanvar 2005[…], Pekin) – Çin partiya və dövlət xadimi. O, aparıcı islahatçı idi, Çinə bazar iqtisadiyyatını təqdim etmiş, korrupsiya ilə mübarizə aparmışdır. 17 oktyabr 1919-cu ildə Xenan əyaləti, Xuasyan qəzasında böyük bir torpaq sahibinin ailəsində anadan olmuşdur. Atası 1930-cu illərdə öldürülmüşdür. 1938-ci ildən Çin Kommunist Partiyasının üzvü olmuşdur. 1937–1945-ci illərdə yapon işğalçılarına qarşı aparılmış milli azadlıq müharibəsində və 1946–1949-cu illərdəki xalq azadlıq müharibəsində Xebey, Şandun və Xenan əyalətlərində rəhbər partiya vəzifələrində olmuşdur. 1951-ci ildə aqrar islahatın keçirilməsinə rəhbərlik etmək üçün Quandun əyalətinə göndərilmiş, əvvəlcə ÇKP MK cənub yarımbürosunun katib müavini, sonra isə ÇKP Quandun əyalət komitəsinin birinci katibi vəzifəsinə seçilmişdir. 1967-ci ilin aprel ayında bütün vəzifələrdən kənarlaşdırılmışdır. 1971-ci ildə bəraət almışdır.
Şiva
Şiva (sanskr. शिव) — hinduizmdə ən qədim tanrılardan biri. Hinduizm üç tanrı prinsipini gözləyir və bu tanrılar Brahma (yaradıcı), Vişnu (Qoruyucu) və Şivadır (dağıdıcı). Sanskrit dilində Şiva boz-qara, civə rəngli deməkdir. Şivanın simvolu linqamdır, Yeri Göylə birləşdirən parlaq sütundur, fallik kultun nişanəsidir. Şivaya həmçinin məhsuldarlıq tanrısı kimi tapınırlar. Şivanın ikinci obraz-təzahürünə Nataracə adı verilib (burada nata rəqs, aktyor, racə isə sultan mənalarında anlaşılır). Beləliklə, dini rəvayətlər Şivanı "rəqs sultanı" təqdim edir. Şivanın arvadı mərasim rəqslərinin himayədarı olan Şaktidir (Sati və Parvati kimi başqa-başqa təzahürləri var). Mifologiya fil başlı Qaneşanı Şiva və Parvatinin oğlu kimi təqdim edir.
Kanqal (Sivas)
Kanqal (türk. Kangal) — Sivas ilinin ilçəsi.
Pencak silat
Pencak silat — İndoneziyanın milli idman növü. Pencak silat heç də yalnız idman deyil, o, eyni zamanda, insana öz nəfsini necə idarə etməyi və həyatını necə qorumağı öyrədir. Bu idman növü İndoneziyada rəsmi olaraq 800 döyüş sənəti məktəbində və 13000 adada yayılmışdır. Bütün ölkədə yayılmağına baxmayaraq, bu döyüş növünün adı iki vilayətdə istifadə edilən iki termindən ibarətdir. Qərbi Yavada "pencak" sözü və onun dialektik növü "penca", Yava, Madura və Bali dialektində isə "mancak" növü yayılmışdır. Sumatrada isə "silat" və "silet" növü yayılmışdır. 1948-ci ildə İndoneziya vahid dövlət olduqdan sonra bütün bu ədəbi ifadə növləri onun ümumi terminologiyasında İkatan Pencak Silat İndonesia (qısaca İPSİ, azərb. İndoneziya Pencak Silat Cəmiyyəti‎) idarəsi tərəfindən birləşdirilmişdir. 1973-cü ildə isə müxtəlif məktəblərin nümayəndələri və stilistlər rəsmən "pencak silat" adının rəsmi söhbətlərdə işlənməsinə qərar verdilər. Baxmayaraq ki, indiki zamana qədər bəzi yerlərdə hələ də orijinal deyilişi qalmaqdadır.
Sivan (Vərziqan)
Sivan (fars. سيوان‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 51 nəfər yaşayır (17 ailə).
Sivan (Xoy)
Sivan (fars. سيوان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Sivas ili
Sivas ili — Türkiyədə vilayət. Ustaclı elinin tarixi vətəni Türkiyənin Sivas ilidir. Sivas ili Şarkışla ilçəsinin kəndləri: Sarıqaya - 75 nəfər (kürdlər) (2007-ci il) Ortaköy - 2046 nəfər (ələvi türkmənlər) (2000-ci il) Sivrialan - 118 nəfər (ələvi-bəktaşi türkmənlər) (2000-ci il) Emlek Hüyük - 173 nəfər (ələvi türkmənlər) (2000-ci il) Sivas ili Gemerek ilçəsinin kəndləri : Eskiyurt - 625 nəfər (əsasən Ələvi Türkmənlər , az sayda Kürdlər) (2000-ci il) Sivas ili Mərkəz ilçəsinin kəndləri : Tutmaç - (Azərbaycanlılar) Əhalinin əsas hissədi türkdür. Az miqdarda da kürd, çərkəz, boşnak xalqlarından insanlar vardır. Məşhur ozan Aşıq Veysəl Şatıroğlu Sivas ilinin Şarkışla ilçəsinin Sivrialan kəndində anadan olmuşdur. Sivas‘da yerləşən Xalq ozanı Âşık Veysel Şatıroğlu'nun evi müzeyə çevrilərək, Avropa İttifaqı-Türkiyə Mədəniyyətlərarası Dialogu-Müzeylər Hədiyyəsi Proqramı çərçivəsində yenilənib, sərgi sahəsi yeni bir anlayışla tərtib edilib. Müzədə sergilənən şəxsi əşyaları, şəkilləri, şeirləri və onunla bağlı nəşrlər, ziyarətçilərə Âşık Veysel’in həyat hikayəsini anlatır.
Sivas konqresi
Sivas Konqresi ya da Qurultayı Mustafa Kamal Atatürkün Amasiya qanununu açıqladıqdan sonra bir çağırış üzərinə Birinci Dünya Müharibəsindən sonra işğala məruz qalan Türk topraqlarını qurtarmaq və Türk millətinin müstəqilliyini qazanmaq üçün çarələr axtarmaq məqsədilə seçilmiş xalq təmsilçilərinin Sivasda bir araya gəlməsiylə, 4–11 Sentyabr 1919 tarixləri arasında gerçəkləşən bir konqresdir. Sivas Konqresində alınan qərarlar, daha öncə gerçəkləşdirilən Ərzurum konqresinin qərarlarını genişlədərək bütün milləti əhatə etmiş və yeni bir Türk dövlətinin quruluşuna təməl olmuşdur; bu səbəblə Sivas Konqresinin Türkiyə tarixindəki önəmi böyükdür. Sivas Konqresində, Ərzurum Konqresində alınan vətənin bütünlüyü və müstəqilliyiylə əlaqəli qərarlar eynilə qəbul edilmişdir. Konqres eyni zamanda Cümhuriyyət Xalq Partiyasının ilk qurultayı olaraq qəbul edilməkdədir. Konqresdə şərq illəri adına nümayəndə olaraq Ərzurum Konqresində seçilən Heyet-i Temsiliye (Təmsil Qurulu) üzvləri vardı. Qərbi və Orta Anadolu illrindən gələn digər təmsilçilərin də qatılması sayəsində Sivas Konqresi, milli bir konqres adını qazanmışdı. Konqresə qatılan nümayəndə sayı mübahisəli bir mövzudur. Ankara kimi bəzi illərdə valilik təzyiqi ilə nümayəndə seçimi gerçəkləşməmiş, bəzi illərdən seçilən nümayəndələrin isə yola çıxması əngəllənmiş, bu səbəbdən konqresə qatılmamış və ya konqres çalışmaları bitdikdən sonra Sivasa gələ bilmişdilər. Sonradan qatılanlarla birlikdə nümayəndə sayının 41 olduğu söylənə bilər. (Fərqli qaynaqlara görə 31, 33, 38 qatılımcı vardır.) Mustafa Kamal Atatürk (9.
Sivas qətliamı
Sivas Qətliamı, Madımak Qətliamı və ya Madımak Hadisəsi — 2 iyul 1993-cü il tarixində Sivasda Pir Sultan Abdal Kültür Dərnəyi tərəfindən təşkil edilmiş olan Pir Sultan Abdal Şənlikləri zamanı Madımak Hotelinin Sünni İslamçılar tərəfindən yandırılması və əksəriyyəti Ələvi 33 yazıçı, aşıq, 2 otel həmkarı yanaraq və tüstüdən boğularaq həyatlarını itirmişdir. Həmçinin bayırda toplaşan nümayişçilərdən də iki nəfər həyatını itirmişdir.
Sivas vilayəti
Sivas vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1922–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Sivas şəhəri idi.
Sivaş körfəzi
Sivaş körfəzi və ya Çürük dəniz (ukr. Сиваш, Гниле Море, krımtat. Sıvaş, Çürük Deñiz, Сываш, Чюрюк Денъиз) — körfəz Azov dənizinin qərbində yerləşir. Krım yarımadasını materikdən ayırır. Buradan Krım Muxtar Respublikasını Xerson vilayətindən ayırır. Sivaş sözü krımtatar dilindən tərcümədə (krımtat. sıvaş, сываш) "kir" mənasını verir. Azov dənizindən körfəzi Arabat əqrəbi ayırır. Dəniz ilə isə ensiz Qeniçeski və Romoima boğazları ilə ayrılır. Qara dənizdən Perekop bərzəxi ilə ayrılır.
Zara (Sivas)
Zara (türk. Zara) — Sivas ilinin ilçəsi.
Troy Sivan
Troy Sivan (ing. Troye Sivan; 5 iyun 1995, Yohannesburq) — Avstraliyalı müğənni, mahnı yazarı və aktyor. İlk nailiyyətini 2014-cü ildə təqdim etdiyi "TRXYE" mini-albomuna görə əldə edib. Hansı ki, Billboard 200 hit-paradında 5-ci sıraya düşüb. Həmçinin, mini-albomda yer alan sinqlı "Happy Little Pill" Avstraliya hit-paradlarında ilk onluğa daxil olub. Troy, studiya albomu debütünü isə 2015-ci ildə yayımladığı "Blue Neighbourhood" ilə gerçəkləşdirib. Albomdan ilk sinqlı "Youth" Billboard Hot 100 hit-paradında 23-cü yerdə qərarlaşıb. Troy Sivan tamaşaçı qarşısına ilk dəfə 2006-cı ildə "Channel Seven Perth Telethon" televiziya verilişində iştirakçı kimi çıxmışdır. Bu günə qədər vlogger kimi də fəaliyyət göstərir. Özünə məxsus olan YouTube kanalına video yerləşdirməyə 2012-ci ildə start verib.
Ulaş (Sivas)
Ulaş (türk. Ulaş) — Sivas ilinin ilçəsi.
Göy mədrəsə (Sivas)
Göy mədrəsə və ya Sahibiyə mədrəsəsi - bəzən adı bitişik olaraq yazılan bu tikili Anadolu Səlcuklu dönəminə aid bir mirasdır. Göy mədrəsə Sivasın mərkəzində yerləşir. Mədrəsənənin qərb hissəsində tikilinin inşası ilə bağlı bir daş kitabə vardır. Buradan göründüyü kimi tikilinin Ata Fəxrəddin Ali tərəfindən (ərəbcə: صَهِپ اتَ فَكهر ال ضِن الِ Sâhip Ata Fakhr al-Din Ali) 1271-ci ildə Kaluytan adlı meymara tikdirilmişdir. Qapının yan sütününda Göy mədrəsənin memarının Konyalı Kaluyan olması qeyd edilir. Qapı üzərində olan kitabədə belə yayılmışdır: عمر في ايام دولة السلطان الاعظم شاهنشاه المعظم غياث الدنيا و الدين كيخسرو بن قليج آرسلان خلد الله دولته "Ulu sultan, uca şahlar şahı, dünya və dinin yardımcısı Qılınc Arslan oğlu Key Xosrovun idarəçiliyi zamanında inşa edilmişdir. Allah dövlətini daim etsin." Əsas qapı və qapı üzərində olan incə işləmələr bu tikilinin ən görməli bölməsidir. Bəzəklərdə 12 növ hayvan başı, ulduz və həyat ağacı motifləri istifadə edilmişdir. Divarları oyma daşlarla işlənən minarələrin hündürlüyü 25 metrdir. Göy mədrəsə dördbucaqlı formasına sahibdir.
Hisar Şivan (Xudabəndə)
Hisar Şivan (fars. حصارشيوان‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 86 nəfər yaşayır (17 ailə).
Sivas (film, 2014)
Sivas - 2014-cü ildə Kaan Müjdəçi tərəfindən çəkilən tükr kinosudur. Kino Qızıl Aslan mükafatı üçün seçilən 71 kino içindən seçilmişdir. Kino münsiflər heyətinin xüsusi mükafatını qazanmışdır. Film 88 akademik mükafatına layiq görülmüşdür. Oskar kino mükafatında yaxşı xarici film kimi daxil edilmişdir . 11 yaşında olan Aslan hər gün dərsə gedən və dostları ilə vaxt keçirən oğlan uşağıdır. Ən böyük dərdi isə sinif yoldaşı Aişəni sevməsidir. Bir gün o yaşadığı yerdə məşhur olan it döyüşü zamanı yaralanmış Sivas adlı itlə rastlaşır. Bu görüşdən sonra onun həyatı tamamilə dəyişir. 47.