Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aplit
Aplit (yun. άπλόος – sadə) — xırda və ya narın dənəli, nadir hallarda porfirvarı ağ, açıq boz, sarımtıl və ya çəhrayı rəngli (ümumiyyətlə açıq rəngli) minerallardan – xırda izometrik kvars və çöl şpatlarından ibarət maqmatik damar (dayka) süxuru. Aplitlərə azqalınlıqlı daykalar və damarcıqlar şəklində qranit və qranitoid kütlələrində, bəzən isə onlardan kənarda ətraf süxurların çatlarında rast gəlinir. Apltlərdə cüzi miqdarda rəngli minerallar – maqnetit, mikalar, bəzən qələvi piroksenlər və amfibollardan başqa aksessor mineral kimi muskovit, bəzən qranat və turmalin, adi aksessor minerallar – maqnetit, ortit, həmçinin apatit və bir çox başqa nadir minerallar (ksenotim, xrizoberill, aleksandrit, topaz, anataz və s.) var. Mikrostrukturu aplit və ya panidiomorf dənəvərdir; dənələrinin forması çox halda qeyri-düzgün üçbucaqlı və ya qeyri-düzgün dairəvidir. Tərkibinə və yatım şəraitinə görə Aplit dayka və damarcıqları maqmanın qalıq turş ərintisinin intruziv kütlələrin və ətraf süxurların çatlarına nüfuz edərək kristallaşıb bərkiməsi nəticəsində əmələ gəlir. Belə ərintilər həmişə su və digər uçucu komponentlərlə zəngin olduğundan maqmanın soyuması zamanı həmin komponentlərin ərintidən ayrılması onun kristallaşmasını sürətləndirməklə yanaşı xırda dənəli strukturun əmələ gəlməsinə səbəb olur; qalıq ərinti qapalı şəraitdə kristallaşdığı zaman peqmatitlər əmələ gəlir. Sinonimləri – qranitin, qranomazanit, xaplit; növləri – qranit-aplit, qranodiorit-aplit, diorit-aplit, kvarslı diorit-aplit, kvarslı monsonit-aplit, monsonit-aplit, plagioqranit-aplit, kvarslı siyenit-aplit, siyenit-aplit, tonalit-aplit. Azərbaycan ərazisində aplitlərə ən çox Kiçik Qafqazın Gədəbəy, Daşkəsən, Qabaqtəpə, Üçtəpə, Dəlidağ, Mehri-Ordubad və s. intruzivlərin qranitoid kütlələrində təsadüf olunur.
Apofit
Apofit — əkin sahəsində yayılıb alağa çevrilə bilən bitkilər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Kuprit
Kuprit – Cu2O - Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn == Xassələri == Rəng – müxtəlif çalarlı qırmızıdan göyümtül-qurğuşunu - bozadək; Mineralın cizgisinin rəngi – qəhvəyi-qırmızı, qırmızı; Parıltı – almaz, yarımmetal parıltısından tutqun parıltıyadək; Şəffaflıq – nazik qırıntıları yarımşəffafdır, şəffaf kristalları nadir tapılır; Sıxlıq – 5,85-6,15; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {111} üzrə aydın; Sınıqlar – qeyri-düzgün, qabıqlı; Morfologiya – kristallar: oktaedrik, rombododekaedrik, heksaedrik; Mineral aqreqatları: sıx, dənəvər, torpaqvari, tükşəkilli (xalkotrixit) əmələgəlmələr, püruzlar, bəzən druzalar. == Mənşəyi və yayılması == Ekzogen mənşəlidir. Mis sulfidlərinin aşınma məhsulu kimi filiz yataqlarının oksidləşmə zonası və xüsusilə sementləşmə zonası üçün səciyyəvidir. Mineralın tapıntıları bəzi çökmə süxurlarda – əhəngdaşlarında, dolomitlərdə və b. qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: sərbəst mis, malaxit, azurit, xalkozin, xalkantit, broşantit və b. Mineralın tapıldığı yerlər: Şessi (Fransa); Qumeşev, Turyin, Mednorudyanski (Rusiya); Cezkazqan (Qazaxıstan); Sumeb (Namibiya); Çukikamata (Çili); Bisbi (ABŞ). Azərbaycanda Katsdağ, Filizçay, Cixix-Saqator, Gədəbəy, Ağdərə yataqlarında, Çıraqdərə-Toğanalı filiz sahəsi obyektlərində, Balaca - və Böyük Qoşqaçay hövzələrində və b. qeyd edilir.
Split
Split — Xorvatiyada şəhər. Dalmatiyanın ən böyük və ən əhəmiyyətli şəhəridir. Splitskо-Dаlmаtinskаya əyalətinin mərkəzi. Əhalisi təxminən 200.000 nəfərə yaxındır. Balkan yarımadası və Adriatik dənizinin şərq sahilində kiçik bir yarımada üzərində yerləşir. Split Xorvatiyanın Zaqrebdən sonra 2-ci böyük şəhəridir. Split Dünya YUNESKO-nun Dünya Mədəni İrsi siyahısında 3-cü əsrin sonu, 4-cü əsrin əvvəlində tikilmiş Diokletian Sarayı hesabına 1979-cu ildə girmişdir. Split şəhəri və ətrafı, tarixi tikililəri, Salona Xarabalıqları, Trogir YUNESKO şəhəri, dənizi, portu, 1700 illik Dieklotian sarayı, ticarət dükanları, kafeləri, kruiz limanı, adaları ilə Aralıq Dənizi sahilində çoxlu turistin gəldiyi bir şəhərdir. Split şəhər ərazisində Aspalatos adı ilə ilk olaraq eramızdan əvvəl VII əsrdə Yunanlar tərəfindən salınıb. Sonra müxtəlif vaxtlarda İlliriya (Alban), Yunan, Roma, Bizans, Avar, Slavyan, Monqol, Venesiya, Osmanlı, Avstriya-Macarıstan, Almaniya və sair nəzarəti altında olmuşdur.
Uacit
Uto ya Uacet — Qədim Misirə aid Nil deltasında yerləşmiş qədim Buto şəhərinin və ümumiyyətlə Aşağı Misirin hökmdarlarının mühafizəkarı gözlüklü ilan - kobra cildində ilahə. Qədim əfsanəyə görə papirusrəngli ilahə İsidaya Horu Setdən xilas edərkən Nilin delta bataqlığında gizlədilməsində ona kömək etmiş və Horu bəsləmişdir. Buna uyğun yunan mfologiyasındakı rəvayət isə Leto ilə bağlıdır. Leto (yun. Λητώ miken yazılarında ra-to) - yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Fironlar öz hakimiyyətlərinin mənbəyini, döyüşlərdə məğlubedilməzliklərini Aşağı Misirin mühafizəçisi Uacetin mərhəmətində görürlərmiş. Bu məqsədlə də Misir hökmdarları onun əksini baş örtüyünün alın hissəsində daşıyarmışlar.
Ubort
Ubort (ukr. Уборть; belar. Убарць) ― Ukraynanın Jitomir vilayəti və Belarusun Qomel vilayətindən axan çay. Ubort Dnepr çayı hövzəsinə daxil olan Pripyatın sağ qoludur. Çay 292 kilometr (181 mil) uzunluğuna və 5820 km² drenaj hövzəsinə malikdir. Ubort daha çox yazda dağlardakı qarın əriməsi (~70%) və buzlaqlar ilə qidalanır. Buna görə çayın bolsulu dövrü əsasən martın ortalarından mayın əvvələrinə qədərdir. Ubort noyabrın ortalarında və ya yanvarın sonlarında dona bilir və buz fevralın və ya aprelin ortalarında əriyir. Ubort Jitomir vilayətindəki Andreyeviçi kəndinin cənubundakı təpələrdən başlayır. Çay 222 metr yüksəkliyindəki Simoni təpələrindən qərbə və 225 metr yüksəkliyindəki Marinivka təpələrindən şimal-şərqə doğru axan bir neçə kiçik çaydan başlanğıc götürür.
İprit
İprit (kimyəvi adı: dixlordietilsulfid) — İprit yağlı maye halında olan maddədir. Kimyəvi təmiz iprit rəngsiz, texniki iprit isə tərkibində olan qarışıqların təsirindən tünd – qəhvəyi rəngdə, istiot və ya sarımsaq iyi verən maddədir. Xüsusi çəkisi 1,3 q/sm3 , qaynama temperaturu 2170 °C, donma temperaturu isə mənfi 140 C-dir. İprit suda çətin, yağ və üzvi həlledicilərdə isə yaxşı həll olur. Suda həll olmuş iprit normal temperaturda hidroliz olaraq tiodiqlikol və xlorid turşusu əmələ gətirir. İprit orqanizmə hərtərəfli təsir göstərir. O, maye-damcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra (4–24 saat) dəridə qızartı əmələ gəlir, qızartı getdikcə böyüyür, 2–3 gündən sonra kiçik köplər əmələ gəlir, bu köplər getdikcə böyüyərək 3–5 gündən sonra partlayır, onun yerində yaralar əmələ gəlir və onları da uzunmüddətli müalicədən sonra sağaltmaq mümkün olur. Əgər iprit buxarları gözə düşərsə, 2–4 saatdan sonra gözlərin şişməsi, göz yaşlarının axması, işıqdan qorxma və görmə qabiliyyətinin pozulması halları baş verir. İprit buxarları tənəffüs yollarına düşdükdə 4–12 saatdan sonra zəhərlənmə halları özünü büruzə verir. Quru öskürək və səsin batması müşahidə olunur.
Üveit
Üveit – gözün orta hissəsinin iltihabıdır: qüzehli qişa, kirpikli cisim (siliar), xorioid və şüşəvarı cisim.
Upoxis
Qazsoğanı (lat. Gagea) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinə aid bitki cinsi.
POST
POST (ing. Power-On Self-Test) — qurğu işə düşdüyü zaman, qurğunun aparat təminatını yoxlaması əməliyyatı. Bu əməliyyat ana platanın BIOS-una daxil olan proqramlarla yerinə yetirilir. POST əməliyyatının natamam (qısa) yoxlama ardıcılıllığı: Daimi yaddaş qurğusundan istifadə edərək BIOS proqramlarının yoxlaması. Əsas idarəedicilər, sistem şinləri və qoşulmuş qurğuların (qrafik adapter, diskdaxilediciləri və s.) inisializasiyası, həmçinin qurğular və onları təmin edən BIOS-a daxil olan proqramların icrası. Əməli yaddaş və birinci seqmentin (64 kilobayt) ölçüsünü təyini və yoxlanması. POST əməliyyatının tam yoxlama ardıcıllığı: Prosessorun bütün registrlərinin yoxlanması; Daimi yaddaş qurğusunun yoxlanması; Sistem taymeri və səsli siqnalizasiya (IBM PC üçün — i8255 və ya analoq İnteqral sxemi) portunun yoxlaması; Yaddaşa birbaşa keçid idarəedicilərinin testi; Əməli yaddaş regeneratorunun testi; BIOS-da rezident proqramlarının proyeksiyalanması üçün əməli yaddaş qurğusunun altsahəsinin testi; Rezident proqramlarının yüklənməsi; Standart qrafik adapterinin (VGA) testi; Əməli yaddaşın testi; Əsas daxiletmə qurğularının testi; CMOS testi; LPT/COM-un əsas portlarının testi; Elastik maqnit disklərinin testi; Sərt maqnit disklərinin (Sərt disk) testi; BIOS-un funksional alt sistemlərinin avtodiaqnostikası; İdarənin əməliyyat sisteminə ötürülməsi. Kompüter qoşulduğu zaman POST-un tam və ya natamam yoxlanması əməliy yatını baza sisteminə giriş-çıxış tənzimləmələrindən yəni, BIOS Setupdan quraşdırmaq olar. ---Fərdi kompüterlərin əksəriyyətində POST əməliyyatı müvəffəqiyyətlə başa çatdıqda sistem dinamiki bir qısa səs siqnalını çıxarır. Bundan başqa bu siqnallar və kodlar yoxlanma zamanı baş verən xətanı müvafiq ardıcıllıqdan ibarət siqnallarla istifadəçiyə çatdırır.
Pont
Pontus (Yunanca: Πόντος, Pontos) antik Yunanca "dəniz" anlamına gəlməsinin bəzən Amasiyalı Strabon tərəfindən etibarən Qaradənizin cənub sahilində yerləşən Şimali Anadolu sahillərinin qədim adı. Qədim çağdan bu yana Qaradəniz bölgəsinde insan məskənləri izlərinə rast gəlinir. Ən əski Yunan dastanı olan Arqonavatlar səyahətlərinə Qaradəniz sahilləri üzərindən Kolxiya ölkəsinə (Lazika) başlamışlar. Bölgəyə Yunan kololonistlərinin M. Ə. VII yüzildə başladığı və Sinop, Samsun, Girəsun, Rizə kimi əhalisi çox saylı şəhərlərin Yunan kolonistlər tərəfindən qurulduğu bilinir. Yunan kolonistlər özlərini Kolx olaraq adlandırılan Qafqaz mənşəli topluluqlar ilə birləşərək bölgənin yerli xalqını meydana gətirmişlər. M. S. VI yüzildə xristianlıq yörəyə Trabzon üzərindən yayılmış, Mitra tapınaqları yıxılmış, incil təsiriylə yerli dillər unudularaq Yunan dili ön yerə çıxmışdır. Səlcuqilər və Osmanlı dönəmlərində yerli xalqın İslama keçməsi və Türkmənlərin oturmaqları ilə XIX yüzil sonlarında bəziləri xaricində bölgədəki topluluqlar böyük ölçüdə müsəlman əhalidən olmuşdur. 1923-cü il Türkiyə-Yunanistan əhali dəyişməsinə qədər bu bölgədə bir yunan əhalisi yaşayırdı. Orta və şərqi Qaradəniz bölgələrində qurulan bir çarlıq (Miladdan əvvəl 302-Miladdan əvvəl 64). Qurucusu I Mitridat Ctist Böyük İskəndər sonrakı dönəmdə Mysiyadaki (Mysiya Mərmərənin cənubundan başlayaraq Bergamanın olduğu sahə, təxmini olaraq Karesi bölgəsi) Qrek Cius qəsəbəsinin İran satrapı xanədanın soyundan gelir.
Port
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Poti
Poti (gürc. ფოთი) — Gürcüstanda Qara dəniz sahilində olan liman şəhər. Rioni çayının Qara dənizə töküldüyü yerdə salınmışdır. Potinin 15–20 km şərqində Rioni və Xobi arasında olan çaylar Bronz, Adlerkin, Narmarnu, Ciquri, Nosiri, Sakire, Ceva, Anaklia, Eki, Senaki, Ergeta, Ureki dövrünün əhalisinin məskunlaşdığı yerlərdir. b.e.ə VI əsrdə burada Yunan koloniyası Phasis (Pasisi) yerləşirdi. Orta əsrlərdə Poti Sameqrelo knyazlığının bir qalasıydı.1578-ci ildə şəhər olaraq qəbul edildi. 29 may, 1555-ci ildə Osmanlı və Səfəvi dövlətləri arasında imzalanan Amasya müqaviləsi zamanı Poti Osmanlı İmperiyasının itaəti altına keçdi. Səfəvilər dövləti ilə olan müharibələrdən sonra Poti Liva statusuyla Batumi sancağına bağlandı. Şərqi Qara dənizdəki quldurluq halının bitməsi üçün xaraba halda olan Faş qalası 26 iyul, 1579-cu ildə yenidən inşa edildi. 1858-ci ildə şəhər liman statusu almışdır.
Poçt
Poçt (rus. Почта, lat. posta) — rabitə və məktub, açıqca, kiçik əşyalar və bəzən insanların nəql edilməsi. Nəqliyyat vasitələri ilə mütamadi olaraq məktub, dövri mətbuat, pul köçürmələri, banderolun göndərilməsini təmin edir. Daha çox dövlət müəssisəsi olurlar. Tarixən məktub, kitab, məhsul nümunələri və pul göndərilməsi nəticəsində yaranıbdır. Bir çox poçt təçkilatları Beynəlxalq Poçt İttifaqının üzvləridir. Yapon poçtu sürətli və keyfiyyətlidir. 70-ci illərdə kredit xidmətinin təqdimatı da poçta həvalə edildi. "Japan Post" 30% paya malik olaraq nəhəng bank və sığorta şirkətini özəl sektora vermək niyyətindədir.
Unit
Unit — Mərkəzi Asiya, Şərqi Avropa və Cənubi Qafqazda feminizm və LGBTQ+ mövzularına diqqət yetirən jurnalistlər və fəalların beynəlxalq media şəbəkəsidir. Onun məqsədi jurnalistlər, fəallar, media və insan hüquqları məsələləri ilə məşğul olan təşkilatlar və təcrid olunmuş icmalar arasında uzunmüddətli və konstruktiv tərəfdaşlıq qurmaqdır. Kvir mövzularında müzakirələri davam etdirmək üçün seminarlar və təcrübələr təklif edilir, media və tədqiqat layihələri həyata keçirilir. Unit, jurnalistləri beynəlxalq səviyyədə birləşdirən, araşdırmaları dəstəkləyən və araşdırma jurnalistikasını gücləndirən Berlində yerləşən n-ost media QHT-nin bir hissəsidir. 2018-ci ildə jurnalist Əli Feruzun (Novaya Gazeta) təşəbbüsü ilə Unit Berlində yerləşən jurnalistika şəbəkəsi n-ost tərəfindən hazırlanmışdır. 2023-cü ilin oktyabr ayında Polşanın Krakov şəhərində şəbəkənin toplantısında "Mərkəzi Asiya, Şərqi Avropa və Cənubi Qafqazdan kvir hekayələr" adlı kitabın təqdimatı keçirildi. Unit kollektivi hesab edir ki, həmrəylik istənilən real dəyişikliyin baş verməsinin açarıdır. Təşkilat 10 ölkədən olan jurnalistlərlə birgə çalışır. Əhatə dairəsinə qeyd edilən regionlardan aşağıdakı ölkələr daxildir: Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan. Unit LGBTQ+ məsələləri ilə işləyən fəallar və müdafiəçilərlə müttəfiq olur, təhsil, jurnalist və tədqiqat layihələri bağlı müzakirələri genişləndirməyə çalışır.
BT Sport
BT Sport — 2013-cü ilin yayında efirə buraxılan, Böyük Britaniya və İrlandiyada bir qrup idman kanallarıdır. BT Sport İngiltərə Premyer Liqası, Bundesliqa, İtaliya A Seriyası və Liqa 1-i yayımlamaq hüququna malikdir. 2015/16 mövsümündən etibarən, "BT Sport" Çempionlar Liqası və UEFA Avropa Liqasının yayımlanmasında müstəsna hüquqlara malikdir. == Kanallar == BT Sport 1 BT Sport 2 BT Sport ESPN — 9 iyun 2015-ci ildə efirə buraxılıb. Keçmiş ESPN UK kanalının bazasında yaradılıb. BT Sport Europe — 1 avqust 2015-ci ildə efirə buraxılıb. Efir vaxtının böyük hissəsini idman xəbərləri təşkil edir, lakin futbol yayımları üçün də istifadə edilir. BT Sport Ultra HD — 1 avqust 2015-ci ildə efirə buraxılıb. Yayım formatı növü 4K-dır. BT Sport Showcase — 1 avqust 2015-ci ildə efirə buraxılıb.
Bananlı split
Bananlı split (ing. banana split)-Amerikan mətbəxinin tipik deserti. Dondurmadan hazırlanır. == Haqqında == Klassik bananlı split təmizlənmiş bananlardan ibarətdir ki, onun üzərinə vanilli, çiyələkli, şokoladlı dondurmalar qoyulur və onu ananas, çiyələk və şokoladlı siroplar əlavə edilir. Daha sonra şirin desertin üzərinə çərəzlər əlavə edilir, qaymaq və albalı əlavə edilir.
CBC Sport
CBC Sport — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış idman kanalı. == Tarixçə == 2015-ci ildə Azərbaycan Premyer Liqasının yayım hüquqları AzTV və İdman Azərbaycan telekanallarına verilmədi. Əvəzində liqanın yayım hüququ üçün müsabiqə elan olundu. CBC kanalı bu müsabiqədən qalib çıxaraq növbəti 3 il ərzində Azərbaycan Premyer Liqasının yayım hüquqlarını əldə etdi. Lakin "CBC" telekanalı əsasən əcnəbi dildə fəaliyyət göstərdiyinə görə yeni idman kanalının açılması zərurəti yarandı. Beləliklə, CBC Sport kanalı 9 avqust 2015-ci ildə internet yayımına başladı. 1 oktyabr 2015-ci ildə isə test yayımına keçdi. 2 noyabr 2015-ci il tarixində əsas yayıma keçid edən telekanal İdman TV-dən sonra ölkənin 2-ci idman kanalı oldu. Həmçinin, Azərbaycanda 10-cu ümumrespublika telekanalıdır. 8 sentyabr 2015-ci il tarixində Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilmişdir.
Geriyə split
Koton Sport
Koton Sport Qarua Futbol Klubu — Koton Sport klubu kimi də tanınan, Kamerunun Qarua şəhərini təmsil edən peşəkar futbol klubudur. Klub öz ev oyunlarını Omnisport de Qarua stadionunda keçirir. == Tarixi == Klub 1986-cı ildə təsis edilmişdir. Klub 1992-ci ildə Premyer Liqaya yüksələnə kimi ölkənin aşağı diviziyalarında çıxış etmişdir. 1996-cı ildən bəri yerli oyunçulara üstünlük verən Koton Sport on bir dəfə çempionatının qalibi olmuşdur. 2008-ci ildə isə klub KAF Çempionlar Liqası turnirinin finalçısı olmuşdur. Onlar Misir təmsilçisi olan Əl-Əhli klubuna finalda məğlub olmuşlar. == Uğurları == === Milli çempionat === Kamerun Premyer Diviziyası: Çempion (17): 1997, 1998, 2001, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2010, 2011, 2013, 2014, 2015, 2018, 2021, 2022. İkinci yer (5): 1994, 1996, 1999, 2000, 2002. Kamerun Kuboku: Çempion (6): 2003, 2004, 2007, 2008, 2011, 2014.
Point Blank
Point Blank — Cənubi Koreyanın oyun şirkəti Zepetto tərfindən yaradılan onlayn birinci şəxs atıcı oyundur. Oyun 2008-ci ildə yayımlanmışdır. Oyun CT-Force və Free Rebels arasındakı müharibə haqqındadır. Oyunda rütbə sistemi vardır. "Hərbi şagird" rütbəsi ilə başlanır və ən yüksək rütbə "Baş General"dır. Oyun keçirdikcə təcrübə xalı və oyun xalı qazanılır. Oyunda bəzi özəl əşyaları və silahları da almaq üçün əsl pul ilə ala biləcəyimiz oyun pulu da istifadə olunur. Oyunda 7 fərqli format və bir çox xəritə var. CT Force polis qrupu Free Rebels üsyançılarına qarşı ölkəni müdafiə edirlər. Qrupda 3 qadın, 2 kişi obraz var.
Rai Sport
«Rai Sport» — «RAİ» şirkətinin sahibləndiyi və idman verilişlərini yayımlamış İtaliya dövlət telekanalı. Telekanal yayıma 1 fevral 1999-cu ildə başlamışdır. Telekanal İtaliya və beynəlxalq idman tədbirlərini Mux Rai 2-də DTT kanal 58 vasitəsilə yayımlamışdır. Həmçinin «IPTV» və «Sky Italia» telekanalında da yayım olmuşdur. 18 may 2010-cu ildə qardaş telekanal «Rai Sport 2» bağlanmışdır. Telekanal «Rai Sport» telekanalında yayımlanan proqramları bir saat tez yayımlayırdı. Tg Sport gündəlik nəşrində 3 dəfə təkrarı göstərilir. Birinci hər gün saat 09:00-da, ikincisi bazar ertəsindən şənbə gününə qədər 14:30-da, sonuncusu isə bazar ertəsindən cümə gününə qədər 23:30-da yayımlanır.
Sliedrext Sport
"Sliedrext"(nid. Sliedrecht) Sport — 1956-cı ildə yaradılmış qadın voleybol klubudur. Komandanın həmçinin kişi voleybol komandası da fəaliyyət göstərir.
Split darvazası
Split darvazası boğazı (xorv. Splitska vrata) - Adriatik dənizi akvatoriyasında yerləşən Dalmaçiya adalarına daxil olan Şolta adasını Braj adasından ayırır. Uzunluğu 1,9 km, eni 800 metr təşkil edir. Adını yaxınlıqdakı Split şəhərinin adından götürmüşdür.
Stradivari Duport
Duport Stradivari, 1711-ci ildə İtaliyanın Kremona şəhərində Antonio Stradivari tərəfindən hazırlanmış violonçeldir.Alət adını 1800-cü illər ərəfəsində yaşamış bəstəkar Jan Lui Duporta görə alıb. Violençelin 1711-ci ildə Kral XIV Lüdovikin şəxsi həkimi François Chicoyneau-nun istəyi ilə inşa edilməsi güman edilir.Chicoyneau 1752-ci ildə öldükdə, violonçel satılması üçün Parisə göndərildi və açıq hərraca çıxarıldı.Xərrac zamanı Duport violençeli ala bilməsə də,Duport qardaşları daha sonra daha ucuz qiymətə violençeli ala bildilər. 1812-ci ildə Jan Lui Duport Tüiliri sarayında konsert verdiyi zaman Napolyon da alətdə ifa etmişdir.Violençeldə hələ də görünə bilən çuxurun Napolyonun diqqətsizliyi səbəbindən meydana gəldiyi deyilir.