Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stavka
Stavka (rus. Ставка) - Rusiya imperiyasının (Birinci dünya müharibəsi) və SSRİ-nin (İkinci dünya müharibəsi) ümumi qərargahı. İkinci dünya müharibəsində, 23 iyun 1941-də Sovet Xalq Komissarlığı Şurası və Partiya Mərkəzi Komitəsinin əmri ilə Yüksək Sovet Hərbi Assambleya Təşkilatı oldu. Bu assambleyada Xalq Müdafiəsi Komissarı general Georgi Jukov, İosif Stalin, Vyaçeslav Molotov, marşal Kliment Voroşilov, marşal Semyon Budyonnı və xalq komissarı (narkom) və admiral Nikolay Gerasimoviç Kuznetsov vardı. Stavka Sovet Silahlı Qüvvələrinin bütün fəaliyyətlərini idarə edirdi, lakin bu idarə dövlət müdafiə komitəsinin göstlərişləri çərçivəsində gedirdi. Stavka ilə cəbhədə döyüşən komandirlər arasındakı əməkdaşlıq və əlaqə komandirlərin Stavkaya çağırılaraq məlumat verilməsi surətiylə reallaşırdı. Həmçinin, bu əlaqə bəzən assambleya təmsilçilərinin də şəxsən cəbhələrə gedərək yoxlanış və əməkdaşlıq etmələri ilə də təmin edilirdi.
Uşanka
Uşanka (rus. уша́нка) — rus papağı və ya qulaq papağı, rusların istifadə etdiyi xüsusi bir papaq növüdür. O, həm də hərbi formanın vacib hissəsidir. Soyuq havalarda baş, qulaq, boyun nahiyələrini qoruyur və isti saxlayır. Onlar xəzdən hazırlanır və soyuq bölgələrdə geniş istifadə olunur.
Estaka de Bares
Estaka de Bares (isp. La Estaca de Bares) — İspaniyanın Atlantik okeanı sahillərində yerləşən burun. Pireney yarımadasının ən ucqar şimal nöqtəsini təşkil edir. ispaniyanın tarixi bölgəsi ola Qaıisiyanın şimal-qərbindədir. Biskay körfəzinin Atlantik okeanı ilə olan təbii sərhəddini təşkil edir. Fotorreportaje: Base Americana LORAN en Estaca de Bares.