Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
BuBi
"BuBi" (rəsmi olaraq: MOL BuBi) — Macarıstanın Budapeşt şəhərində velosiped paylaşma şəbəkəsidir. Adı, Budapeşt və Bicikli (macar dilində velosiped) sözlərindən yaradılmış və "baloncuq" mənasını verir. 2019-cu ilin may ayına kimi şəbəkə 143 dok stansiyadan və 1846 velosipeddən ibarət idi. == Tarixi == BuBi layihəsi Budapeşt Bələdiyyəsi tərəfindən 2008-ci ildə yaradılmışdır. Bu layihə üçün kapital qoyuluşu təqribən 900 milyon HUF (təxminən 3 milyon €) təşkil edir. Bu məbləğin 85% -i Avropa Birliyi, qalan 15% -i isə yerli hökumət tərəfindən ödənilir. Təxminən 250 milyon HUF (təxminən 800.000 €) illik əməliyyat xərcləri ən böyük inteqrasiya edilmiş neft və qaz qrupu olan MOL tərəfindən ödənilir və Macarıstanda bir yanacaqdoldurma məntəqəsi şəbəkəsini idarə edir, buna görə də layihə "MOL Bubi" adlandırılmışdır. Təchizat və proqram təminatı və velosipedləri özündə birləşdirən Nextbike-nin velosiped paylaşma sisteminin həyata keçirildiyi hər yerdən fərqli olaraq Budapeştdə bu sistem Nextbike tərəfindən idarə edilmir. Budapeştdə bu sistem T-Systems və Csepel tərəfindən idarə olunur. Normalda nextbike-nin velosiped paylaşma sisteminin digər tətbiqlərində velosipedlər Nextbike-nin öz istehsal salonuna toplanaraq dünyaya çatdırılır, lakin Budapeştdə velosipedlər Macar velosiped istehsalçısı Csepel tərəfindən istehsal olunur və yığılır.
Hübi
Hübi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 59 nəfərdir.
Zubr
Zubr və ya Avropa bizonu (lat. Bison bonasus) — boşbuynuzlular fəsiləsindən məməli növü. == Etimologiya == XX əsrin əvvəllərində Avropa bizonunun adı Azərbaycan dilində dağ kəli kimi gedirdi. Müasir Azərbaycan dilində bu canlı üçün işlədilən "zubr" sözü polyak mənşəli sözdür. == Xüsusiyyətləri == Erkəklərin bədəninin uzunluğu 3,5 m-dək, süysününün hündürlüyü 1,6–1,9 m, kütləsi 700–900 kq (bəzən 1,2 t) olur. Dişiləri kiçikdir (kütləsi 400–600 kq). Rəngi müxtəlif çalarlı qonurdur. Peysərində və boynunun aşağı hissəsindəki uzun tüklər çətir, saqqal və döşünün aşağısında saçaq əmələ gətirir. Quyruğu qısadır; ucunda uzun və yumşaq fırça var. Dişilər cinsi yetkinliyə 3–4 illiyində, erkəklər isə bir qədər tez çatır.
Mubi
Mubi — müstəqil filmləri izləməyə imkan yaradan onlayn striminq platforması və film şirkəti. Platforma kinosevərlərin dünyanın hər yerindən bilinməyən filmləri kəşf edə və qiymətləndirə biləcəyi bir məkan yaratmaq məqsədilə türk iş adamı və kino həvəskarı Efe Çakarel tərəfindən təsis edilmişdir. Mubi yalnız diqqətlə seçilmiş film kolleksiyasını nümayiş etdirərək özünü digər platformalardan fərqləndirir. Mubi-nin Kann Film Festivalı, Berlinale və digər nüfuzlu film tədbirləri ilə tərəfdaşlığı abunəçilərə başqa yerlərdə asanlıqla əldə olunmayan filmlərə baxmağa imkan verir.
Abdullah Zubir
Abdullah Zubir (fr. Abdellah Zoubir, ərəb. عبدالله زوبير‎; 5 dekabr 1991, Lill) — Mərakeş əsilli Fransa futbolçusu, "Qarabağ" klubunun yarımmüdafiəçisi. O, 20 yaşına qədər Fransa Milli Futzal Komandasında oynamışdır. == Karyera == === Futzal === Fransanın Lil şəhərində Mərakeş əsilli bir ailədə anadan olan Zubir 6 yaşında futzal oynamağa başlamışdır. === Qrenobl Fut 38 === O, 2011-ci ildə "Qrenobl Fut 38" FK ilə bir müqavilə imzalamışdır. Zubir bu dövrdə 14 oyun keçirmiş və 7 qol vurmuşdur. === İstr və Hibernian === Abdullah Zubir 2013-cü ildə "İstr" FK ilə bir müqavilə imzalamışdır. Zubir həmin ilin avqust ayında Şotlandiyanın "Hibernian" FK-na icarəyə verilmişdir. O, Şolandiya Liqa Kubokunda debütünü 24 sentyabrda "Stranraer" FK-a qarşı keçirmişdir.
Cek Rubi
Cek Rubi (ing. Jacob Leon Rubenstein) — ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qatili Li Harvi Osvaldı qətlə yetirmiş polşa əsilli gecə klubu sahibi.
Rubi Rouz
Rubi Rouz Langenheym (20 mart 1986, Melburn, Viktoriya, Avstraliya) – avstraliyalı model, DJ, sənətkar, aktrisa, tele aparıcı və Meybelline NewYork-un tanınmış siması. == Karyera == Rouz əvvəlcə "Suite For Fleur" ilk performansı ilə 2008-ci ildən etibarən aktrisalığa davam etdi. "Around The Black" adlı dramada kiçik bir rol almışdır. == Həyatı == Ruby Katia Langenheim adlı 20 yaşlı sənətkar ve subay bir qadının qızı olmuşdur. Rouz 12 yaşında lezbiyen olduğunu açıqladıqdan sonra dostları ve məktəb yoldaşları tərəfindən sözlü və fiziki təcavüzə məruz qalıb. Belə bir halda Rubi tez-tez intihar etmək istəyib. Həmçinin bir yaxını tərəfindən təcavüzə məruz qalıb. Rubi-nin bipolar və klinik depressiyası vardır. Uşaqlıqda cinsiyyətini dəyişdirib oğlan olmaq istədiyinə görə pul yığdığını deyib, lakin sonra fikrini dəyişmişdir. Rubi Rouz veqandır.
Zubin Mehta
Zubin Mehta (hind. ज़ूबिन मेहता, ing. Zubin Mehta; 29 aprel 1936[…], Bombey, Britaniya Hindistanı) — Hindistannın parsilər əsilli dirijoru. == Bioqrafiyası == Mehta Hindistanın kübar parsilər ailəsində dünyaya gəlmişdir. Atası Meli Mehta musiqiçi — skripkaçı və dirijor olmuşdur. Zubin Mehta həkim olmağı arzulasa da sonradan fikirini dəyişərək Vyana konservatoriyasına daxil olur. Burada o, Hans Svarovskidən dirijorluq dərsini alır. Sonra təhsilini İtaliyada Siena şəhərindəki Kiciana musiqi akademiyasında təhsilini davam etdirir. Burada o, Daniel Barenboym ilə dostlaşır. Bu dostluq onu çəkib İsrailə aparır.
Zəbi Abdullayev
Zəbi Abdullayev (17 mart 1919, Tıxlı, Xızı rayonu – 13 oktyabr 2002) — azərbaycanlı tarixçi-filosof, beynəlxalq səviyyəli siyasi icmalçı. == Həyatı == === İlk illər === Zəbi Abdullayev 17 mart 1919-cu il tarixində Xızının Tıxlı kəndində anadan olmuşdur. Orta məktəbi Xızıda bitirmişdir. Həmin illər repressiya dövrü idi. Çətin bir dövrdə yaşamasına baxmayaraq, hələ kiçik yaşlarından onun elmə-biliyə böyük həvəsi, marağı olmuşdur. Qəbul imtahanını uğurla verən Zəbi Bakı Pedaqoji Texnikumuna qəbul olunmuşdur. O, hələ məktəb illərindən meylini kitaba salmışdı; hətta ilk təhsilini aldığı Xızı məktəbinin kitabxanasında demək olar ki, oxumadığı kitab qalmamışdır. Tələbəlik illərindən başlayaraq isə o, özünün zəngin şəxsi kitabxanasını yaratmışdır. Onun şəxsi kitabxanasında əsasən oxuduğu Azərbaycanın dahi yazıçı və şairlərinin, Qərb klassiklərinin əsərlərindən ibarət idi. Orada yüzlərlə kitabı toplamışdır.
Zəbi Quliyev
Zəbi Əhəd oğlu Quliyev (1910, Hacıtəpə, Lənkəran qəzası – 1972, Bakı) — Azərbaycan SSR dövlət xadimi. == Həyatı == Zəbi Quliyev 1910-cu ildə Hacıtəpə kəndində din xadimi Axund Əhədin ailəsində anadan olub. İlk təhsili atası Axund Əhəddən alaraq, kəndlərində məktəb olmadığı üçün ibtidai məktəbə qonşu Xırmandalı kəndinə, orta məktəbə Masallı şəhərində alır. Zəbi Quliyev Lənkəran Pedaqoji Məktəbini, 1931-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirir. === Ailəsi === Zəbi Quliyevin 2 oğlu, 2 qızı olub. == Fəaliyyəti == Zəbi Quliyev 1931-ci ildən 1941-ci ilə kimi Göyçay, Şəki, Masallı, Samux rayonlarında rayon partiya komitələrinin katibi vəzifəsində çalışmışdır. 1941-ci ildə Samux rayonuna rayon partiya komitəsinin 1-ci katibi təyin edilir. 1942–1943-cü llərdə İkinci Dünya mharibəsində iştirak edir və yaralanaraq geri qayıdır. 1944–1950-ci illərdə Göyçay və Tovuz rayonlarının partiya komitələrinin birinci katibi olmuşdur. 1952–1953-cü illərdə Gəncə vilayət komitəsində şöbə müdiri, 1953–1955-ci illərdə Balakən və 1955–1957-ci Şəkidə RPK-nın 1-ci katibi vəzifələrində işləyir.
Rubi Sparks
Rubi Sparks (ing. Ruby Sparks) — 2012-ci il ABŞ istehsalı romantik, fentezi, komediya-dram filmi. Rejissoru Conatan Deyton və Valeri Farisdir. Ssenarisi Zoi Kazan tərəfindən yazılıb. Baş rollarda Pol Dano və Zoi Kazan çəkilib. Film gənc yazar Kelvindən bəhs edir, bir gün o, gördüyü yuxudan sonra xəyalındakı qız haqqında kitab yazmağa qərar verir. Onun yaratdığı bu personaj möcüzəli şəkildə öz evində peyda olur.
Zub adası
Zub adası ("Diş" adası mənasında) — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Arxipelaqın mərkəzində, Bliss adasından 50 m aralıda yerləşir. Adadan 400 m şimalda isə Pritçett adası qərarlaşır. Uzunsov formaya malikdir. Uzunluğu 400 metr təşkil edir. Cənub-şərqində buxta yerləşir. Özünə məxsus formasına görə bu cür adlandırılmışdır. Yüksəklik yoxdur. Buzdan tam azaddır.
Rubi Rouz (müğənni)
Rubi Rouz Benton (ing. Rubi Rose Benton; 2 oktyabr 1997, Leksinqton, Kentukki, ABŞ) — amerikalı repçi, mahnı müəllifi və model.
Gilad Şalit
Gilad Şalit (ivr. ‏גלעד שליט‏‎) (28 avqust 1986, Nahariya, İsrail) — İsrail müdafiə ordusunun əsgəri. 25 iyun 2006-cı ildə Hamas döyüşçüləri tərəfindən oğurlanıb. 18 oktyabr 2011-ci ildə, beş il dörd aylıq əsirlikdən sonra, Gilad İsrail həbsxanalarındakı 1027 nəfər fələstinli məhbusun azad edilməsi qarşılığında İsrailə təhvil verildi.
Mirzə Mahmud Züi
Züi Mirzə Mahmud — XIX əsr Şamaxı şairlərindən biri, "Beyt üs-Səfa" şeir məclisinin üzvü idi.
Züi Mirzə Mahmud
Züi Mirzə Mahmud — XIX əsr Şamaxı şairlərindən biri, "Beyt üs-Səfa" şeir məclisinin üzvü idi.
Təzəkənd-i Hasil-i Qubi (Qoşaçay)
Təzəkənd-i Hasil-i Qubi (fars. تازه كندحاصل قوبي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (36 ailə).
Bubo bubo
Adi yapalaq (lat. Bubo bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü.
Albi
Albi (qədim Albiqa, fr. Albi, lat. Civitas Albigensium, Albia) — 51,2 min əhalisi olan Fransanın cənubunda yerləşən Tarn departamentinin inzibati mərkəzi (Langedok tarixi bölgəsi) (2008). == Coğrafiyası == Tarn çayı üzərindəki bir təpədə yerləşir. Yaxınlıqda məşhur So-dü-Sabo və ya Sôtes du Tarn, əhəngdaşı uçurumlarına çırpılan bir sıra şəlalə yerləşir. Şəhərin yerləşdiyi sahə əvvəllər "Albijua" adlanır və onun sakinlərinin dini təqibləri ilə tanınır. IX–XIII əsrlərdə sənədlərdə Albi qeyd olunur. == Abidələri == Şəhərin tarixi hissəsi Ümumdünya irsi abidəsidir. 1282–1512-ci illərdə inşa edilmiş, antik freskalarla boyanmış və bir orqan xoruna malikdir; Saint-Salvi kilsəsi, prefekturanın bənzər bir binası — Albiju sayılarının köhnə sarayı, burada arxiyepiskopları, xəstəxana və teatr yaşadı. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Albi // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Audi
Audi AG ([ɑʊdɪ]) — avtomobillər istehsalında ixtisaslaşan Volkswagen Group konsernində Audi markası altında Almaniya avtomobil istehsalçısı. Baş ofis Inqolştadtda (Almaniya) yerləşir. Sloqanı Vorsprung durch Technikdir ("Texnologiya ilə tərəqqi"). 2016-cı ildə istehsal həcmi 1,903,259 avtomobil təşkil edib. 2012-ci ildə Alman avtomobil mütəxəssisləri Audini ən yaxşı istifadə edilən avtomobil kimi qiymətləndirdi. == Tarixi == Audi DKW, Horch, Audi və Wanderer markaları altında avtomobil və motosiklet istehsal edən dörd şirkətin birləşməsi nəticəsində meydana gələn Auto Union birliyininin davamçısıdır. Dəyişikliklər nəticəsində yalnız Audi markası qalmışdır. İlk Wanderer avtomobili 1913-cü ildə çıxdı, ilk öz müəssisəsi isə (Horch & Co.) 1899-da təşkil edilən və kreditorlar işdən çıxdıqdan sonra 1909-cu ildə isə Audi ortaya çıxdı. 1910-cu ildə ilk avtomobil istehsal olundu. Almancadan tərcümədə Horx (Horch) "qulaq asmaq" deməkdir.
Babı
Babı — Azərbaycan Respublikasının Füzuli rayonunun Arayatlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Babı oykoniminin mənası — "sadə" Araz çayının sol sahilindən bir qədər aralı, düzənlikdədir. Kənddə XIII əsrə aid Babı türbəsi (Şıxbaba) var. Türbə 1271–1272-ci illərdə Şeyx Əbu Yaqub ibn Səd tərəfindən tikilmişdir; Cəbrayıl rayonunun Horovlu inzibati ərazi vahidində kənd. Bəzi mənbələrdə Babi variantında da adı çəkilir. Oykonim "babi məzhəbinə mənsub olan" deməkdir. == Tarixi == XIII əsr mənbələrində Babı kəndinin adı çəkilir. Bu kəndin Beyləqan vilayətinə bağlı olduğu göstərilir. Babı kəndi Şeyx Babi Yəqubun olacağı idi. Şeyx Babi Yəqub bin İsmayıl Qur Xərdir.
Bubo
Yapalaq (lat. Bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Cuba
Cuba (ərəb. جوبا‎, ing. Juba) — Cənubi Sudanın paytaxtı, Cənubi Sudanda Mərkəzi Ekvatoriya əyalətinin inzibati mərkəzi. Ölkə rəhbərliyi müstəqillikdən sonra paytaxtı başqa şəhərə köçürmək planlarını açıqlamışdır. == Mənbə == Equatorians Abroad Fisher, J. 2005, 'Southern Sudan's Front-line Town', BBC News, 20 April 2005.
Cudi
Çübə
Çübə (fars. چوبه‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 195 nəfər yaşayır (63 ailə).
Budi
Budi (ukr. Буди, rus. Буди) — Ukraynanın Xarkov vilayətinin Xarkov rayonunda yerləşən kənd tipli yaşayış məntəqəsi. Merefanın sol sahilində, Donun drenaj hövzəsində yerləşir. 2022-ci ilin məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 5,829 nəfərdə ibarətdir. 2024-cü ilin 26 yanvar tarixinədək Budi şəhər tipli qəsəbə statusuna malik olub. Həmin tarixdə isə yaşayış məntəqəsinin şəhər tipli qəsəbə statusu ləğv edilərək, kənd tipli yaşayış məntəqəsi statusuna çevirilmişdir.
Lolita dəbi
Lolita dəbi (ロリータ・ファッション, Rorita faşşon) – Viktoriya dövrünün dəbindən və rokoko elementlərindən təsirlənən Yaponiya altmədəniyyəti. Lolita dəbinin əsas fərqləndirici xüsusiyyəti şirinlik estetikasıdır. Lolita dəbinin 3 əsas stili var: qotik, klassik və şirin. Bunlardan əlavə, dəbin başqa stilləri də mövcuddur: dənizçi, kənd, şahzadə, erotik, qrotesk, qi və va, pank, şiro (ağ), kuro (qara), stimpank və s. Lolita dəbi Yaponiyada 1990 və 2000-ci illərdə inkişaf etmişdir. == Terminologiya == "Lolita" termini ilk dəfə "Ryukou Tsushin" dəb jurnalının 1987-ci il sentyabr buraxılışında peyda olmuşdur. Terminin mənşəyi Vladimir Nabokovun "Lolita" romanı ilə bağlıdır. == Tarixi == Lolita dəbinin mənşəyi dəqiq məlum deyil. 1970-ci illərin sonunda "otome" adlı yeni mədəniyyət ortaya çıxmışdı və bu mədəniyyət lolita dəbinə böyük təsir göstərmişdir. Otomenin ortaya çıxmasından öncə - 1970-ci illərin əvvəllərində kavaii mədəniyyəti yaranmışdır.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru. (男子高校生で売れっ子ライトノベル作家をしているけれど、年下のクラスメイトで声優の女の子に首を絞められている。, azərb. Mən liseydə oxuyan oğlanam və uğurlu ranobe müəllifiyəm, lakin seyyu və məndən yaşca kiçik olan bir qız sinif yoldaşım məni boğmağa çalışır.‎) — Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyası. ASCII Media Works nəşriyyatı tərəfindən 3 cildi buraxılmışdır. == Media == === Ranobe === Əsər Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyasıdır. Ranobe seriyasının ilk cildi 10 yanvar 2014-cü ildə ASCII Media Works nəşriyyatı tərəfindən buraxılmışdır. 10 iyun 2014-cü ilə kimi 3 cildi çapdan çıxmışdır.