Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hsu Hao (Mortal Kombat)
Hsu Hao (ing. Hsu Hao) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Asku
Asku (fr. Ascou) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Aks-le-Term kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09023. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 129 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 83 yaşda olan (15-64 yaş arasında) 62 nəfər iqtisadi fəal, 21 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,7%, 1999-cu ildə 73.2%). Fəal olan 62 nəfərdən 54 nəfəri (28 kişi və 26 qadın), 8 nəfər işsizdir (5 kişi və 3 qadın). 21 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 12 nəfər təqaüdçü, 6 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
HSBC
HSBC — Avropa, Asiya-Sakit okean bölgəsi, Şimali və Cənubi Amerika, Yaxın Şərq və Afrikada fəaliyyət göstərən HSBC Qrupu, dünyanın ən böyük bank və maliyyə xidmətləri göstərən qurumlardan biridir. İngiltərədə qeyddə olan HSBC Holdings plc'nin ümumi mərkəzi Londondadır. HSBC'nin 1999-ci ildə Qrup şirkətləri üçün beynəlxalq tək bir marka olaraq təyin olunması, qrupun altıbucaqlı embleminin dünya səviyyəsində getdikcə tanınan bir simvol olmasını təmin etdi. HSBC 2002-ci ildən markasını rəqiblərindən ayırmaq və xüsusiyyətlərini vurğulamaq üzrə 'Dünyanın yerli bankı' şüarıyla bir kampaniyaya başladı. HSBC, dünyanın ən inkişaf etmiş məlumat texnologiyalarını istifadə etməkdədir. HSBC'nin ildə 13 milyarddan çox müştəri əməliyyatının həyata keçirildiyi və hər keçən gün sürətlə inkişaf edən e-ticarət funksiyası, internet, PC bankçılığı, interaktiv TV, telefon bankçılığı və mobil bankçılığından ibarətdir. Bankın düyada 10.000 dən çox ofisi,82 ölkədə 312.000 dən çox işçisi və 125 milyondan çox müştərisi mövcuddur.
Hsia
Hsia imperiyası, Sya (407-431) — öz adını əfsanəvi Hsiadan alan hun dövləti.
Hücü
Hücü — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 120 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindən tərcümədə "su arxları çəkilmiş yer" və ya "yeni arx" mənalarında izah edilir.
Psou
Salme küla (abx. Сальме ;gürc. სალმე;est. Salme küla) - Gürcüstanın Abxaziya bölgəsində yerləşən kənd. Kənd əhalisin əsasını etnik estonlar təşkil etmişdir. Estonlar Qara dənizin sahilində yerləşən bu əraziyə 1884-cü ildə Estoniyanın kiçik Kuusalu şəhərindən gəlmişdilər. Kəndin əsasıda elə həmin il qoyulmuşdur. Abxaziya müharibəsinin başlaması səbəbindən etnik estonlar kəndi tərk edərək Estoniyaya qayıtmışdır. Hal-hazırda kənd ərazisində az sayıda abxaz yaşamaqdadır.
Psxu
Psxu (gürcücə: ფსხუ, Pskhu; abxazca: Ҧсҳәы, Ps'hwy; rusca: Псху, Pskhu) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. 2005-ci il əhalinin siyahıyaalınmasına görə, kəndin əhalisi 150 nəfərdən ibarət olmuşdur. Əhalinin əksəriyyətini etnik ruslar təşkil edir. Kənd coğrafi baxımdan Böyük Qafqaz və Bzyb dağ silsilələrinin arasında yerləşən kəndlə eyni ada malik vadidə yerləşir. Bzyb çayı və digər çox saylı çaylar kəndin yaxınlığından axır. Kəndin də daxil olduğu vadi abazinlər tərəfindən məskunlaşdırılmışdır. Abazinlər ruslara ən sonda tabe olmuş Qafqaz xalqıdır və etnik baxımdan adıqlarla, abxazlara yaxındırlar. 1864-cü ildə onların torpaqlarının Rusiya tərəfindən işğal edilməsindən sonra müharibədən sağ çıxanların demək olar ki hamısı Osmanlı imperiyasına getdilər. Yerdə qalan kəslər isə Qara dəniz sahilində Osmanlı imperiyasına gedərkən yolda aclıqdan və ya malyariyadan həyatlarını itirdilər. Psxu kəndi II Dünya müharibəsi zamanı almanlar tərəfindən ələ keçirilmiş yeganə Cənubi Qafqaz kəndidir.
Öskü
Öskü (mac. Öskü) — Macarıstanın Vesprem medyesində yerləşən kənd.
Üskü
Üskü və ya Üç qaya — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Üskü şəhristanının paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 16,140 nəfər və 4,928 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
HSL və HSV
HSL (hue, saturation, lightness) və HSV (hue, saturation, value) rəng tonu-doyma-parlaqlıq – kompüter qrafikasında rəngləri təsvir etmək üçün istifadə olunan rəng modeli. Rəng tonu (HUE), əslində rəngin özüdür və rəng dairəsindəki yeri ilə təyin olunur: 0º – qırmızı, 60º – sarı, 120º – yaşıl, 180º – mavi, 240º – göy, 300º – bənövşəyi. Doyma (SATURATION), verilmiş çalarlı rəngin qatılığıdır və çox zaman 0–100 aralığında faizlə ifadə olunur; məsələn, yangınsöndürən maşının qırmızı rəngi yüksək doymuş rəngdir, çəhrayı rəng isə zəif doyub. Parlaqlıq (BRIGHTNESS), verilmiş rəngdə ağ rəngin miqdarıdır: 0 – qara rəngə, 100 isə ag rəngə uyğundur. HSB modelinə HLS (hue-lightness-saturation) modeli və ya HSV (hue-saturation-value) modeli də deyilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Euseius hutu
Euseius hutu (lat. Euseius hutu) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Fərəculla Helu
Fərəculla Helu (1906-26 iyun 1959) — Livan kommunisti, LKP-nın baş katibi. == Həyatı == Fərəculla Helu 1906-cı ildə yoxsul kəndli ailəsində anadan olmuşdur. O zaman Livanın sadə adamlarının həyatı dözülməz dərəcədə ağır idi. Ölkə Osmanlı imperiyasının əyaləti idi. Xalq öz əməyinin bəhrəsini yerli feodallara və türk canişinlərinə verərdi. Minlərlə livanlı yurdundan didərgin düşüb, okeanın o tayına xoşbəxtlik axtarmağa gedərdi. Fərəcullanın iki böyük qardaşı da anaları ilə bərabər o taya gedir. Üç yaşlı Fərəculla böyük bacısının nəzarəti altında böyüyür. Coşqun hadisələr ölkəni lərzəyə gətirir. Livan xalqı suriyalı qardaşları ilə ələlə verib, türk zülmünə qarşı mübarizə aparır.
Günbar (Üskü)
Günbar (fars. گنبر‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3.091 nəfər yaşayır (639 ailə). == Təsərrüfat == Günbar mülayim yay iqlimi ilə məşhurdur. Yaxınlıqdakı şəhərlərdən, xüsusən də Təbrizdən bura çox sayda turist gəlir. İnsanların əsas məşğuliyyəti əkinçilik və bağçılıqdır. Qoz əsas məhsuldur.
Gəmiçi (Üskü)
Gəmiçi (fars. گميچي‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. Gəmiçi Şahı adasında yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 527 nəfər yaşayır (184 ailə).
Hacu (Maku)
Hacu (fars. حاجو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 256 nəfər yaşayır (42 ailə).
Hacı Hüsü
Kazımlı Hacı Hüsü Kərbəlayı Lütfəli oğlu (1830-cu illər, Şuşa – 1898, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu) — xanəndə. == Həyatı == Hacı Hüsü Niftalı oğlu 1839-cu ildə Şuşa şəhərində papaqçı ailəsində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra mədrəsədə təhsilini davam etdirmişdir. Gözəl səsi olduğundan xanəndəliyə başlamışdır. == Əmək fəaliyyəti == Şuşa vokal sənətinin ən görkəmli nümayəndələrindən biri Xarrat Qulunun yetişdirməsi Hacı Hüsü şuşalılar qarşısında ilk dəfə "Xandəmirovun teatrı" binasında "Xeyriyyə gecəsi"ndə tarzən Sadıqcanın müşayətilə çıxış edərək "Çahargah"ı elə oxumuşdur ki, onun şöhrəti hər yerə yayılmışdır. Hacı Hüsü tək Azərbaycanın toylarına deyil, Yaxın və Orta Şərqin bir sıra şəhərlərinin məclislərinə dəvət olunurdu. Məsələn, 1880-ci ildə İran şahı Nəsrəddin Hacı Hüsünü öz oğlunun toyuna Təbrizə dəvət etmişdir. Hacı Hüsünü həmin məclisdə müşayiət edən tarzən Sadıqcan və kamançaçı Bağdagül Ata idi. Bu toyda Hacı Hüsü digər məşhur İran musiqiçəliriylə bərabər çıxış etmişdir.
Homu (Kəleybər)
Homu (fars. همو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 226 nəfər yaşayır (38 ailə).
Hsia imperiyası
Hsia imperiyası, Sya (407-431) — öz adını əfsanəvi Hsiadan alan hun dövləti.
Hüsnü Mübarək
Məhəmməd Hüsnü Mübarək (ərəb. محمد حسنى سيد مبارك‎) (4 may 1928[…], Kəfrul-Museyliha[d], əl-Minufiyyə mühafəzəsi[d], Misir krallığı[d] – 25 fevral 2020[…], Qahirə) — Misirin 4-cü prezidenti. == Həyatı == Hüsnü Mübarək 1928-ci il mayın 4-də Misirin Minufiya vilayətinin Şibin əl-Qum rayonunun Kəfrul-Museylihə kəndində anadan olub. İxtisasca hərbi təyyarəçidir. 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib. 1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini təyin olunub. 1975-ci ildə vitse-prezident postuna keçən Hüsnü Mübarək 1981-ci ildə dövlət başçısı Ənvər Sədat öldürüləndən sonra prezident kürsüsünü götürüb. 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb. 2005-ci ildə ümumxalq səsverməsində yenidən prezident seçilib. Məhəmməd Hüsnü Səid Mübarək 1928-ci il mayın 4-də Nil deltasında yerləşən Manufiyə qubernatorluğunun Kəfr-əl-Musilxa kəndində anadan olub.
Hüsnü Qubadov
Hüsnü Baba oğlu Qubadov (4 yanvar 1922, Disər, Naxçıvan MSSR – 13 avqust 1991, Bakı) — opera müğənnisi. == Həyatı == Hüsnü Baba oğlu Qubadov 1922-ci il yanvar ayının 4-də Ordubad rayonunun Disər kəndində anadan olmuşdur. 1938-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, təhsil illərində İbrahim Həmzəyevin yaratdığı dram dərnəyində iştirak etmiş, Səməd Vurğunun "Vaqif" dramında xanəndə rolunu oynamışdır. O vaxtdan uşaqlıqdan həvəs göstərdiyi müğənnilik sənətinə bağlanmış, özfəaliyyət olimpiadalarında uğur qazanmış, 1958-ci ildə isə Respublika Özfəaliyyət Müsabiqəsinin laureatı olmuşdur. Həmin il M.F.Axundov adına Opera və Balet Teatrına dəvət edilmiş, onun səhnəsində yaddaqalan obrazlar yaratmışdır. Təbii ifa tərzi ilə seçilən müğənni İbn Səlam, Məcnunun atası, Kərəm ("Leyli və Məcnun", Üzeyir Hacıbəyli), "Əsli və Kərəm", Çapqınçı, Rəmmal ("Şah İsmayıl", Müslüm Maqomayev) və s. rolları ifa etmişdir. Teatrın tərkibində Tiflisdə (indiki Tbilisi), Gəncə, Naxçıvan, Şəki və respublikanın digər şəhər və rayonlarında qastrol səfərlərində olmuşdur. Onun ifasında "Şuşa yaylağı", "Üçtelli durna", "Bəhbəh", "Dilin can incidəndir" və digər mahnılar, habelə Ü.Hacıbəylinin "Leyli və Məcnun" operası (YUNESKOnun xətti ilə) qrammofon valına yazılmışdır. Müğənni 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Hüsnü Əjdərov
Hüsnü Xəlil oğlu Əjdərov (12 fevral 1941, Kirovabad) — fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == 12 fevral 1941-ci ildə Gəncə şəhərində doğulub. == Əsas elmi nəticələri == Germanium-silisium kristallarında dərin və dayaz aşqar atomlarının əsas enerji hallarının spektri təyin edilib. Geniş temperatur intervalında Ge-Si sistemində sərbəst elektrik yük daşıyıcılarının səpilmə mexanizmləri və qanunauyğunluqları öyrənilib. Aşqar atomlarını əhatə edən nanohəcmlərin tərkibinin qeyri identivliyi ilə əlaqəli bərk məhlul kristallarında yaranan elektron xassələrinin xüsusiyyətləri aşkar edilib və araşdırılıb. Böyük Britaniyada aparılan tədqiqatlar əsasında göstərilib ki, almazabənzər A3B5 kristallarında ultrakvant rejimdə, elektronların aşqar ionlarından səpilməsi üstünlük təşkil edəndə, matrisada böyük neqativ uzununa maqnit müqaviməti müşaidə edilir. Yarımkeçirici bərk məhlul sistemlərinin verilmiş tərkibdə alınması, onların müxtəlif aşqar elementlərlə leqirə edilmə texnologiyaları və bu məsələlərin fiziki-riyazi əsasları geniş inkişaf etdirilib. Ərintidən bircinsli və dəyişən tərkibli yarımkeçirici bərk məhlul monokristallarının alınması və aşqarlanması üçün bir sıra innovativ üsulların kosepsiyaları və nəzəri əsasları verilib. == Əsas elmi əsərləri == Negative magnetoresistance in Indium Arsenide in the extreme quantum limit — Phys. Stat.
Hüsü Hacıyev
Hüsü Hüseynəli oğlu Hacıyev (26 sentyabr 1897, Şuşa – 18 may 1931, Ağdaş rayonu) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq ədliyyə komissarı və prokuroru (1931), Azərbaycan Su Təsərrüfatı İdarəsinin rəisi (1930–1931). == Həyatı == Hüsü Hüseynəli oğlu Hacıyev 26 sentyabr 1897-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1910-cu ildən Şuşa real məktəbində oxumuş və 1918-ci ildən inqilabi fəaliyyətə qoşularaq məktəblilərin inqilabi hərəkatında iştirak etmişdir. 1919-cu ildən bolşeviklər partiyasının üzvü olmuş, Qarabağda bolşevik ədəbiyyatı yayaraq müsavatçılara qarşı mübarizə aparmışdır. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Qarabağ İnqilab Komitəsinin üzvü olan Hüsü Hacıyev 1920-ci ilin iyun ayında Şuşada əks-inqilabi qiyam zamanı Şuşa həbsxanasına salınmışdır. Qısa müddət sonra o, həbsdən azad edilmiş və Qarabağ Fövqəladə Komissiyasının təyin edilmişdir. 1921-ci ildən etibarən Qubadlı, Kürdüstan, Ağdam və Quba qəza icraiyyə komitələrinin sədri, eləcə də Azərbaycan K(b)P Qaryagin Qəza Komitəsinin katibi olmuşdur. 1930-cu ildə Azərbaycan SSR xalq ədliyyə komissarı və prokuroru təyin edilmiş, qısa müddət sonra isə Azərbaycan Su Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışmağa başlamışdır. Hüsü Hacıyev Azərbaycan K(b)P Mərkəzi Komitəsinin, Azərbaycan SSR və ZSFSR mərkəzi icraiyyə komitələrinin üzvü olmuşdur. 18 may 1931-ci ildə Kür çayının daşaraq Ağdaş rayonundakı bəndi yarmasına görə hadisə yerinə gedən Hüsü Hacıyev rayonunun Qaxay–Xirəzi kəndləri istiqamətində 10 nəfərlik dəstə tərəfindən hücuma məruz qalmış və yanındakı milis işçisi ilə birlikdə qətlə yetirilmişdir.
Həsənabad (Üskü)
Həsənabad (fars. حسن اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 105 nəfər yaşayır (29 ailə).
Kürdabad (Üskü)
Kürdabad (fars. كرداباد‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.150 nəfər yaşayır (410 ailə).
Kürdlər (Üskü)
Kürdlər (fars. كردلر‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.654 nəfər yaşayır (678 ailə).
Kəlaca (Üskü)
Kəlaca (fars. كله جاه‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.922 nəfər yaşayır.