Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Transfert
Transfert (fr. transfert, lat. transfero — köçürmək, köçürürəm): bir ərazinin əhalisinin yaşadıqları ərazinin bir dövlətdən digərinə keçməsi ilə əlaqədar bir vətəndaşlıqdan digər vətəndaşlığa keçməsi. Məsələn, 1922-1923-cü illərdə Lozanna konfransı zamanı imzalanmış yekun sənədlərdən birinə əsasən Türkiyənin yunan təbəələrinin Yunanıstanın müsəlman təbəələri ilə qarşılıqlı mübadiləsi (bəzi istisnalarla); xarici valyutanın və ya qızılın bir ölkədən digərinə köçürülməsi; qanunvericiliyin sistemləşdirilməsi və kodlaşdırılması prosesində normanın bir qanundan (məcəllədən) digərinə tərcüməsi; adlı qiymətli kağızlara sahib olmaq hüququnun bir şəxs tərəfindən digər şəxsə verilməsi. Qiymətli kağızların mülkiyyətində dəyişiklik reyestrdə qeydlərin dəyişdirilməsi ilə rəsmiləşdirilir; digər vahidə mal, xidmət və ya aktiv (maliyyə və ya qeyri-maliyyə) təqdim edən institusional bölmənin müqabilində heç bir ödəniş (mal, xidmət və ya aktiv şəklində) almadığı əməliyyat; sosial ödənişlər. Daha yüksək səviyyəli büdcədən aşağı səviyyəyə maliyyə yardımı (büdcələrarası transfer). Məsələn, federal büdcədən regional büdcəyə və ya regional büdcəyə maliyyə yardımı ; təşkilatda daxili qiymət prosesi. Məsələn, banklarda kreditlər üzrə gəlirlər elə bölüşdürülür ki, həm krediti verən bölmə, həm də bu krediti maliyyələşdirən əmanət cəlb edən bölmələr üçün mənfəət təmin edilsin.
Agent-transfer
Transfer pəncərəsi
Transfer pəncərəsi — bir futbol klubunun daha əvvəl başqa klubla müqaviləsi olan oyunçuları il ərzində öz siyahısına əlavə edə biləcəyi dövrdür. Belə bir transfer futbolçunun FİFA vasitəsilə yeni klubuna qeydiyyatı ilə tamamlanır.
Proton transferi
Protn transferi və ya protun hərəkəti proutnun (p və ya H+) bir molekuldan digərinə hərəkətidir. Enerji baryerindən protunun hərəkəti əhəmiyyətli effektdir. Bu proses hidrogen rabitəsinə malik olan bir çox kompleks birləşmələrdə baş verir (DNT, zülallar və s.). Propandial və ya malonaldehid molekuldaxili proton transferinin baş verdiyi molekula sadə bir nümunədir. Proton transferi həmçinin su, hidroxlorik turşusu və i. a. digər qeyri- üzvi və ya mineral birləşmələr arasında da baş verir. Suda pH - ın 7. 00 olması su molekulları arasında proton transferinə imkan verir. H2O → H+ + OH- H2O + H+ → H3O+ Bu iki reaksiyanı ümumiləşdirsək: 2H2O -[pt]→ H3O+ + OH- proton transferi [pt] kimi işarə olunur.
Transfert ödənişi
Transfert ödənişi və ya köçürmə ödənişi (ing. transfer payment) — hökumət və ya şirkət tərəfindən ev təsərrüfatına və ya şirkətə pul (mallar, xidmətlər) ödəməsi, bunun müqabilində ödəyici birbaşa mal və ya xidmət almır. K.R. Makkonnell və S.L. Bryuya görə köçürmə ödənişi dövlət və ya şirkət tərəfindən ev təsərrüfatına və ya şirkətə pul (mal və ya xidmətlər) tərəfindən ödənilən ödənişdir, bunun müqabilində ödəyici birbaşa mal və ya xidmətləri almır. Bir sıra iqtisadçılar dövlət transfert ödənişini dövlət tərəfindən vətəndaşlara əvəzsiz ödəmə kimi müəyyən edirlər K.R. Makkonnell və S.L. Bryuya görə dövlət satınalmaları və transfer ödənişləri müxtəlif təsirlərə malikdir: dövlət satınalmaları birbaşa olaraq resursları istehlak etdiyindən və əldə edilən məhsul daxili məhsulun bir hissəsini təşkil etdiyindən, “tam” fəaliyyət formasıdır; köçürmə ödənişləri “tam olmayan” fəaliyyət formasıdır, çünki onlar özləri resursları mənimsəmirlər və istehsalla əlaqəli deyillər, yəni ölkənin ÜDM-inə daxil edilmirlər. Dövlət satınalmaları resursları özəl sektordan əmtəə istehlakına yenidən bölür, transfer ödənişləri isə özəl sektorun mal istehsalının strukturunu dəyişir. Dövlətin iqtisadiyyata müdaxiləsinin nəticələri dövlət satınalmaları ilə müqayisədə transfer ödənişlərində daha az nəzərə çarpır.
Hypertext Transfer Protocol
HTTP (ing. HyperText Transfer Prоtocоl – İnternet şəbəkəsində istifadə olunan protokoldur. HTTP veb-səhifələri İnternetdən çağırmaq üçün bir mexanizmdir. HTTP-nin əsasını URL ünvanı təşkil edir. Ünvanın əvvəlində yazılmış http:// perefeksi müraciət olunan sənədin ümumdünya hörümçək torunun bir hissəsi olduğunu göstərir. Daha sonra əlaqənin tipi göstərilir. Ən çox yayılmış tip World Wide Web (WWW)-dir. Lakin İnternetdə digər əlaqə tiplərindən də istifadə edilir: File Transfer Protocol (FTP) və ya Gopher. Tiplərin ardınca serverin HTTP-nin əsasını URL ünvanı təşkil edir. Ünvanın əvvəlində yazılmış http:// perefeksi müraciət olunan sənədin ümumdünya hörümçək torunun bir hissəsi olduğunu göstərir.
SSRİ-də Krımın transferi
SSRİ-də Krımın transferi — 1954-cü ildə Sovet İttifaqında Ali Sovetin Rəyasət Heyətinin Krım vilayətinin Rusiya SFSR-dən Ukrayna SSR-ə keçməsini nəzərdə tutan inzibati tədbiri. Sovet İttifaqının tərkibində olduğu müddətdə Krımda əhali dəyişikliyi baş vermişdir. İkinci Dünya müharibəsi zamanı Krım tatarlarının almanlarla guya əməkdaşlıq etməsi nəticəsində bütün Krım tatarları sovet rejimi tərəfindən deportasiya edilmiş və yarımadaya başqa xalqlar, əsasən də ruslar və ukraynalılar köçürülmüşdür. Müasir ekspertlər qeyd etmişdilər ki, deportasiya Dardanel boğazına çıxmaq və tatarların türk etnik qohumlarının olduğu Türkiyədə ərazilər əldə etmək və ya azlıqları Sovet İttifaqının sərhəd bölgələrindən çıxarmaq ilə bağlı planın bir hissəsi idi. Deportasiya zamanı 8,000-ə yaxın Krım tatarı vəfat etmiş, on minlərlə insan isə ağır sürgün şəraiti səbəbindən sonradan həlak olmuşdur. 19 fevral 1954-cü ildə vilayət Rusiya SFSR-nin tərkibindən Ukrayna SSR-in yurisdiksiyasına verilmişdir. Buna səbəb kimi "iqtisadiyyatının ayrılmaz xarakteri, ərazi yaxınlığı, Krım vilayəti və Ukrayna SSR arasında sıx iqtisadi və mədəni əlaqələr", Pereyaslavl müqaviləsinin bir hissəsi olaraq Ukraynanın Rusiya ilə birləşməsinin 300 illiyi göstərilmişdir. 2014 Ləyaqət inqilabından sonra Sevastopol və Krım əraziləri Rusiya Federasiyası tərəfindən ələ keçirilmişdir. Anneksasiya Krım əhalisinin 96%-nin "Bəli" deyə səs verdiyi referendumdan sonra rəsmiləşdirilmişdir. Bu addım Ukrayna hökuməti tərəfindən qınanmış və Krımı Ukraynanın bir hissəsi kimi tanımaqda davam edən BMT dövlətlərinin əksəriyyəti tərəfindən məhəl qoyulmamışdır.
Translor
Translor (ing. Translohr) — tək rels üzərində şinli təkərlə hərəkət edən tramvay. "Lohr Industrie" fransız şirkəti tərəfindən layihələndirilmişdir. 2012-ci ildə bu texnologiya Alstom şirkətinə satılmışdır.. Fransanın Nansi və Kan şəhərlərindəki "Bombardier" şirkəti tərəfindən yaradılmış şinlər üzərində hərəkət edən tramvaydan fərqli olaraq, translorun istiqamətləndirici relsinə iki təkər birləşir. Translor avtonom rejimdə, yəni relslər olmadan hərəkət edə bilmir, çünki sükanlı idarəetmə mexanizmi yoxdur.
La-Trankler
La-Trankler (fr. La Tranclière) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-d'En kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01425. == Coğrafiyası == Kommuna Paris şəhərinin 380 km cənub-şərqində, Lion şəhərindən 55 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 11 km cənubda yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 301 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 189 (15-64 yaş) əmək qabiliyyətli insanlar arasında 142 nəfər iqtisadi cəhətdən aktiv, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi% 75,1, 1999-cu ildə 75,1%). 142 aktiv sakindən 137 nəfər işləyirdi (78 kişi və 59 qadın), 5 işsiz var (1 kişi və 4 qadın).
Transgen bitkilər
Transgen bitkilər — ənənəvi bitki sortlarına digər canlı orqanizmlərdən təcrid edilmiş genin və ya genlərin köçürülməsi nəticəsində əldə olunmuş genetikası modifikasiya olunmuş orqanizm (GMO) bitkilər. Genetik modifikasiya olunmuş bitkilərin yeni sortlarının yaradılması və onların kommersiya məqsədləri ilə geniş sahələrdə becərilməsi nəticəsində, istehsal edilmiş məhsulların bir çoxu ərzaq məhsullarının tərkib hissəsini təşkil etməsi olmuşdur. Məlumatlar göstərir ki, dünyanın inkişaf etmiş ölkələrində transgen bitkilərə, onlardan istehsal edilən kənd təsərrüfatı və ərzaq məhsullarına münasibət bir mənalı deyildir. Ayrı-ayrı genlərin bir orqanizmdən digərinə transformasiyası ilk dəfə 1972-ci ildə həyata keçirilmişdir. İlk transgen bitkilər isə 1982-ci ildə Kölndəki bitkiçilik institutunun və Monsanto şirkətinin əməkdaşları tərəfindən yaradılmışdır. Bir qədər sonra, yəni 1986-cı ildə ABŞ-də tütün bitkisinin virusa qarşı davamlı formalarının açıq sahə şəraitində sınaqları uğurla nəticələndi. Çində aparılan analoji sınaqlar isə 1992-ci ildə belə sortların davamlılığını bir daha sübut etdi. Elə həmin dövrlərdən başlayaraq transgen bitkilərin əkin sahəsi sürətlə genişlənməyə başladı. Belə ki, bütün dünyada 1997-ci ildə cəmi 1,7 mln hektar sahədə transgen bitkilər becərilirdisə. 1998-ci ildə onların sahəsi 30 mln, bir il sonra isə artıq 40 mln, hektar olmuşdur.