Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suxoe Ozero (Əbyəlil)
Suxoe Ozero kəndi (başq. Северный) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Alməhəmməd kənd sovetliyinə daxil olan kənd. Məsafələr: rayon mərkəzindən (Askorovo): 42 km., kənd sovetliyindən (Selin): 21 km. ən yaxın dəmiryol stansiyasından (Suxoe Ozero stansiyası): 0 km. Совет муниципальных образований Республики Башкортостан.
SuRie
Suzanna Mari Kork (ing. Susanna Marie Cork) və ya səhnə adı ilə SuRie — Britaniya müğənnisi və bəstəkarı. O, "Storm" mahnısı ilə Böyük Britaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. SuRie Londonda yerləşən Kraliyyət Musiqi Akademiyasında təhsil almışdır. Piano və qoboyda ifa edə bilir. O, peşəkar səviyyədə vokal dərsləri almış və 12 yaşından mahnı yazmağa başlamışdır. O, hal-hazırda Mountview Teatr İncəsənəti Akademiyasında müəllimə kimi fəaliyyət göstərir. SuRie kiçik yaşlarında Uels şahzadəsi Çarlzın qarşısında çıxış etmişdir. O, həm də Vill Yanq və Coldplay qrupunun solisti Kris Martinin dəstək vokalçısı olmuşdur. SuRie BBC telekanalının Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və ifa etdiyi "Storm" mahnısı ilə yarışmada qalib gələrək, Böyük Britaniyanı Avroviziya 2018-də təmsil etmək hüququnu qazanmışdır.
Sufle
Sufle (fr. Soufflé) —18-ci əsrə aid fransız şirniyyat növü. Sufle sözü fransızca "üfürmək", "şişirmək" mənalarını ifadə edən "souffler" feilindən yaranmışdır. Tərkibindən asılı olaraq əsas yemək, yaxud desert olaraq təqdim oluna bilər. Suflenin bir çox növü vardır.
Sukre
Sukre (Sucre) — Boliviyanın paytaxtı. Şəhərdə ölkənin Ali Məhkəməsi yerləşir. Digər hökumət rezidensiyaları əvvəlki paytaxt La Pasda yerləşir. Əhalisi 2006-cı ildə 247 300 nəfər olmuşdur. Şəhər 1538-cu ildə kapitan Peransures tərəfindən salınıb. Müstəmləkəşilik dövründə Çarkas, müstəqillik elan ediləndən 1839-cu ilə qədər Çukisaka adlanıb.
Suvon
Suvon - Cənubi Koreyanın şəhəri. Müxtəlif tarixi abidələri ilə seçilən şəhərlərdən biri. Koreya müharibəsi zamanı bu şəhərə xeyli zərər dəymişdir. Samsung Electronics şirkətinin baş ofisi bu şəhərdə yerləşir. Kyung Hee Universitetinin bir kampusu bu şəhərdə yerləşir. Azərbaycan Respublikasının prezidenti, İlham Əliyev bu universitetin fəxri doktorudur.
Süldə
Süldə xan — türk və altay mifologiyasında döyüş tanrısıdır. Züldə xan da deyilir. İnsanın qoruyucu ruhudur (iyəsidir). Onları başqa düşmən soyların zərərlərinə qarşı qoruyur. Onun tərəfindən qorunan insanlar güclü, düşüncəli və cəsur olarlar. Çox qüvvətli, ürküdücü tanrıdır. Çox qüvvətlidir. Orduları idarə etməkdə, döyüşləri qazanmaqda, düşməni məğlub etməkdə komandirlərə köməkçi olar. Qırmızı bayraqlıdır, sarı buğra kürəyində oturar. Sarı və ya ağ rəng ilə işarələrlər.
Sünnə
Sünnə (ərəb. سُنَّة‎; hərf. xüsusi; misal) — müsəlman icmasında (ümmət) islam peyğəmbəri Məhəmmədin həyatından nümunələr verən ənənə. Sünnə islam hüququnun (fiqh) Qurandan sonra ikinci mənbəyidir və onunla sıx bağlıdır. Ənənəçilər üçün Məhəmməd peyğəmbərin sünnəsinə əməl etmək müsəlmanın həyatının əsas məzmunudur. Müsəlmanların dini təhsilinin mühüm hissəsi sünnənin öyrədilməsidir. Heç bir islam hüquqşünası (fəqih) sünnədən kifayət qədər biliyə malik olmadıqda islam hüququ sahəsində nüfuz sahibi sayıla bilməz. Пиотровский М. Б. ас-Сунна // Ислам: энциклопедический словарь / Отв. ред. С. М. Прозоров. — М. : Наука, ГРВЛ, 1991.
Sürmə
Sürmə — hansısa bir mebelə aid olan girib-çıxan yeşik. Ən çox evlərdə və ofislərdə işlənilir, balaca əşyaların mühafizəsi və gizliliyi üçündür. Bəzi sürmələr açarla bağlanır. "Sürmə" sözü "sürmək" (sürümək) feilindən yaranıb.
Sürvə
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Sürxə
Sürxə — İranın Simnan ostanının şəhərlərindən və Sürxə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9 062 nəfər və 2 686 ailədən ibarət idi. Əhalisi sürxə dilində danışır.
Süzmə
Süzmə - suyunu süzərək qatılaşdırılmış qatıq. Süzməni qurudaraq qurut hazırlamaq olar.
Səhnə
Səhnə — İranın Kirmanşah ostanının şəhərlərindən və Səhnə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 34,133 nəfər və 8,861 ailədən ibarət idi.
Şunbə
Şunbə— İranın Buşehr ostanının Dəşti şəhristanının Şunbə və Təsuc bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,414 nəfər və 505 ailədən ibarət idi.
Şuçye
Şuçye — Rusiya Federasiyasında yerləşən şəhər Kurqan vilayətinə daxildir
Şüşşə
Şüşə — Na2CO3 + SiO2 = Na2SiO3 + CO2CaCO3 + SiO2 = CaSiO3 Öz keyfiyyət göstəricilərinə görə insan həyatında böyük rol oynayan süni material. Fiziki kimyəvi xüsusiyyətlərinə görə qeyri-üzvi maddə, bərk cisim, strukturuna görə anorf, izotrop; bütün şüşə növləri ilkin materialın əridilməsi nəticəsində kristallaşma müddətində ən yumşaq vəziyyətdən şüşə vəziyyətinədək gəlib çatırlar. Şüşənin ərimə temperturu 300-dən 2500 °C-dək olaraq şüşə əmələgətirən (oksidlərin, ftoridlərin, fosfatların və s.) miqdarından asılıdır. Şüşə materialları strukturlarına görə möhkəm olmurlar və zərbəyə davamsızdırlar. Materialın adı müxtəlif dillərdə eyni cür səslənir. Roman dillərində olan adlar (it. vetro, fr. verre, isp. vidrio, port. vidro) (lat.
Şuhua
Ye Şuhua (çin. 葉舒華; 6 yanvar 2000, Yanmey[d]) və ya tanınan səhnə adı ilə Şuhua (kor. 슈화) – Cənubi Koreyada fəaliyyət göstərən Tayvan müğənnisi. "(G)I-dle" qrupunun üzvüdür. == İlk illəri == Ye Şuhua 6 yanvar 2000-ci ildə Tayvanın Taoyuan şəhərinin Yanmey rayonunda doğulmuşdur. Kiçik və böyük bacısı var. Atası hakka, anası isə tayaldır. Şuhuanın ana dili Tayvan mandarincəsidir və hakka tayvancasında səlis danışa bilmir. Koreya dilində səlis bilməklə yanaşı, ingilis və yapon dili bacarıqları da yaxşıdır. O, teatrla məşğul olmaq üçün Hva Kan İncəsənət Məktəbində təhsil almışdır.
Şümşə
Şümşə (lat. Ilex) — bitkilər aləminin aquifoliales dəstəsinin aquifoliaceae fəsiləsinə aid bitki cinsi.
Eugen Suxon
Eugen Suxon (25 sentyabr 1908[…], Pеzinоk, Bratislava diyarı – 5 avqust 1993[…], Bratislava) — slovak bəstəkar, Slovakiya professional musiqisinin banilərindən biri, ÇSSR xalq artisti (1959), ÇSSR Dövlət Mükafatı laureatı (1951, 1954, 1959). == Həyatı == Eugen Suxon Bratislava konservatoriyasında təhsil almışdır. 1933-cü ildən həmin konservatoriyada pedaqoji fəaliyyətə başlamışdır. İlk əsərləri klassik ənənələrlə bağlıdır (fortepiano üçün "Süita-ballada"). 1920–1930-cu illərdə yaradıcılığına ekspressionizm və klassizmin təsiri olmuşdur. "Karpat torpaq haqqında psalm" (1938), "Kənd simfoniyettası" (1957) əsərlərində xalq musiqisindən istifadə etmişdir. Suxon ilk slovak milli musiqi dramının — "Burulğan"ın (1949) müəllifidir. Digər əsərləri Sayatonluk (1959) operası, skripka ilə orkestr üçün "Fantaziyavə bürlesk" (1948), "Metamorfozlar" (1953) simfonik süitası, xor silsilələri, bir sıra dram tamaşaları, kinofilmlər üçün musiqilər və uşaq musiqisindən ibarətdir.
Mixael Şulte
Mixael Şulte (alm. Michael Schulte‎; d. 30 aprel 1990, Ekernförde, Almaniya) — Almaniya müğənnisi və bəstəkarı. O, öz musiqi karyerasına 2008-ci ildə, Youtube kanalında yerləşdirdiyi videolar ilə başlamışdır. Daha sonra ifaçı Almaniyanın The Voice səs yarışmasında iştirak etmiş və üçüncü yerə layiq görülmüşdür. Onun Wide Awake adlı debüt albomu 2012-ci ildə işıq üzü görmüşdür. Şulte ifa etdiyi "You Let Me Walk Alone" mahnısı ilə Almaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Mixael Şulte 30 aprel 1990-ci ildə Almaniyanın Dollerup şəhərində anadan olmuşdur. O Danimarka məktəbində təhsilini başa vurmuş və sonra Almaniyada hərbi xidmətə yollanmışdır. Mixael Şulte öz musiqi karyerasına 2008-ci ildə, Youtube kanalında yerləşdirdiyi videolar ilə başlamışdır.
Nikolay Suxov
Nikolay Dmitriyeviç Suxov (d. 8 avqust, 1914, Rusiya – ö. 26 oktyabr, 1983, Soçi) — Sovet İttifaqı Qəhrəmanı (1 iyul 1944) Nikolay Suxov 8 avqust 1914-cü ildə Rusiyanın Saratov vilayətinin Volsk şəhərində rus ailəsində anadan olub. 1937-ci ildə Bakı şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Qvardiya kapitanı 1940-cı ildə Odessa Hərbi Aviasiya məktəbini bitirmişdir. 1-ci Belarusiya Cəbhəsində 16-cı hərbi ordusunun 27-ci bombardımançı alayının eskadrilya komandirinin müavini olmuşdur. Belarusiyanın Qomel şəhərində düşmənin xeyli təyyarəsini məhv etmişdir. Stalinqrad, Xarkov, Bobruysk, Oryol və Polşadakı döyüşlərdə iştirak etmişdir. 1 iyul 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Lenin" ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir.
Sudoçe gölü
Sudoçe, Sudoçe körfəzi (özb. Sudochye ko‘li/Судочье кўли, qaraq. Sudochye ko‘li/Судочье көли) — Özbəkistanın tərkib hissəsini təşkil edən Qaraqalpaqıstanın Muynak rayonu ərazisində yerləşən göl. Amudərya çayının deltasında, dol sahilə yaxın ərazidə yerləşir. Suyun səviyyədinin azalması ilə əlaqədar olaraq bir-biri ilə əlaqələnən göllər sisteminə çevrilmişdir. Sudoçe gölü nə zamansa böyük bir ərazini əhatə edirdi. O deltanın ən böyük gölü idi. Göl dayazlığı ilə seçilirdi. Üstəlik demək olar ki, Aybuüir çökəkliyini tam örtürdü. Gölün mövcuddluğu Aleksey İvanoviç Butakovun tərtib etdiyi (1848-1849) dəniz xəritədində göstərilirdi.
Suhaee Abro
Suhaee Abro (d. 13 may, 1994, Kəraçi, Pakistan) — Pakistanlı rəqqas və aktrisa. Suhaee Abro 13 may, 1994-cü il tarixində Pakistanın Kəraçi bölgəsində anadan olub. Anası Attiya Davud məşhur şairədir. Atası Xuda Bux Abro onu dünyanın müxtəlif növ musiqiləri ilə tanış edib. Abro onun klassik rəqs təlimlərinə 7 yaşından başlayıb. Müəllimi Şeema Kermani olub. İlk musiqili videosunu 8 yaşında çəkib. O, rəqs sahəsində peşəkardır və klassik rəqslər üzrə təlim keçir. Suhaee televiziya tamaşaları, teatrları, sənədli filmləri və musiqili videolar çəkilməsində iştirak edir.
Sukre (departament)
Sukre (isp. Sucre) — Kolumbiyanın şimal hissəsində yerləşən departamentlərdən biri. Departamentin şərq hissəsini Bolivar, qərb hissəsini Kordova departamentləri və şimal hissəsini isə Karib dənizi əhatə edir. İnzibati mərkəzi Sinselexo şəhəridir.
Sukre (şəhər)
Sukre (Sucre) — Boliviyanın paytaxtı. Şəhərdə ölkənin Ali Məhkəməsi yerləşir. Digər hökumət rezidensiyaları əvvəlki paytaxt La Pasda yerləşir. Əhalisi 2006-cı ildə 247 300 nəfər olmuşdur. Şəhər 1538-cu ildə kapitan Peransures tərəfindən salınıb. Müstəmləkəşilik dövründə Çarkas, müstəqillik elan ediləndən 1839-cu ilə qədər Çukisaka adlanıb.
Suməə səra
Sövməə Sara — İranın Gilan ostanında yerləşən şəhər. Sövməə Sara əhalisinin çoxluğunu giləklər və talışlar təşkil edir. Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 36,522 nəfər yaşayır (10,070 ailə).