Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Speg.
Karlo Luici Speqazzini, və ya Karlos Luis Speqazzini (it. Carlo Luigi Spegazzini или it. Carlos Luis Spegazzini, 20 aprel 1858 – 1 iyul 1926, La Plata) — İtaliya-Argentina botaniki, mikoloqu. Aşağıdakı əsərləri var: Fungi Patagonici. Spegazzini, Cárlos, Publication info: Buenos Aires, P. E. Coni, 1887. Contributed by: New York Botanical Garden. Plantae novae v. criticae Reipublicae Argentinae. [Decas III]. Spegazzini, Cárlos, Publication info: La Plata, Solá, Sesé y Cia.
SVG
Miqyaslanan vektorial qrafiklər (ing. Scalable Vector Graphics, qısaca - SVG), XML işarələmə dili istifadə edilərək iki ölçülü vektorial qrafik təyin istifadə edilən bir dildir. Gərək sabit, istərsə də hərəkətli (animasiya, həm təsvirlər həm də daynma yolu ilə) qrafik dəstəyi mövcud olub, istifadəçi qarşılıqlı təsir dəstəyi də saxlayır. SVG, W3C (World Wide Web Consortium) tərəfindən istifadəsi tövsiyə edilən bir fayl formasıdır.
Sve Sve Vin
Sve Sve Vin (3 dekabr 1975) — Myanmalı qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Myanmanı təmsil edir. Sve Sve Vin dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Aleksey Şved
Aleksey Viktoroviç Şved (16 dekabr 1988, Belqorod) — Ximki komandasında oynayan rusiyalı peşəkar basketbolçu. Ximki komandasına qədər isə o, üç mövsümü NBA-da keçirdi: iki ili Minnesota Timbervulvz komandasında, üçüncü ili isə (2014/2015) birdən-birə üç klubda — Filadelfiya Seventi Siksers, Hyuston Rokets və Nyu-York Niksdə iştirak edib. Rusiya basketbol çempionatında 2010/11-ci ildə ən çox inkişaf edən oyunçu seçilmişdir. Rusiya basketbol komandası ilə 2012 Olimpiya Oyunlarının və 2011 Avropa çempionatının bürünc medallarının sahibidir. 20 avqust 2012-ci ildə Rusiya Milli Basketbol Komandasının 2012 Olimpiadasında müvəffəqiyyətli bir çıxışından sonra (Alekseyin son saniyələrdə atdığı üç xallıq atışı Argentina yığmasına qarşı həlledici oldu və komandası 3-cü yerə sahib oldu) Şved "Rusiyanın əməkdar idman ustası" adına layiq görüldü. == Karyerası == Belqorod şəhər 1 nömrəli İdman məktəbində basketbol oynamağa başlamışdır. Alekseyin ilk məşqçisi atası Viktor Nikolayeviç Şved idi. O, həmçinin Anatoli Steinbok ilə məşq edirdi. Hücum edən müdafiəçi mövqeyində oynayırdı. "Conti" (Sankt-Peterburq), "Petrel" (Belqorod), CSKA (Moskva), "Ximki" nin gənclər komandalarında oynamışdır.
Maryan Şved
Maryan Vasilyoviç Şved (ukr. Мар’ян Васильович Швед; 16 iyul 1997, Nikolayev[d], Lvov vilayəti) — İspaniya təmsilçilərindən olan Sevilya Atletiko klubunda yarımmüdafiənin sol cinahında çıxış edən peşəkar Ukrayna futbolçusudur. == Karyerası == === Karpati Lvov === Şved Lvov Oblastın Mikolaiv şəhərində anadan olmuşdur. Şved Karpati Lvov gənclər akademiyasının yetirməsidir. O, yeddi yaşında olarkən bu akademiyaya qəbul edilmişdir. Onun ilk məşqçisi Vasil Leskiv olmuşdur. Şved Karpati klubu ilə debütünü 1 mart 2015-ci ildə Ukrayna Premyer Liqasında Metallurq Donetsk klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Kiyevin Obolon Arenada keçirilən görüşdə Karpati rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır. O, ilk qollarını 26 aprel 2015-ci ildə Olimpik Donetsk klubuna qarşı oyunda vurmuş və komandası rəqibinə 4–1 hesabı ilə qalib gəlmişdir.
Stefan Sveyq
Stefan Sveyq (almanca Stefan Zweig, 28 noyabr 1881[…], Vyana, Avstriya-Macarıstan – 22 fevral 1942, Petropolis, Rio-de-Janeyro) — alman romançı, bioqrafiya yazarı, araşdırmaçı və publisist. Stefan Zveyq zəngin bir yəhudi tekstil istehsalçısı (fabrikant) olan Moritz Zveyq və yəhudi bankirin qızı olan İda Brettauerin oğlu olaraq Vianada dünyaya gəldi. Yazıçının uşaqlığı və gəncliyi haqqında o qədər də çox məlumat yoxdur: özü bu haqda hər zaman çox xəsisliklə danışıb. 1900-cu ildə gimnaziyanı bitirdikdən sonra Sveyq Vyana universitetinə daxil olub. Artıq tələbəlik illərində öz vəsaiti hesabına “Gümüş Simlər” (Silberne Saiten) adlı ilk şeirlər kitabını dərc etdirib. Vyana Universitetində elmi dərəcəsini tamamladıqdan sonra Londona, Parisə (1905) yollanıb, daha sonra İtaliyanı və İspaniyanı (1906), Hindistanı, ABŞ-ni, Kubanı, Panamanı (1912) səyahət edib. Birinci Dünya savaşının son illərində (1917-1918) İsveçrədə, 1919-1934-cü illərdəsə Salzburqda yaşayıb. Savaş əleyhinə kəskin çıxışlar edib. Nasistlər hakimiyyətə gələndən sonra Salzburqu tərk etmək məcburiyyətində qalıb. 1938-ci ildə İngiltərəyə, 1939-da isə Nyu-Yorka gedib, bir neçə ay sonra da Braziliyaya yollanıb.
Sven Botman
Sven Botman (12 yanvar 2000-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. Botman Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. 11 aprel 2018-ci ildə o, Ayaks klubu ilə 2022-ci ilin 30 iyun tarixinə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Botman öz peşəkar karyerasında debütünü 17 avqust 2018-ci ildə Roda klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. 18 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Sven Hedin
Sven Hedin (19 fevral 1865[…] – 26 noyabr 1952[…], Kunqsxolm[d][…]) — isveç səyyahı, coğrafiyaçı, jurnalist, yazıçı, qrafik. Stokholmda bürqer ailəsində anadan olub. Evli olmayıbdı. 1886-1934-cü illərdə Tibet və Mərkəzi Asiyada ekspedisiyada olmuşdur. Bu səyahətləri zamanı çoxlu tarixi abidələr və landşaftlarla rast gəlmiş və xəritədə qeyd etmişdir. Bir dənə tibetdə 170 000 kv.km-dir. Hedin isveç kralının mükafatlandırdığı axrıncı insan olmuşdur. 1920-1930-cu illərdə o artıq bütün dünyada tanınmış alim idi. Onun kitabları bir neçə dildə çap olunmuşdur. Hedin birinci dünya müharibəsində iştirak etmişdir.
Sven Ryüdell
Sven Oke Alqot Ryüdell (isv. Sven Åke Algot Rydell; 14 yanvar 1905, Göteborqs-Kristine[d] – 4 aprel 1975, Göteborq) — hücumçu mövqeyində oynamış İsveç futbolçusu. 4 sentyabr 2014-cü ilə qədər İsveç millisinin forması ilə ən çox qol vurmuş oyunçu idi, onun rekordunu Zlatan İbrahimoviç 50-ci qolunu vuraraq təzələmişdir. Buna baxmayaraq, o, yeganə oyunçudur ki, millinin heyətində 9 het-trik etmişdir. Ryüdellin futbolçu karyerası 1920–30-cu illərə təsadüf edir və İsveç milli komandasında keçirdiyi 43 oyuna 49 qol vurmağı bacarmışdır. Bu göstəricini 80 il ərzində millinin heç bir futbolçusu təkrarlayamadı. Onun karyera illərində beynəlxalq futbol hələ yeni qurulurdu, buna görə də o, heç bir Dünya Çempionatında iştirak edə bilməmişdir; onun çıxış etdiyi yeganə beynəlxalq turnir 1924 Olimpiya Oyunları idi ki, orada komandası ilə ürünc medalı qazandı. Klub səviyyəsində Ryüdell "Örqrüte", "Redberqslids" və "Holmen"də çıxış etmişdir. 1931-ci ildə o. İsveçin ən dəyərli idmançısı seçildi və "Braqdquldet" mükafatını qazandı.
I Sven Çəngəlsaqqal
I Sven Çəngəlsaqqal və ya Sven (dan. Svend 1. Tveskæg, norv. Svein I Tjugeskjegg, ing. Sweyn I Forkbeard; 17 aprel 963, Danimarka – 3 fevral 1014, Qeynsboro[d], Linkolnşir qraflığı[d]) — Danimarka və Norveç kralı, İngiltərə monarxı, I Haroldun varisi.
Şved-Mayaktax-Arıta
Şved-Mayaktax-Arıta — Laptevlər dənizinə daxil olan Olenok körfəzi körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiyanın Anabar milli rayonu ərazisinə daxildir. Ada Olenok çayının deltasında yerləşir. Cənub sahillərini Oqonnyor-Kubata körfəzinin suları yuyur. Materiklə arasında məsafə 9 km-dir. Qonşu adalar: İlin-Qolub-Tyoryur-Arıta və Qolub-Tyoryur-Arıta. Ən hündür nöqtədi 3 metrdir.
Oleq Aven
Oleq İvanoviç Aven (rus. Олег Иванович Авен; 25 yanvar 1927, Moskva – 1 mart 1992, Moskva) — avtomatik idarəetmə sahəsində SSRİ və Rusiya alimi, SSRİ Elmlər Akademiyasının (1984–1991) və Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1991-ci ildən), texnika elmləri doktoru, professor. 1950-ci ildən SSRİ Elmlər Akademiyasının Avtomatika və Telemexanika İnstitutunda (indiki Vadim Trapeznikov adına İdarəetmə Problemləri İnstitutu) işləmişdir. İnstitutun kiçik elmi işçisindən elmi katibə qədər (1960-cı ildən) keçmişdir. 1960-cı ildən Sov.İKP üzvüdür. 1968-ci ildə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Laboratoriyasını təşkil etmiş və 1992-ci ilə qədər ona rəhbərlik etmişdir. Eyni zamanda o, SSRİ Avtomatik İdarəetmə Milli Komitəsinin elmi katibi və SSRİ Elmlər Akademiyası Rəyasət Heyəti yanında Sistem Təhlili Komitəsinin məsul katibi vəzifələrində çalışmışdır. 26 dekabr 1984-cü ildə SSRİ Elmlər Akademiyasının informatika, hesablama texnikası və avtomatlaşdırma şöbəsinə müxbir üzvü seçilmişdir. 1 mart 1992-ci ildə Moskvada vəfat etmişdir. Donskoye qəbiristanlığının 10 saylı bölməsində dəfn edilmişdir.
Areq
Pirmələk (Areq, Tatul) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim dini məna ifadə edən pir sözü ilə Mələk şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Areq qoyulmuşdur. Hal-hazırda kəndin adı Tatul adlanır.
Aves
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. == Haqqında == Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Avey
Avey kilsəsi — Qazax rayonu ərazisində Aveydağ silsiləsinin ən yüksək zirvəsində yerləşən abidə. Avey Ağstafa FK — 1990-cı ildə Ağstafada yaranmış futbol klubu. Avey (dağ) — Gürcüstan ilə Qazax rayonu arasında yerləşən Kiçik Qafkaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir.
Avəc
Avəc — İranın Qəzvin ostanında şəhər, Avəc şəhristanının inzibati mərkəzi. == Tarix == 2002-ci ildə baş verən zəlzələ nəticəsində təxminən Avəcin yarısı yıxılsada, sonradan geniş-miqyaslı yenidən qurma işləri burada aparılmışdır. == Coğrafiya == Avəc Qəzvindən 117 km, Tehrandan isə 273 km uzaqda yerləşir. Ərazisi dağlıq və otluqdur. Avəcə ən yaxın dağ 2.560 metr yüksəkliyi olan Gavurqala dağıdır. Bölgədə Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Orta illik yağıntı miqdarı 316 millimetrdir. Ən sulu ay Noyabr, ortalama 51 mm yağıntı , ən quru ay isə sentyabr, 2 mm yağıntı ilə. == Əhalisi == 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,142 nəfər və 1,621 ailədən ibarət idi. === Milli tərkibi === Şəhər monoetnik azərbaycanlı şəhəridir.
JPEG
JPEG (Joint Photographic Experts Group) — birləşmiş fotoeksportlar qrupu formatı. GIF formatlı fayllardan fərqli olaraq JPEG (.jpg) formatlı fayllarda 16,7 milyon rəng çaları göstərilə bilər. JPEG-nin sıxma alqoritmindən istifadə edərək sıxma funksiyasını və faylın diskdə tutduğu yerin ölçüsünü idarə etmək olar. Buna baxmayaraq sıxma prosesi vaxtı JPEG formatlı təsvirlərdə itkilər yaranır. Əgər təsvirin üzərində mətn varsa sıxma vaxtı mətnin dəyişməsi və oxunmaz hala düşməsi baş verir. Ona görə də üzərində mətn olan təsvirləri GIF formatında saxlamaq daha məqsədəuyğundur. Digər tərəfdən JPEG formatlı təsvirlər üzərində dinamik və şəffaflaşdırma funksiyalarını lazımı səviyyədə yerinə yetirmək olmur.
MPEG
MPEG (ing. Motion Pictures Experts Group, rus. Экспертная группа по движущемуся изображению) – 1. Rəqəmsal video və audio informasiyanın sıxılması və ötürülməsi məqsədilə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən formalaşdırılmış mütəxəssislər qrupu. 1988-ci ildə yaranıb. 2. Hərəkətli görüntülərin sıxılması və canlandırılması üçün MPEG qrupu tərəfindən işlənib hazırlanmış açıq (yəni istifadə üçün ödəniş tələb olunmayan) standart. MPEG standartının dörd variantı mövcuddur: MPEG-1, MPEG-2, MPEG-3 və MPEG-4. Bu variantlar bir-birindən rəqəmsal videonun keyfiyyətinə (sıxma zamanı görüntünün keyfiyyətində itki ola bilir) qoyulan tələblərə və buraxılış zolağının eninə görə fərqlənir. MPEG-in bir neçə müxtəlif standartı mövcüddur.
Oleq
Oleq — Dünyada daha çox işlədilən rus kişi adı. Bu adı olan tanınmış insanlar Oleq Şulbayev — Oleq Babak — Sovet İttifaqı Qəhrəmanı. Oleq Pavlenko — Azərbaycan şahmatçısı Oleq Protasov — Ukrayna futbolçusu və məşqçisi.
Osver
Osver (alm. Åsvær‎) — Norveçin Nordland bölgəsindəki Dyonna kommunasına aid kiçik alçaq adalar qrupu. Adalar Norveç sahillərindən 15–20 km, Lovunn kəndindən təxminən 15 km cənubda və Dyonna adasından 12 km şimal-qərbdə yerləşir. Tarixən Osver adaları balıq ovu üçün mühüm yer olmuşdur. Dekabrın əvvəlində balıqçılıq prosesini təmin etmək üçün bu adaların ətrafında siyənək balığı daim kütləvi şəkildə toplanır; yanvar-dekabr aylarında adaların əhalisi minimal olur. Adalrın ən görməli yerlərindən biri Osver mayakıdır. Adalardan birində 1919-cu ildə tikilmişdir, 1876-cı ilin ilkin binası əvəz edən Osver mayakı quraşdırılmışdır.
Savə
Savə — İranın Mərkəzi ostanı, Savə şəhristanının mərkəzi olan şəhər. Şəhər Ərak bölgəsinin şimalında 34-35 en dairəsi və 49-50 uzunluq dairəsi arasında yerləşir. Savə şimaldan Zərəndiyyə şəhristanı, şərqdən Tehran bölgəsi, cənubdan Təfreş şəhristanı və Qum bölgəsi, qərbdənsə Həmədanla sərhəddir. Savə şəhərliyi: Bölümlərin ətraflı məlumatı: Kəndliklərin ətraflı məlumatı: Şəhərlərin Ətraflı məlumatı: Savə şərqdə isti iqlimə yaxınlığı için isti havası var, qərb kəsimində isə dağlıq və soyuqdur.Şəhərliyin yayda orta temperaturu 29.6 °C-dir və ən yüksək temperaturu 48.5 °C olaraq Əhməd abad’da səbt olunub. Bütövlükdəysə orta temperaturu 18.2 °C ölçülüb.Şəhərliyin çox sahəsin düzənliklər təşkil edir. Bu düzənliklər Savə şəhərinin cənubundan başlayır və Qərq abad və Savən’i qapsayan Savə böyük düzənliyinədək və 1000 m yüksəkliyə qədər çəkilir.Mərkəzi və Lain düzənlikləri isə çox məhsulludur. Hündürlüklər şəhərliyin qərbinə yığışmış və şimal-qərbdə ən yüksəkliyinə çataraq zirvə yüksəkliyi 2930m olur. Əhalinin mütləq əksəriyyəti Azərbaycan türkləri olub əsasən Xələc, Bayat, Əfşar, Bəydilli, Şahsevən, Muğanlı, Qacar və başqa türk tayfalarının soyundan gəlmədilər .
İsveç
İsveç, rəsmi adı İsveç Krallığı (İsveçcə: Konungariket Sverige (konunqariket svəriye)) — Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət. Ölkə qərbdən Norveç Krallığı, şimal – şərqdə Finlandiya ilə quru sərhədlərinə malikdir. Şərqdə Botnik körfəzi və Baltik dənizi, cənub- qərbdə Skagerrak, Balt və Öresund boğazlarına çıxır. Cənub-qərbdə Öresund körpüsü vasitəsilə Danimarka ilə quru nəqliyyat yollarına malikdir. 1995-ci ildən Avropa Birliyinin üzvüdür. 450.295 km² ərazisi olan İsveç Avropa Birliyi ölkələri arasında ərazisinə görə üçüncü ən böyük dövlətdir. Əhalisi 9.4 milyon nəfərdir. Əhali sıxlığı aşağıdır, lakin ölkənin cənub hissəsində sıxlıq daha böyükdür. Əhalinin 85%-i şəhərlərdə yaşayır və ölkədə urbanizasiya artır. Ən böyük şəhəri Stokholmdur (şəhər əhalisi 1.3 milyon, metropoliya əhalisi 2 milyon nəfər).
Şaiq
Şaiq — kişi adı. Şaiq Kəlbiyev Şaiq Kəlbiyev (əsgər, 1971) — Qarabağ müharibəsi şəhidi. Şaiq Kəlbiyev (əsgər, 1994) — Vətən müharibəsi şəhidi. Şaiq Cavadzadə — İkinci Qarabağ müharibəsi şəhidi. Şaiq Məmmədov — azərbaycanlı jurnalist Şaiq Bəşirov — Qarabağ müharibəsi şəhidi. Şaiq Qədimov — tibb elmləri namizədi.
Əvəz
Əvəz — kişi adı. Əvəz Şükürov — Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı (1994–1995). Əvəz Qurbanlı — şair, yazıçı və jurnalist Əvəz Verdiyev — Sovet İttifaqı Qəhrəmanı.
İşvə
Naz və ya cilvə — şirin görünmək üçün davranılan rəftar və davranışlar.