Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sidi Bushaki şeiri
Sidi Buşaki şeiri
Qriyi
Qriyi (fr. Grilly) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Jeks kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01180. 2010-ci ildə əhalinin sayı 762 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 499 nəfər arasında (15-64 yaş) 378 nəfər iqtisadi cəhətdən fəal, 121 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.8%, 1999-cu ildə - 72.2%). 378 fəal sakindən 355 nəfər (186 kişi və 169 qadın) işləyir, 23 nəfər işsizdir (7 kişi və 16 qadın). Aktiv olmayan 121 nəfər arasında şagird və ya tələbə, 32 nəfər təqaüdçü, 51 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Suiti
Suiti (lat. Phoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi. İki növü var: Ləkəli suiti, Phoca largha Adi suiti, Phoca vitulina Adı suiti öz növbəsində iki yarımnövə bölünür: Avropa yarımnövü P. v. vitulina və Kuril yarımnövü (ya Steyneqer suitisi) P. v. stejnegeri. Kuril suitisi hazırda Rusiyanın Qırmızı kitabına daxildir. Suitilər balıqlarla, pinqvinlərlə qidalanan yırtıcı məməlilərdir. Tez-tez quruya çıxırlar, çoxalmaları quruda gedir. Bu canlılar geniş coğrafiyada yaşayırlar. Qütblərdə yaşayan suitilər buzda dəlik açırlar.
Sıyıq
Sıyıq (rus. Каша; ing. Porridge)— suda (və ya süddə) qaynadılmış taxıldan, bəzən isə duz, şəkər, ədviyyat, süd, meyvə və quru meyvələr, mürəbbə kimi əlavələrdan ibarət, əsasən rus mətbəxinə xas olan ənənəvi yemək. Min illərlə insanların sevimli yeməyi olan sıyıq Rusiya mətbəxində çox geniş yayılmışdır. Rus məsəlində deyilir ki, "sıyıq çörəyin ulu nənəsidir". Sıyıqlar, horralar dəndən, yarmadan, undan hazırlanan duru və ya yarımduru xörəklərdir. Çörək meydana gəldikdən sonra da onlar süfrədə öz əhəmiyyətini itirməmişdir. Orta əsrlərdə sıyıq Şərqdə, xüsusən türk xalqlarının mətbəxində möhkəm yer tutmuşdur. P.Karpini tatarların bişirdiyi horradan bəhs edərək yazır: «Onlar darını suda qaynadıb bişirirlər. Xörək o qədər duru olur ki, onu su kimi içirlər.
Sibi
Sibi (Bəluc və urdu سِبی, puşt. سيوۍ) — Pakistanın Bəlucistan əyalətində şəhər.Sibi rayonunun inzibati-mərkəzi.Əhalisi 157 min nəfərdir.Şəhər 7-ci əsrdə yaranıb.18-ci əsrdə Nadir şah Əfşarın buraya səfəri ilə şöhrət qazanıb.
Siqi
Siqi (lat. Coregonus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinə aid heyvan cinsi.
Siri
Siri Applenin iOS əməliyyat sistemi üçün nəzərdə tutulmuş bir fərdi ağıllı assistent və naviqasiya proqramıdır. Tətbiq istifadəçilərin suallarını cavab vermək üçün təbii bir dillə yaradılmış interfeysini istifadədi, təkliflər təqdim və bir dizi istəkləri daha reallaşdırmaq üçün web xidmətlərini istifadə. Applenin proqram mövzuseegeferr2tundakı iddiası bu ki: Siri, zamanla istifadəçinin fərdi seçimlərinə uyğunlaşma təmin edər, nəticələrini fərdiləşdirmək və bu performansıyla paralel olaraq yaxındakı restoranları tövsiyə edir və ya birbaşa yol tərifində tapılar.
Halqaşəkilli suiti
Halqaşəkilli suiti (lat. Pusa hispida) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinə aid heyvan növü. Əsasən Şimal Buzlu okean sularında və ona yaxın dənizlərdə, Ladoqa gölü və Sayma gölü sularında yayılmışdır. Halqaşəkilli suiti adı bu növə onun üzərində olan şəkillə əlaqədardır. Yetkin fərdin uzunluğu 1,1–1,5 metr təşkil edir. Çəkisi isə 70 kq, baltik yarımnövündə isə 100 kq olur. Onlar yaxşı, görmə qabiliyyətinə malik olurlar və yaxşı eşidirlər. Bu növə dörd yarımnöv daxildir. Onların hərəsi bir ərazidə yaşasalarda, bu ərazilər əsasən subartik əraziləri əhatə edir. Ağ dəniz halqaşəkilli suitisi (P. h.
Ləkəli suiti
Ləkəli suiti (lat. Phoca largha) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin suiti cinsinə aid heyvan növü. Əsasən Şimali Sakit okean ərazisində yaşayırlar. Alyaska, Yaponiya və Rusiya sahil ərazilərinə xasdır. Rəngi işıqlıdır. Aşağı hissələri açıq gümüşü, yuxarı hissəsi isə tünd rəngdə olur. Üzərində kiçik, qəhvəyi və qara rəngli ləkələr olur. Erkəklər 1,7 m, dişilər isə 1,6 m uzunluğa malik olurlar. Çütləşmə zamanı onlar sudan çıxaraq sahildə yerləşim ərazilərinə yerləşirlər. Fevral-mart ayları balalar dünyaya gəlir.
Mancuriya əriyi
Mancuriya əriyi (lat. Prunus mandshurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Təbii halda şimal-cənubi Çində, Koreyanın şimal yarımadalarında, dəniz ətrafı ərazilərdə, Xanka gölündən Vladivastoka qədər təbii yayılmışdır. Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 45 sm-ə çatan ağacdır. Gövdəsinin qabığı tünd-boz, dərin çatlıdır. Cavan zoğları yaşıl və ya parlaq qırmızı-qonur rəngdədir. Yarpaqları yuxarıdan yaşıl, aşağıdan isə tünd yaşıldır. 5-12 sm uzunluqdadır, formaca neştərvari-oval, yumurtaşəkilli və ya enli-ovaldır. Çiçəkləri 2 sm diametrində sarı, çəhrayı rəngdə, iri, açıq-çəhrayı rəngdə olub, tək-tək və ya qısa çiçək saplaqlarında dəstələrlə yerləşmişdir. Çiçəkləmə müddəti 10-11 gündür.
Mark Smiti
Mark Smiti (1 mart 1973) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Mark Smiti Avstraliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Mark Smiti Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Qulamhüseyn Saidi
Qulamhüseyn Əliəsgər oğlu Saidi (4 yanvar 1936, Təbriz – 23 noyabr 1985, Paris) — Azərbaycanlı yazıçı. Qulamhüseyn Əliəsgər oğlu Səidi 4 yanvar 1936-cı ildə Təbriz şəhərində anadan olmuşdur. Ədəbi yaradıcılığa maraq göstərən Q.Səidi 1951-ci ildə həbs olunmuşdur. Lakin fəaliyyətində qanunazidd bir şey olmadığı üçün azad edilmişdir. O, iyirmi yaşında Təbriz Universitetinin Tibb fakültəsinə qəbul olunmuşdur. Tələbə ikən inqilab əhval-ruhiyyəli müəlliflərdən Səməd Behrəngi, Behruz Dehqani, Məftun Əmini, Kazım Səadəti və başqaları ilə dostluq etmişdir. 1961-ci ildə ali təhsilini başa vuraraq psixoloq ixtisasına yiyələnmişdir. Tehranda hərbi xidmətdə olarkən əsgərlərin həyatından bəhs edən üç hekayə yazmışdır. Əsgəri xidmətini başa vurduqdan sonra Tehran şəhərində qalmış, “Dilguşə” adlı tibb mərkəzi açmışdır. Həmin səhiyyə ocağı tədricən Tehranın ədəbi, fəlsəfi və siyasi fikir adamlarının toplantı yerinə çevrilmişdir.
Qulaqlı suiti
Qulaqlı suitilər (lat. Otariidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Saqqallı suiti
Saqqallı suiti (lat. Erignathus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Sasaki Soiçi
Sasaki Soiçi (佐々木 惣一, 28 mart 1878 – 4 avqust 1965) – Yaponiya hüquqşünası. Konstitusional və inzibati hüquq sahəsindəki fəaliyyətinə görə tanınır. Sasaki Soiçi 1878-ci ildə Yaponiyanın Tottori prefekturasında doğulmuşdur. 1903-cü ildə Kioto Universitetindən məzun olmuş və burada mühazirələr verməyə başlamışdır. 1909-12-ci illərdə Almaniya və Fransada inzibati hüquq üzrə təhsil almışdır. 1913-cü ildə Kioto Universitetində professor olmuşdur. Lakin akademik azadlığın pozulmasına və həmkarı Takikava Yukitokinin universitetdən qovulmasına görə universiteti tərk etmişdir. Daha sonra Ritsumeykan Universitetinin prezidenti seçilmişdir. İkinci dünya müharibəsindən dərhal sonra Sasaki və Konoe Fumimaro Yaponiya möhürünün qoruyucusu tərəfindən Meyci konstitusiyasına dəyişiklik təklif etməklə vəzifləndirilmişdirlər. Sasakinin konstitusional və inzibati hüquq haqqında şərhləri xırda məntiq və obyektivliklə xarakterizə olunur.
Stivi Uander
Stivi Hardavey Morris Uander (ing. Stevland Hardaway Morris Wonder 13 may 1950[…], Saqino[d], Miçiqan) — məşhur Amerika musiqiçisi.
Stivi Vander
Stivi Hardavey Morris Uander (ing. Stevland Hardaway Morris Wonder 13 may 1950[…], Saqino[d], Miçiqan) — məşhur Amerika musiqiçisi.
Sümük iliyi
Sümük iliyi — Qanın bütün formalı elementləri — Eritrositlər,trombositlər və leykositlər sümük iliyində ümumi sələf hüceyrələrindən yaranırlar. Sümük iliyində qanyaradıcı toxumalar venoz sinusoidlərlə məhdudlaşmış hüceyrələr yığımından təşkil olunmuşdur.Onlar radial şəkildə yerləşmişlər və mərkəzi sinusoidə açılırlar.Müxtəlif tipli hüceyrələr bu toxumalarda adacıqlar əmələ gətirirlər.Plüripatent kötük hüceyrələrinin əksəriyyəti sümük iliyi kanalı boşluğunun periferik təbəqəsində toplaşmışdır. Hüceyrələr yetişdikcə periferik sahədən kanal boşluğuna doğru hərəkət edərək sinusoidlərə keçir,oradan isə qan dövranına keçirlər.İnsanın sümük iliyinin kariositlərinin təxminən 60–65% i mieloid,10–15 % i isə limfoid tipli hüceyrələrin payına düşür.Limfoid hüceyrələrin təxminən 60% i yetişməkdə olan,qalanları isə miqrasiyaya hazır və ya əksinə qandan sümük iliyinə miqrasiya etmiş hüceyrələrdirlər.Bir gün ərzində 100 milyonlarla yetişmiş limfoid hüceyrələri qana ötürülür.Qandan sümük iliyinə keçən limfositlərin sayı isə təxminən 10 dəfə azdır.Sümük iliyindəki B limfositlərin sayı T limfositlərindən xeyli miqdarda artıqdır.Sümük iliyndə həmçinin 1–2% miqdarında immunoloji reaksiyalara cəlb edilmiş plazmatik hüceyrələr də mövcüddur.
Toyama Şoiçi
Toyama Masakazu (外山正一, 23 oktyabr 1848, Tokio – 8 mart 1900) və ya Toyama Şoiçi – Yaponiya pedaqoqu və şairi. Miçiqan Universitetinin ilk yapon tələbələrindən biri olmuşdur. Toyama Masakazu 1848-ci ildə Yaponiyanın Edo şəhərində yoxsul samuray ailəsində doğulmuşdur. 1861-ci ildə Qərb elmləri üçün nəzərdə tutulmuş şoqunluq məktəbi Banşo Şirabeşoda ingilis dili təhsil aldıqdan sonra ingilis dili müəllimi olmuşdur. 1866-cı ildə şoqunluq tərəfindən Londona göndərilmiş 14 yapon tələbədən biri olmuşdur. 1868-ci ildə Yaponiyaya qayıtmış, 1870-ci ildə xarici işlər naziri Arinori Morinin katibi kimi ABŞ-yə göndərilmişdir. Toyama 1872-ci ildə ABŞ-də təhsil almaq üçün qazandığı təqaüdü iki yapon tələbə ilə bölüşməyə qərar vermişdir. Ann-Arbor şəhərində yaşamaq daha ucuz olduğu üçün o, Miçiqan Universitetini seçmişdir. Toyama Ann-Arbor liseyində təhsil aldıqdan sonra 1873-cü ildə Miçiqan Universitetinə daxil olmuşdur. 1876-cı ildə universiteti buraxaraq Yaponiyaya qayıtmışdır.
Viktorian stili
Viktorian stili — kraliça Viktoriyanın (1837–1901) şərəfinə adlandırılsa da, həmin dövrdə kraliça Anna stili, kral Yakov stili, italyan və neoqotika stilləri yayılmışdı. Bunlardan başqa, memarlar materiallarla eksperimentlər edərək, müxtəlif stillərin elementlərini qarışdırırdılar – məsələn, dik tyudor damları ilə qotik oxvari tağlar. Viktorian stili Avstraliya istisna olmamaqla, bütün Britaniya imperiyasında geniş yayılmışdı. 1885-ci ildə memar Harri Kent, Çarlz B. Feyrfaks üçün, hazırda Sidneydə tarixi abidə sayılan Kaerleon evini layihələndirdi. 45 dərəcə bucaqlıq dam, erker kimi detallar və daş astarlı qırmızı kərpic divarları, vitraj şüşələr və verandanın XIX əsrin ikinci yarısında Avstraliyada yayılmış kraliça Anna stilinə işarə edən çuqun dayaqları tamamlayır. Viktorian stilini yerli xüsusiyyətlərlə adaptasiya etmək asan idi. Bu stilin dəyişkən elementləri var idi və o, müxtəlif miqyaslı və müxtəlif tipli binaların layihəsi üçün uyğun idi. Memarların əvvəlki stillərin konstruktiv məhdudiyyətlərindən yan keçmələri ictimaiyyətin o qədər xoşuna gəldi ki, viktorian dizaynı demək olar ki, universal oldu. San Fransiskoda XIX əsrin ortalarında və ikinci yarısında tikilən viktorian evləri buna nümunə ola bilər. Britaniyalı memarlar, bir qayda olaraq, qırmızı kərpic və ağ daş astardan istifadə etmişdilərsə, onların amerikan kolleqaları bəzi detalları ağ rənglə ayırdılar və onların aralarındakı panelləri müxtəlif rənglərlə boyadılar.
Xalq şairi
Azərbaycan Respublikasının xalq şairi — Azərbaycan poeziyasının inkişafında böyük xidmətlərinə, xalqın böyük rəğbətini qazanmış yüksək ideyalı və bədii cəhətdən dəyərli ədəbi əsərlər yaratmağa görə şairlərə verilən fəxri ad.
Yarışçı Spidi
Yarışçı Spidi Mach GoGoGo (マッハGoGoGo, Mahha QoQoQo) — avtoidman mövzusunda olan anime franşiza. Azərbaycanda Mədəniyyət TV kanalında yayımlanıb. Spidinin atası keçmişdə guləş uzrə çempion olub və "Mach 5" adlı xüsusi bir avtomobil quraşdırıb. Bu avtomobilin koməyi ilə Spidi cinayətkarlarla və rəqibləri ilə mübarizə aparır. Mach GoGoGo Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine Tokyo MX-da (Yapon dilində) web.archive.org/web/20110526005221/http://www.speedracer.com/ — Yarışçı Spidinin rəsmi saytı arxivləşdirilib Rəsmi rəqəmsal manqanın saytı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Mach Go Go Go — Internet Movie Database saytında.
Zemfira Səidi
Səidi Zemfira Yaqub qızı 1983-cü ildə Bakı şəhərində anadan olub. Yasamal rayonundakı 167 saylı orta məktəbi bitirdikdən sonra, 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram kino və teatr aktyoru" fakültəsinə daxil olmuşdur. Elə həmin ildən Bakı Bələdiyyə Teatrında aktrisa vəzifəsində işə başlamışdır. Teatrın repertuarında olan bir çox tamaşalarda uğurlu çıxışları ilə yanaşı, filmlərdə və dublyaj studiyalarında da çalışır.
Zolaqlı suiti
Zolaqlı suiti (lat. Histriophoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.