Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Türkistan
Türküstan (türklərin yurdu) — Mərkəzi Asiyanın tarixi Türküstan ərazisinə müasir Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Çinin Sintsyan-Uyğur milli rayonu, Sibir cənubunun türkdilli regionları, Əfqanıstanın şimalı və İranın şimal-şərq hissəsi aid edilir. İlk dəfə olaraq "Avesta" da" iti sürətli atlara malik olan" tur tayfasının adı ilə bağlı Turyana (Turan) ölkəsinin adı çəkilir."Avesta" da turlar İran dillərində danışan müasir xalqların ulu əcdadları olan Arilərin qatı düşməni,həm də onlardan fərqli etnos kimi göstərilir və Turan İrana(ari etnonimindən) qarşı qoyulur.İranda Sasanilər sülaləsi dövrünə aid ədəbi abidələrdə,IX əsr və sonrakı dövr tarixçilərin əsərlərində və Firdovsinin "Şahnamə"sində Turan Türküstan, Turanlılar isə türklər adlandırılır.Azərbaycanın XIV əsrin ikinci yarısı və XV əsrin I yarısında yaşamış görkəmli coğrafiyaşünas alimi Əbdürrəşid Bakuvi Türküstanın bütün Türk ölkələrinin ümumı adı olduğunu və onun sərhədlərinin 1-ci iqlim qurşağından başlayaraq şərqin dərinliklərinə doğru 7-ci iqlimə qədər uzandığını yazmışdır.Bakuvi həmçinin türklərin cənubdan şimala doğru bütün iqlimlərdən şərqdə yaşadıqlarını göstərmişdir. XVII–XIX əsrin əvvəllərində Qərbi Avropa və rus tədqiqatçıları Türküstanın mühüm ticarət, siyasi və mədəni mərkəzi olan Buxaranın adı ilə indiki Mərkəzi Asiyanı bəzən "Böyük Buxariyə",ondan şərqdə yerləşən torpaqları isə" Kiçik Buxariyə"adlandırırdılar. XVIII əsrin ortalarında Türküstanın Mərkəzi Asiyadan şərqdəki ərazisi ("Kiçik Buxariyə") Çinə birləşdirildikdən sonra çinlilər ona Sintszyan (" Yeni sərhəd", "Yeni ərazi") adı veriblər. XVIII–XIX əsrlərdə Şərqdə,sonra isə Rusiya və Avropada Böyük Buxariyə və Kiçik Buxariyə birlikdə Türküstan adlandırıldı və həm də "Buxara Türküstanı" və Çin Türküstanı hissələrinə bölünürdü. XIX əsrin ortalarından başlayaraq Buxara Türküstanı Qərbi Türküstan, Çin Türküstanı isə Şərqi Türküstan adlandırılmağa başlanmış və sonralar bu coğrafi istilahlar vətəndaşlıq hüququ qazanmışdır. XIX əsrdə və XX əsrin əvvəllərində müasir Mərkəzi Asiya və Qazaxıstan,Mərkəzi Asiyanın türk xalqları yaşayan hissəsin əhatə edən coğrafi vilayət Türküstan adlanır və şərti olaraq Qərbi (və ya Rusiya), Şərqi (və ya Çin), Cənubi (və ya Əfqanıstan) Türküstanına bölünürdü. Rusiyaya birləşdirilmiş Qərbi Türküstanda 1867-ci ildə Türküstan general-qubernatorluğu təşkil olunmuşdu. 1886-cı ildən "Türküstan ölkəsi" adı rəsmiləşdirildi. 1918-ci ilin aprel ayında Qərbi Türküstan ərazisində RSFSR-in tərkibinə daxil olan Türküstan MSSR yaradılmışdı.
Bəndi-Türkistan
Bəndi-Türkistan — Əfqanıstanda dağ silsiləsi. Tarixi-coğrafi Türkistan ərazisinin cənub sərhədi.
Qərbi Türkistan
Qərbi Türkistan- bugünkü Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistanın hamısı ilə Qazaxıstanın böyük bir hissəsi və Əfqanıstanın kiçik bir hissəsini əhatə etməkdədir. Əfqanıstanda olan hissəsi Əfqan Türkistanı olaraq xatırlanar və Məzarı Şərif və ətrafından yaradılar.
Türkistan (Qazaxıstan)
Türkistan — Qazaxıstanın cənub hissəsində Sırdərya çayının yaxınlığında şəhər.
Türkistan (dəqiqləşdirmə)
Türküstan — Mərkəzi Asiyanın tarixi Türküstan ərazisi Türküstan İslam Partiyası — dini siyasi qruplaşma Türküstan Hərbi Dairəsi — Rusiya imperiyasında hərbi dairə Türküstan — Azərbaycanda nəşr edilən qəzet Türküstan xoruzgülü Türküstan Muxtar Sovet Sosialist Respublikası — 30 aprel 1918-ci ildən 27 oktyabr 1924-cü ilədək mövcud olmuş muxtar respublika.
Türkistan MSSR
Türküstan MSSR (rus. Туркестанская АССР) — 30 aprel 1918-ci ildən 27 oktyabr 1924-cü ilədək mövcud olmuş muxtar respublika. 1905-ci ildə Daşkənddə Mustafa Çokayın rəhbərliyi ilə Türkistan Müsəlmanları Konqresi təşkil edildi. Bu konqresdə Türk bölgələrinin soylu ailələrdən gələn özbək, tatar, qazax, qırğız, türkmən və başqırd liderləri Türkistan Müsəlman Şurası altında birləşdi. Bu hərəkata türk ziyalıları da qoşulmuşdu. Türkistan Müsəlman Şurası üç əhəmiyyətli qərar qəbul etmişdi: 1. Orta Asiyada İslamı müasirləşdirmək; 2. Köçəri xalqların mədəniyyətini qorumaq; 3. Türkistandan rusları uzaqlaşdırmaq. 20 aprel 1918 və 1 may 1918 tarixləri ərzində təşkil edilən 5-ci Konqresdə "Türkistan Sovet Respublikasına dair vəziyyət" təsdiq edilmiş və Rusiya İmperiyasına bağlı olan Türkistan Krayının torpaqlarında 30 aprel 1918 tarixində Türkistan Sosialist Federativ Respublikası adı altında Türkistan MSSR qurulmuşdur.
Türkistan dağlaləsi
Türkistan dağlaləsi (lat. Tulipa turkestanica) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Bu bitkinin mənşə yeri Çinin qərbi və Türkistandır. Hər lampoçkadan 1-12 ağ ulduzvarı gül çiçəklənəbilər. Bu növ dağlaləsi gülünün qruplarının 15-ci qrupuna aiddir. Uzunluğu 30 sm dir. Ləçəkləri kremi rəngli ağ və güllün ortası sarı və ya narıncıdır. Çiçəklənmə zamanı çox erkən və fevral ayının sonundadır.
Türkistan legionu
Türkistan legionu — İkinci Dünya müharibəsi zamanı nasist Almaniyası qüvvələri tərəfindən döyüşən və almanlar tərəfindən əsir alınan SSRİ-də yaşayan türk millətlərinin nümayəndələrindən təşkil olunmuş legion. 1942-ci ilin yanvarında isə 1-ci (450-ci) formalaşmağa başladı ki, burada da müəyyən sayda azərbaycanlılar vardı. Taburun yaradıcısı və birinci komandiri mayor A. Mayer-Mader idi. Mayor A. Mayer-Mader Birinci Dünya müharibəsində kəşfiyyatçı olmuş, uzun illər Şərq ölkələrində işləmiş və xüsusən Çində general Çan Kay Şinin hərbi məsləhətçisi olmuşdu. Türk xalqlarının psixologiyasına və adət-ənələrinə yaxından bələd olan Mayor Mader müəyyən səbəblərə görə 1942-ci ilin avqustunda vəzifəsindən uzaqlaşdırıldı. O, 1943-cü ilin sonlarında SS rəhbərliyinə öz xidmətini təklif etdi və ona SS hissələri tərkibində Türkistan alayı yaratmaq tapşırıldı. Yaradılan alayın bazası üzərində “Yeni Türkistan” diviziyası formalaşdırmaq da nəzərdə tutulurdu. Sovet təbliğatında Türkistan legionunun qurucusu kimi Mustafa Çokay göstərilir. Legionun əsas məqsədi Türkistanın birliyi və Sovet əsarətindən azad edilməsi uğrunda mübarizə aparmaq idi. Legionun tərkibinə qoşulanlar əsasən Sovet ordusundan almanlara əsir düşən türkistanlı əsgərlər, Avropa və Türkiyədə yaşayan Türkistan mühacirləri və ziyalıları idi.
Türkistan muxtariyyəti
Türkistan Milli Muxtar Hökuməti (1917–1918) — 1905-ci ildə Daşkənddə Mustafa Çokay adlı bir qazağın liderliyi ilə, türk-müsəlman xalqların qatıldığı Türkistan Müsəlman Şurası təşkil edildi. Daşkənddə təşkil edilən Türkistan müsəlmanları konqresində, Türk bölgələrin soylu ailələrdən gələn özbək, tatar, qazaq, qırğız, türkmən və başqırd liderləri Türkistan Müsəlman Şurası altında birləşdi. Bu hərəkata türk ziyalıları da qoşulmuşdur. Türkistan Müsəlman Şurası üç əhəmiyyətli qərar qəbul etmişdir: 1. Orta Asiyada İslamı müasirləşdirmək; 2. Köçəri xalqların mədəniyyətini qorumaq; 3. Türkistandan rusları uzaqlaşdırmaq. Türk xalqları üç alt bölgədə mübarizə qərarı almışdır Qazaq-qırğızların Alaş bölgəsi. Tatar və başqırdların İtil-Uralı (Türk-Tatar Komitəsi) və ya İtələnil-Xəncər hökuməti. Özbək və türkmənlərin Türkistan Milli Muxtar Hökuməti (Türkistan Müsəlmanları Komitəsi).
Türkistan qırğısı
Tüvik (lat. Accipiter badius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü. Göyərçin boydadır. Rəngi açıqdır. Beli qonur, qarın tərəfi ağ zolaqlı açıqkürəndir. Yanaqları bozdur. Dişisinin qarın tərəfindəki köndələn zolaqlar qəhvəyi-qonurdur. Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda yalnız Lənkəran düzənliyində (Vel kəndi) nəsil verməsi müəyyən edilib. Hündür ağaclar olan seyrək, işıqlı meşədə və köhnə meyvə bağlarında məskunlaşır.
Türkistan termopsisi
Türküstan termopsisi (lat. Thermopsis turkestanica) — termopsis cinsinə aid bitki növü.
Türkistan vilayəti
Türkistan vilayəti (qaz. Түркістан облысы) (1962–1992-ci illərdə Çimkənd vilayəti, 2018-ci ilədək Cənubi Qazaxıstan vilayəti) — Qazaxıstan Respublikasının cənubunda vilayət. Vilayətin əsası Cənubi Qazaxıstan vilayəti (qaz. Оңтүстік Қазақстан облысы) adı altında 10 mart 1932-ci ildə qoyulmuşdur. 3 may 1962-ci ildən 6 iyul 1992-ci ilə vilayətin adı dəyişdirilib Şimkent vilayəti adlandırıldı. Vilayətin əvvəlki adı 1992-ci ildə bərpa edildi. 2018-ci ilin 19 iyun tarixi Qazaxıstan prezidentinin fərmanı əsasında, vilayətin keçmiş paytaxt Şimkənd şəhəri onun inzibati tərkibindən çıxarılıb, respublika tabeli şəhəri edilmişdi. Onun əvəzinə vilayətin yeni inzibati mərkəzi Türkistan şəhəri olub. Vilayətin sahəsi 117 249 km² təşkil edir və respublika ərazisinin 4,3 %-i tutur, əhalisi 2,6 milyon nəfərdir (2011). 4 şəhəri, 11 rayonu var.
Türkistan yemişanı
Türkistan yemişanı (lat. Crataegus turkestanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Əfqanıstan, İran, Cin və Kopetdağda təbii halda yayılmışdır. Budaqları boz-qonur, çılpaq və ya azca nazik qırmızımtıl-boz tükcüklüdür. Tikanları yoxdur, bəzi hallarda isə üzəri uzunluğu 12-15 mm olan nazik tikanlarla örtülür. Yarpaqları üstdən parlaq yaşıl, alt tərəfdən isə açıq yaşıl, saplağı qısa, bəzən yarpağın uzunluğuna bərabər olub, tükcüklüdür. Qısa budaqlarda aşağı yarpaqları rombvaridir, uzunluğu 10-30 mm, eni 7-30 mm, aşağı hissədən 3 bölümlüdür, yuxarı yarpaqlarının uzunluğu 3,5 sm, 5 bölümlüdür. Vegetativ budaqlarda yarpaqlar daha iri — 5-7 bölümlü, eni 5 sm-dir. Çiçək qrupu 12-15 çiçəklidir, saplağı tükcüklüdür. Çiçəklərinin diametri 16-18 mm, kasayarpaqları uzun neştərvari, 18-20 erkəkciklidir.
Türkistan yulğunu
Şərqi Türkistan
Şərqi Türkistan (uyğ. Sherqiy Türkistan شەرقىي تۈركىستان) — Böyük Türkistanın bir qismi Çin Xalq Respublikası, digər hissəsi isə Orta Asiyanın uzaq şərq bölgələrinə aid olan şərq hissəsi. Böyük və vahid Türkistan elləri Sovet İmperiyası və Çin Xalq Respublikası arasında qərb hissəsində keçmiş türk-sovet respublikaları, şərq hissəsində isə Uyğur Muxtar Vilayəti olmaqla iki hissəyə bölünmüşdür. Tyan Şan (Tanrı Dağ(?), uyğur-ing. Tengri Tagh) və Pamir dağ silsilələri iki türk məmləkəti arasında sərhəd təşkil edir. Şərqi Türkistanda Türk dünyasının bir çox tarixi əhəmiyyətli şəhərləri yerləşir. Bunlardan Qaşğar, Hotan, Turfan, Yarkənd, İli (Gülcə), Kumul, Aksu, Kuçar (Köçər) və Altayı misal göstərmək olar. Şərqi Türkistan ərazisi 1,6 milyon (bəzi rəqəmlərə görə, 1,8) kvadrat kilometr olan, şimaldan Altay, cənubdan Pamir dağları ilə əhatələnmiş, tam mərkəzində isə Tanrı dağlarının ucaldığı, türk tarixinin müqəddəs izlərini özündə daşıyan bir bölgədir. Paytaxtı Urumçi, rəsmi dilləri uyğur və standart çin dilləridir. Tanrı dağı Şərqi Türkistanı iki hissəyə bölür – şimalda Cunqarya, cənubda isə Tarım hövzəsi yerləşir.
Türkistan keçiağacı
Reaumuria alternifolia (lat. Reaumuria alternifolia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin keçiağacı cinsinə aid bitki növü. Cənubi Zaqafqaziyada yayılmışdır. Qafqazda, Şərqi və Mərkəzi Asiyada bitir. Hündürlüyü 30-50 sm-ə çatan kol bitkisidir. Budaqları çılpaq, göyümtül, ağdır. Yarpaqları növbəli, sadə, ellipsvaridən lansetvariyədək, uzunluğu 1,0-2,5 sm, eni 3-7 mm olub, bütöv, ucu bizdir. Çiçək qrupu qısa buğumlarda və ya uc budaqlarda yerləşir. Kasacığı dərin, uzunluğu 3-6 mm, eni 2,5-3,5 mm, enli, yumurtavari, ucu biz, bir az dişlidir, kənarları pərlidir. Ləçəkləri sərbəst, uzunluğu 9-13 mm, eni 3-4 (5) mm, enli-ellipsvari, əyri, bir tərəfdən kəsikli, çıxıntıları az miqdarda dalğalıdır.
Türkistan Hərbi Dairəsi
Türküstan Hərbi Dairəsi — Orta Asiya və Qazaxıstan ərazisində 1867-1920-ci illərdə Rusiya imperator ordusunun tərkibində, 1945-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində yaradılmış hərbi birləşmə. Türküstan Hərbi Dairəsi Rusiya İmperiyasının hərbi naziri tərəfindən 1874-cü ildə həyata keçirilən hərbi islahat nəticəsində Rusiya ərazisində yaradılan 14 hərbi dairədən biridir. Türküstan Hərbi Dairəsinin ilk komandanı konstantin Petroviç fon Kaufman (1867-1882) olmuşdur. Türküstan Hərbi Dairəsinin komandanı eyni zamanda Türküstanın general-qubernatoru və Yeddisu kazak ordusunun atamanı vəzifələrini də tuturdu. 1897-ci il 26 dekabrda Zakaspi və Yeddisu vilayətləri Rusiya Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılaraq Türküstan Hərbi Dairəsinin tabeliyinə verildi Bolşeviklər hakimiyyətə gəldikdən sonra 30 aprel 1918-ci ildə Rusiyanın tərkibində Türküstan Muxtar Respublikası təşkil olundu. 4 may 1918-ci ildə Türküstan Muxtar Respublikasının tərkibinə daxil olan Zakaspi, Yeddisu, Sır-Dərya, Səmərqənd və Fərqanə vilayətlərini əhatə edən Türküstan Hərbi Dairəsi yenidən təşkil olundu. Bu ərazidə Türküstan Hərbi Dairəsinin yenidən təşkilindən dərhal sonra fəal fərbi əməliyyatlar başlandı. Basmaçılar hərəkatının fəallaşması ilə əlaqədar 9 iyul 1918-ci ildə Fərqanə vilayətində hərbi vəziyyət elan olundu. 7 dekabr 1918-ci ildə P.D.Krutikovun başçılığı ilə Fərqanə cəbhəsinin operativ qərargahı təşkil olundu. Hərbi dairənin ərazisində aparılan döyüş əməliyyatlarının güclənməsi ilə əlaqədar onun funksiyaları 7 mart 1920-ci ildə Türküstan cəbhəsi komandanlığına verildi, hərbi dairə isə ləğv olundu.
Türkistan muxtariyyəti himni
Türkistan muxtariyyəti himni (özb. Turkiston muxtoriyati madhiyasi), Türkistan muxtariyyəti marşı (özb. Turkiston muxtoriyati marshi) və ya Türkistan milli marşı (özb. Turkiston milliy marshi) — Türkistan muxtariyyəti rəsmi dövlət himni. "Turkiston muxtoriyatining madhiyasi" (özbək). Xurshid Davron kutubxonasi — kh-davron.uz. İstifadə tarixi: 2019-7-10. "Туркистон мухториятининг мадҳияси" (özbək). ziyouz.uz. İstifadə tarixi: 2019-7-10.
Türkistan İslam Dövləti
Türküstan İslam Partiyası və ya qısaca TİP — Həsən Məhsum tərəfindən Pakistanda qurulmuş terrorçu, uyğur, islamçı, ekstremist silahlı təşkilat. Bəyan etdiyi məqsədi Sincanda və Orta Asiyada İslam dövləti qurmaqdır. ÇXR, Pakistan, Rusiya, ABŞ, Tacikistan, İran tərəfindən terror qruplaşması kimi tanınır. Pakistanda, Əfqanıstanda, Suriyada mərkəzi var və qruplaşma bu ölkələrdə 1996-cı ildən aktiv fəalliyyət göstərir.
Şərqi Türkistan bayrağı
Şərqi Türküstan bayrağı (uyğ. شەرقىي تۈركىستان بايرىقى) və ya Kökbayraq (azərb. Göy bayraq‎ - Birinci Şərqi Türküstan Respublikasının milli bayrağı. 1933-cü ilin 12 noyabr tarixində yaradılmışdır. Şərqi Türküstan azadlıq hərəkatının simvoludur. Bu bayraq Türkiyə və Azərbaycan respublikalarının bayraqlarına bənzəyir. Hər üçündə Tenqriçiliyin simvolları olan ay və ulduz vardır. Bayraqdakı göy rəng Göytürkləri tərənnüm edir. RGB rəngli bir məkanda Şərqi Türküstan bayrağının mavi hissəsi 101/183/255; altıbucaqlı rəng kodunda #65B7FF-dir. CMYK rəngli bir məkanda 58% siyan, 19% mavi, 0% sarı və 0% qara rəngdən ibarətdir.
Türkistan İslam Partiyası
Türküstan İslam Partiyası və ya qısaca TİP — Həsən Məhsum tərəfindən Pakistanda qurulmuş terrorçu, uyğur, islamçı, ekstremist silahlı təşkilat. Bəyan etdiyi məqsədi Sincanda və Orta Asiyada İslam dövləti qurmaqdır. ÇXR, Pakistan, Rusiya, ABŞ, Tacikistan, İran tərəfindən terror qruplaşması kimi tanınır. Pakistanda, Əfqanıstanda, Suriyada mərkəzi var və qruplaşma bu ölkələrdə 1996-cı ildən aktiv fəalliyyət göstərir.
İkinci Şərqi Türkistan Respublikası
İkinci Şərqi Türküstan Respublikası və ya Şərqi Türk İnqilabı Respublikası — 1944-1949-cu illərdə Çin Respublikasının Sintszyan (tarixi Şərqi Türküstanın şimal hissəsi) əyalətinin üç (İli,Taçen, Altay) şimal dairəsinin ərazisində mövcud olmuş sovetyönümlü dövlət qurumu. 1949-cu ildə İkinci Şərqi Türküstan Respublikası SSRİ-nin razılığı ilə Çin Xalq Respublikası tərəfindən ilhaq edilmişdir. 1946-cı il ərzində Şərqi Türküstan Respublikası Sincan Koalisiya Hökumətində təmsil olunsa da, müstəqilliyini qorumuşdur. 1947-ci ilin avqustunda Şərqi Türküstan Cümhuriyyəti rəsmiləri Koalisiyadan çıxdıqlarını bəyan etdilər. Onlar Şərqi Türküstanın bütün ərazilərinin Çin hakimiyyətindən azad edilməli olduğunu bildirərək müstəqilliklərini yenidən bəyan etdilər. Sincanın qalan hissəsi Homindanın nəzarəti altında idi. 1949-cu ilin sonlarında müstəqillik tərafdarı olan onun əsas rəhbərlərinin və yaradıcılarının çoxu Pekinə ÇXR ilə danışıqlarda iştirak etmək üçün gedərkən SSRİ ərazisində qəzaya düşərək həlak oldular. 1950-ci ilin sonlarında Çin Xalq Azadlıq Ordusu İkinci Şərqi Türküstan Respublikasının ərazisinin çox hissəsini ələ keçirmiş və onun müstəqiliyinə son qoymuşdu. Bütün bölgə Çin Xalq Respublikasının (ÇXR) tərkibində Sintszyan-Uyğur Muxtar Rayonu olaraq adlandırıldı. Şərqi Türküstan Cümhuriyyəti tərəfindən nəzarət olunan ərazinin böyük hissəsi sonradan İli-Qazax Muxtar dairəsinin tərkibinə daxil edildi.
Şərqi Türkistan İslam Respublikası
Şərqi Türküstan İslam Respublikası və ya Birinci Şərqi Türk İslam Respublikası (uyğ. شەرقىي تۈركىستان جۇمۇھۇرىيىتى, Шәрқий Түркистан Ислам Җумхурийити, Sherqiy Türküstan Islam Jumhuriyiti), yaxud Uyğurıstan Respublikası — 1933-cü il noyabrın 12-də Şərqi Türküstanda, Çində vətəndaş müharibəsi zamanı yaradılmış qısa müddətli dövlət quruluşu. Uyğurların milli və islami birlikləri dövlətin qurulmasında aparıcı rol oynasa da, dövlətin əhalisi çoxmillətli idi və həm hökumətdə, həm də əhali arasında qazaxlar, qırğızlar və digər türk xalqlarının nümayəndələri çoxluq təşkil edirdi. Çin hakimiyyəti Şərqi Türküstandakı muxtar Kumul və Turfan xanlıqlarını ləğv etməsi Hacı Niyazi Xocanın rəhbərliyi ilə 1931-ci il fevralın 20-də uyğur üsyanın başlamasına səbəb oldu. Əvvəlcə üsyan Komul bölgəsini əhatə etdi, sonra Mahmut Muxitinin rəhbərlik etdiyi Turfana da yayıldı. Demək olar ki, paralel olaraq, Məhəmməd İmin Boğra və Sabit Damollanın rəhbərliyi ilə Xotanda üsyana qoşuldu. Qısa müddət sonra Şərqi Türküstanın digər bölgələrini: Qaşqar və Külçəni də üsyan alovu bürüyür. Üsyançılar tərəfindən Qaşqar şəhərinin ələ keçirilməsi ilə 1933-cü il noyabrın 12-də paytaxtı Kaşqar şəhəri olmaqla Şərqi Türküstan Türk İslam Respublikası elan edilir. Hacı Niyazi Xoca yeni Respublikanın Prezidenti, Sabit Damolla Baş naziri və Mahmud Muhiti Müdafiə Naziri seçilir. Sovet və Çin qoşunlarının dəstəyi ilə 1934-cü ildə hueylərin səhra komandirləri (Nankin Çin hökumətinin müttəfiqləri) tərəfindən Qaşqarın ələ keçirilməsi nəticəsində ŞTİR süquta uğradı.
Şərqi Türkistan İstiqlaliyyət hərəkatı
Şərqi Türkistan İstiqlaliyyət hərəkatı (uyğ. شەرقىي تۈركىستان مۇستەقىللىق ھەرىكىتى, çin. {{{1}}}) — 1757-1759-cu illərdə Tzin imperiyası tərəfindən Şərqi Türkistanın (Uyğurustan) işğalı ilə əlaqədar yaranan milli azadlıq hərəkatı. Uyğurların teokratik dövləti ləğv edildi. Dövlət idarə edən iki hakim Xocalar qəbiləsinin üzvlərinin çoxu - Aktaqlıq və Karataqlıq qətlə yetirildi. Aktaqlıq nəslindən sağ qalan Samsak Xoca əvvəl Buxaraya, daha sonra isə Kokanda mühacirət etdi. Bölgənin hazırda ÇXR-in bir hissəsi olmasına baxmayaraq, hərəkat bu günə qədər fəallığını davam etdirir. 1757-ci ildə Tsin dövləti Çin Cunqar xanlığının varlığına son qoydu. 1759-cu ildə bütün Qaşqar fəth edildi və bu ərazidə Sincan adlı yeni əyalət yaradıldı. Tsin rejiminin əleyhdarları buraya sürgün edilirdi.
Türkistan Muxtar Sovet Sosialist Respublikası
Türküstan MSSR (rus. Туркестанская АССР) — 30 aprel 1918-ci ildən 27 oktyabr 1924-cü ilədək mövcud olmuş muxtar respublika. 1905-ci ildə Daşkənddə Mustafa Çokayın rəhbərliyi ilə Türkistan Müsəlmanları Konqresi təşkil edildi. Bu konqresdə Türk bölgələrinin soylu ailələrdən gələn özbək, tatar, qazax, qırğız, türkmən və başqırd liderləri Türkistan Müsəlman Şurası altında birləşdi. Bu hərəkata türk ziyalıları da qoşulmuşdu. Türkistan Müsəlman Şurası üç əhəmiyyətli qərar qəbul etmişdi: 1. Orta Asiyada İslamı müasirləşdirmək; 2. Köçəri xalqların mədəniyyətini qorumaq; 3. Türkistandan rusları uzaqlaşdırmaq. 20 aprel 1918 və 1 may 1918 tarixləri ərzində təşkil edilən 5-ci Konqresdə "Türkistan Sovet Respublikasına dair vəziyyət" təsdiq edilmiş və Rusiya İmperiyasına bağlı olan Türkistan Krayının torpaqlarında 30 aprel 1918 tarixində Türkistan Sosialist Federativ Respublikası adı altında Türkistan MSSR qurulmuşdur.
Türküstan
Türküstan (türklərin yurdu) — Mərkəzi Asiyanın tarixi Türküstan ərazisinə müasir Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Çinin Sintsyan-Uyğur milli rayonu, Sibir cənubunun türkdilli regionları, Əfqanıstanın şimalı və İranın şimal-şərq hissəsi aid edilir. İlk dəfə olaraq "Avesta" da" iti sürətli atlara malik olan" tur tayfasının adı ilə bağlı Turyana (Turan) ölkəsinin adı çəkilir."Avesta" da turlar İran dillərində danışan müasir xalqların ulu əcdadları olan Arilərin qatı düşməni,həm də onlardan fərqli etnos kimi göstərilir və Turan İrana(ari etnonimindən) qarşı qoyulur.İranda Sasanilər sülaləsi dövrünə aid ədəbi abidələrdə,IX əsr və sonrakı dövr tarixçilərin əsərlərində və Firdovsinin "Şahnamə"sində Turan Türküstan, Turanlılar isə türklər adlandırılır.Azərbaycanın XIV əsrin ikinci yarısı və XV əsrin I yarısında yaşamış görkəmli coğrafiyaşünas alimi Əbdürrəşid Bakuvi Türküstanın bütün Türk ölkələrinin ümumı adı olduğunu və onun sərhədlərinin 1-ci iqlim qurşağından başlayaraq şərqin dərinliklərinə doğru 7-ci iqlimə qədər uzandığını yazmışdır.Bakuvi həmçinin türklərin cənubdan şimala doğru bütün iqlimlərdən şərqdə yaşadıqlarını göstərmişdir. XVII–XIX əsrin əvvəllərində Qərbi Avropa və rus tədqiqatçıları Türküstanın mühüm ticarət, siyasi və mədəni mərkəzi olan Buxaranın adı ilə indiki Mərkəzi Asiyanı bəzən "Böyük Buxariyə",ondan şərqdə yerləşən torpaqları isə" Kiçik Buxariyə"adlandırırdılar. XVIII əsrin ortalarında Türküstanın Mərkəzi Asiyadan şərqdəki ərazisi ("Kiçik Buxariyə") Çinə birləşdirildikdən sonra çinlilər ona Sintszyan (" Yeni sərhəd", "Yeni ərazi") adı veriblər. XVIII–XIX əsrlərdə Şərqdə,sonra isə Rusiya və Avropada Böyük Buxariyə və Kiçik Buxariyə birlikdə Türküstan adlandırıldı və həm də "Buxara Türküstanı" və Çin Türküstanı hissələrinə bölünürdü. XIX əsrin ortalarından başlayaraq Buxara Türküstanı Qərbi Türküstan, Çin Türküstanı isə Şərqi Türküstan adlandırılmağa başlanmış və sonralar bu coğrafi istilahlar vətəndaşlıq hüququ qazanmışdır. XIX əsrdə və XX əsrin əvvəllərində müasir Mərkəzi Asiya və Qazaxıstan,Mərkəzi Asiyanın türk xalqları yaşayan hissəsin əhatə edən coğrafi vilayət Türküstan adlanır və şərti olaraq Qərbi (və ya Rusiya), Şərqi (və ya Çin), Cənubi (və ya Əfqanıstan) Türküstanına bölünürdü. Rusiyaya birləşdirilmiş Qərbi Türküstanda 1867-ci ildə Türküstan general-qubernatorluğu təşkil olunmuşdu. 1886-cı ildən "Türküstan ölkəsi" adı rəsmiləşdirildi. 1918-ci ilin aprel ayında Qərbi Türküstan ərazisində RSFSR-in tərkibinə daxil olan Türküstan MSSR yaradılmışdı.
Gürcistan
Gürcüstan (gürc. საქართველო – Sakartvelo) — Cənubi Qafqazda dövlət. Gürcüstan Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Şimalda Rusiya, şərqdə Azərbaycan, cənubda Ermənistan və Türkiyə ilə həmsərhəddir. Ölkənin qərbində isə Qara dəniz yerləşir. Paytaxtı və ən böyük şəhəri Tbilisi şəhəri, ümumi sahəsi 69,700 kvadrat kilometrdir. Gürcüstan 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir. Gürcüstan qədim tarixə malik bir ölkədir. Gürcüstanın tarixi qədim Kolxida və İberiya krallıqlarına gedib çıxır. Dünyada xristanlığı qəbul edən 2-ci dövlət olan Gürcüstan XI və XII əsrlərdə ən qüdrətli çağını yaşamışdır.
Kürdistan
Kürdüstan və ya Kürdistan (tələffüzü: kyɾd'y'stɑn; kürd. Kurdistan/کوردستان, translit. Kurdıstan, ; mənası – "Kürdlərin ölkəsi") və ya Böyük Kürdüstan — Qərbi Asiyada, əsasən kürdlərin məskunlaşdığı dağlıq vilayət. Kürdüstan kürd mədəniyyətinin, dillərinin və milli kimliyinin tarixən əsaslandığı bir ərazidir. Vilayət təxminən Zaqros dağlarının şimal-qərbini və Tavr dağlarının şərqini əhatə edir. Ərazi kürd irredentist iddialarına uyğun gəlir. Bölgənin kürd diyarı kimi ilk dəfə Mahmud Kaşğarinin dünya xəritəsini hazırladığı və əl-İraq və Əş-Şam arasındakı bölgəni "Ərz-əl-Əkrad" kimi qeyd etdiyi "Divanü Lüğat-it-Türk" əsərində xatırladıb. Ərz-əl-Əkrad, ərəb dilində "kürdlərin ölkəsi" deməkdir. Kürdüstan adı ilk dəfə 1150-ci ildə Böyük Səlcuq hökmdarı Sultan Səncər tərəfindən qərbi İranı təsvir etmək üçün istifadə edilmişdir. Bu ad daha əvvəllər istifadə olunan Kurdiya və qədim Korduena toponimləri ilə əlaqədardır.
Luristan
Luristan ostanı - İranda ostan, qərbi İranda yerləşir. Mərkəzi Xürrəmabad şəhəridir. == Ərazi == Ostanın ərazisi 28,392 km²-dir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1,716,527 nəfər əhali yaşayır. === Milli tərkib === Əhalisi əsasən lur xalqından ibarətdir. Ostanın şərqində bəxtiyarilər, mərkəzində və cənubunda lur dilinin əsas şimal ləhçəsinin müxtəlif dialektlərində danışan tayfalar, qərbində isə ləklər məskunlaşıbdır. Bu ostanda əsasən lurca (onun dialekti olan bəxtiyaricə və ləkcə daxil olmaqla) danışılır. Lurlar kürdlərdən daha çox farslara yaxındırlar .
Nuristan
Nuristan vilayəti (puşt. نورستان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 9.225 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 134.1 min nəfər, inzibati mərkəzi Qamdiş şəhəridir. Əhalinin əksəriyyətini nuristanilər təşkil etsə də, vilayətdə az sayda qucaratlılar (hindlilər), taciklər, puştunlar və digər millətlərin nümayəndələri də yaşayır. Vilayət inzibati cəhətdən Məndol, Vama, Vayqal, Nuristan, Qamdiş və Bərgi Matal rayonlarına bölünür. Əhalisinin 99.3%-ni nuristanilər, 0.6%-ni qucaratlılar, 0.1%-ni taciklər təşkil rdir.
Muristan
Muristan — (İvrit: מוריסטן, ərəb. مورستان) — Qüdsün Köhnə Şəhərinin Xristian Məhəlləsində yerləşən küçə və mağazalar kompleksi. Müqəddəs Qəbiristanlıq Kilsəsinin cənubundakı ərazi Yəhuda Makkabeyin dövrünə aiddir. Rəvayətə görə, kral V Antiox, Davudun məzarını qarət etdiyinə görə Baş Kahini cəzalandırmaq üçün Yerusəlimə getdi. Qolqotada olarkən padşaha ilahi görüntü ilə Baş Kahini əfv etmək və orada xəstələrə və kasıblara qulluq etmək üçün xəstəxana tikmək tapşırıldı. 1496-cı ildə Uilyam Kaursin yazırdı ki, İuda Makkabaeus və Con Hirkan xəstəxananı həmin yerdə qurdular. 130-cu ildə Hadrian 66–73-cü illər Birinci Roma-Yəhudi Müharibəsinin nəticəsi olan Yəhudeyadakı Yerusəlimin xarabalıqlarını ziyarət etdi. O, şəhəri yenidən quraraq, onun adını Aelia Capitolina və Roma baş tanrısı Yupiter Capitolinus qoydu. Hadrian ilahə Venera üçün böyük bir məbəd tikdi, onun yerində İmperator Böyük Konstantin sonralar Müqəddəs Qəbir kilsəsini tikdi. ​637-ci ildən sonra ərəb hökmranlığı dini azadlığa icazə verdi.
Gürcistan Vilayeti
Osmanlının Gürcüstan vilayəti — Osmanlı dövlətinin XVI əsrdə gürcülərdən ələ keçirdiyi torpaqlara erkən dövrdə etdiyi təhrirlərdə verdiyi addır. 1574 və 1595-ci illər tarixli iki təhrir dəftəri Gürcüstan vilayətinin müfəssəl dəftəri anlamında "Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcistan" adını daşımaqdadır. Daha sonralar Gürcüstan vilayəti yerinə Çıldır əyaləti adından istifadə edilmişdir. == Haqqında == Osmanlı dövlətinin gürcülərdən ələ keçirdiyi torpaqlar erkən orta əsrlərdə geniş mənası ilə Məshəti adını daşıyırdı. Bu torpaqların bu gün Türkiyə sərhədləri içində qalan qismi Tao-Klarceti olaraq adlandırılmaqdadır. tarixi Gürcüstanın cənub-qərb kəsimini formalaşdıran bu bölgə erkən orta əsrlərdə Gürcüstan krallığı sərhədləri daxilində qalırdı. 1071-ci ildə Malazgird döyüşündə Bizansı məğlub edən Səlcuqlular Kveli qalası döyüşündə gürcü kralı II Georgini də ağır məğlubiyyətə uğradıb Məshəti bölgəsini ələ keçirdilər. 1121-ci ildə Didqori döyüşü ilə bölgədən Səlcuqlular geri çəkilincə Məshəti bölgəsi yenidən gürcülərin hakimiyyəti altına düşdü. Bu bölgəyə daha sonra birləşmiş gürcü krallığının dağılmağa başlamasından sonra müstəqil dövlətə çevrilən Samtshe-Saatabaqo (1268-1625) hakim oldu. Osmanlılar XVI əsrdə Samtshe-Saatabaqo torpaqlarını mərhələli formada ələ keçirdilər vu bu torpaqların təhriririni (qeydiyyata alınmasını) Gürcüstan vilayəti adı altında gərçəkləşdirdilər.
Qərbi Türküstan
Qərbi Türkistan- bugünkü Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistanın hamısı ilə Qazaxıstanın böyük bir hissəsi və Əfqanıstanın kiçik bir hissəsini əhatə etməkdədir. Əfqanıstanda olan hissəsi Əfqan Türkistanı olaraq xatırlanar və Məzarı Şərif və ətrafından yaradılar.
Rusiya Türkistanı
Rusiya Türküstanı və ya Rus Türküstanı (rus. Русский Туркестан) — 1867–1918-ci illərdə Türküstan bölgəsində Rusiya imperiyasına bağlı quberniya. Rusiya Türküstanı bölgənin 1860-cı illərin əvvəllərində ruslar tərəfindən ələ keçirilməsi ilə qurulmuş, 1918-ci ildə Bolşevik inqilabının nəticəsi olaraq Rusiya imperiyasının süqut etməsi ilə ləğv olunmuşdur. 1865-ci ildə Orenburq general qubernatoru tərkibində Türküstan bölgəsi yaradıldı. 1867-ci il 11 iyul tarixli sərəncamla Türküstan bölgəsi iki bölgəni — general qubernatorun iqamətgahının yerləşdiyi Daşkənddə mərkəzi olan Sirdaryo bölgəsini və Semirechensky bölgəsini — Verny şəhərində bir mərkəzi olan müstəqil Türküstan general-qubernatoruna çevrildi. General-qubernatorun köməkçisi vəzifəsi 1899-cu ildə quruldu (Hərbi şöbə üçün 176/1899 nömrəli əmr və Dövlət Şurasının 1900-cü il 3 (15) nömrəli qərarı ilə təsdiq edildi). 1868-ci ildən və 30 ildən çoxdur ki, məşhur rus tədqiqatçısı S. I. Jilinsky Türküstanı tədqiq edir. 1868-ci ildə Zəravşan rayonu Türküstan general-qubernatorluğuna qatıldı, daha sonra 1887-ci ildə Səmərqənd vilayətinə çevrildi. 1874-cü ildə Amudərya rayonu yarandı. 1876-cı ildə Fərqanə vadisində Kökənd xanlığının ərazisi fəth olunduqdan sonra Fərqanə Bölgəsi meydana gəldi.