Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oleniy (Kara dənizi)
Oleniy — ada Kara dənizində, Qdansk yarımadasından şimalda yerləşir. Sahəsi 1197 km² təşkil edir. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Böyük arktik qoruğu ərazisini təşkil edir. Materikdən dayaz Oleniy boğazı ilə ayrılır. Boğazın eni 2 km-dir. Adanın relyefi düzənlikdir. Burada göllər vardır. Ada əsasən Mamır, Şibyə və Tundra otları ilə örtülür.
Bolşoy Oleniy (Barens dənizi)
Bolşoy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. 2010-cu ilə olan məlumata görə qəsəbədə cəmi 6 nəfər yaşayır.
Bolşoy Oleniy (Kola körfəzi)
Bolşoy Oleniy — Murmansk vilayətinin Kola rayonu ərazisinə yerləşir. Yaxınlığında Yekaterininski, Srednı Oleniy və Malıe Oleniy vardır. Ada Barens dənizinin Kola körfəzi ərazisində qərarlaşır. Ada ərazisi qoruğa daxildir, bu səbəbdən qorunur. 1910-cu ildə adada mayak quraşdırılmışdır. Adada 1950–2006 illərdə Mayak Bolşoy Oleniy qəsəbəsi mövcud olmuşdur. == İstinadlar == == Mənbə == Клюге Г. А. Письмо в Главнауку о заповедании Большого Оленьего острова. 1928 г. /. // Гос.
Malıy Oleniy (Murmansk vilayəti)
Malıy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. Əvvəllər Blijnı Oleniy və ya Alman Oleniyi adlandırılırdı. Ada 7 km uzunluğa, 1.5 km enə malikdir. Maksimal hündürlüyü 121,2 metrdir. Materikdən 510 m enə malik eyni adlı boğazla ayrılır. Qərb qutaracağına yaxın Konsevoy adacığı yerləşir. Sahillərində dalğaların hündürlüyü 4 metrə çatır.
Tüleniy
Tüleniy — Xəzər dənizində Dağıstana məxsus ada. Suyatkin burnundan 30 km şimal-şərqdə yerləşir. Uzunluğu 8 km, eni 6 km təşkil edir. XX əsrin 50-ci illərində ada qəsəbə mövcud olmuşdur. Burada zavod, məktəb və klub binalarının qalıqları hal-hazırda qalır. Əsasən insanlar həyət evlərində yaşayırdılar. İnsanların adanı tərk etməsinin səbəbi hələdə dəqiq məlum deyil. Belə bir rəvayət var ki, 50-ci illərdə ada sahillərində soyuq küləklər baş vermişdir. Bunun nəticəsində isə insanların yaşadığı evləri su basmışdır. Havanın sərt və şaxtalı olması səbəbindən ada sakinlərinə kömək geçikmişdir.
Solenoid
Solent
Solent (ing. The Solent) — La-Manşın şimalında yerləşən boğaz, Vayt adasını Böyük Britaniya adasından ayırır. Boğazdan çoxlu sayda sərnişin, yük və hərbi gəmilər keçir. Yelkənli qayıqların yarışları keçirilməsi ilə seçilir. Sahilində iki mühüm liman şəhərləri yerləşir: Sauthemptom və Portsmunt. Boğazın şimalında Sauthemptom -Uoter körfəzi qərarlaşır. Boğazın sahil hissəsinin böyük hissəsi qorunma bölgəsidir. Bölgənin bir hissəsi Nyu-Forest Milli parkə ərazisinə daxildir. İlk əvvəllər Solet çay vadisi olmuşdur. Soletin əsas çayları Frum, İtçet və Test olmuşdur.
Aleksandr Solonik
Aleksandr Viktoroviç Solonik (ing. Александр Викторович Солоник ; 16 oktyabr 1960, Kurqan – 31 yanvar 1997, Laqonisi[d], Attika prefekturası[d]) — rus killeri, hər iki əli ilə sərrast şəkildə atəş açmağı bacaran tətikçi. 1990-cı illərin əvvəllərində Orexovskaya bandası tərkibində onlarla cinayət törətmiş və digər kriminal hadisələrlə əlaqəsi olmuşdur. O, 1994-cu ildə həbs edilmiş, yalnız 1995-cı ilin iyulunda Moskva şəhərinin maksimum ciddi rejimdə mühafizə olunan Matrosskaya Tişina təcridxanasından qaçmağı bacarmışdır. 1997-ci ilin yanvarında Solonikə qarşı təşkil edilmiş sui-qəsddən sonra cansız bədəni Afina yaxınlığında tapılmışdır. Aleksandr Solonik 1960-cı ilin 16 oktyabrında Rusiyanın Kurqan şəhərində anadan olmuşdur. Uşaq yaşlarından döyüş sənətləri və oldu silahlara marağı olmuşdur. Sovet qüvvələrinin Almaniya hissəsində yerləşən tank alayında hərbi xidmət keçmişdir. Soloniki geniş kütlə əsasən 1994-cü il oktyabrın 6-da günün günorta çağı, yəni saat 15.10-da Moskvanın “Petrovski – Razumovski” metrostansiyası yaxınlığında yerləşən bazarda dörd milis əməkdaşını güllələdikdən sonra ələ keçəndə tanıyıb. Bu vaxtadək Kurqanlı Rembo artıq Tümendə yerli avtoritetlər – Priçinin və Maşkini, Moskvada qanuni oğru Qlobusu, onun yaxın məsləkdaşı Bobonla cangüdəni Qoldini və “Qara Kardinal” ləqəbli avtoritet Otari Kvantrişvilini qətlə yetirmişdi.
Acherontia solani
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Amblyseius solani
Amblyseius solani (lat. Amblyseius solani) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. Amblyseius solani Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Proprioseiopsis solens
Proprioseiopsis solens (lat. Proprioseiopsis solens) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis solens Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Te-Solent
Solent (ing. The Solent) — La-Manşın şimalında yerləşən boğaz, Vayt adasını Böyük Britaniya adasından ayırır. Boğazdan çoxlu sayda sərnişin, yük və hərbi gəmilər keçir. Yelkənli qayıqların yarışları keçirilməsi ilə seçilir. Sahilində iki mühüm liman şəhərləri yerləşir: Sauthemptom və Portsmunt. Boğazın şimalında Sauthemptom -Uoter körfəzi qərarlaşır. Boğazın sahil hissəsinin böyük hissəsi qorunma bölgəsidir. Bölgənin bir hissəsi Nyu-Forest Milli parkə ərazisinə daxildir. İlk əvvəllər Solet çay vadisi olmuşdur. Soletin əsas çayları Frum, İtçet və Test olmuşdur.
Solent Universiteti
Solent Universiteti — Birləşmiş Krallıqda, Sauthempton şəhərində dövlət universiteti. Universitetin mənşəyi 1856-cı ildə qurulan Sauthempton İncəsənət Kollecinə gedib çıxır. Sauthempton Texnologiya Kolleci və Varşaşdakı Dəniz Araşdırmaları Kolleci birləşdikdən sonra 1984-cü ildə Sauthempton Ali Təhsil İnstitutu yaradıldı. Sauthempton İnstitutu 12 iyul 2005-ci ildə Solent Universiteti adını aldı. Solent Universitetinin 3 əsas kampusu var: Şəhər, Varşaş və Timsberi kampusları. Biznesin İdarəetməsi fakültəsi Hüquq və Rəqəmsal Texnologiyalar fakültəsi (Solent Biznes Məktəbi və Solent Hüquq Məktəbini özündə birləşdirir) Yaradıcı İncəsənət fakültəsi Memarlıq və Mühəndislik fakültəsi Tibb və Sağlamlıq elmləri Məktəbi Sosial Elmlər və Varşaş Dəniz Məktəbi Ümumilikdə universitetin nüfuzu artır və ildən-ilə yüksək liqa cədvəllərində yüksəlir. Universitet həmçinin yerli və regional biznes təşkilatlarla, peşəkar orqanlar və sənaye qrupları ilə güclü əlaqələrə malikdir. Universitetdə həmçinin tədqiqatçıların inkişafı proqramını həyata keçirən və tədqiqat, innovasiya və bilik mübadiləsi üçün mükafatlar verən xüsusi Tədqiqat, İnnovasiya və Sahibkarlıq şöbələri var. Özəl, dövlət və üçüncü sektorlarla işləyən Solent marketinq, İqtisadiyyat, Beynəlxalq iqtisadi inkişaf, Sahibkarlıq və İnnovasiyalar, həmçinin Kibercinayətkarlıq kimi tədqiqat sahələrinə diqqət yetirlir. Tarixən Solent Universitetində əsas tədqiqat sahələrindən biri dənizçilik sektoru olmuşdur.
Şopenin Cənazə marşı
Məşhur polyak bəstəkarı, pianisti Frederik Şopenin 2-ci sonatasının üçüncü bölümünə verilən addır. Bu bölüm Lento tempində, Si bemol minor ladında yazılmışdır. Bölümün adı orjinal partiturada Marche funèbre olaraq qeyd edilir. İlk halıyla sadəcə solo piano üçün yazılan marş sonralar hərbi və simfonik orkestrlər üçün orkestrizasiya edilib. Halhazırda sonatanın tam versiyasından daha çox onun bu hissəsi məşhurdur. Melodik olaraq olduqca ağır tempdə yazılan əsər, marş tiplidir və bu səbəblə təntənəli dəfnlər zamanı o Feliks Mendelson Bartoldinin Cənazə marşı ilə birlikdə hərbi orkestr tərəfindən ifa edilir. Böyük Britaniya kraliçası II Elizabetin və Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin dəfn mərasimində də bu əsər ifa edilmişdi.
Oleni adaları
Oleni adaları — Şimal Torpağının mərkəzi hissəsində (Rusiya) yerləşən adalar qrupu. Adalar Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaq dörd adadan ibarətdir. Oktyabr İnqilabı adasında yerləşən Kurçavaya çayı mənsəbindən cənubda yerləşir. Oleni adalarının ən şimal nöqtəsini təşkil edən ada Oktyabr İnqilabı adasından 800 m aralıda yerləşir. Ən cənubda yerləşən ada isə 4 km aralıdadır. Qrupa daxil olan adalar qərbdən şərqə doğru uzanır. Adalar 1,4/2,5/2,1/2,4 km uzunluqlara sahibdir. Üç adanın eni 600–700 m arasında dəyişdiyi halda biri 400 metrdən bir qədər yüksəkdir.
Oleni adası
Oleni adası — Minin şxeri arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Rusiya Federasiyası, Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Ada Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. Ada Minin şxerinə daxil olan digər adalar kimi 1740-cı ildə kəşf edilmişdir. Adalar şturman Fyodr Alekseyeviç Mininin şərəfinə adlandırmışdır. O, Böyük Şimal Espedisiyasının Ob-Yenisey dəstəsinə rəhbərlik etmişdir. Ərazisi Böyük Arktik qoruğu ərazisinə daxildir. Oleni adasından şimalda Ploski və Mısovıy adaları, şərq və şimal-şərqdə Şkolnikov boğazı arxasında Sirkul adası və materik yarımadası olan Minin yarımadası, cənub-şərqdə Xmıznikov boğazı arxasında Skalistiy adası, cənubda isə Plavnikovıye adaları yerləşir. Yaxınlığında yerləşən nisbətən iri ada Sirkul adasıdır. Ada ilə Rusiyanın materik hissəsi ilə arasında məsafə 4 km-dir.
Şopenin qayıtması (film, 1998)
Sənədli film XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma işində yaxından iştirak edən Polşa memarlarının fəaliyyətindən danışır. Filmdə ssenari müəllifi və səs operatoru iştirak etmir.
Dilara Soley Deli
Oleni adası (Kandalakşski körfəzi)
Oleni adası — Ağ dənizə daxil olan Kandalakşski körfəzində yerləşən ada. Ada Kandalakşa şəhərindən cənubda yerləşir. Körfəzdə Veliki adasından sonra ikinci böyük adadır. İnzibati cəhətdən Murmansk vilayəti, Kandalakşski rayonu ərazisində yerləşir. Adanın cənub-qərbində kiçik göl vardır. Ətrafında yerləşən kiçik adacıqlar arasında ən irisi Telyaçidir. Adanıən maksimal hündürlüyü 61,6 metrditr. Adanın cənub-qərbimndə Korovaya buxtası yerləşir. Ada Kandalakşski qoruğunun bir parçasıdır. İnzibati cəhətdən isə Murmansk vilayəti, Kandalakşski rayonu ərazisində yerləşir.