Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fuqu
Fuqu — balıq növü. Fuqu qida növü kimi dünyada ən təhlükəli məhsullardan sayılır. Bu məhsulun yaratdığı tetradoksini kurare (bitkidən alınan tünd zəhər) adlı məhsuldan 25 dəfə, sianiddən isə 275 dəfə daha güclü tərkibə malikdir. Zəhər tənəffüs orqanlarında iflic yaradır, insan bir neçə dəqiqə ərzində dünyasını dəyişir. Bu balıqdan yalnız xüsusi lisenziyası olan aşpazlar istifadə edirlər və fuqunu hazırlaya bilərlər. Lakin bütün bunlara baxmayaraq hər il bu balıqdan ölən insanlar olur. Artıq problem həll edilir və Yaponiyada cənubi Ehime adlı yerdə balıq ferması yaradılmışdır, hansı ki, bura il ərzində bazara 50 mindən artıq zəhərsiz balıq göndərir. Aşpazlar isə düşünür ki, zəhərli fuqu öz məşhurluğunu hələ də saxlayır . Fuqu restoranlarına gəlib bu balıqdan yemək istəyənlər, yalnız yemək üçün bura gəlmirlər, onlar eyni zamanda əsəblərini də qıcıqlandırmağı sevirlər.
Uge
Uge xan — 839-cu ildə Külüg Bəyin intiharından sonra 13 sərkərdə tərəfindən xan seçilmişdi. Həmin il 100.000 Yenisey qırğızı Are xanın (阿熱) başçılığı ilə Ordu Balıq şəhərini ələ keçirdi və yandırdı. Uyğurlar Uge xanın başçılığı ilə cənuba köçdülər. Uyğurların köçə məcbur olması Çini narahat edirdi. Txyan-Te qalasını mühasirəyə alan uyğurlar çinlilərin elçilərini qəbul etmədilər. İmperator uyğurların köçündən qorxurdu. 841-ci ildə xaqan Şofan başda olmaqla onlarla Çin şəhərini yağmaladı və yürüşünə davam etdi. Xaqanın 100.000 əsgəri var idi. Lumunşan dağı yaxınlığında 30.000 əsgərdən 4 aymak da ona qoşuldu. 841-ci ildə Uyğur ordusunda sərkərdə olan Külüg Bəyin qardaşı Umus Çin ordusunda fəaliyyət göstərməyə başladı və Li Sişonq adını aldı.
Uqq
Uqq (ing. uggs, ingiliscə [ʌgz], "aqz") — qoyun dərisindən hazırlanmış və yunu içəri hissədə olan, üz hissəsi hamar, daha çox sintetik altlıqdan ibarət olan ayaqqabı, yaxud çəkmə. İlk dəfə Avstraliyada və Yeni Zellandiyada yaranması ehtimal edilsə də dəqiq yaranma yeri təyin olunmayıb. The Good, the Bad and the Ugg Boot — (həmçinin bax:Australian Film Commission database Arxivləşdirilib 2009-02-14 at the Wayback Machine) (ing.).
Utu
Utu — Şumer-Akkad mifologiyasında günəş tanrısı. Şumerlərin Utu adlandırdıqları günəş tanrısı Babil zamanı Şamaş adlanırdı. Həmin tanrı "yeri işılandıran, səma məhkəməsinin hakimi, yuxarıdan və aşağıdan qaranlığı şəfəqləndirən" hesab olunurdu. Hər səhər o, yoluna başlayaraq dağlardan yüksəyə qalxırdı, ona tabe olan ilahələr göylərə gedən yolların darvazalarını açırdılar. Axşamlar isə o, dənizə enirdi. Gecələr Şamaş öz arabasında yeraltı dünyaya hərəkət edirdi ki, ölülər işıq və yemək alsınlar. Öz yolunda o ədalətsizlikləri və adamların bədxah işlərini görür və məhkəmə qururdu. Ona görə də onu ali hakim adlandırırdılar. Hammurapiyə görə o, adamlara həqiqət və ədalət verirdi. Mesopotamiyanın qədim sakinlərinin dini həyatında tanrılar mühüm rol oynayırdılar.
Uğur
Uğur — insan həyatında təsadüfi, gözlənilməz və ya hesaba alınmadığı təsadüf nəticəsində meydana gələn müsbət qəbul edilən bir hadisə, sinonimləri: bəxti gətirmə, qismən: şans, xoşbəxtlik. Xüsusilə də təsirlənmiş şəxsiyyətin hərəkətlərindən və ya qərarlarından asılı olmayan hallarda, hansısa bir hadisənin və ya hərəkətin arzuolunan nəticəsini göstərə bilər. Şansı və ya bəxti gətirmək nümunələrini lotereya, rulet və ya digər oyunlarda qazanmaq olar. Uğurla bağlı bir sıra mənəvi və ya fövqəltəbii inanclar var. Bu inanclar bir-birindən geniş şəkildə fərqlənir, lakin əksəriyyət şansın müəyyən ritualları yerinə yetirmək və ya müəyyən şərtlərdən qaçınmaqla mənəvi vasitələrlə təsir edə biləcəyi ilə razılaşır. Şans həm də uğurlu və uğursuz hadisələrin təşkilatçılığına inam ola bilər. Uğur, fərdlər tərəfindən fərqli şəkildə şərh olunan xurafatın bir növüdür. Əksər insanlar üçün uğurlar kimi xarakterizə edilə bilən hadisələr arzuolunan və gözlənilən olduğundan, onun təcəssüm edən bir çox müxtəlif rəmzlər var. Qərb mədəniyyətində dörd yarpaqlı yonca, nal, baca təmizləyən, uğur böcəyi, dovşan pəncəsi və başqaları uğurlar simvolu sayılır. İnsanın maddi cəhətdən müvəffəqiyyətili olması (sərvətin əldə edilməsi), ilk növbədə, şəraitin uğurlu keçməsi (şans) ilə müəyyən edilir, insanın qabiliyyəti və ya şəxsi keyfiyyətləri bunun üçün daha az əhəmiyyət kəsb edir.
Uşu
Uşu (Çincə:武術; Pinyin: wǔshù) — çin döyüş sənətidir. Kunq Fu və Uşu eyni mənanı ifa edir. Sadəcə olaraq "Kunq Fu" termini Honq Konq döyüş filmlərindən amerikan dialektinə çevrilərək işlənməsi genişlənmişdir. "Uşu" sözü Çin dilindən tərcümədə "Döyüş Sənəti" deməkdir. Müasir dövrdə "Müasir Uşu" (ing. Modern Wushu) adlı termin işlədilir. Bu termin Uşu üzrə keçirilən müsabiqələrə aiddir. Uşu döyüş sənətini (Vin Çun stili) tədris etməyə başlamış ilk şəxs İp Man olmuşdur.
Ugi
Sun Yuytsi (çin. 宋雨琦, kor. 송우기; 23 sentyabr 1999, Pekin) və ya tanınan səhnə adı ilə Uqi (kor. 우기) – Çin müğənnisi, mahnı yazarı və rəqqası. "(G)I-dle" qrupunun üzvüdür. 2021-ci ildə "A Page" sinql albomu ilə solo debüt etmişdir. == İlk illəri == Sun Yuytsi 23 sentyabr 1999-cu ildə Çinin paytaxtı Pekində doğulmuşdur. Pekində yerləşən 101 Orta Məktəbində təhsil almışdır. "Cube Entertainment" tərəfindən Pekində keçirilmiş seçimlərə qatılmış, "CLC" qrupunun "High Heels" və "G. E. M." qrupunun "Bubble" mahnısını ifa etmişdir. O, seçimlərə keçirək "Cube Entertainment"ə qatılmışdır.
Uqi
Sun Yuytsi (çin. 宋雨琦, kor. 송우기; 23 sentyabr 1999, Pekin) və ya tanınan səhnə adı ilə Uqi (kor. 우기) – Çin müğənnisi, mahnı yazarı və rəqqası. "(G)I-dle" qrupunun üzvüdür. 2021-ci ildə "A Page" sinql albomu ilə solo debüt etmişdir. == İlk illəri == Sun Yuytsi 23 sentyabr 1999-cu ildə Çinin paytaxtı Pekində doğulmuşdur. Pekində yerləşən 101 Orta Məktəbində təhsil almışdır. "Cube Entertainment" tərəfindən Pekində keçirilmiş seçimlərə qatılmış, "CLC" qrupunun "High Heels" və "G. E. M." qrupunun "Bubble" mahnısını ifa etmişdir. O, seçimlərə keçirək "Cube Entertainment"ə qatılmışdır.
Düyü unu
Düyü unu — Çin səddinin tikintisi zamanı istifadə olunmuş vasitə Çin səddinin tikintisi zamanı düyü unu və yandırılmış kirəcin tozundan istifadə olunub. Çinin Zhejiand Universitetinin kimyaçı professoru Zhang Binjianın bununla bağlı məqaləsi Amerika Kimya Cəmiyyətinin jurnalında dərc olunub. Yapışqan xüsusiyyətə malik düyü unu daş parçalarını son dərəcədə möhkəm şəkildə saxlayır və düyü ununun tərkibindəki amilopektin maddəsi divarın çox yerində hələ də çöl bitkilərinin böyüməsinin belə qarşısını alır. Bu səbəbdən də bu günə qədər uçmamış divarlar əzəmətlə durmaqda davam edir. O da məlum olub ki, Çində Ming sülaləsinin hökmdarlığı dönəmində, 1368–1644-cü illərdə inşa edilən türbə və qüllələrin tikintisində də düyü unundan istifadə olunub. Bunun sayəsində həmin tikintilər zəlzələyə davamlılıqları ilə seçilib. Zhang Binjian seysmik zonalardakı tiklilərdə gələcəkdə düyü unundan istifadənin tətbiqini də təklif edib. == Mənbə == Dünyanın 7 möcüzəsindən birinin sirri açıldı!
Fuqu (tayfa)
Fuqu — Qədim telelərin bir qolu. Başçılarının titulu eltəbər idi. Bu tayfa Tanq Taiçonq dövründə Çinə tabe olmuşdu.
Haşimoto uru
Haşimoto tiroiditi və ya autoimmun tiroidit – qalxanabənzər vəzə orqanizmin daxili qoruma sistemi tərəfindən "hücum" nəticəsində yaranan xəstəlikdir. Qandakı anti-TSH reseptor antitellərinin səbəb olduğu autoimmun bir xəstəlikdir. Qadınlarda görülmə tezliyi kişilərdən dəfələrlə çoxdur (~20:1) və adətən 45-65 yaş arasında daha çox rast gəlinir. Endemik zonalardan kənar ərazilərdə xroniki hipotireozun ilk səbəbidir. == Əlamətlər == Haşimoto tiroiditinin əlamətləri hipotireoz əlamətlərinə bənzərdir. Başlanğıcda heç bir əlamət olmaya bilər. Daha sonralar TSH artdıqca, yəni hipotireoz yarandıqca çəki artımı, quru dəri, saç tökülməsi, yorğunluq, halsızlıq, qəbizlik, əldə və üzdə şişkinlik kimi əlamətlər yaranır. Müalicə başlandıqdan sonra bu əlamətlər də geriləməyə başlayır. == Müalicə == Müalicə diaqnoz qoyulduqdan sonra eutiroid fazadan hipotiroid fazaya keçid zamanı gündəlik olaraq tiroksin qəbulu ilə başlanılır. Bu xəstəlik zamanı tiroksin qəbulunun dozası qanda TSH səviyyəsinə baxaraq nizamlanır.
Liu Luqu
Liu Luqu - Tiefu konfederasiyasının şərqdəki III başçısı. Atası Liu Fulun idi. 285-ci ildə hakimiyyətə gəlmişdi. Tsao Vey imperatorunun vassalı olaraq hakimiyyətdə idi. Toba sülaləsindən bir şahzadə ilə evlənmişdi. Bu evlilikdən Liu Kuren və Liu Tucuan adlı övladları olmuşdu.
Luqu döyüşü
Luqu döyüşü — 16 aprel 1899-cu ildə kapitan Pol Vule, onun adyutantı Jülyen Şanuenin rəhbərliyi altındakı Mərkəzi Afrika ekspedisiyasının Fransa müstəmləkə qüvvələri ilə kahinə Sarrauniyanın başçılığı altındakı Əzna bütpərəst tayfa arasında baş tutmuş döyüş. Vule və Şanuen 1898-ci ildə Niger çayı ilə Çad gölü arasındakı ərazini fəth etmək missiyası ilə ekspedisiyaya göndərilmişdi. 1899-cu ilin yanvarında onlar Fransa Sudanını tərk etdikdən sonra güclü müqavimət göstərməyən yerli xalqları zorakı şəkildə tabe özlərinə tabe etmişdir. Döyüşmək qərarına gələn azsaylı yerlilərdən biri uzun müddət islamlaşan regionda yaşayan Əzna bütpərəst tayfasının başçısı sehrbaz-kraliça Sarrauniya idi. Ekspedisiyanın yolunu bağlamaq qərarına gələn Sarrauniya Vuleyə təhqirlərlə dolu təxribatçı məktub yazmışdır. Fransızlar çağırışı qəbul etmiş və 15 aprel 1899-cu ildə Sarrauniyanın qüvvələrini cəmləşdirdiyi Luqu və Tuqana kəndlərinə doğru yola düşmüşdür. Fransızlar güclü müqavimətlə qarşılaşmış, lakin nəticədə uğur qazanmış və Əzna tayfasını ərazidən qaçmağa məcbur etmişdir.
Mata-Utu
Mata-Utu — Uollis və Futuna adasının inzibati mərkəzi. Uollis adaları qrupunun Uvea adasında yerləşir. Regionun ən böyük portu, aeroport da var. Əhalisi (2008, siyahıyaalma).
Nor Uqi
Nor Uği - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Nor Uği
Nor Uği - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Oğuzhan Uğur
Oğuzhan Uğur (1984, Ankara) — Türkiyə musiqiçisi, prodüseri, ssenaristi, karikaturaçısı və yutuberi.
Qarğıdalı unu
Qarğıdalı unu — qarğıdalının üyüdülməsi nəticəsində əldə edilən incə toza verilən addır. Çörək və xəmir işləri başda olmaqla bir çox qidada istifadə olunur.
Göy üzü
Səma — Yer səthindən yuxarıya doğru maneəsiz bir görünüş. Buraya atmosfer və kosmik fəza daxildir. O həm də yerlə kosmos arasındakı bölgə kimi də hesab olunur, buna görə də kosmosdan fərqlidir. Astronomiya sahəsində səmaya göy sferası da deyilir. Bu, Günəş, Ay, planetlər və ulduzların sürükləndiyi Yerə konsentrik olan mücərrəd sferadır. Göy sferası ənənəvi olaraq bürclər adlanan təyin olunmuş ərazilərə bölünür. Adətən "göy üzü" termini qeyri-rəsmi bir şəkildə Yer səthindən baxış bucağı kimi başa düşülür, amma mənası və istifadəsi fərqli ola bilər. Yer kürəsindəki bir müşahidəki gündüzlər gecəyə görə daha düz görünən bir günbəzə bənzəyən (bəzən göy kasası da deyilir) göy üzünün kiçik bir hissəsini görə bilər. Bəzi hallarda, məsələn, hava haqqında danışarkən, səma atmosferin yalnız aşağı, daha sıx təbəqələrini ifadə edir. Gündüz səması mavi görünür, çünki hava molekulları günəş işığının daha qısa dalğa uzunluqlarındakını daha uzun olanlara (qırmızı işıq) nisbətən daha çox səpələyir.
Uğur FK
Uğur Mumcu
Uğur Mumcu (türk. Uğur Mumcu) — türk jurnalisti. Ailədə dörd uşağın üçüncüsü olmuşdur. Ankarada məktəbi, sonra 1965-ci ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1965-1969-cu illərdə öz ixtisası üzrə çalışıb. Sonra 1972-ci ilə qədər Ankara Universitetində çalışıb. 1971-ci ildə Türkiyədə dövlət çevrilişindən sonra Mumcu həbs edilib. Həbsxanada ona işgəncə verilib. Mumcu daha sonra iddia edir ki, ona işgəncə verən adamlar ona deyiblər: “Biz əks-partizanlarıq. Hətta respublika prezidenti də bizə heç nə edə bilməz”.
Uğur Uçar
Uğur Uçar (d. 5 aprel 1987, Bakırköy) — türk futbolçudur . O , 2.liqa komandalarından olan "Pendikspor"da çıxış edir. "Qalatasaray"ın infrastrukturunda yetişən və 2004-cü ildən A komandasında oynamaq şansı qazanan futbolçulardan biri olan Uğur Uçar müdafiənin sağ cinahında çalışır və 2006–07 mövsümündə Erik Gerets dövründə "Kayserispor" a icarəyə verilmişdir. Karl-Heinz Feldkampla yenidən Qalatasaray'a dönən Uğur 2007–08 mövsümündə müdafiədə əvəzolunmaz oldu. Üç ildir ümidli millidə də çıxış edən Uğur, qarlı hava səbəbindən təxirə salınması tələb edilən Konyaspor matçında Batista ilə toqquşaraq diz qapağını sındırıb. 1 ilə yaxın zədələnən Uğur Uçar 5 fevral 2009-cu ildə fizioterapevtlərin müşayiəti ilə məşqə qatılıb. 21 fevral 2009-cu ildə komanda ilə işləməyə başlayıb. Uğur Uçarın meydana qayıdışı 2008–09 mövsümünün son matçı olan Sivasspor matçında oldu. 23 iyun 2010-cu ildə onun "Qalatasaray" dan "Ankaragücü" yə 1,3 milyon TL qarşılığında transfer edildiyi açıqlandı.
Özkan Uğur
Raif Özkan Uğur (17 oktyabr 1953, İstanbul – 8 iyul 2023, İstanbul) — Türkiyə musiqiçisi, kino və televiziya aktyoru, MFÖ qrupunun üzvü. Özkan Uğurun atası Hurşit Uğur "Şehir Hatları" şirkətində baş mühəndis işləyirdi. Ailənin 5-ci övladı olan Uğur Reşat Nuri Güntekin İbtidai məktəbində oxuyarkən mandolinlə tanış olub. Fənərbaxça Liseyində oxuyarkən onun musiqi sevgisi üstünlük təşkil edir. Əvvəlcə "Atomiklər" adlı özfəaliyyət qrupu yaradıb, dövrün məşhur mahnılarını şərh ediblər. Musiqi karyerasına 1970-ci ildə bir çox məşhur adın da zaman-zaman qatıldığı Şerif Yüzbaşıoğlu Orkestrində başlayıb. 1971-ci ildə "Kızıltoprakda" tanış olduğu Mazhar Alanson və Fuat Güner və ilk qrupu "Kaygısızlar" ilə peşəkar bas gitara çalmağa başlayıb. O zaman Sadık Kuyaş da qrupda bas ifaçısı idi. Bir müddət birlikdə oynadıqdan sonra Kuyaş qrupdan ayrıldı və Uğur qrupun yeganə basçısı oldu. "Kaygısızlar" dağıldıqdan sonra 1972-ci ildə Barış Mançonun ona yoldaşlıq etmək üçün qurduğu "Kurtalan Ekspres" rok qrupunun ilk komandasında yer alıb və Ankara Dedemanda ilk konsertində iştirak edib.
Uğur Yücəl
Uğur Yücəl (türk. Uğur Yücel; 26 may 1957, İstanbul) — Türkiyəli aktyor, rejissor, ssenarist və prodüser. Teatr Konservatoriyasının İstanbul filialını bitirib. İstanbulda yaşayır və Derya Alabora ilə evlidir. Uğur Yücəl 1957-ci ildə İstanbulda anadan olub. İstanbul Bələdiyyə Konservatoriyasının Teatr fakültəsini bitirib. 1975–1984-cü illərdə Kenter Teatrında, Tef Kabare Teatrında, Dormen Teatrında və Şan Musiqi Salonunda müxtəlif tamaşalarda oynayıb. "Selamsız Bandosu" və "Muhsin bəy" (1987) filmlərində oynadığı rollarla böyük rəğbət qazanıb. 90-cı illərin əvvəllərində siyasətçi imitasiyaları və stand-up şouları ilə adından söz etdirib. Sezən Aksu və Müjdə Ar ilə ayrı-ayrı səhnə şouları da təşkil edib.
Uğur Bayraqtutan
Uğur Bayraqtutan (25 fevral 1965, Artvin) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırış deputatı. Uğur Bayraqtutan 1965-ci ildə Artvin ilində anadan olub. Ankara Universitetinin Hüquq bölməsini bitirib. Artvin Vəkillər Kollegiyasında İdarə Heyətinin üzvü vəzifəsində təmsil olunub. Siyasətə Sosial Xalqçı Partiyasında (SHP) qoşulub. SHP Artvin il şöbəsinin sədr müavini olub. Daha sonra siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) davam edib. CHP Artvin ilçə İdarə Heyətinin üzvü, CHP Artvin İntizam Şurasının sədri, CHP Artvin Seçim Komitəsinin sədri, CHP Artvin il İdarə Heyətinin üzvü və CHP Artvin il sədri vəzifələrində təmsil olunub. 2014–2023-cü illərdə CHP Ali İntizam Şurasının sədri olub. 2011, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə Artvin ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.