Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elvin Astanov
Elvin Əmrah oğlu Astanov (5 iyul 1979; Qafan rayonu, Ermənistan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2020-ci ildə baş tutan XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. Elvin Astanov 1979-cu il iyulun 5-də Qafan rayonunda anadan olub. 2007-ci ildə Xızı rayonu ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində onurğa sütunu sındı. 2021-ci ilin iyun ayında Elvin Astanov Polşada baş tutan Dünya Çempionatında 8.22 metr nəticə ilə turnirin qalibi oldu. 2021-ci ilin avqust ayında isə Elvin Astanov Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Nüvə itələmə turnirində Elvin Astanov 8.77 metr nəticə ilə qızıl medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Elvin Əmrah oğlu Astanov "Şöhrət" ordeni ilə təltif edildi.
Stankov quşarmudu
Yunan quşarmudu (lat. Sorbus graeca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Kiçik Asiyada və Balkan yarmadasında yayılıb. İlk dəfə Albaniyadan təsvir edilib. Hündürlüyü 12 m çatan orta boylu ağac və ya koldur. Yarpaqları uzunsov ellipisvari və ya yumurtavari, çılpaq, altdan isə ağ keçətükcüklüdür. May-iyun aylarında çiçəkləyir. Meyvəsi avqust ayında yetişir. Torpağa az tələbkar, şaxtaya davamlıdır. Naxçıvanda MR-da yuxarı dağ qurşağında qayalıqlarda bitir.
Yelena Stasova
Yelena Dmitriyevna Stasova (rus. Елена Дмитриевна Стасова; partiya ləqəbləri: Absolyut, Varvara İvanovna, Quşa, Delnaya, Delta, Zelma, Gerta; 3 (15) oktyabr 1873 və ya 15 oktyabr 1873, Sankt-Peterburq – 31 dekabr 1966, Moskva) — Rusiya və SSRİ siyasi və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri (9 – 15 sentyabr 1920-ci il), Sosilaist Əməyi Qəhrəmanı (1960). Yelena Stasova 3 oktyabr 1873-cü ildə Sankt-Peterburqda zadəgan vəkil Dmitri Stasovun ailəsində dünyaya gəlib. 6 uşaqdan beşincisi olub. Məşhur memar Vasili Stasovun nəvəsi idi. 13 yaşınadək evdə təhsil alıb, 1887-ci ildə birbaşa qadın gimnaziyasının 5-ci sinfinə daxil olub və cəmi 3 il sonra gimnaziyanı qızıl medalla bitirib. Həmin vaxtlarda inqilabçı qadın A. Kollontayla dostluq münasibətləri yaranıb. 20 yaşında V. İ. Leninin həyat yoldaşı Nadejda Krupskaya ilə tanış olub və hər ikisi fəhlələr üçün bazar məktəblərində çalışıblar. 1901-ci ildən "İskra" qəzetinin agenti olub. Sankt-Peterburqda, Oryolda, Moskvada, Minskdə, Vilnüsdə gizli partiya işi aparıb.
Lola Astanova
Lola Astanova (ing. Lola Astanova; 1982, Daşkənd) — özbək mənşəli ABŞ pianoçusu. Əsasən Şopen, List və Raxmaninovun əsərlərini həm orijinalda, həm də öz interpretasiyasında ifa edir. Lola Astanova Daşkənddə fortepiano müəlliməsi və mühəndis-ixtiraçı ailəsində anadan olub. Anası əvvəlcə qızının musiqi karyerasının əleyhinə olmuşdu, çünki o, bunun çox çətin bir peşə olduğunu hesab edirdi, amma atası onun musiqi təhsili almasında israr etdiyi üçün altı yaşında olan Lola istedadlı uşaqlar üçün V. A.Uspenski adına məktəbdə (indiki Özbəkistan Dövlət Konservatoriyası yanında İstedadlı Uşaqlar Akademik Liseyi) dərs deyən professor Tamara Popoviçin yanına aparıldı. Bütün təhsil illəri ərzində Astanova tez-tez Moskvaya gəlirdi və burada sovet pianoçusu Lev Naumovdan dərs alırdı. Naumov qeyd edirdi ki, “klassik musiqiyə gəldikdə, Lola Astanova həqiqətən parlaq intuitiv qabiliyyətə malikdir” . Səkkiz yaşında Astanova pianoçu kimi qastrol səfərlərinə başladı. O, Almaniya, Fransa, Avstriya, İtaliya və Rusiyada həm solo konsertlərdə, həm də orkestrlərin tərkibində çıxış edib. 1996-cı ildə Moskvada keçirilən gənc pianoçuların Şopen adına II Beynəlxalq müsabiqəsinin laureatı oldu .
Nadejda Stasova
Nadejda Vasilyevna Stasova (rus. Наде́жда Васи́льевна Ста́сова; 12 (24) iyun 1822, Puşkin[d], Sankt-Peterburq quberniyası[d] – 27 sentyabr (9 oktyabr) 1895, Sankt-Peterburq) — Rusiya ictimai xadimi, 1860-1895-ci illərdə Rusiyada qadın hərəkatının rəhbəri. O, Vladimir kurslarının (SP, 1870-1875) və Bestujev kurslarının (SP, 1878-1918) açılması ilə başa çatan qadınlar üçün ali təhsil uğrunda mübarizənin təşkilatçısı olub. Rusiyada ilk uşaq bağçalarından birinin yaradıcısı. Memar Vasili Stasovun qızı, Vladimir və Dmitri Stasovun bacısı. İnqilabçı Sosialist Əməyi Qəhrəmanı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri (9 – 15 sentyabr 1920-ci il) Yelena Stasovanın doğma xalası. Nadejda Vasilyevna Stasova 12 (24) iyun 1822-ci ildə Çarskoye seloda zadəgan ailəsində anadan olub.: İmperator sarayı memarı və rəssamı olan atası Vasili Stasov qızının estetik zövqünün inkişafına ciddi diqqət yetirərək evdə onun yaxşı təhsil almasına diqqət yetirib. Lakin musiqi, oxuma və rəsm biliklərinin yetərli olmadığını hiss edən, Nadejda Vasilyevna ömrünün sonuna qədər incəsənət sahəsində təkmilləşməyə davam etdi. Ev şəraitində mükəmməl təhsil alan Stasova dörd xarici dil bilirdi. Rusiyanın ictimai həyatına Nadejda Stasova 1850-ci illərin sonlarında qoşulub.
Staroe Çaplino
Staroe Çaplino — Çukot Muxtar Dairəsində vaxtı ilə mövcud olan yaşayış məntəqəsi. Burada Rusiya Federasiyasının sərhəd xidməti fəaliyyət göstərir. Çaplino burnunda yerləşir. Yaşayış məntəqəsi Un’аzik’ olaraq adlanırdı və 19-cu əsrdə özünün ən pik dövrünü yaşayırdı.. Kənd əhalisinin əsas məşğuliyyəti balina və morj ovlanması olmuşdur. 1958-59-cu ildə Staroe Çaplino və bir sıra şayayış məntəqəsi fəaliyyət göstərir.
Yekaterina Tanova
Yekaterina Tanova (tuvaca: Екатерина Түктүг-ооловна Танова , d. 27 mart 1930) – tuvalı şair, hekayə yazıçısı, dramaturq, tərcüməçi və tarix elmlər doktoru. 1930-cu ilin 27 martında Süt-Gölün Qaraçıraada məntəqəsində anadan olmuşdur. Ədəbi yaradıcılığa 1951-ci ildə başlamışdır. Tuva Uşaq Ədəbiyyatını yaradanlardan biridir. SSRİ-nin Yazıçılar və Jurnalit Cəmiyyətinin üzvüdür. O, L.B.Çadamba adına Uşaq Ədəbiyyatı mükafatının sahibidir. Tarix elmlər doktoru olan Tanovanın əsərləri ukraynaca, rusca, monqolca, almanca, yakutca, qırğızca, altayca və xakascaya tərcümə edilmişdir. 20-dən çox əsərin müəllifidir. “İlbilig Sogun”, “Tutturbayn çoza-çorza”, “Düjümetke turaskaal”, “Balıkçı bagay-ool” adlı əsərləri vardır.