Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ustritsa
Stridiya — (Ostrea) molyusklar tipinin ikitaylılar sinifindən ilbiz. Çanaqlar bir-birinə bağlayıcı əzələlər ilə bağlanır. Substrata yapışdığına görə ayaq və bissus vəzisi reduksiya olunmuşdur. Suyu süzməklə qidalanır. Bir Stridiya suyun tempraturundan asılı olaraq saatda 1-3 litr suyu süzür. Ayrıcinsiyyətli və hermafroditdir. İriləri bir neçə mln yumurta verir. Stridiyaların çoxu tropik və subtropik dənizlərdə yaşayır. Vətəgə əhəmiyyəti var Qara dəniz və Yapon dənizində böyük ehtiyatı var. Yeyilir.
Veritas
Veritas — Roma mifologiyasında həqiqət ilahəsi, Saturnun qızı, Virtusun anası hesab edilir. Müqəddəs bulaqda gizləndiyi və bu səbəbdən də əlçatmaz olması güman edilir. Ağ geyimli bakirə kimi təsvir edilir. Veritas həm də dürüstlük ilahəsi hesab edilirdi və ən mühüm ilahələrdən biri kimi qəbul edilirdi. Bütün Romalıların bu ilahəyə sitayiş etmələri və dürüst olmaları zəruri hesab edilirdi. Qərb mədəniyyətində həmçinin deviz kimi istifadə edilir. Latin sözü olan "veritas" bir çox kolleclərin və universitetlərin devizi kimi istifadə edilməkdədir. Adətən mükəmməlliyi, həqiqəti, gözəlliyi və mərhəməti təcəssüm etdirir. Veritas Hutchesons' Grammatika məktəbinin, Harvard Universitetinin, Qərbi Ontario Universtetinin, Dreyk Universitetinin, Noks Kollecinin (Illinois), Bilkənd Universitinin, Kalifornyia Universitetinin — Hastinq hüquq kollecinin, həmçinin Roma Katolik kilsəsinə məxsus Dominikan Orderinin devizidir. Eyni zamanda Nyuyorkdakı Bakli məktəbi "Veritasın şərəfinə" sözünü deviz kimi elan etmişdir.
Veritas Business Suite
Veritas Management Systems